Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-663/2023 14.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat ofisinə cəlb qarşı «iddiaçının miras əmlakda müəyyən edilmiş 2/8 (1/4) paya iddiaçının 1/8 payı əlavə edilməklə həmin əmlakda ümumi payı tanınmaqla həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxsə həvalə edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qalmış Şirvan şəhəri, Vidadi küçəsi, döngə 2, 47 saylı evinə müəyyən edilmiş 2/8 (1/4) payına 1/8 pay əlavə edilməkə onun həmin əmlaka ümumi payının tanınmaqla həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxsə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, mərhum atası X10 xx.xx.2006-cı il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış Şirvan şəhəri, Vidadi küçəsi, döngə 2, 47 saylı fərdi yaşayış evi üzərində xx.xx.2012-ci il tarixdə mərhum X24, mərhum qardaşı X19, cavabdehlər Şamama Xudayar qızı və Cavabdeh2 ərizə ilə müstəqil tələb irəli sürməyən üçün Şirvan şəhəri 1 saylı Dövlət Notariat ofisinə müraciət etmişlər. Lakin həmin vaxtı ona xəbər verilməmiş və həmçinin vərəsələrin əhatə dairəsin müəyyən edilməsi üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs heç bir addım atmamışdır. Miras qalmış əmlaka vərəsələr olaraq tanınmış, lakin mərhum qardaşı X19, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin tarixdə ərizələr verərək miras əmlakdan onlara çatası paylardan mərhumə anası X14 xeyrinə imtina etmişlər. Beləliklə də mərhum atası X3 miras qalmış əmlak üzərində yeganə mərhumə anası X24 vərəsə olaraq qəbul edilmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin mərhumə anası xx.xx.2017-ci il tarixdə vəfat etdiyindən miras əmlak üzərində mülkiyyət hüququ əldə edə bilməmişdir. Bununla bağlı ilk olaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsə mərhum atasından miras qalmış əmlak üzərində 1/8 hissə üzrə onun mülkiyyət hüququnun tanınması barədə ərizə ilə müraciət etsə də, lakin oradan ona məhkəməyə müraciət etməyi tövsiyə edilmiş və bununla bağlı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)1157/2021 saylı qətnaməsinə əsasən iddia təmin olunması qət edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra ona mərhum atasından miras qalmış əmlakdan 1/8 pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin həmin əmlakda onun açıq qalmış 7/8 hissəsində payının qalmasını hesab edərək yenidən məhkəməyə müraciət etmiş və Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1370/2022 saylı qətnaməsinə əsasən iddia tələbi qismən, iddiaçının miras qalmış əmlaka müəyyən edilmiş payına 1/8 pay əlavə edilməklə onun həmin əmlaka ümumi 2/8 payı tanınmaqla həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxsə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəsin almışdır. Beləliklə o, ərizə ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə müraciət edərək, onun miras qalmış əmlaka müəyyən edilmiş payına 2/8 pay əlavə edilməklə onun həmin əmlaka ümumi 4/8 (1/2) payının tanınmaqla həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Ona görə də miras qalmış əmlaka müəyyən edilmiş payına 2/8 (1/4) pay əlavə edilməklə onun həmin əmlaka ümumi 4/8 (1/2) payının tanınmaqla həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxsə həvalə edilməsi ilə əlaqədar məhkəməyə müraciət məcburiyyətində qalmışdır. Mərhum atası X10 xx.xx.2006-cı il tarixdə vəfat etməsi ilə miras açıldığından birinci növbədə qanun üzrə vərəsəlik zamanı mərhumə anası X24 və mərhum qardaşı X19, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hərəkətləri ilə miras əmlakın faktiki qəbulunu müəyyən etmişlər. Lakin sonradan mərhum qardaşı X19, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 öz vərəsə paylarından mərhumə anası X14 xeyrinə imtina etmişlər. Məhkəmə aktları nəticəsində miras əmlakın faktiki qəbulu müəyyən edilməklə üzərində 1/8 pay və ona 1/8 pay əlavə edilməklə 2/8 (1/4) pay vərəsə payı müəyyən edilmişdir. Digər vərəsələr mərhum qardaşı X25 və digər qardaşı müstəqil tələb irəli sürməyən Cavabdeh4, eləcə də Cavabdeh1 miras açıldıqdan sonra mirasın qəbul edilməsi ilə bağlı 6 ay müddət ərzində öz hüquqlarından istifadə edərək miras əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etməmişlər və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirilməsi hər hansı bir hallarla da sübut olunmur. Mərhumə anası X24 vəfat etdiydən sonra qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına qanun üzvə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etdiyindən, Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələbi baxımından miras əmlakı 4/8 (1/2) payı qəbul etmiş sayılmalıdır. Nə cavabdeh, nə də ki, maraqlı tərəflər mərhumə anasının vəfatından sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etməmişlər. Həmçinin payların müəyyən edilməsi üçün hər hansı bir formada məhkəmə müstəvisində mübahisələndirməmişlər. Miras əmlakda yeganə vərəsədir ki, onun pay üzrə mülkiyyət hüququ tanınır. İstər cavabdeh, istər də maraqlı tərəflər öz hüquqlarından istifadə edərək mərhumə anasının vəfatından sonra miras əmlakda payı əldə etmək və almaq niyyətlərini ifadə etməmişlər. Mərhum qardaşları X25, müstəqil tələb irəli sürməyən Cavabdeh4 və cavabdeh Malik Xudayar oğlu miras açıldıqdan sonra Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlər mirası qəbul etdiklərindən, nədə ki, ondan imtina etdiylərindən Mülki Məcəllənin 1262-ci maddəsi tətbiq edilməklə onlara çatası pay (hər birinə 1/8 pay) qanun üzrə vərəsəliyə çağırılmış digər vərəsələr mərhum anası X14, mərhum qardaşı X12, Cavabdeh3 və Cavabdeh2 paylarına əlavə edilmiş və onların əmlakda hər birisinin 1/4 payları müəyyən edilməli idi. Lakin hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və mərhum qardaşı X20 paylarından mərhumə anası X14 xeyrinə imtina etdiklərindən və digər mərhum qardaşı X25 vəfat etdiyindən, həmçinin müstəqil tələb irəli sürməyən Cavabdeh4 bu günə kimi hər hansı bir tələb irəli sürmədiyindən, Cavabdeh1 pay isə müəyyən edilməklə, yerdə qalan vərəsələrdən onun miras əmlakda müəyyən edilmiş 2/8 (1/4) paya, maddi hüquq normalarına əsasən 2/8 pay əlavə edilməklə miras əmlakda 4/8 (1/2) pay müəyyən edilməlidir. Mərhum atası X11 xx.xx.2006-cı il tarixdə vəfat etdikdən sonra onun 7 övladı olan cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, mərhum qardaşları X20, X25, müstəqil tələb irəli sürməyən Cavabdeh4 və mərhum anası X24 birinci növbədə vərəsələri olmuşdurlar. Belə ki, vərəsələrdən 3 nəfər olan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və mərhum X19 miras qalmış əmlakdan, yəni atasından onlara çatası paydan mərhumə anası X14 xeyrinə imtina etmişlər. Bununlada xx.xx.2012-ci il tarixdə mərhum atası X4 adına müstəqil tələb irəli sürməyən Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisində vərəsəlik işi açılmışdır. Vərəsəlik işindən müəyyən olunmuşdur ki, mərhum atasının vərəsələri X24 və övladı mərhum X19, Cavabdeh3 və Cavabdeh2 vərəsəlik hüququ əlaqədar müstəqil tələb irəli sürməyən Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinə müraciət etmişlər. Həmin vərəsələrdən övladı mərhum X20, cavabdehlər Cavabdeh3, Cavabdeh2 ərizə təsdiq etdirməklə mirasdan imtina etmişlər. Mərhumə anası X16 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən, mərhum anası miras əmlakı qəbul sayıldığından, miras əmlak olan ünvan 1 evin 4/8 (1/2) hissəsi üzərində vərəsəlik hüququ yaranmışdır. Lakin 8 vərəsədən, 3 nəfər vərəsə, yəni cavabdehlər Cavabdeh3 və Cavabdeh2 və mərhum qardaşı X28 mərhumə anası X14 xeyrinə imtina edərək miras kütləsinə daxil olan Şirvan şəhəri, Vidadi küçəsi, döngə 2, 47 saylı evdən imtina etmiş olmuşlar. Belə olan halda mərhumə anası X14 göstərilən mirasda 4/8 (1/2) payının olması aşkar olmuşdur. Belə ki, mərhumə anası X24 tərəfindən Bakı şəhəri 13 saylı Dövlət Notariat ofisinə xx.xx.2016-cı il tarixdə, 2V/128 reyestr nömrəli vəsiyyətnamə əsasən bütün daşınar və daşınmaz əmlaklar Bakı şəhəri, Azadlıq prospekti, ev 60-da yaşayan Cavabdeh1 vəsiyyət etmişdir. Lakın sonradan mərhumə anası X24 xx.xx.2017-ci il tarixdə yenidən ərizə ilə müstəqil tələb irəli sürməyən Şirvan şəhər 1 saylı Dövlət Notariat ofisində xx.xx.2017-ci il tarixdə, “V-1/1 reyestr nömrəli yeni vəsiyyətnamə qoyaraq Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisində xx.xx.2016-cı il tarixdə, 2 V/128 reyestr nömrəli vəsiyyətnaməni qismən dəyişdirirək Cavabdeh2 adına vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnaməyə əsasən Yardımlı rayonu, Avaş kəndində yerləşən 0,02 ha torpaq sahəsini ölümündən sonra qızı Cavabdeh2 vəsiyyət etmişdir. Belə ki, vəsiyyətnamə sonradan qismən dəyişdirilsə də hazırkı mübahisəli miras əmlak olan iddia tələbinə münasibətdə əhəmiyət kəsb etmir. Lakin işdən də görünür ki, mərhumə anası X24 miras əmlak olan hazırkı mübahisəli miras əmlak olan Şirvan şəhəri, Vidadi küçəsi döngə 2, 47 saylı evə dair mülkiyyət hüququ əldə etmədiyindən, hesab edir ki, onun həmin hissədə əmlaka dair sərancam hüququ yaranmadığından, onu “susmuş” vərəsə kimi hesab etmək olar. Həmçinin digər vərəsələrdən mərhum qardaşı X25 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir və o nə sağlığında, nə də ki, onun ölümündən sonra vərəsləri qanunla nəzərdə tutulmuş halda ona çatacaq mirasdan pay tələb etməmişlər. Belə olan halda mərhum qardaşı X2 vərəsə hesab etməklə, ona çatacaq payı isə açıq qalmış pay kimi qəbul edilməlidir. Bundan başqa digər qardaşı müstəqil tələb irəli sürməyən Cavabdeh4 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və Rusiya vətəndaşıdır. Belə ki, o valideynlərinin ölümündən sonra miras qalmış Şirvan şəhəri, Vidadi küçəsi, döngə 2, 47 saylı miras əmlakdan pay tələbi ilə əlaqədar nə notariat orqanına, nə də ki, məhkəməyə müraciət etməmiş, həmçinin mübahisə üzrə çəkişmələrdə iştirak etməmişdir. Belə olan halda hesab edir ki, o da susmuş vərəsə kimi qəbul edilməklə mirasdan ona çatası payı açıq qalmış hissə kimi qəbul edilməlidir. Ona görə də hesab edir ki, miras əmlakda hətta mərhumə anası X14 mövcud payı bölüşdürülməklə onun miras əmlakda müəyyən olunmuş 2/8 payın üzərinə 2/8 pay əlavə edilməli və onun payı 4/8 (1/2) pay tanınmaqla həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi müstəqil tələb irəli sürməyən üçüncü Şirvan şəhəri 1 saylı Dövlət Notariat ofisinə həvalə edilməlidir. İddiaçı hazırki məhkəmənin yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsi müvafiq olaraq iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsi X18 izahatında bildirmişdir ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum atası X4 adına Şirvan şəhər 1 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Miras açıldığı an o və Cavabdeh1 notariat ofisinə vərəslik işi ilə əlaqədar müraciət etmədiklərindən digər 3 qanun üzrə vərəsə onlara çatası paydan analarının xeyrinə imtina etmişlər və X16 xx.xx.2012-ci il tarixdə Şirvan şəhər 1 saylı Dövlət Notariat ofisində 2V-1/769 reyestrlə ("xxxx" ASC-nin Şirvan şəhər filialında olan Əmanət qalığına) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mirası qəbul etmiş yeganə vərəsə X24 miras qalmış əmlak olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini adına rəsmiləşdirmədən vəfat etmişdir. Sözügedən 3 vərəsənin atalarından miras qalan əmlak paylarından analarının xeyrinə imtina etmələrinə baxmayaraq mirası qəbul etmiş anasına çatası hissəsində payları vardır. Belə olan halda açıq saxlanılmış 6/8 hissənin hissəsinə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yardımlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 Gülcahan Məmi qızı ilə 12 avqust 1963-cü ildə nikaha daxil olmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə Şirvan şəhərində ölmuş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 238 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində ölmuş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 491 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X25 xx.xx.2010-cu il tarixdə Şirvan şəhərində ölmuş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 xx.xx.2015-ci il tarixdə Şirvan şəhərində ölmuş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 094 nömrəli ilə qeyd edilmişdir. İş materiallarında olan X12, Cavabdeh3 və Cavabdeh2 03 sentyabr 2012-ci il tarixli ərizələrindən görünür ki xx.xx.2006-cı ildə vəfat etmiş atası X5 miras qalmış "xxxx" ASC Şirvan şəhər filialında olan əmanət pulları üzrə vərəsəliyi faktiki qəbul etməmişlər, lakin bundan sonrada qəbul etmək fikri yoxdur. Ona düşən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edirlər və miras əmlakdan heç bir vərəsəlik payı tələb etmirlər və gələcəkdə bununla və müddətin bərpası ilə bağlı məhkəmə mübahisəsi qaldırmayacaqlar. Həmin əmanət pullarını anaları X14 adına rəsmiləşdirilməsini xahiş etmişlər. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1157/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı miras əmlak üzərində vərəsəlik hüququ tanınmaqla payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, X3 miras qalmış Şirvan şəhəri, Vidadi küçəsi, 2-ci döngə 47 saylı evin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, İddiaçı adına Şirvan şəhəri, Vidadi küçəsi, 2-ci döngə 47 saylı evdə 1/8 payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Şirvan şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-445/2022 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1157/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)- 1370/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı miras Şirvan şəhəri, Vidadi küçəsi 2-ci döngə 47 saylı fərdi yaşayış evinə müəyyən edilmiş payına 1/8 pay əlavə edilməklə onun həmin əmlaka ümumi 2/8 (1/4) payı tanınmaqla həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Şirvan şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsi, iddia ərizəsinin verilməsi zamanı dövlət rüsumu kimi ödənilmiş pulun 50 manatı Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı ildə vəfat etmiş X6 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçıdur və o miras əmlakdan 1/8 hissədə pay almalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X23 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Vidadi küçəsi, ev 2-ci döngə, ev 47 fərdi yaşayış evi 1/8 hissə üzrə İddiaçı adına xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır, 7/8 hissə üzrə açıq saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X23 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Vidadi küçəsi, ev 2-ci döngə, ev 47 fərdi yaşayış evi 2/8 hissə üzrə İddiaçı adına xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır, 6/8 hissə üzrə açıq saxlanılmışdır. İş materiallarında olan Şirvan şəhəri 1 saylı Notariat ofisinin 30 mart 2023-cü il tarixli, 408 saylı məktubundan görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum atası X4 adına Şirvan şəhər 1 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Miras açıldığı an o və Cavabdeh1 notariat ofisinə vərəslik işi ilə əlaqədar müraciət etmədiklərindən digər 3 (üç) qanun üzrə vərəsə onlara çatası paydan ərizə verməklə analarının xeyrinə imtina etmişlər və X16 xx.xx.2012-ci il tarixdə Şirvan şəhər 1 saylı Dövlət Notariat ofisində 2V-1/769 reyestrlə ("xxxx" ASC-nin Şirvan şəhər filialında olan Əmanət qalığına) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mirası qəbul etmiş yeganə vərəsə X24 miras qalmış əmlak olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini adına rəsmiləşdirmədən vəfat etmişdir. Sözügedən 3 (üç) vərəsənin atalarından miras qalan əmlak paylarından analarının xeyrinə imtina etmələrinə baxmayaraq mirası qəbul etmiş analarına çatası hissəsində payları vardır. Buna görə də, açıq saxlanılmış 6/8 hissəndən İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qısmən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa. Hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1270.3-cü maddəsinə əsasən ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1157/2021 saylı qətnaməsi ilə İddiaçı adına Şirvan şəhəri, Vidadi küçəsi, 2-ci döngə 47 saylı evdə 1/8 payı müəyyən edilmişdir. Həmçinin Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1370/2022 saylı qətnaməsi ilə İddiaçı miras əmlak Şirvan şəhəri, Vidadi küçəsi 2-ci döngə 47 saylı fərdi yaşayış evinə müəyyən edilmiş payına 1/8 pay əlavə edilməklə onun həmin əmlaka ümumi 2/8 (1/4) payı tanınmışdır. Sözügedən qətnamədən görünür ki, mübahisə üzrə xx.xx.2010-cu il tarixdə vəfat etmiş X25 və X8 çatacaq paya münasibətdə susmuş olmalarını və mübahisəli mirası yalnız onların payına çatacaq hissədə açıq qalması nəzərə alınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X19, Cavabdeh3 və Cavabdeh2 ataları xx.xx.2006-cı ildə vəfat etmiş atası X5 miras qalmış əmlaka olan hüquqlarından anaları X14 xeyrinə imtina etmişlər. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X19 xx.xx.2015ci il tarixdə ölmüş və sağlığında ona çatacaq olan miras əmlakdan anası X14 xeyrinə imtina etmişdir. X24 isə xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşin faktiki hallarından göründüyü kimi İddiaçı atasından, anasından və susmuş vərəsə hesab edilmiş X25 və X7 payına münasibətədə vərəsəlik hüququ nəzərə alınmışdır. İddiaçının X15 aid hissədə payının tanınmasına münasibətədə isə məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi sonuncu ona məxsus olan pay hüququndan sağlığında anası X14 xeyrinə imtina etmişdir. Bu isə o deməkdir ki, artıq Şıxali Mayılovun miras əmlakda payı mövcud deyildir. Hazırkı mülki iş üzrə iddiaçının isə X13 miras qalmış əmlaka münasibətdə pay hüququ qeydə alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat ofisinə cəlb qarşı «iddiaçının miras əmlakda müəyyən edilmiş 2/8 (1/4) paya iddiaçının 1/8 payı əlavə edilməklə həmin əmlakda ümumi payı tanınmaqla həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxsə həvalə edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə cəlb qarşı «iddiaçının miras əmlakda müəyyən edilmiş 2/8 (1/4) paya iddiaçının 1/8 payı əlavə edilməklə həmin əmlakda ümumi payı tanınmaqla həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxsə həvalə edilməsi» barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-663/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-663/2023
14.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver