Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-668/2023 03.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi X13 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şirvan şəhəri 1 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X23 Şirvan Ərazi İdarəsinə qarşı “30 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi barədə” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şirvan şəhəri 1 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X23 Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Maraqlı şəxs adına verilmiş 30 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsini tələb etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, ünvan 2 fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Fərdi yaşayış evi mərhum babası X1 miras qalmışdır. Evin 1-ci mərtəbəsində onlar İddiaçı1, İddiaçı2 və X22 Hüseyn qızı ilə, 2-ci mərtəbəsində X16 yaşayır. X3 oğlu 2010-ci ildə vəfat etmişdir. X22 Hüseyn qızı sosial müavinət alınması üçün ünvan üzrə mülkiyyət sənədinin surəti tələb edilmişdir. Həmçinin, yaşadığı ünvan üzrə yaşayış sahəsinin təmir edilməsi zərurəti olmuşdur. Təmir zamanı X16 bildirmişdir ki, evi təmir etməyə ehtiyac yoxdur. Belə ki, o, evi satmaq niyyətindədir. Daha sonra eşitmişdir ki, Maraqlı şəxs mülkiyyət üzrə tam payı əldə etmişdir. Şirvan şəhəri 1 saylı Notariat ofisinin 04 iyul 2019-cu il tarixli 611 saylı məktubuna əsasən mərhum X1 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Maraqlı şəxs qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçı Maraqlı şəxs cavabdeh Şirvan şəhəri 1 saylı Notariat Kontoruna qarşı mərhum X1 miras qalmış ünvan 2 evin qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(032)-1501/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, miras qoyan X1 miras qalmış ünvan 2 evin iddiaçı Maraqlı şəxs tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin miras əmlaka payına uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Şirvan şəhər 1 saylı notariat kontorunun notariusuna həvalə edilmişdir. Qeyd edilən qətnamənin icrası ilə əlaqədar 30 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən xx.xx.2010-u il tarixdə ölmüş X4 vərəsəsi oğlu Maraqlı şəxsdur və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi əsası kimi Şirvan şəhər İcra hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 282 nömrəli 01 iyul 2019-cu il tarixli arayışından görünür ki, mərhum X8 vəfat etdiyi xx.xx.2010-cu il tarixə qədər ünvan 3 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Nümayəndəlikdə olan məlumatlara əsasən mərhumun ailə tərkibi aşağıdakı kimidir: vəfat edən həyat yoldaşı X5, 1954-cü il təvəllüdlü qızı qeydiyyatsız olan X18, qeydiyyatda olmuş və vəfat etmiş oğlu X17, 1958-ci il təvəllüdlü qeydiyyatsız olan qızı X19, 1960-cı il təvəllüdlü qeydiyyatsız olan oğlu X16, 1962-cı il təvəllüdlü qeydiyyatsız olan qızı X11, 1964-cü il təvəllüdlü qeydiyyatsız olan oğlu Maraqlı şəxsdur. Maraqlı şəxs tərəfindən Şirvan şəhər Məhkəməsinə müraciət edilmiş iddia tələbinə əsasən atası X8 19 oktyabr 2010-cu ildə və anası X6 18 may 2000-ci ildə Şirvan şəhərində vəfat etmişlər. Onları el adəti ilə Şirvan şəhəri qəbristanlığda dəfn etmişlər. ünvan 2 ev mülkiyyət hüququ əsasında mərhum atası X7 məxsusdur. Uzun illərdi ki, qeyd edilən ünvanda ailəsi və uşaqları ilə yaşayırlar. Özü isə ünvan 4ayılov küçəsində ev 10, mənzil 2-də qeydiyyatdadır. Kommunal ödənişləri də onun tərəfindən ödənilir. Bir müddət əvvəl, Şirvan şəhəri 1 saylı notariat kontoruna müraciət edərək mərhum atasından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Notariat kontortundan ona ünvanlanmış məktubda atasından miras qalmış əmlakın qanunvericiklə müəyyən edilmiş mirasın qəbulu müddətini buraxdığı müəyyən edilməsi göstərilmişdir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı2 izahat verərək bildirmişdir ki, Şirvan şəhəri Şirin Şükürov küçəsi dalan 1, 11 A saylı evdə yaşayır. Əmisi Maraqlı şəxs ünvan 2 evə dair mirası qəbul etməsi faktının müəyyən edilməsinə və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinə etiraz etmir. Qardaşı İddiaçı2 məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində qoşulsa da onun iddia tələbi ilə əlaqədar məlumatı olmamışdır. Hüquqlarının başqa yolla əldə edilməsi mümkünsüz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Şirvan şəhər 1 saylı Notariat ofisinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X23 Şirvan Ərazi İdarəsinin nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxs Maraqlı şəxs məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2 (032)-1501/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, miras qoyan X1 miras qalmış ünvan 2 evin iddiaçı Maraqlı şəxs tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlaka payına uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Şirvan şəhər 1 saylı notariat kontorunun notariusuna həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan 30 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 19 oktyabr 2010-cu il tarixdə ölmüş X4 vərəsəsi oğlu Maraqlı şəxsdur- ünvan 4ayılov küçəsi ev 10, mənzil 2 və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nın Ərazi İdarəsi tərəfindən 17 iyun 200-cu il tarixdə X7 verilmiş **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən (Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 29 yanvar 2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş) ünvan 5 ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış sahəsi 80.1kv/m, köməkçi sahəsi 76.1 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Ş.Şükürov küçəsi dalan 1, 11 nömrəli fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 15 nömrəli vərəqəsində iddiaçı Maraqlı şəxs adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 dekabr 1955-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş X10 atası X8 anası isə X2r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19 oktyabr 2010-cu il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 25 mart 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı1 və 07 sentyabr 1983cü il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş İddiaçı2 X3dur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 09 mart 2010-cu il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq,arvad (ər),valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Mirasın qəbulu barədə ərizəyə dair tələblərə görə miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməsinin zəruriliyi notarius tərəfindən müraciət edən vərəsəyə izah edilir. Ərizəçi də özündən başqa vərəsələrin olubolmadığına dair ərizədə bunun üçün xüsusi nəzərdə tutulmuş qrafaları doldurmaqla, özündən başqa vərəsələrin olub-olmadığına dair notariusa məlumat verir. “Notariat haqqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 83-cü bəndinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. İşin araşdırılmış hallarından müəyyən olunur ki, X8, X5 ilə rəsmi nikahda olmuş, həmin nikahdan Maraqlı şəxs, X16, X17, X18, X19 və X11 doğulmuşlar. X17, Mirzəyeva Sevda Hüseyn qızı ilə rəsmi nikahda olmuş, həmin nikahdan iddiaçılar İddiaçı1 və İddiaçı2 doğulmuşlar. X17 09 mart 2010-cu ildə ölmüşdür. Şirvan şəhəri Şirin Şükürov küçəsi dalan 1, 11 ünvanındakı fərdi yaşayış evi X7 məxsus olmuş və onun 19 oktyabr 2010-cu ildə ölümündən sonra miras qalmışdır. Evin 1-ci mərtəbəsindən orada yaşayan iddiaçılar istifadə edirlər. İşin müəyyən edilmiş hallarından həmçinin görünür ki, Şirvan şəhər Məhkəməsinin 2 (032)-1501/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə miras qoyan X1 miras qalmış Şirvan şəhəri Şirin Şükürov küçəsi dalan 1, ev 11-dən ibarət miras əmlaka dair Maraqlı şəxs payına uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Şirvan şəhər 1 saylı notariat kontorunun notariusuna həvalə edilsə də, Maraqlı şəxs, özündən başqa digər vərəsələrin olduğu barədə məlumat vermədiyindən, eləcə də Şirvan şəhər Məhkəməsinin 2 (032)-1501/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsində adı qeyd edilmiş İddiaçı2 da vərəsə olması notariat orqanına bəlli olsa da, həmin vərəsələrə xəbər verilmədən miras əmlaka dair Maraqlı şəxs adına payına uyğun deyil bütövlükdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verdiyindən iddiaçıların ölmüş atalarına çatası paydan bərabər miras almaq hüquqları pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, vərəsənin miras əmlakdakı payının həcmi düzgün müəyyən edilmədiyindən, eləcə də digər vərəsələrə xəbər verilmədən, bununla da qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən, bununla da iddiaçıların ölmüş atalarına miras əmlakdan çatası paydan bərabər miras almaq hüquqlarını pozduğundan 30 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən ləğv edilməli bununla da iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Maraqlı şəxs adına verilmiş 30 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-668/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-668/2023
03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver