Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-701/2023 14.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X2, X1, X5 iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Zülfiqarova (Haxverdiyeva) Səbinə Amil qızına qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Zülfiqarova (Haxverdiyeva) Səbinə Amil qızının Şirvan şəhəri, A.Mustafayev küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, A.Mustafayev küçəsində yerləşən nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ əsası ilə onun adına dövlət qeydiyyatına alınmışdır. Fərdi yaşayış evi onun mülkiyyətində olsa da, hal-hazırda həmin ünvanda onunla ailə üzvü olan, lakin uzun illərdir ki, Sabirabad rayonu, Güdəcühür kəndində özlərinə məxsus evdə yaşayan X7, X4, X9 və X8 pasport qeydiyyatındadırlar. Adları göstərilmiş şəxslər onun oğlu, gəlini və nəvələridir. Onlar, mülkiyyətində olan evdə uzun illərdir ki, yaşamırlar, hal-hazırda da başqa ünvanda yaşayırlar. Həmin şəxslər mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda olmaqla onun üçün müəyyən çətinliklər yaradırlar. Belə ki, onların evimin qeydiyyatında olduğuna görə həmin şəxslərin adına mənzil-komunal xərclərini ödəyir. Cavabdehlərin mülkiyyətində olan evdə pasport qeydiyyatında olması mülkiyyətçi olaraq onun hüquqlarımı məhdudlaşdırır və onların yerinə kommunal xərclər ödəməyə məcbur qalır. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinin mümkün olmamasına görə cavabdehlərin mülkiyyətində olan evdən istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 Əliheydər oğlu izahatında bildirdi ki, Şirvan şəhəri, A.Mustafayev küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi 1974-cü ildə alınıb. 1992ci ildə ailə qurduqdan sonra o evdə qalmır. Sabirabad rayonu, Güdəcühür kəndində ev tikərək ailəsi ilə birlikdə orada yaşayır. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, Cavabdeh1 ilə 1992-ci ildə ailə həyatı qurmuş və o evə gəlin köçmüşdür. İddiaçı məxsus evdə yaşamır. İddiaçı onları evdən çıxarıb. Otuz ildən çoxdur ki, atasının yaşadığı Sabirabad rayonu, Güdəcühür kəndində ev tikərək orada yaşayırlar. Qızı Səbinə də, ailə həyatı qurub və ayrı evə gəlin köçüb. Hal-hazırda da ailə həyatı qurduğu evdə yaşayır. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirdi ki, Şirvan şəhəri, A.Mustafayev küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evində yaşamır, valideynlərinin də dediyi kimi ailəsi ilə bir yerdə Sabirabad rayonu, Güdəcühür kəndində yaşayır. Lakin həmin evdən qeydiyyatdan çıxmaq istəmir. Cavabdeh Zülfiqarova (Haxverdiyeva) Səbinə Amil qızı hazırki məhkəmə iclasına gəlməmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edərək izahatında bildirmişdir ki, Şirvan şəhəri, A.Mustafayev küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evində yaşamır, valideynlərinin də dediyi kimi ailəsi ilə bir yerdə Sabirabad rayonu, Güdəcühür kəndində yaşayıb, hal-hazırda ailə həyatı qurub və ayrı evə gəlin köçüb. Hal-hazırda da ailə həyatı qurduğu evdə yaşayır. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Alı Mustafayev küçəsi 10 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şirvan şəhər Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-111/2-Z-88xx/xx/2023 nömrəli məktubda qeyd edilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cü maddəsinə əsasən) şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə, yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə, AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşların yaşayış yeri qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuna minmiş qətnaməsi olmadığı üçün, həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. MƏhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması qanuna ziddir. Ərizə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət etməyi tövsiyə olunur. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, Şirvan şəhəri, Alı Mustafayev küçəsi 10 nömrəli fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X6, Cavabdeh2, Cavabdeh3 və Zülfiqarova (Haxverdiyeva) Səbinə Amil qızı həmin ünvanda pasport qeydiyyatında olsalar da, həmin mənzildə yaşamırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə, məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən artıq fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onun həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və iddia tələbi təmin edilməklə cavabdehlərin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Zülfiqarova (Haxverdiyeva) Səbinə Amil qızının Şirvan şəhəri, A.Mustafayev küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-701/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-701/2023
14.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver