Məhkəmə qərarları › İş №2(032)-709/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-709/2023

14.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-709/2023 14.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 14 aprel 2023-cü il tarixli, 286069 saylı aktın ləğv edilməsi və və akt əsasında hesablanmış 2115.16 manat borcun silinməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 aprel 2023-cü il tarixli, 286069 saylı aktın ləğv edilməsi və və akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 12-də yerləşən fərdi ev onun adına olmaqla mülkiyyətindədir. 14 aprel 2023-cü il tarixdə Şirvan RETSİin əməkdaşları onun yaşadığı evə gələrək cərimə yazıb getmişlər. Bunu araşdırarkən dedilər ki, guya baxış zaman məlum oldu ki, sayğacın giriş xətlərinə sıxac vasitəsi ilə qoşulmaqla kənar xətt vasitəsi ilə X1 edilir. Ona cərimə yazılmışdır. Hesab edir ki, xx.xx.2023-ci il tarixli 286069 saylı akt qərəzli və qeyri-qanuni yazılmış, aktı tərtib edərkən, enerji təchizatı müəssisəsinin əməkdaşları bir sıra pozuntulara yol vermişlər. Ona 2115 manat cərimə yazılmışdır. Ona xx.xx.2023-cü il tarixli aktın surətini təqdim etdilər. xx.xx.2023-cü il tarixli 286069 saylı AKT göstərilmişdir ki, “baxış zaman məlum oldu ki, sayğacın giriş xətlərinə sıxac vasitəsi ilə qoşulmaqla kənar xətt vasitəsi ilə X2 aşkarlandı. Baxış zamanı video çəkliş aparılmış və ona əsasən cərimə yazılmışdır.” Hesab edir ki, xx.xx.2023-cü il tarixli 286069 saylı akt qərəzli və qeyri-qanuni yazılmış, aktı tərtib edərkən, enerji təchizatı müəssisəsinin əməkdaşları bir sıra pozuntulara yol vermişlər. Akt tərtib olunarkən faktiki işlədilən enerjinin hesabatı da düzgün aparılmamışdır. Enerji təchizatı müəssisəsinin nümayəndələrinin “EEİQ”-nın göstərilən tələblərini kobud surətdə pozması, elektrik sayğacının aşkar olunmuş müdaxilənin hansı vaxtda olmasını müəyyən etmədən, onun və hal şahidlərinin iştirakını təmin etmədən qərəzli akt tərtib etmələri, akt üzrə əlavə ödəniş hesablanarkən mövcud qaydaları rəhbər tutmamaları, "xxxx" ASC-nin əməkdaşları tərəfindən rəsmi xəbərdarlıq etmədən mənzilini şəbəkədən ayırmaları və s. əsaslar onu sübut edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli 286069 saylı akt düzgün tərtib edilməmiş və mövcud qaydaların tələbləri qərəzli surətdə pozulmuşdur. İddiaçı hazırki məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan mülki işə baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəməyə təqdim edilmiş etiraza uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixlərdə "xxxx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən elektrik enerjisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən iddiaçıya məxsus yaşayış evində sayğacın giriş kabelinə sıxaclar vasitəsi ilə bərkidilmiş kənar xəttinin daxil olduğu və həmin kənar xətti vasitəsilə X2 olunduğu aşkarlanmışdır. Bu zaman aşkar olunmuş həmin xəttin müvafiq video çəkilişi aparılmış, bu zaman həmin fakt öz təstiqini tapmış və abonent İddiaçı ona məxsus yaşayış evində sayğacından kənar xətt vasitəsi ilə elektrik enerjisindən qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə sözü gedən akt tərtib olunmuş və 2120,16 manat dəyərində itirilmiş elektrik eneriisi bərpa olunmuşdur. Akt üzrə hesabata gəldikdə isə hesab olunur ki, akt üzrə itirilmiş elektrik enerjisi bərpa olunmuş və həmin akt qanunvericiliyin tələblərinə əsasən düzgün tərtib olunmuş və hesabatı düzgün aparılmışdır. Bundan əlavə iddiaçı, EEİQ-nın 8.33-cü bəndini rəhbər tutaraq hal şahidlərinin iştirak etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2 Qaydaları”na olunmuş 155 saylı dəyişiklik qərarına əsasən abonent barədə itirilmiş elektrik enerjisinin bərpası aktı tərtib olunarkən hal şahidinin dəvət olunmasına dair tələblər qaydalardan çıxarılmışdır. Daha sonra isə abonent EEİQ-nın 7.11-ci bəndini rəhbər tutaraq göstərmişdir ki, yaşayış binalarının girişində quraşdırılmış mənzillər üzrə elektrik sayğacları üzrə cavabdehlik enerjitəchizatı müəssisəsi üzərinə düşür. Giriş hissədə elektrik sayğaclarında olan hər hansı bir qüsur üzrə cavabdehlik təchizat müəssisəsi üzərindədir. Lakin abonentin gizlin yollarla, heç bir kəsin görə bilməyəcəyi yerdən elektrik enerjisinin talanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşımır. Odur ki, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur və Şirvan şəhəri, 28 May küçəsi ev 2, mənzil 30-da qeydiyyatdadır. İş materiallarında olan "xxxx" ASC Şirvan RETSİ-nin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş X1 qaydalarının pozulması haqqında 14 aprel 2023-cü il tarixli, 286069 saylı aktdan görünür ki, abonent İddiaçı sayğacdan kənar X1 edir. Mülki iş üzrə obyektiv araşdırılması aparılması məqsədi ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 286069 nömrəli aktın “X1 qaydaları”nın tələblərinə uyğun tərtib edilibedilmədiyindən araşdırılması məqsədi ilə müvafiq rəyin məhkəməyə təqdim edilməsi barədə Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X3 filialına sorğu verilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X3 filialının rəisi Ceyhun Rzayev tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, təqdim olunan sənədlərdən məlum olmuşdur ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən Şirvan şəhəri, Xəqani küçəsində yerləşən, iddiaçıya məxsus yaşayış evinin hasarının xarici tərəfində divarda quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğacın giriş xətlərinə sıxacla qoşulmaqla kənar xətt vasitəsilə X1 edilməsi barədə abonentin iştirakı olmadan xx.xx.2023-cü il tarixli R 286069 nömrəli akt tərtib edilmişdir. Akta görə giriş naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan yükünə uyğun 11 kVt götürülməklə, 90 gün müddətinə, 2120,16 manat məbləğində xx.xx.2023-cü il tarixli hesabat aparılmış və hesablanmış borc məbləği abunə haqqında cədvələ daxil edilmişdir. Təqdim edilmiş videoçəkilişdə enerjitəchizatı müəssisəsınn əməkdaşları tətəfindən istehlakçının yaşayış evi üçün hasarın xarici tərəfində quraşdırılmış hesablaşma elektrik sayğacından sonra çıxış xəttində ampermaşa vasitəsilə ölçü aparılaraq həmin anda sayğacdan keçən faktiki yüklə müqayisə edildiyi, hər iki halda yükün olmadığı, hasarın üst tərəfində sayğacdan əvvəl giriş xəttinə sıxaclar vastəsilə qoşulmuş sayğacdan kənar xəttin həyətyanı sahəyə daxil olduğu (sayğac üzərində müdaxilə lampası yanır), sıxacdan əvvəl giriş xəttində ölçü aparılan zaman 0,65 A yükün olduğu görunür. Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyən sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd edilənlərə əsasən sayğacdan kənar xətt vasitəsilə X1 edilməsi sübuta yetir və akta görə hesabat Qaydaların 8.17.1-ci bəndinə uyğun aparılmışdır. “X1 Qaydaları”nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmçinin məhkəməyə təqdim edilmiş olan abonent saldosuna baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək abonent tərəfindən istifadə edilmiş elektrik enerjisinin sərfiyyatı ümumilkdə 29 manat təşkil etdiyi halda, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək abonent tərəfindən istifadə edilmiş elektrik enerji sərfiyyatı 144 manat təşkil edir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Müəyyən edilmişdir ki, enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfində yoxlama aparılarkən iddiaçı tərəfindən kənar xətdən istifadə olunması öz təsdiqini tapmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, enerjitəchizatı müəssisəsi o zaman cavabdehlik daşıyır ki, hesablaşma elektrik sayğacın işlək vəziyyətdə olması üzərində hər hansı qüsur olsun. Hazırki halda elektrik sayğacın işlək vəziyyətdə olmaması müəyyən olunmayıb və aktdan göründüyü kimi, abonent mənzilinə gedən, elektrik xətti birbaşa qoşmaqla X1 etmişdir. Məhkəmə bildirir ki, mübahisəli akt qaydalara uyğun tərtib olunub, abonent tərəfindən elektrik enerjisindən qeyri-qanuni yolla istifadə olunması mübahisəsiz təsdiq olunur və belə olan vəziyyətdə iddiaçı tərəfindən sayğacdan kənar X1 etdiyinə görə dəymiş ziyan ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iddiası qanuni əsas olmadığına görə rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 14 aprel 2023-cü il tarixli, 286069 saylı aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar