Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-711/2023 26.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh Adalət qızının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Adalət qızına qarşı pul tələbi dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Adalət qızından 8000 manat pulan və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu, X7 xəstə olduğuna görə onun müalicəsini etdirmək üçün ona pul lazım olmuş, bu səbəbdən özünə məxsus olan Şirvan şəhəri Heyranxanım küçəsində olan 600 kv.m olan torpaq sahəni satmış, pulu onun müalicəsinə istifadə etmişdir. 2005-ci il tarixdə X12 ilə bu barədə söhbətləri olmuş, ona bildirmişdir ki, həmin torpaq sahəsini 1300 manata satır. Həmin vaxt X12 onunla razılaşmış və ona 800 manat pul vermiş, 500 manat borclu qalmışdır. Hər dəfə ondan pul istəyəndə ona bildirmişdir ki, “darıxma sənin pulunu verəcəyəm”. 17 oktyabr 2010-cu il tarixdə X12 vəfat etmiş, sonradan ona məlum olmuşdur ki, X3 anası Cavabdeh onun torpağını öz adına sənədləşdirib. Ona görə bu barədə Şirvan şəhər məhkəməsində iddia qaldırmışdır. Şirvan şəhər məhkəməsinin 09 iyun 2016-cı il tarixli 2(032)-1454/2016 saylı qətnaməsi ilə Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən aparılmış tikilinin cavabdehin hesabına sökülməsi və torpağın boşaldılması, ona təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(106)-32/2018 saylı qətnaməsinə əsasən onun Apellyasiya şikayəti təmin edilmişdir. 09 iyun 2016-cı il tarixli 2(032) 1454/2016 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh Adalət qızının ünvan 2 ünvanda yerləşən torpaq sahəsindən çıxarılması cavabdeh tərəfindən aparılmış tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Balahüseyin qızına təhvil verilməsi qət edilmişdir. Cavabdehlər tərəfindən əlavə tikilər sökülmüş yalnız qapı qalmışdır. Qapını sökmürlər. Ondan 800 ABŞ dolları pul istəyirlər. Onlara onun Şirvan şəhər Heyranxanım küçədə 11 saylı bağ evində 18 ildir ki, qalırlar. Bu günə kimi bir manat da pul verməyiblər. Bu səbəbdən də Cavabdeh Adalət qızından ancaq onun həmin bağında yaşadıqlarına görə 8000 (səkkiz min) manat kirayə pulu tələb edir. Hal-hazırda oğlu X7 birinci qrup əlildir, onun müalicəsinə pul lazımdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinə uyğun izahat verdi. 2005-ci ildən 2015-ci ilədək torpaqda yaşayıblar. Həmin müddət ərzində aralarında hər hansı bir mübahisə olmamışdır. 2015cildə məhkəməyə müraciət etməsi ilə mübahisələr başlamışdır. Cavabdeh Adalət qızının nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Şirvan şəhəri Heyranxanım küçəsində olan 600 kv.m olan torpaq sahəsi qanuni əsaslarla əldə edilmişdir. İddiaçı həmin torpaq sahəsini X10 800 ABŞ dollarına satmışdır. Daha sonra 2016-cı ildən bu mühabisə ilə bağlı Şirvan şəhər Məhkəməsində iddia qaldırmışdır. Şirvan Apellyasiya məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(106)- 32/2018 saylı qətnaməsinə əsasən həmin mübahisəli torpaq sahəsində aparılmış tikintilər sökülərək, torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilmişdir. İddiaçı hər hansı bir borcu yoxdur. İddia ərizəsində 8000 manat pul tələb edilsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı bildirir ki, guya onlar tərəfindən həmin torpaq sahəsi qanunsuz istifadələrində olduğundan onların iddiaçıya kirayə pulu ödəməlidirlər. Lakin aralarında olan məhkəmə mübahisələrindən də görünür ki, həmin torpaq sahəsini qanuni əsaslarla alınmış, lakin sonradan məhkəməyə müraciət edilməsi ilə uzun sürən məhkəmə mübahislərinin nəticəsi olaraq torpaq sahəsi iddiaçıya qaytarılmışdır. Odur ki, iddianı əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 12 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Əli-Bayramlı şəhərində torpaq sahəsinin Heyranxanım küçəsi 11 nömrəli sahədə ayrılması, həmin sahədə yaşayış sahəsi 90 kv.metr, yardımçı sahəsi 35 kv.metr və eyvan hissəsi 18 kv.metr olan fərdi yaşayış evi tikmək üçün icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(032)-1454/2016 saylı (qətnamədə səhvən 2015-ci il kimi qeyd olunmuşdur) qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən aparılmış tikintilərin cavabdehin hesabına sökülməsi və torpağın boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddia rədd edilmişdir. Şirvan İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(86)-27/2017 saylı qərarına əsasən Cavabdeh fərdi ev tikintisi məqsədi ilə Şirvan şəhəri, Heyrənxanım küçəsində 600 kv.m aparılması barədə Əli-Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 109 № sərəncamı etibarsız sayılmışdır. Şirvan şəhər məhkəməsinin xx.xx.2017-ci il 2(032)-3218/2017 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi, Şirvan şəhər Notariat Kontoru, Cavabdeh və X4 qarşı dövlət reyestrindən çıxarışların və bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış, eləcə də Cavabdeh ilə cavabdeh X6 arasında bağlanmış 14 iyul 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, həmin müqavilə üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-753/2018 saylı qətnaməsinə əsasən Şirvan şəhər məhkəməsinin xx.xx.2017-ci il 2(032)-3218/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2-2(106)-32/2018 saylı qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(032)-1454/2016 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh Adalət qızının ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən aparılmış tikintilərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-1589/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı torpaq sahəsindən çıxarılma, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X6 İddiaçı Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 349 nömrəli qərarına əsasən Şirvan şəhəri, Heyrənxanım küçəsi 11 nömrəli sahədə ayrılmış torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şirvan Apelyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-977/2019 saylı qətnaməsi ilə cavabdeh X2 apelyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-1589/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan şəhər məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(032)-702/2019 saylı qətnaməsinə əsasən iddiaçı Əsədov Hüseyn Paşa oğlunun cavabdeh İddiaçı qarşı torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin bağlanmış hesab edilməsi, pulun alınması, xüsusi qərarın çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apelyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-2576/2019 saylı qətnaməsi ilə iddiaçı Əsədov Hüseyn Paşa oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(032)-702/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7384/2019 saylı qərarı ilə iddiaçı Əsədov Hüseyn Paşa oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)- 2576/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin iş materiallarında olan İddiaçı Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə ünvanladığı notarial qaydada təsdiq edilmiş 11 may 2023-cü il tarixli, **********734 nömrəli ərizəsinin surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-32/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh tərəfindən aparılmış tikintilər onun hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq ona təhvil verilməlidir. ünvan 5 ünvanda yerləşən torpaq sahəsində aparılmış qanunsuz tikililət tamamilə sökülərək boşaldılmış və Cavabdeh Ağalı qızı həmin ünvandan çıxarılaraq sözügedən torpaq sahəsi ona təhvil verilmişdir. Qətnamənin icrası ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-32/2018 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 12 nömrəli qərarına əsasən İddiaçı Əli-Bayramlı şəhərində torpaq sahəsinin Heyranxanım küçəsi 11 nömrəli sahədə yaşayış sahəsi 90 kv.metr, yardımçı sahəsi 35 kv.metr və eyvan hissəsi 18 kv.metr olan fərdi yaşayış evi tikmək üçün icazə verilmişdir. Həmin torpaq sahəsini hazırkı mülki iş üzrə iddiaçı 2005-ci il tarixdə X12 ilə aralarında olan razılaşmaya əsasən 1300 manata sonuncuya satılması ilə bağlı razılıq əldə edilmiş və ilkin olaraq X12 tərəfindən İddiaçı 800 ABŞ dolları pul ödəmişdir. Mübahisəli torpaq sahəsi 2005-ci ildən cavabdeh tərəfin sahiblik və istifadəsinə keçmişdir. 2005-ci il tarixdən 2015-ci il tarixədək tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə olmamışdır. Bu müddət ərzində qeyd edilən torpaq sahəsində hazırkı mülki iş üzrə cavabdeh (bağışlanma və ailə münasibətləri nəzərə alınmaqla) tərəfindən fərdi yaşayış evi tikilmiş və müvafiq sənədləşdirmə işləri aparılmışdır. Sonradan 2015-ci il tarixdən 2023-cü il tarixədək olan müddət ərzində tərəflər arasında olan mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmə mübahislərinin nəticəsi olaraq mülki iş materiallarına əlavə edilmiş qətnamələrdən də göründüyü kimi mübahisəli torpaq sahəsinin boşaldılaraq, mövcud olan tikililər sökülərək hazırkı mülki iş üzrə İddiaçı qaytarılması qət edilmişdir. Hazırda iddiaçı mübahisəli torpaq sahəsindən cavabdeh tərəfindən istifadə edilməsi ilə bağlı 8000 manat pulun cavabdehdən tutulmalı olduğunu iddia edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı pul tələb etsə də, işin bu halını təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə qeyd edir ki, maddi hüquq normasının məzmunundan göründüyü kimi işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu sübut növlərindən biri də işdə iştirak edən şəxslərin izahatları müəyyən edilmişdir. Məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatlarında və işin faktiki hallarından göründüyü kimi tərəflər arasında torpaq sahəsi ilə bağlı ilkin hüquq münasibətləri 2005-ci ildə yaranmış və 2015-ci ilədək tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı bir mülki mübahisə olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəməyə təqdim edilmiş məhkəmə qətnamələrindən də görünür ki, tərəflər arasında mülki hüquq müstəvisində olan mübahislər 2015-ci ildən başlanmış və 2023-cü ilədək davam etmiş və sonda hazırkı mülki iş üzrə İddiaçı ərizəsi əsasında icra işi üzrə icraata xitam verilmiş və torpaq sahəsi İddiaçı qaytarılmışdır. İddiaçı torpaq sahəsindən cavabdeh tərəfindən 18 il müddətində qanunsuz istifadə etmiş olmasını iddia etsə də, buna dar hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə işdə olan qətnamələrdən mübahisəli torpaq sahəsinə cavabdehin mülkiyyət hüquqlarının qeydə alınmış olduğu və məhkəmədə mübahisələndirilməsi nəticəsində ləğv edildiyi aşkar olunmuşdur. Yəni hazırkı işə mövcud olan qətnamələr üzrə yanşılsa 2019-cu ilədək cavabdehlər tərəfindən torpaq sahəsindən qanuni əsaslarla istifadə etdiyi qənaətinə gəlməyə əsas verir. Məhkəmə xatırladır ki, Cavabdeh Adalət qızının ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən aparılmış tikintilərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2-2(106)-32/2018 saylı qətnaməsi torpaq sahəsində aparımış qanunsuz tikillər sökülərək tamamilə boşaladılaraq təhvil verilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2-2(106)- 32/2018 saylı qətnaməsi üzrə icra sənədi üzrə icraata 2023-cü il tarixdə İddiaçı vermiş olduğu ərizəsi əsasında xitam verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Adalət qızına qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. İddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Adalət qızından 8000 manat pulan və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-711/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-711/2023
26.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver