Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-712/2023 19.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Heydərov Fərrux Fəttah oğlunun katibliyi İddiaçılar İddiaçı1 və X1 nümayəndəsi-vəkili X6 Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçılar İddiaçı1 və X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2500 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, X2 təxmini 10 il müddətdir ki, tanıyır. X9 şəhər ərazisindən mənzil satan olsa ona xəbər etməsini demişdir, üstündən bir neçə gün sonra Ağamirzə ona tanışı Cavabdeh Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 1, mənzil 51 saylı mənzilini satdığını demişdir. 17 aprel 2022-ci il tarixdə tanışı onun yanında Ağamirzə Cavabdeh zəng edib ev alqı-satqısı barədə söhbət etmək üçün görüşmüşdürlər. Ağamirzə ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə gedib baxdıqda, adını sonradan bildiyi Elvin Məmmədov ailə üzvləri birlikdə həmin ünvanda kirayədə yaşayırdılar. Onların yanında evə nəzər saldıqdan sonra evi almaq istədiyini Ağamirzəyə bildirdi. Evin sahibi Cavabdehlə evin qiyməti barədə söhbət üçün yenidən görüşmüşdürlər. Cavabdeh ona evdə olan bəzi əşyaları götürəcəyi təqdirdə evi 68.000 manata, bütün əşyalar yerində qalmaq şərti ilə isə evi 70.000 manata satacağını demişdir. Cavabdeh imkanının az olması səbəbindən evi 68.000 manata alacağını bildirdikdə və Nazimə evdən hansı əşyaları götürəcəyi barədə soruşduqda, Nazim ona evdə özünə aid olan televizoru, kondisoneri, soyuducunu, paltaryuyanı, divan-kreslo oturacaqlarını, qonaq otağı mebeli və yataq dəstini götürəcəyi halda 68.000 manata satacağını demiş və qalan əşyaların yəni, mətbəxt mebelini və kobi aparatını saxlayacağını bildirdikdə omunla razılaşmışdır. Evi aldıqdan sonra Nazim ona evdə olan kirayədə yaşayanları heç olmasa bir iki ay çıxarmamağı xahiş etmiş və onunla razılaşmışdır. Belə ki, 25 aprel 2022-ci il tarixdə Nazim ona zəng edərək, evin alqı-satqısı ilə bağlı görüşmək istədiyini dedikdə, Nazimə həmin vaxt dənizdə işlədiyini onunla görüşə bilməyəcəyini və həyat yoldaşı İddiaçı1 ilə notarat kontoruna getmələrini və mənzilin alqı-satqısını həyata keçirməsini demişdir. Lakin sonradan ona məlum oldu ki, evi Cavabdeh aldıqdan sonra Nazim ondan xəbərsiz ünvan 1 ünvana gedərək kirayədə qalan Elvin Məmmədovdan aylıq kirayə haqqı almışdır. xx.xx.2022-ci il tarixdə Nazim Elvini və onun ailə üzvlərini evdən çıxardaraq evdə olan bütün əşyaları və hətta mətbəx mebelini və kombi aparatını da söküb aparmışdır. Cavabdeh dəfələrlə mətbəxt mebelini və kombi aparatını gətirib yerinə qoymasını və onları yerinə qoymadığı halda 1500 manat dəyərində olan mətbəxt mebilinin və 1000 manat dəyərində olan kombi aparatının pulunu isdədikdə o, hər dəfə bir bahanə etmişdir. Məcbur olub Nazim barəsində polis şöbəsinə müraciət etmişdir. Şirvan şəhər polis şöbəsində araşdırma aparılmış və araşdırma mülki xarakter olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı1 və X1 nümayəndəsi-vəkili X11 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmədi, təmin edilməməsini xahiş etdi. İzahatında bildirdi ki, mənzilinin əşyaları içərisində qalmaq şərtilə 70000 AZN, boş halda isə 68000 AZN qiymətinə satacağını bildirmiş, iddiaçılar isə evi 68000 manata yəni boş vəziyyətdə almaq istədiklərini bildirmişlər. O da öz növbəsində evi boşaltmış və iddiaçılara təhvil vermişdir. Aralarında alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtləri də açıq-aydın qeyd edilmişdir. Sonradan iddiaçılar ondan polisə şikayət etmiş, polisə çağrılarkən hazırki izahatla eyni məzmunlu izahat vermişdir. İddiaçılarla onun arasında mənzildə kombi və mətbəx mebelinin saxlanılmasına dair nə şifahi nə yazılı heç bir razılaşma olmamışdır, əks halda bu müqavilədə əks olunardı. İddiaçı polisə verdiyi izahatında onların arasında mətbəx mebeli ilə kombi aparatının qalmasına dair razılığın olmasını qeyd etməmişdir. Hətta xx.xx.2022-ci il tarixdə Fəxrəddin dənizdən gəldikdən sonra Cavabdeh onunla görüşən zaman yanında qızı da gəlmişdir və evi təhvil vermək üçün onlar mənzilə gedən zaman Fəxrəddin evin bütün otaqlarını gəzərək heç bir narazılığının olmadığını ona bildirmiş və belə olan halda o da açarı ona təhvil verərək onların yanından ayrılmışdır. Mətbəx mebelinin öz qiyməti 3500 manat olduğu halda hansı səbəbdən həmin mebeli iddiaçıya verməli idi. İddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, bina 1, mənzil 51, Yeni qaydalarla AZ 1801, ünvan 2 ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, Daşınmaz əmlakın AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ünvan 1, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 94,4 kv.m olan üçüncü şəxslərin hüquqlarından azad edilmiş mənzili İddiaçı1 satmışdır. Cavabdeh Şirvan şəhər Polis Şöbəsində vermiş olduğu izahatında bildirmişdir ki, Ağamirzə adlı şəxsi 15 il müddət, Fəxrəddin adlı şəxsi isə Ağamirzə vasitəsi ilə ev alqı-satqı məsələsinə görə tanımışdır. Belə ki, 17 aprel 2022-ci il tarixdə tanışı Ağamirzə ona zəng edərək, özünə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili almaq Fəxrəddin adlı şəxsin olduğunu bildirdikdə, Cavabdeh onlarla Şirvan şəhər ərazisində görüşərək, hazırda evdə kirayədə qalan Elvin Məmmədov adlı şəxsə zəng edərək, evə baxmaq istəyənlərin olduğunu bildirmiş və o, da buna heç bir etiraz etmədən gələ biləcəklərini Nazim Mirzayevə bildirdikdə, Cavabdeh Ağamirzəya və tanışı olan Fəxrəddinə gedib evə baxa biləcəklərini tapşırmış və onlar ikisi birlikda gedib evə baxdıqdan sonra Fəxrəddin Cavabdehlə yenidən görüşüb evin qiyməti barədə söhbət aparan zaman Cavabdeh Fəxrəddinə evin boş halda qiymətini 68.000 AZN-ə, bütün əşyaları içərisində qalmaq şərtilə 70.000 AZN-ə sıtacağını bildirmiş və belə olan halda Fəxrəddin Cavabdeh imkanı az olduğundun evi boş halda alacağını bildirərək, aralarındada evin 68.000 AZN-a satılacağı barədə razılıq əldə olunmuşdur. Cavabdeh qeyd etmək istəyir ki, Ağamirzə ilə Fəxrəddin evə baxıb yanına gələrək evin qiyməti barədə söhbət edən zaman Cavabdeh evin boş halda qiymətini 68.000 AZN-ə bildirərkən, evdən bütün özünə məxsus olan əşyalarını çıxaracağını bildirmiş və Fəxrəddin də onunla razılaşaraq Ağamirzə ilə birlikdə çıxıb getmişdir. Belə ki, 25 aprel 2022-ci il tarixdə Cavabdeh Fəxrəddin adlı şəxsə zəng edərək, notariat qaydada evin alqı-satqısı barədə müqavilə bağlanması üçün onunla görüşmək istədiyini bildirdikdə, şəxs dənizdə işlədiyini qeyd edərək, öz həyat yoldaşını və qızını göndərərək onlarla alqı-satqı olunmasını, pulu da onlardan alacağını bildirdikdə Cavabdeh bununla razılaşmış və əlavə olaraq Fəxrəddinə ev alqı-satqısı baş tutduqdan sonra evdə kirayədə qalan şəxsləri bir ay ərzində çıxarmamasını ondan xahiş etmiş və Fəxrəddin də onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh Fəxrəddinin həyat yoldaşı ilə görüşərək Şirvan şəhər Notariat xidmətində evi boş halda 68.000 AZN qiymətinə alqı-satqı etdikdən sonra ayrılmışdır. xx.xx.2022-ci il tarixdə Fəxrəddin dənizdən gəldikdən sonra Cavabdeh onunla görüşən zaman yanında qızı da gəlmişdir və evi təhvil vermək üçün onlar mənzilə gedən zaman Fəxrəddin evin bütün otaqlarını gəzərək heç bir narazılığının olmadığını Cavabdeh bildirmiş və belə olan halda Cavabdeh açarı ona təhvil verərək onların yanından ayrılmışdır. Belə ki, Cavabdeh qeyd edir ki, evi boş halda 68.000 AZN-ə satacağımı bildirən zaman heç bir əşya adı sadalamamış və 25 aprel 2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanan zaman evdə kirayədə yaşayanlar olduğu üçün evi bir ay sonra, yəni onlar çıxdıqdan sonra boşaldacağı barədə Fəxrəddin ilə danışaraq razılığın almışdır. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hər iki tərəfi uzun müddətdir ki, tanıyır, onlarla həmişə münasibət yaxşı münasibətləri olmuşdur. Fəxrəddin mənzil almaq istədiyini bildirmiş, Nazimlə onu görüşdürmüşdür. Söhbət zamanı Nazim bildirmişdir ki, evin boş halda qiyməti 68.000 AZN-ə, bütün əşyaları içərisində qalmaq şərtilə 70.000 AZN-ə satlr. Fəxrəddin Cavabdeh imkanı az olduğundun evi boş halda alacağını demiş, Nazim söhbət əsnasında evin içərisində televizor, kondisioner, soyuducu, paltaryuyan, divan kreslo, qonaq otağı mebeli, yataq dəstinin götürəcəyi halda 68.000 AZN-ə satacağını bildirmişdir. Lakin tərəflər arasında mənzildə olan mətbəx mebeli və ya kombi aparatının alqı-satqıdan sonra evdə saxlanılacağı barədə hər hansı bir söhbət aparılmamışdır. Cavabdeh iddiaçıya evi boş halda 68 min manata satacağını bildirmiş, Fəxrəddin də bununla razılaşmışdır. Məhkəmənin suallarına cavab olaraq şahid cavabdehin mənzilini iddiaçıya satarkən içərisində kombi aparatının və mətbəx mebelinin saxlanılmasına dair vəd vermədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunan hallar və tərəflərin nümayiş etdikləri mövqe : Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında tam iradə sərbəstliyi əsasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtləri əvvəlcədən müəyyən olunmuş, şərtlərinə dair müzakirə aparılmış və razılaşdıqları şərtlər daxilində müqavilə rəsmiləşdirilmişdir. Müqavilənin əsas şərti kimi satıcı (cavabdeh) mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən - mənzil üzərində bütün mülkiyyət hüququnu alıcıya (iddiaçı) verir, - Üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı verir - Daşınmaz əmlaka aid olan bütün sənədləri alıcıya verir - əmlak alıcının sahibliyinə verilənədək əmlak və kommunal xərclərin ödənilməsi satıcının üzərinə düşür. Göründüyü kimi müqavilənin heç bir bəndində mənzildə saxlanılacaq əşyaların gələcək aqibəti ilə əlaqədar tərəflər arasında heç bir razılıq əks olunmamışdır. Hazırda iddiaçı hesab edir ki, mətbəx mebeli və kombi aparatı mənzilin tərkib hissəsi kimi ona verilməli idi, cavabdeh isə bunu qəbul etmir və mənzilin boş halda iddiaçıya satılması barədə əvvəlcədən razılığa gəldiklərindən həmin əşyaları da evin təhvil verilməsindən qabaq bütün əşyalar kimi özü ilə apardığını bildirir və bir daha iddiaçıya boş vəziyyətdə mənzili təhvil verdiyini, boş mənzil dedikdə isə əlavə heç bir mebel və kombi aparatının olmamasını nəzərdə tutduğunu göstərir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəyə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mübahisə ilə əlaqədar mövqeyi və əsaslandığı hallar: İlk öncə məhkəmə hazırki mübahisəni - mülki prosessual qanunvericiliyinin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi və hər bir tərəf istinad etdiyi halları sübuta yetirməlidir prinsipinə əsaslanmaqla həll edilməsini məqsədəmüvafiq hesab edir. Çünki sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır (N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı). Mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı) Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edilməsi yolverilməzdir. (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı təcrübəyə əsasən yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. İddianın rədd edilməsinə zəmin yaradan hallar İş materiallarına əlavə edilmiş tərəflərin polis qurumunda vermiş olduqları öz izahatlarını, həmçinin şahid ifadəsini tədqiq edərkən müəyyən olunur ki, tərəflər arasında “boş mənzilin iddiaçıya satılması halında kombi aparatının və mətbəx mebelinin də həmin mənzildə qalması” barədə hər hansı bir razılaşma nəzərdə tutulmamışdır. Şahid qismində dindirilmiş X4 isə tərəflər arasında razılaşma söhbətlərində iştirak edən bir şəxs kimi iddiaçının göstərdiklərini təsdiq etmədi və əşyaların cavabdeh tərəfindən mənzilin içində qalmaqla iddiaçıya təhvil verilməsinə dair heç bir razılaşmanın şahidi olmadığını bildirdi. Həmçinin alqı-satqı müqaviləsində mənzilin qiyməti də bir daha onu göstərir ki, mənzil həqiqətən də tərəflər arasında əvvəlcədən razılığa gəldikləri şərtlə yəni- “boş mənzilə görə 68000 manat” qiymətinə satılmışdır. Hazırki məqamda iddiaçıların bildirdikləri həm öz xeyrinə şərh olunduğu kimi, eyni məzmunda və həcmdə cavabdehin də xeyrinə də şərh oluna bilər. Yəni tərəflər arasında evdən götürüləcək əşyalar arasında kombi aparatının və mətbəx mebelinin sadalanmaması həmin əşyaların mənzildə qalması kimi iddiaçı tərəfindən şərh olunmaqla bərabər, boş mənzilin iddiaçıya təhvil verilməsi həmin mənzildə “hər hansı bir mebel və texnika olmadan” təhvil verilməsi kimi də şərh oluna bilər. Bundan əlavə nə cavabdeh, nə şahid mənzildə həmin əşyaların qalması barədə iddiaçılarla heç bir razılığın müzakirə olunmamasını, bu əşyaların iddiaçıda qalmasına dair cavabdehin öhdəlik götürməsini təsdiq etmədilər. Bundan əlavə cavabdeh mənzili iddiaçıya şəxsən sonuncunun qızının yanında təhvil verməsini və iddiaçının otaqları bir-bir gəzərək heç bir narazıçılığının olmamasını ona bildirdiyini qeyd edir. Burdan belə qənaətə gəlmək mümkündür ki, iddiaçı pulunu tələb etdiyi əşyaların mənzil ilə birlikdə ona təhvil veriləcəyini güman etmiş, cavabdehlə real olaraq bu barədə nə şifahi, nə də ki, yazılı razılığa gəlməmişdir. Belə olan halda isə yəni, ziddiyyətli və şübhəli, iddiaçının gümanına əsaslan tələbin təmini məqbul hesab edilə bilməz. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh bir satıcı kimi müqavilə və tərəflər arasında olan razılaşmaya əsasən öhdəsinə götürdüyü vəzifələri yerinə yetirmiş, mənzili boş halda 68000 manat qarşılığında alıcıya yəni iddiaçılara satmışdır. İddiaçıların isə hazırda öz gümanlarına əsaslandığı tələbi irəli sürsələr də istinad etdiyi halları sübuta yetirə bilmədiyiklərindən iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 45 manat 40 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri də iddiaçılara aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-712/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-712/2023
19.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver