Məhkəmə qərarları › İş №2(032)-713/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-713/2023

24.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-713/2023 24.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı Mirdamət oğlunun və vəkili X28, Cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinin nümayəndəsi X40 iştirakları ilə, İddiaçı cavabdeh ünvan 5 qarşı mülkiyyət hüququ haqqında və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payların vərəsələr arasında yenidən bölünməsi tələbinə dair mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli “Mülkiyyət hüququ haqqında” şəhadətnamənin və “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilərək mərhum atası X11 miras qalmış Şirvan şəhəri, M.Hüseynzadə küçəsi, ev 35 (X51 şəhəri, M.Hüseynzadə küçəsi ev 37) ünvanında yerləşən fərdi yaşayış evinin - miras əmlakın 1/3 hissədə olmaqla vərəsələr arasında yenidən bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli “Mülkiyyət hüququ haqqında” şəhadətnaməyə əsasən mərhum atası X11 miras qalmış Şirvan şəhəri, M.Hüseynzadə küçəsi, ev 35 (X51 şəhəri, M.Hüseynzadə küçəsi ev 37) ünvanında yerləşən fərdi yaşayış evi atası ilə anasının birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilərək X9nın ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ tanınmışdır. Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən yuxarıda qeyd edilən miras əmlakın qalan ½ hissəsi vərəsələr arasında 1/4 hissə olmaqla bölünmüşdür. Mərhum atası X11 miras qalmış Şirvan şəhəri, M.Hüseynzadə küçəsi, ev 35 (X51 şəhəri, M.Hüseynzadə küçəsi ev 37) ünvanında yerləşən fərdi yaşayış evi mərhum atasına vərəsəlik hüququ əsasında keçmişdir. Belə ki, qeyd edilən əmlak mərhum babası X7 miras qalmışdır. Qeyd edilən vərəsəlik işi 2019-2020-ci illərdə Şirvan şəhər 1 saylı notariat ofisində açılmışdır. Şirvan 1 saylı notariat ofisinə müraciət edərək norarius tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli “Mülkiyyət hüququ haqqında” şəhadətnamənin və “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilərək miras əmlakın paylar üzrə yenidən bölünməsini xahiş etsə də, ona ünvanlanmış 29 mart 2023-cü il tarixli məktubda həqiqətəndə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinin düzgün tətbiq edilmədiyi və payların bölgüsünün düzgün aparılmadığı qeyd edilmiş, lakin şəhadətnamələrin ləğv edilməsinin mümkünsüz olması və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. X9 28 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Hal-hazırda qanun üzrə birinci növbədə vərəsələr o və iki bacısıdır. Məhkəmə iclasında İddiaçı Mirdamət oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçı Mirdamət oğlunun vəkili X37 məhkəmə iclası zamanı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinin nümayəndəsi X46 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçının atasından miras qalmış Şirvan şəhəri, M.Hüseynzadə küçəsi, 35 saylı (X51 şəhəri,M.Hüseynzadə küçəsi, ev 37) fərdi yaşayış evinə Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən anasına paya mülkiyyət hüququ haqqında şəhadətnamə, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən Samirin payı açıq saxlanılmaqla digər qanun üzrə vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı notariat ofisinə müraciət edərək, notariat hərəkətləri aparılan zaman Ailə Məcəlləsinin 32-ci maddəsi düzgün tətbiq edilməməsi, belə ki, atasından miras qalmış əmlak anası ilə birgə nikah dövründə əldə edilməməsi və atasına onun mərhum atasından vərəsəlik əsasında keçirildiyini bildirmiş, tərəflərindən Elektron Notariat informasiya sistemində təkrar axtarış edildikdə məlum olmuşdur ki, həqiqətəndə Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbləri düzgün tətbiq edilməyib və onun əsasında istər paya mülkiyyət istərsə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə payların bölgüsü düzgün aparılmayıb. Bütün bunlara baxmayaraq tərəflərindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin notariat qaydasında ləğv edilməsi qanunvericiliklə nəzərdə tutulmadığından həmin şəhadətnamələrin ləğv edilməsi mümkünsüzdür, buna görə də iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Sonda iddianın təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X41 və X15 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X41 və X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli reyestr nömrəsi 2V-295 nömrəli notariat işində olan xx.xx.2019-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1991-ci ildə 2K-4533 reyestrlə təsdiq olunan vəsiyyətnaməyə əsasən xx.xx.2006-cı il tarixdə ölmüş X12 vərəsəsi X21r. Miras əmlak ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə X16 verilmiş **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri Mehdi Hüseynzadə küçəsi 35 (X51 şəhəri Mehdi Hüseynzadə küçəsi 37) ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124 m2 olan fərdi yaşayış evidir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Mehdi Hüseynzadə küçəsi 35 (X51 şəhəri Mehdi Hüseynzadə küçəsi 37) ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124 m2 olan fərdi yaşayış evi X13 mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixli reyestr nömrəsi 2V-87 nömrəli notariat işində olan xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2021-ci ildə vəfat etmiş X3 qalmış əri (arvadı) ünvan 2 ünvanında qeydiyyatda olan X20 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X20 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı: ƏMDK-nin yanında DƏDRXnin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X22 verilmiş **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri M.Hüseynzadə küçəsi ev 35 (Yeni qaydalarla AZ 1800 Şirvan şəhəri, M.Hüseynzadə küçəsi ev 37) ünvanında olan 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124 kv/metr olan fərdi yaşayış evindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı Şirvan şəhəri, M.Hüseynzadə küçəsi, ev 35 (Yeni qaydalarla AZ 1800 Şirvan şəhəri, M.Hüseynzadə küçəsi ev 37) ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhdətnamənin surətində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X17 vərəsələri: X34, X41, X29 və onların hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X22 verilmiş **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən Şirvan şəhəri M.Hüseynzadə küçəsi ev 35 (Yeni qaydalarla AZ 1800 Şirvan şəhəri, M.Hüseynzadə küçəsi ev 37) ünvanda olan 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Həmin miras əmlakın ½ hissəsinə paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin miras əmlakın 1/4 hissəsi açıq saxlanılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuşdur. Onun atası X30, X9dır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2016-cı tarixdə ölmüşdür. Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ 209915 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X30 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ 315146 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X34 xx.xx.2023-cü il tarixdə ölmüşdür. 2 saylı Əli Bayramlı (indiki Şirvan) şəhəri dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli vəsiyyətnamədən görünür ki, X26 ona məxsus olan VAZ-21063 minik markalı, AA138245 nmörəli texniki pasporta əsasən ** BB *** markalı ******* №- li mühərrikli, 1990-cı il buraxılış ili fərdi minik avtomobilini oğluna X23 vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin Cavabdeh 12 dekabr 1991-ci il tarixdə 2B-4533 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin qüvvədə olubolmaması barədə məlumatın istənilməsi ilə əlaqədar müraciətə əsasən ünvan 3 ünvanlanmış 19 iyul 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdə ölmüş X26 tərəfindən Şirvan şəhər 2 saylı dövlət notariat kontorunda 22 sentyabr 2005-ci il tarixdə VAZ-21063 minik markalı, AA138245 nmörəli texniki pasporta əsasən ** BB *** markalı ******* №- li mühərrikli, 1990cı il buraxılış ili fərdi minik avtomobilinə dair oğlu X18 adına qoyduğu yeni vəsiyyətnamə ilə bu vəsiyyətnaməni qismən dəyişdirmişdir. Vəsiyyətnamənin qalan hissəsinə dair xx.xx.2019-cu ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, M.Hüseynzadə küçəsi 35, yeni qaydalarla Az 1800, Şirvan şəhəri, M.Hüseynzadə küçəsi ev 37 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X16 məxsus olmuşdur. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqına xx.xx.2019-cu il tarixli şəhadənamənin surətindən görünür ki, Əli Bayramlı (indiki Şirvan) şəhər Dövlət Notariat kontoru tərəfindən xx.xx.1991-ci ildə 2K-4533 reyestrlə təsdiq olunan vəsiyyətnaməyə əsasən xx.xx.2006-cı il tarixdə ölmüş X12 vərəsəsi X21r. ünvan 2 və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə X19 verilmiş **********573-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyetrindən çıxarışa əsasən ünvan 2 (yeni qaydalarla AZ1800, ünvan 4 ünvanında 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124.0 kv.m olan fərdi yaşayış evindən ibarətdir. X1 Seyidmirə Mirfətulla qızı, X5 ünvan 5 ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, ataları X26 xx.xx.2006-cı ildə vəfat etmişdir. Ondan miras qalmış ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və bütün daşınar və daşınmaz əmlaklar miras qalmışdır. Həmin əmlakların ona çatası məcburi payından imtina edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü, 1267-ci və 1268-ci maddələri notarius tərəfindən onlara izah olundu. Vərəsələr mirası qəbul etməkdən imtina etdiyi barəsə ərzəni geri götürə bilməz. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın bir hissəsindən imtina etdikdə və ya hər hansı bir şərt qoyduqda, onlar bütün mirasdan imtina edirlər. xx.xx.2019-cu il tarixli **********328 saylı ərizənin surətindən görünür ki, X4 şəhəri 1 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2006-cı il tarixdə vəfat etmiş atası X7 miras əmlak ünvan 2 (yeni qaydalarla Az 1800, ünvan 7 ünvanda 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şirvan şəhəri 1 saylı notariat ofisinin İddiaçı ünvanlanmış 29 mart 2023-cü il tarixli, 400 nömrəli cavab məktubundan görünür ki, iddiaçının atasından miras qalmış ünvan 6 (X51 şəhəri,M.Hüseynzadə küçəsi, ev 37) fərdi yaşayış evinə Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən anasına paya mülkiyyət hüququ haqqında şəhadətnamə, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən onun payı açıq saxlanılmaqla digər qanun üzrə vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Onun notariat ofisinə müraciət edərək, notariat hərəkətləri aparılan zaman Ailə Məcəlləsinin 32-ci maddəsi düzgün tətbiq edilməməsi, belə ki, atasından miras qalmış əmlak anası ilə birgə nikah dövründə əldə edilməməsi və atasına onun mərhum atasından vərəsəlik əsasında keçirildiyini bildirmiş, tərəflərindən Elektron Notariat informasiya sistemində təkrar axtarış edildikdə məlum olmuşdur ki, həqiqətəndə Ailə məcəlləsinin 32-ci maddəsinin tələbləri düzgün tətbiq edilməyib və onun əsasında istər paya mülkiyyət istərsədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə payların bölgüsü düzgün aparılmayıb. Bütün bunlara baxmayaraq tərəflərindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin notariat qaydasında ləğv edilməsi qanunvericiliklə nəzərdə tutulmadığından həmin şəhadətnamələrin ləğv edilməsi mümkünsüzdür, buna görədə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. “Notariat haqqında” Qanunun 60-cı maddəsinin tələbinə əsasən, Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. “Notariat haqqında” Qanunun 60-cı maddəsinin tələbinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, miras əmlak olan Şirvan şəhəri Mehdi Hüseynzadə küçəsi 35 (X51 şəhəri Mehdi Hüseynzadə küçəsi 37) ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124 m2 olan fərdi yaşayış evi vəsiyyətnamə üzrə X8 vərəsəsi X22 vəsiyyət edilmişdir. Həmin əmlak üzrə digər vərəsələr onlara çatacaq qanun üzrə vərəsəlik paylarından vərəsə X17 xeyrinə imtina etmişdirlər. Şirvan şəhəri Mehdi Hüseynzadə küçəsi ev 35 (X51 şəhəri Mehdi Hüseynzadə küçəsi 37) ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124 m2 olan fərdi yaşayış evi X17 mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə həmçinin müəyyən etdi ki, X30 xx.xx.2021-ci il tarixdə ölmüş və ondan miras qalmış Şirvan şəhəri Mehdi Hüseynzadə küçəsi ev 35 (X51 şəhəri Mehdi Hüseynzadə küçəsi 37) ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124 m2 olan fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə, sonuncunun əmlakın ½ hissəsinə X34 mülkiyyət hüququ tanınmışdır. Məhkəmə qeyd edir ki, işin fakitiki hallarından və Şirvan şəhəri 1 saylı Notariat ofisinin iddiaçıya vermiş olduğu imtina məktubundan da görünür ki, Şirvan şəhəri Mehdi Hüseynzadə küçəsi ev 35 (X51 şəhəri Mehdi Hüseynzadə küçəsi 37) ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124 m2 olan fərdi yaşayış evi X30 ilə X20 birgə nikah dövründə əldə edilmiş əmlak deyildir və həmin əmlak X22 vərəsəlik qaydasında keçmişdir. Beləliklə məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmədiyindən, notariat hərəkətləri aparılan zaman Ailə Məcəlləsinin 32-ci maddəsi düzgün tətbiq edilmədiyindən, həmçinin onun əsasında istər paya mülkiyyət istərsə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə payların bölgüsü düzgün aparılmadığından Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli “Mülkiyyət hüququ haqqında” şəhadətnamə və “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ləğv edilməli və X2 miras qalmış ünvan 2 (X51 şəhəri, M.Hüseynzadə küçəsi ev 37) ünvanında yerləşən fərdi yaşayış evinin - miras əmlak 1/3 hissədə olmaqla vərəsələr arasında yenidən bölünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müki-Prosessual Məcəlləsinin 216-220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş (X27 reyestrdə 2V-87 nömrə ilə qeydə alınmış) 20 aprel 2022-ci il tarixli “Mülkiyyət hüququ haqqında” şəhadətnamə və Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş (V-70/2022 nömrəli vərəsəlik işi üzrə) 20 aprel 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ləğv edilsin. X2 miras qalmış Şirvan şəhəri Mehdi Hüseynzadə küçəsi 35 (X51 şəhəri Mehdi Hüseynzadə küçəsi 37) ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124 m2 olan fərdi yaşayış evi 1/3 hissədə olmaqla vərəsələr arasında yenidən bölünsün. Qətnamə aidiyyəti qurumlarda müvafiq qeydiyyat aparmaq üçün əsasdır. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar