Məhkəmə qərarları › İş №2(032)-727/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-727/2023

23.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-727/2023 23.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidməti İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidməti İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respubluikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2277.40 manat pulun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şirvan şəhər məhkəməsinin 1(032)-129/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhər məhkəməsinin 1(032)-129/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünun icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə məhkum X3 bir ədəd “Attenti” markalı 078CE11720 seriya nömrəli sadə elektron qolbaq, bir ədəd “Attenti” markalı 35653334 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. X1 məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir. Habelə məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, bu barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokola məhkum və icra məmuru(probasiya üzrə) əməkdaşı tərəfindən imza edilmişdir. Cəza müddəti başa çatdığı üçün xx.xx.2022-ci il tarixdə məhkum X3 tətbiq edilmiş bir ədəd “Attenti” markalı 078CE11720 seriya nömrəli sadə elektron qolbaq, bir ədəd “Attenti” markalı 35653334 seriya nömrəli mobil nəzarət qurğusu onun üzərindən açılaraq Probasiya Xidməti Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. “Attenti” markalı 35653334 seriya nömrəli mobil nəzarət qurğusunun "Evrodizayn” QSCnin mühəndisləri tərəfindən aparılan yoxlama zamanı mobil nəzarət qurğusunun ana platasında korroziya müşahidə olunduğu, təmirinin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu müəyyən edilmiş, bu barədə ED 000162 nömrəli texniki rəy verilmişdir. Belə olan halda cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş, onlara maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsi tərəfindən təqdim edilmiş cədvəldə sadə elektron qolbağın və digər nəzarət avadanlıqlarının xüsusi proqram təminatı ilə birlikdə dəyərinin ƏDV daxil edilməklə 2277.40 manat təşkil etdiyi bildirilmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidməti İddiaçı nümayəndəsi hazırkı məhkəmənin yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsi müvafiq olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, həmin mobil nəzarət qurğusunda nasazlıq olmuş, bu barədə Ədliyyə Nazirliyi probasiya Xidməti İddiaçınə şifahi məlumat vermişdir. Lakin bununla bağlı heç bir rəsmi müraciəti olmamışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 1(032)-129/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu üç gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 6 gün çıxmaqla üzərinə qəti olaraq 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki, Cavabdeh tətbiq edilmiş 35653312 saylı, mobil qurğu əlindən düşərək zədələndiyi üçün (korpusu aralanaraq üst qapağı çıxmış) və 078CE11720 “attenti” markalı qolbaqla birlikdə təhvil alınmış və ona digər “attenti” markalı (X2 çıxarılmış) 35653334 saylı mobil qurğuyla və 078CE37562 saylı qolbaqla dəyişdirilərək tam işlək vəziyyətdə təhvil verildi. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli, ED 000162 nömrəli rəyin surətindən görünür ki, attenti V6 mobil qurğusuna baxış keçirilən zaman ana platada korroziya müşahidə olunduğu, təmiri mümkün olmadığı, istifadəyə yarasız olduğu aşkar edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, ED-M-№96-21 nömrəli məktubundan görünür ki, nəzarət subyektinə təhkim olunmuş sadə elektron qolbağın və digər nəzarət avadanlıqlarının xüsusi proqram təminatı ilə birlikdə dəyərinin ƏDV daxil edilməklə 2277.40 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şirvan şəhər məhkəməsinin 1(032)-129/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhər məhkəməsinin 1(032)-129/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünun icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə məhkum X3 bir ədəd “Attenti” markalı 078CE11720 seriya nömrəli sadə elektron qolbaq, bir ədəd “Attenti” markalı 35653334 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. X1 məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir. Habelə məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, bu barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokola məhkum və icra məmuru (probasiya üzrə) əməkdaşı tərəfindən imza edilmişdir. Göründüyü kimi qeyd edilən qurğunun tam işlək vəziyyətdə saxlamaq hazırkı mülki iş üzrə cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Lakin həmin qurğu cavabdeh tərəfindən işlək vəziyyətdə saxlamamış və bunla da, iddiaçı məxsus olan əmlakın zədələnməsi nəticəsində iddiaçıya zərər dəymişdir. Hazırda iddiaçı dəymiş zərərin əvəzinin ödəniulməsini xahiş edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə dəymiş zərərə görə 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsait tutumalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurulmuş zərərə görə 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsait tutlaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar