Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-728/2023 07.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı böyük icra məmuru (probasiya üzrə) X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərə görə 2277,40 manat məbləğində olan pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 29,177.2.1 və 29.177.2.2-ci maddələri ilə təqsirli bilinərək Hacıqabul rayon Məhkəməsinin 1(071)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 1(071)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə məhkum Cavabdeh bir ədəd “Attenti” markalı 078CE07391 seriya nömrəli sadə elektron qolbaq, bir ədəd “Attenti” markalı 35650056 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Həmçinin Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir. Habelə məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, bu barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokola məhkum və icra məmuru (probasiya üzrə) tərəfindən imza edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh alınmış izahatda məhkum mobil qurğunu enerji ilə təmin edərkən mobil qurğunun ekranının qaralaraq fəaliyyətini dayandırdığını bildirmişdir. Bu barədə müvafiq protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir. "xxxx" QSC-dən daxil olmuş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000149 nömrəli texniki rəydən görünür ki, mobil qurğunun ana platasından korrozya müşahidə edildiyi üçün istifadəyə tam yararsızdır. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, elektron nəzarət avadanlıqlarının xüsusi proqram təminatı ilə birlikdə dəyərinin ƏDV daxil edilməklə 2277,40 manat təşkil edir. İddiaçı böyük icra məmuru (probasiya üzrə) X3 məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı etiraf etmədi, izahatında bildirmişdir ki, qurğu üstündə olandan heç bir qayda pozuntusu etməmiş, avtoyumada işləyir, qurğu batareya yığmayanda idarəyə aparmış, odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Əmənov X1 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-8/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29.177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəzaçəkmə müddəti ərzində onun yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin, Hacıqabul rayonunun ərazisindən keçməklə Bakı şəhəri, Qaradağ rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək əziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqan iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşadığı və işlədiyi ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifələr qoyulmuşdur. Hökm qanuni qüvvəyə mindiyi üçün xx.xx.2022-ci il tarixli göstərişlə icra edilməsi üçün İddiaçınə göndərilmişdir. xx.xx.2022-ci il tarixli protokolda göstərilmişdir ki, məhkum Cavabdeh “attenti” markalı 35650056 saylı, 1 ədəd mobil qurğu, 1 ədəd 078CE07391 saylı eketron qolbaq və 1 ədəd enerji doldurmaq üçün adaptor tam işlək vəziyyətdə təhvil verilmiş və ona məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli, № 35650056 texniki rəydən görünür ki, “Attenti V6” mobil qurğusunun ana platasında korroziya müşahidə olunur. Təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Nəzarət subyekti Cavabdehdur. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, elektron nəzarət avadanlıqlarının xüsusi proqram təminatı ilə birlikdə dəyərinin ƏDV daxil edilməklə 2277,40 manat təşkil edir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə iş üzrə yekun nəticəyə gələrək hesab edir ki, İddiaçı iddia tələbində haqlıdır, cavabdeh ona təhvil verilmiş və istifadə qaydaları, mühafizəsi izah edilmiş elektron qurğunun hər hansı müdaxilə, zədələmə və ya digər üsülla yararsız hala salınmasına görə məsuliyyət barədə əvvəlcədən xəbərdar olmaqla bu məsuliyyəti daşıdığına görə tələb təmin olunmalı və elektron nəzarət qurğusunun yararsız hala salınmasına görə cavabdehdən maddi zərərə görə 2277 manat 40 qəpik pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib məbləğdə cavabdehdən dövlət nəfinə alınmalıdır. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tutaraq cavabdehdən 42 manat 77 qəpik dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İddia ərizəsi təmin edilsin. Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik pul və dövlət rüsumu kimi 42 (qırx iki) manat 77 (yetmiş yeddi) qəpik pul alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-728/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-728/2023
07.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver