Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-729/2023 02.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayədəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabeh Cavabdeh ona vurduğu maddi ziyana görə 1038 manat məbləğində pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, 03 mart 2023-cü il tarixdə mülkiyyətində olan ** BK *** dövlət nömrə nişanlı “VAZ 2108” markalı avtomobil ilə hərəkətdə olarkən cavabdeh idarə etdiyi **-PN-*** dövlət nömrə nişanlı “Renault Megane” markalı avtomobil ilə yol hərəkət qaydalarını kobud şəkildə pozaraq əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək ona məxsus avtomobillə toqquşmuşdur. Aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, hadisə Cavabdeh hərəkətləri nəticəsində baş vermişdir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati protokol tərtib edilmiş və cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə zamanı ona məxsus avtomobilə ümumilikdə 1008 manat maddi ziyan dəymişdir. Bu ziyan xx.xx.2023-cü il tarixli ziyan aktı ilə tam təsdiq edilir. Bundan əlavə avtomobilin evakuator vasitəsilə təmirə aparılması ilə bağlı tərəfindən 30 manat ödənilmişdir. Cavabdehdən ona vurulmuş ziyanın ödənilməsini dəfələrlə xahiş etsə də o ona rədd cavabı verdiyindən məhkəməyə mİraciət etmək qərarına gəlmişdir. İddiaçı nümayədəsi və vəkili X3 məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvandan köçməsinə dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh “Renault Megane” minik markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ƏİA/6 seriyalı, 030811 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən avtomobilin evakuator vasitəsilə təmirə aparılması ilə bağlı "xxxx" MMC-yə 30 manat məbləğində pul ödənilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC-nin X1 X4 avtoeksperti X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, ** BK *** dövlət qeydiyyat nişanlı, «VAZ 21080» minik markalı, 1985-ci il buraxılış ili, BAN №:XTA210800F0007186 olan minik avtomobilinə ümumilikdə 1008 manat məbləğində ziyan dəymişdir. Məhkəmə bu hissədə sübutlara qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə İddiaçı idarə etdiyi ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində dəymiş olan maddi ziyan Cavabdeh tərəfindən ödənilməmişdir. Eyni zamanda məhkəmə müəyyən etdi ki, hadisə ilə bağlı Cavabdeh “Renault Megane” minik markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, ** BK *** dövlət qeydiyyat nişanlı, «VAZ 21080» minik markalı, 1985-ci il buraxılış ili, BAN №:XTA210800F0007186 olan minik avtomobilinə ümumilikdə 1008 manat məbləğində ziyan dəymişdir. Əlavə olaraq avtomobilin evakuator vasitəsilə təmirə aparılması ilə bağlı 30 manat məbləğində ödəniş edilmişdir. İşin faktiki hallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının sahibliyində olan əmlaka zərər dəymişdir. Həmin zərər məbləği tərtib edilmiş ziyan aktı və mədaxil qəbzi ilə ümumilikdə 1038 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 31 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş olan 31 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh avtomobilinə dəymiş zərərə görə 1038 manat pul və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 1069 (bir min altmış doquz) manat pul alınaraq İddiaçı verilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-729/2023
Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(032)-729/2023
02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver