Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-757/2023 04.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “X7 Kompleksin” MMC-nin direktoru X1 qarşı işə bərpa tələbi barədə iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X7 Kompleksin” MMC-nin direktoru X1 qarşı işə bərpa tələbi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi geri qaytarılmalıdır. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Bundan əlavə, 29 mart 2019-cu il tarixdə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddia üzrə məlum olur ki, tərəflər arasında əmək münasibətləri mövcud olmuş, hazırda isə iddiaçı keçmiş işəgötürənindən onda qalmasını iddia etdiyi materialları tələb edir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında əmək münasibətlərindən irəli gələn mübahisənin ilk öncə mediasiyada həll olunması daha qanunamüvafiq olar. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 149.2.4-1. maddəsinə əsasən ərizədə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə nəticəyə gəlir ki, iddia ərizəsinin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına riayət edilməməsi kimi qiymətləndirilərək iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.0.5, 151 və 152-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “X7 Kompleksin” MMC-nin direktoru X1 qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ an şəhəri, 20 Yanvar küçəsi, 16, Tel/ №/021/215-17-44, Faks:/021/215-17-44 ncourt.gov.az, e-mail: Elektron ünvan № 2(032)-1376/2022 «08» avqust 2022-ci il Şirvan şəhəri, H.Əliyev prospekti ev 3, mənzil 52 X3 Şirvan şəhər məhkəməsinin 2(032)-1376/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərardadına əsasən uşaqla ünsiyyət barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sizə göndərilir. Əlavə olaraq X4 əlaqə nömrələri və internet ünvanı bildirilir. (Əlaqə nömrələri: **********, **********, **********, internet ünvanı: mediasiya.org) Qoşma: Qərardad 01 (bir) vərəqədə, iddia ərizəsinin və şəxsiyyət vəsiqəsinin surəti, Nikah haqqında şəhadətnamənin surəti Şirvan şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova Surəti № 2(032)-1376/2022 «08» avqust 2022-ci il Şirvan şəhəri, H.Əliyev prospekti ev 3, mənzil 52 X3 Şirvan şəhər məhkəməsinin 2(032)-1376/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərardadına əsasən uşaqla ünsiyyət barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sizə göndərilir. Əlavə olaraq X4 əlaqə nömrələri və internet ünvanı bildirilir. (Əlaqə nömrələri: **********, **********, **********, internet ünvanı: mediasiya.org) Qoşma: Qərardad 01 (bir) vərəqədə, iddia ərizəsinin və şəxsiyyət vəsiqəsinin surəti, Nikah haqqında şəhadətnamənin surəti Şirvan şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ ____MÜLKİ _ İŞ № 2(032)-1115/2021 İddiaçı X2 _ Cavabdeh X5 qarşı _ «aliment və nikahın pozulması» barədə _ 1-ci instansiya məhkəməsinə Daxil olmuşdur: «29» iyul 2021-ci il Baxılmışdır: «29» iyul 2021-ci il Arxivə verilmişdir:
Məhkəmə qərarları › İş №2(032)-757/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-757/2023
04.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver