Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-8/2023 09.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər «Azəriqaz» X1 X3 İdarəsinə və «Azəriqaz» İstehsalat Birliyinə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərə artıq ödənilmiş 5000 manat məbləğində pulun alınmasını tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(032)87/2022 saylı qətnaməsi ilə cavabdehlər “Azəriqaz” İstehsalat Birliyi və Salyan X3 İdarəsinə qarşı hesablanmış cərimənin silinməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək cavabdeh tərəfindən Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən fərdi yaşayış evində onun tərəfindən qaz sayğacının olmadığı müddət ərzində 2018-ci ilin dekabr ayı üçün artıq hesablanmış 1201 manat, 2019-cu ilin fevral ayı üçün 2379 manat 20 qəpik, 2019-cu in mart ayı üçün 533 manat 60 qəpik, 2019-cu ilin aprel ayı üçün 888 manat, cəmi 5001 manat 80 qəpik sərfin məbləğinin silinməsi qət edilmişdir. O cavabdeh təşkilata ümumilikdə 5000 (beş min) manat qaz sərfiyyatna görə artıq pul ödəmişdir. Cavabdeh təşkilat süni şəkildə onun qaz sərfiyyatını artıraraq artıq ödəmiş olduğu pul məbləğini silmişdir. Şirvan şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibat ekspertizası təyin olunmuş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli ekspert rəyi 20 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, Şirvan şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş İddiaçı göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh «Azəriqaz» İB-nin yerləşdiyi hüquqi ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndə məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməyən tərəflər məhkəməyə gəlmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər «Azəriqaz» X1 X3 İdarəsinə və «Azəriqaz» İstehsalat Birliyinə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki,iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-8/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-8/2023
09.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver