Məhkəmə qərarları › İş №2(032)-85/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-85/2023

17.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-85/2023 17.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseyinağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən İİİ şəxs İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh BalaHüseyin qızına qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh BalaHüseyin qızına qarşı ünvan 1 ünvanı üzrə Cavabdeh BalaHüseyin qızı ilə oğlu X17 arasında xx.xx.2005-ci il tarixli yazılı razılaşmaya əsasən ödənilmiş 800 ABŞ dollarının və Şirvan şəhəri, Heyranxanım küçəsindəki 11 saylı ünvanı üzrə tikilmiş birmərtəbəli fərdi yaşayış evinin tikilməsi üçün çəkilmiş xərclərinin 55.000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh BalaHüseyin qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Əli-Bayramlı (indiki Şirvan) XD İK-nin 30 sentyabr 1991-ci il tarixli 349 nömrəli qərarı ilə ona ünvan 3 nömrəli sahədən 0,6 ha torpaq sahəsi verildiyini, ona həmin torpaq sahəsində yaşayış sahəsi 90 kv.m, yardımçı sahəsi 35 kv.m, eyvan hissəsi 18 kv.m olan fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. Maddi imkanı olmadığından torpaq sahəsində ev tikə bilməmişdir. 2012-ci ildə o, torpağa mülkiyyət hüququnun həyata keçirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi idarəsinə müraciət edərək mülkiyyət hüququnu qeydiyyata aldırmaq istədiyini, torpaq sahəsinin vəziyyəti ilə maraqlandıqda həmin torpaqda ev inşa olunduğunu, tikili aparan şəxs X15 olduğu müəyyənləşdirilmişdir. Dəfələrlə ona şifahi müraciət etməyinə baxmayaraq o, qanunsuz hərəkətlərindən əl çəkmədi və torpağı boşaltmaqdan imtina etdiyini göstərərək cavabdeh X12 qarşı ünvan 2 ünvanda yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən aparılmış tikintilərin cavabdehin hesabına sökülməsi və torpağın boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 09 iyun 2016-cı il tarixli (qətnamədə səhvən 2015-ci il kimi qeyd edilmişdir) qətnaməsi ilə iddiaçı Cavabdeh BalaHüseyin qızının cavabdeh X9 qarşı ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən aparılmış tikililərin cavabdehin hesabına sökülməsi və torpağın boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir.Birinci instansiya məhkəməsində iddiaçı Cavabdeh BalaHüseyin qızı iddianı müdafiə edərək izahatında qeyd etmişdir ki, ayrılmış torpaq sahəsində tikinti işləri aparmağa imkanı olmadığından vətəndaş X13 800 ABŞ dollara satmış, lakin, indiki zamanda anlamışdır ki, səhvə yol vermişdir, odur ki, torpağını geri qaytarmaq fikrindədir. Cavabdeh BalaHüseyin qızı oğlu X17 ilə aralarında yazılı razılaşmaya əsasən, torpaq sahəsini xx.xx.2005-ci il tarixdə 800 ABŞ dollarına satmışdır. Qeyd edilən tarixdə mülkiyyət haqqında sənədlər olmadığından notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. X17 2010-cu ilin oktyabr ayında dünyasını dəyişmişdir. ünvan 1 ünvanında 2007-ci il tarixdə tərəfindən 3 otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evi tikilmişdir. Yaşayış evinə Daşınmaz Əmlakın eal baza dəyərinin müəyyənləşdirilməsinə dair 01/15227 nömrəli arayışına əsasən xx.xx.2022-ci il tarixinə 55.000 manat dəyərləndirilmişdir. Hazırda fərdi yaşayış evinin tikilməsinin tərəfindən aparılmasına dair şahidləri vardır. İddiaçı Cavabdeh BalaHüseyin qızı cavabdeh X9 qarşı iddiası əsassız olmuşdur. Belə ki, mübahisəli ünvan 2 ünvanı üzrə alqı-satqı Cavabdeh Balahüseyin qızı ilə X17 arasında olmuşdur. Lakin iddia tələbi cavabdeh X9 qarşı qaldırılmış, Şirvan şəhər Məhkəməsinin əsaslı qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin düzgün hüquqi nəticəyə gəlməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. İşü zrə Şirvan şəhər Məhkəməsinə təqdim edilmiş sənədlərdən görünür ki, işdə olan Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 30 sentyabr 1991-ci il tarixli 12 nömrəli iclas protokolundan görünür ki, Cavabdeh BalaHüseyin qızı xx.xx.1991-ci ildən növbədədir. Vışqaquraşdırma idarəsində tekalajçı işləyir, 4 nəfər ailə üzvü ilə birlikdə Xəqani küçəsi 3 nömrəli binanln 24 nömrəli mənzilində yaşayır. Torpaq sahəsi ünvan 3 nömrəli sahədə ayrılmış, ona həmin sahədə yaşayış sahəsi 90 kv.m, yardımçı sahəsi 35 kv.m, eyvan hissəsi 18 kv.m olan fərdi yaşayış evi tikmək üçün icazə verilmişdir. X3 (Əsədova) Pərvanə Seyfəddin qızı ilə 2000-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. X1 Pərvanə Seyfəddin qızının anasıdır. İş materiallarında olan xx.xx.1992-ci il tarixli 109 nömrəli Əli-Bayramlı şəhər İHB-nin Sərəncamındın çıxarışının surətindən görünür ki, X9 fərdi yaşayış evi tikmək məqsədi ilə şəhərin Heyrənxanım küçəsində 600 kv.m torpaq sahəsi ayrılmış, yaşayış sahəsi 90 kv.m, yardımçı sahəsi 35 kv.m və eyvan hissəsi 18 kv.m olan ev tikməyə icazə verilmişdir. ünvan 2 ünvanı üzrə mülkiyyətçi olan Cavabdeh BalaHüseyin qızına fərdi yaşayış evi tikmək üçün icazə verilmişdir. X16 Məhkəməsi X7 adına verilmiş xx.xx.1992-ci il tarixli 109 nömrəli Əli-Bayramlı şəhər İHB-nin Sərəncamının çıxarışın həqiqiliyinə dair müvafiq araşdırma aparmamışdır. Digər tərəfdən Şirvan Apellyasiya Məhkəməsində araşdırılan iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1986-cı il tarixli 318 nömrəli “Respublikada fərdi yaşayış mənzillərinin tikintisi daha da genişləndirmək haqqında” qərarını və şəhər əhalisinin yaşayış sahəsinə tələbatını nəzərə alaraq Əli Bayramlı şəhər XDS İK-nın 30 sentyabr 1991-ci il tarixli 349 № qərarı ilə iddiaçıya ünvan 3 № sahədən 6 sot torpaq sahəsi verilmiş, ona həmin torpaq sahəsində yaşayış sahəsi 90 kv.m, yardımçı sahəsi 35 kv.m, eyvan hissəsi 18 kv.m olan fərdi yaşayış evi tikinitisinə icazə verilmişdir. Maddi imkanı olmadığından torpaq sahəsində ev tikə bilməmişdir. Mülkiyyət hüququnu qeydiyyata aldırmaq istəyərkən həmin torpaq sahəsində cavabdeh A.Abbasova tərəfindən ev inşa olunduğu aşkar etmişdir. Cavabdeh torpağı boşaltmağdan imtina etmiş, sonradan isə cavabdeh A.Abbasovanın adına ünvan 3 ünvanda ona verilən torpaq sahəsi ilə bağlı Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 1992-ci il tarixli sərəncamının da olduğunu, evlə bağlı A.Abbasova torpağa dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdığını, beləliklə dövlət reyestrindən çıxarışın aldığını müəyyən etmişdir. X4 tərəfindən bağışlama müqaviləsi əsasında sənədləşdirdiyi evin Əsədova Pərvanə Seyfəddin qızına bağışlanması və həmin müqavilə əsasında sonuncunun dövlət reyestri orqanından xx.xx.2016-cı il tarixli seriya RX ******* № reyestrdən çıxarış əldə edildiyi müəyyən edilmişdir. X15 tərəfindən fərdi yaşayış evinin tikilməsində Cavabdeh BalaHüseyin qızı tərəfindən heç bir müdaxilə olunmamış, tikintinin saxlanması üçün müvafiq icra orqanına sonuncu tərəfindən müraciət edilməmişdir. Həmçinin Cavabdeh BalaHüseyin qızı iddia edilən guya X15 tərəfindən tikilmiş fərdi yaşayış evinə dair heç bir sübut təqdim edilməmişdir. Cavabdeh BalaHüseyin qızının cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.1992-ci il tarixli sərəncamının etibarsız hesab olunması tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(86)-1197/2016 saylı qərardadı ilə iddiaçı Cavabdeh BalaHüseyin qızının ərizəsi təmin edilməmişdir. İş materiallarında olan X19 filialının xx.xx.2016-cı il tarixli 345 nömrəli məktubundan görünür ki, Əli-Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının 1992-ci il tarixli sərəncamlar kitabında vətəndaş X9 torpaq sahəsi ayrılması barədə sərəncam aşkarlanmamışdır. Məhkəmə icraatı zamanı İddiaçı və onun nümayəndəsi (vəkili) məhkəməyə ərizə ilə müraciət edərək onun əsl iddiaçı P.Əsədova ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin qərarı ilə əsl iddiaçı qismində Əsədova Pərvanə Seyfəddin qızı, İddiaçı isə müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən İİİ şəxs İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunmasını xahiş etdi. Cavabdeh BalaHüseyin qızı məhkəmə iclasında iştirak edərək, həmçinin ərizə təqdim edərək bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(032)-702/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh BalaHüseyin qızına qarşı mərhum oğlu X17 ilə Cavabdeh BalaHüseyin qızı arasında Əli-Bayramlı şəhər XDS İB-in 30 sentyabr 1991-ci il tarixli 349 saylı qərarı ilə verilmiş Əli-Bayramlı şəhəri Heyrənxanım küçəsi 11 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin alqı-satqısı barədə 24 avqust 2005-ci il tarixli sadə müqaviləsinin bağlanması hesab edilməsi, 800 ABŞ dolları məbləğində pulun alınması və barəsində xüsusi qərar çıxarılaraq ibtiadi araşdırmaya prosessual rəhbərliyi həyata keçirərək prokurora göndərməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 iyul 2019-cu il tarixli qətnaməsi ilə hazırki iş üzrə Şirvan şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 noyabr 2019-cu il taixli qərarı ilə İddiaçı şikayəti təmin edilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh BalaHüseyin qızı sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh Balahüseyin qızının iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və müstəqil tələb irəli sürməyən İİİ şəxsin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddianın cavabdehdən 800 ABŞ dolları məbləğində pulun alınması hissəsinə xitam verilməli qalan hissədə isə tələb təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə Əsədova Pərvanə Seyfəddin qızının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. (çıxarış qüvvədə deyil) Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/15227 № arayışında göstərilmişdir ki, Şirvan şəhəri, Heyranxanım küçəsi ev 11 olan torpaq sahəsinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 55.000 manat təşkil edir. Şirvan İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(86)-1197/2016 saylı qərardadına əsasən iddiaçı Cavabdeh BalaHüseyin qızının cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.1992-ci il tarixli sərəncamın etibarsız hesab olunması barədə iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Şirvan şəhər Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(032)-1454/2016 saylı (qətnamədə səhvən 2015-ci il kimi qeyd olunmuşdur) qətnaməsinə əsasən iddiaçı Cavabdeh X9 qarşı ünvan 5 ünvanda yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən aparılmış tikintilərin cavabdehin hesabına sökülməsi və torpağın boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddiaçı rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018 il tarixli, 2-2(106)-32/2018 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh BalaHüseyin qızının apellyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(032)-1454/2016 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh X8 ünvan 6 ünvanda yerləşən torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən aparılmış tikintilərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçı Cavabdeh Balahüseyin qızına təhvil verilməsi qət edilmişdir. Şirvan şəhər məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(032)-702/2019 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh Balahüseyin qızına qarşı torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin bağlanmış hesab edilməsi, pulun alınması, xüsusi qərarın çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apelyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-2576/2019 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(032)-702/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 7384/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-2576/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-49/2022 saylı qətnaməsi ilə iddiaçı Əsədova Pərvanə Seyfəddin qızının Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 800 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə hesablanaraq pul alınıb iddiaçı Əsədova Pərvanə Seyfəddin qızına verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1684/2022 saylı qətnaməsi ilə iddiaçı Əsədova Pərvanə Seyfəddin qızının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-49/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Əsədova X6 Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1684/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-564/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Əsədova Pərvanə Seyfəddin qızının kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1684/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X5 arasında nikah Əli-Bayramlı şəhər VVADQ Şöbəsində xx.xx.2005-ci ildə 172 nömrə ilə qeydə alınmışdır. Ölüm haqqında arayışın surətindən görünür ki, X17 17 oktyabr 2010-cu ildə ölmüşdür. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: İlk öncə iddiaçının cavabdehdən 800 ABŞ dolları məbləğində pulun alınması tələbinə münasibətdə: Yuxarıda artıq göstərilmiş Şirvan şəhər Məhkəməsinin 2(032)-49/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının eyni cavabdehə qarşı həmin tələbi təmin edilmiş, yuxarı instansiya məhkəməsinin müvafiq qərarları ilə (apellyasiya və kassasiya) sözügedən qətnamə qüvvədə qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göstərilən səbəbdən məhkəmə hesab edir ki, iddianın həmin hissəsi üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməlidir. İddiaçının Şirvan şəhəri, Heyranxanım küçəsindəki 11 saylı ünvanı üzrə tikilmiş birmərtəbəli fərdi yaşayış evinin tikilməsi üçün çəkilmiş xərclərinin 55.000 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə hüququ pozulmuş şəxs hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri, real zərəri və əldən çıxmış faydanı hüququ pozan şəxsdən tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Belə tələb həmçinin Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinin məzmunundan irəli gəlir. Həmin maddəyə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiya Məhkəməsi Plenumunun preyudisiallığın hədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. İş materiallarına əlavə edilmiş və hazırki tərəflər arasında eyni predmetlə əlaqədar mahiyyət etibarı ilə eyni məzmunlu müxtəlif iddialar üzrə qəbul edilmiş məhkəmə qərarlarına əsasən sözügedən ünvan yəni, ünvan 7 bağlı qəbul edilmiş qanuni qüvvədə olan məhkəmə aktları ilə iddiaçı Əsədova Pərvanə Seyfəddin qızının həmin torpaq sahəsini özbaşına zəbt etdiyi üçün onun həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində aparılmış tikintinin sökülməsi və hazırki iş üzrə cavabdehə (Atakişiyevaya) təhvil verilməsi, yəni torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması müəyyən edilmişdir. Göründüyü kimi sözgedən tikili - evin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı prinsipindən yanaşaraq qanunsuz tikili olması müəyyən olunmuş və məhz məhkəmə qərarı ilə də sökülməsi təmin olunmuşdur. Belə olan halda isə cavabdehin - iddiaçı tərəfindən inşa edilmiş tikilinin sökülməsinə görə mülki məsuliyyət daşıyaraq onun əvəzi kimi həmin evin tikilməsinə xərclənmiş 55000 manatı ödəmək vəzifəsi ilə yüklənməsi qanunazidd olardı. Beləliklə, məhkəmənin yekun qənaəti ondan ibarətdir ki, iddia - cavabdehdən iddiaçının xeyrinə cavabdehdən 800 ABŞ dolları məbləğində pulun alınması hissəsinə xitam verilməli, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Əsədova Pərvanə Seyfəddin qızının Cavabdeh Balahüseyin qızına qarşı Şirvan şəhəri, Heyranxanım küçəsindəki 11 saylı ünvanı üzrə tikilmiş birmərtəbəli fərdi yaşayış evinin tikilməsi üçün çəkilmiş xərclərinin 55.000 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar