Məhkəmə qərarları › İş №2(032)-86/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-86/2023

01.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-86/2023 01.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər İslamova (Nağıyeva) Sona Qalib qızına, Cavabdeh2 oğluna və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər İslamova (Nağıyeva) Sona Qalib qızına, Cavabdeh2 oğluna və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair” iddia ərizəsi ilə məkəməyə müraciət edərək, cavabdeh İslamova (Nağıyeva) Sona Qalib qızının övladları Cavabdeh2 oğlu və Cavabdeh3 ilə birlikdə mülkiyyətində olan Şirvan şəhəri, Zülfi Hacıyev küçəsi 18/1 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Z.Hacıyev küçəsi ev 18-1 saylı evin ümumi sahəsi 87,9 kv.m, yaşayış sahəsi 19,3 kv.m. və 68,6 kv.m. iki otaqdan ibarət mənzil am mülkiyyət hüququ əsasında 27 sentyabr 2011-ci il tarixdə, qeydiyyat nömrəsi ********** Daşınmaz Əmlakın Dövlət Reyestri kitabının 22 nömrəli vərəqində onun adına qeydiyyata alınmışdır. Hal-hazırda həmin evdə ailəsi ilə yaşayır. İslamova (Nağıyeva) Sona Qalib qızı onun bacısıdır. O, 2007-ci il tarixdə ailə qurmuşdur. Onun Cavabdeh2 oğlu və Cavabdeh3 adlı iki övladı vardır. Onlar 2007-ci il tarixdən Şirvan şəhərində, başqa ünvanda yaşayırlar. O dəfələrlə bacısı İslamova (Nağıyeva) Sona Qalib qızına gəlib mənzilin qeydiyyatından çıxmalarını təklif etmişdir. Lakin onlar gəlib mənzilin qeydiyyatından çıxmamışlar. Bu barədə o Şirvan şəhər Polis şöbəsinə də müraciət etmişdir. Onlar Şirvan şəhər Məhkəməsinə müraciət eləməyi bildirmişlər. O da bu səbəbdən Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Bacısı İslamova (Nağıyeva) Sona Qalib qızı və övladları göstərilən ünvandakı mənzildə 2007-ci il tarixdən yaşamasalar da, formal olaraq orada qeydiyyatda qalmışlar. Bunun nəticəsində o artıq məbləğdə mənzil və kommunal xidmətlər haqqını ödəməyə məcburdur. Cavabdeh İslamova (Nağıyeva) Sona Qalib qızı faktiki olaraq ərə getdiyi andan mənzildən istifadə etmək hüququnu itirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, bacısının uşaqları Cavabdeh2 oğlu və Cavabdeh3 mülkiyyətində olan Şirvan şəhəri, Zülfi Hacıyev küçəsi 18/1 saylı evdə heç vaxt yaşamamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlərə göndərilmiş, lakin qeydiyyatda olduqları ünvanda yaşamamaları səbəbindən zərf geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci və 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən daxil olmuş 30 mart 1988-ci il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Əli-Bayramlı şəhər Zülfi Hacıyev küçəsi 18/1 saylı fərdi yaşayış evinin sahibi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən daxil olmuş 02 avqust 2006-cı il tarixli Bəxşiş müqaviləsinin surətindən görünür ki, İddiaçı Əli-Bayramlı şəhər Zülfi Hacıyev küçəsi 18/1 saylı fərdi yaşayış evini həmin evdə yaşayan anası X1 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən daxil olmuş Çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Zülfi Hacıyev küçəsi 18/1 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında 6 №-li reyestr kitabında 22 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 99 saylı, 17 mart 2007-ci il tarixli “Nikah haqqında aktın qeydi”-nin surətindən görünür ki, X2 ilə X5 arasında nikahlarını Şirvan şəhər VVADQ-da bağlanmışlar. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 1387 saylı, 23 fevral 2023-cü il tarixli arayışından görünür ki, Şirvan şəhəri Zülfi Hacıyev küçəsi 18/1 saylı fərdi yaşayış evində mülkiyyətçinin bacısı 1988-ci il təvəllüdlü İslamova (Nağıyeva) Sona Qalib qızı, bacısı oğlu 2008-ci il təvəllüdlü Cavabdeh2 oğlu və bacısı qızı 2011-ci il təvəllüdlü Cavabdeh3 qeydiyyatda olmalarına baxmayaraq, uzun müddətdir ki həmin ünvanda yaşamırlar. İş materiallarında olan 26 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şəbəsinin məktubundan görünür ki, Şirvan şəhəri Zülfi Hacıyev küçəsi 18/1 saylı fərdi yaşayış evində qeydiyyatda olan İslamova (Nağıyeva) Sona Qalib qızının, Cavabdeh2 oğlunun və Cavabdeh3 qeydiyyatdan çıxarılmaları barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün onların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları qanuna zidd olduğundan , məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Əvvəla məhkəmə onu qeyd edir ki, İddiaçı cavabdehlərin mübahisəli evdə qeydiyyatda olmalarına istinad edib, hesab etmişdir ki, onların evdə qeydiyyatda olması onun yaşayış sahəsindən istifadə hüququnun olmasına dəlalət edir. Halbuki «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də onun yaşayış sahəsindən istifadə hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış binasının tərkib hissəsindən «istifadə hüququ»nun və «istifadə etmək hüququnun»hüquqi əsaslarını yoxlamışdır. Beləliklə məhkəmə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, cavabdeh İslamova (Nağıyeva) Sona Qalib qızı 1988-ci ildən (doğulduğu andan) 2007-ci il tarixədək İddiaçı məxsus olmuş Şirvan şəhəri Zülfi Hacıyev küçəsi 18/1 saylı fərdi yaşayış evdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, cavabdeh İslamova (Nağıyeva) X6 şəhəri Zülfi Hacıyev küçəsi 18/1 saylı fərdi yaşayış evinin mülkiyyətçi olmuş İddiaçı ailə üzvü qismində onunla bərabər yaşadığından evin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmuşdur. Beləliklə cavabdeh İslamova (Nağıyeva) Sona Qalib qızının Şirvan şəhəri Zülfi Hacıyev küçəsi 18/1 saylı fərdi yaşayış sahəsindən istifadə hüquqlarına malik olması müəyyən edildiyindən, onun həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü yoxlanılmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan evə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə əmələ gəlmiş istifadə hüququna kompensasiya verilməklə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə əmələ gəlmiş istifadə hüququna isə həm istifadə hüququna malik olan şəxsə kompensasiya verilməklə, həm də istifadə hüququna malik olan şəxsin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsinə görə xitam verilə bilər. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə,yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. «Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli qərarının 9-cu bəndinə görə kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələrilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən,məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsinə işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, cavabdeh İslamova (Nağıyeva) Sona Qalib qızının ailə qurduqdan sonra daimi yaşamaq üçün başqa evə köçməsi halı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunduğundan, habelə cavabdehin müvəqqəti olaraq mübahisəli evi tərk etməsi halı müəyyən olunmadığından və cavabdehin mübahisəli ev ilə olan əlaqələrin tamamilə itirilməsi halı müəyyən olunduğundan, onun mübahisəli evin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli, bununla da iddia təmin olunmalıdır. O ki qaldı yetkinlik yaşına çatmayan Cavabdeh2 oğlu və Cavabdeh3 mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayıldığından və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin–müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən olunduğundan valideyni - cavabdeh İslamova (Nağıyeva) Sona Qalib qızının Şirvan şəhəri Zülfi Hacıyev küçəsi 18/1 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi səbəbindən yetkinlik yaşına çatmayan uşaqların da həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, QƏT ETDİ: Cavabdehlər İslamova (Nağıyeva) Sona Qalib qızının uşaqları Cavabdeh2 oğlu və Cavabdeh3 Şirvan şəhəri Zülfi Hacıyev küçəsi 18/1 saylı fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN:ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar