Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-88/2023 06.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X18 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 Ağaşirin oğluna, Cavabdeh4, X15, X16 və X9 qarşı ümumi paylı əmlakın bölünməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində 50,03 kv.m, fərdi yaşayış evindən payına düşən 1/7 hissənin həmin həyətyanı evin indiki bazar qiymətində satılması, satılacaq evin də pulun 7 paya bölünərək ona düşən payın pul formasında ona verilməsini tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında atası X3 miras qalmış 50 kv/m ibarət olan üzərində 6/7 hissəsi açıq saxlanılmaqla 1/7 pay onun adına rəsmi hüquqverici sənəd olan çıxarış sənədinin çıxarılması barədə Şirvan şəhər 1 saylı Notariat kontoru Əlixan Şirvanov tərəfindən müəyyən edilmişdir. Cavabdehlə həmin əmlakdan birgə istifadə etməyi mümkün deyildir. Digər payçılardan olan Cavabdeh1 Ağaşirin oğlu ilə əmlakdakı paylarla bağlı şifahi razılıq əldə etsə də, cavabdehlə razılaşmaq mümkün olmamışdır. Yəni qardaşı Əliqismət bildirir ki, digər qardaşı Cavabdeh6 ona pul borcludur, satılsın elə o da öz borcunu ondar alısın. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onu da qeyd edir ki, o özünə düşən 1/7 payın digər vərəsələr tərəfindən pul ilə alınması təklifini də 09 sentyabr 2022 tarixindən xəbəmaməli məktubla göndərib xəbərdar da etmişdir. Qanunamüvafiq 45 gün müddəti də artıq bitmişdir, bu zaman aralığında da onların heç biri ona düşən hissənin pul formasında almayaraq o evin qapısını da bağlayıb qanunsuz olaraq kirayə də veriblər. Daha sonra İddiaçı iddia tələbində dəqiqləşdirmə apararaq ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində 50,03 kv.m fərdi yaşayış evindən payına düşən 1/7 payın naturada ayrılması, bu mümkün olmadıqda öz payının dəyəri 7000 manat pulun digər mülkiyyətçilər Cavabdeh3, Cavabdeh2 Ağaşirin oğlu, Cavabdeh6 Ağaşirin oğlu, X19 və X6 alınıb ona verilməsi, bu mümkün olmadıqda isə satış hərracına çıxarılaraq payçılar arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi X26 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2 Ağaşirin oğlunun, X10 cavabdehlər siyahısından çıxarılmasını, həmçinin iddia ərizəsində qeyd olunan “Cavabdeh6 Ağaşirin oğlu” sözlərini “X20” kimi oxunmasını, ona məxsus payın naturada 1/7 ayrılması, yaxud satılaraq payına münasib pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh3, Cavabdeh2 Ağaşirin oğlu, X19 öz paylarından X11 xeyrinə imtina etmişlər. X1 4/7 hissədə payçıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X26 iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, o mənzilin məhz hansı hissəsinin ona, hansı hissəsinin isə cavabdehə məxsus olması üçün naturada bölünməsini xahiş etmişdir. Lakin keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq mübahisəli mənzilin naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh4, X15 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, B.Vahabzadə küçəsi ev 38 nömrəli fərdi yaşayış evinin 1/7 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı ildə vəfat etmiş X7 vərəsələri ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçıdır və o miras əmlakdan 1/7 hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********41-10301 nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil 1/7 hissədə İddiaçı, 1/7 hissədə X10, 1/7 hissədə X4, 1/7 hissədə X5, 1/7 hissədə X11, 1/7 hissədə X8 və 1/7 hissədə açıq saxlanılmışdır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın bağışlanması haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X12, X13, X2 şəhəri Bəxtiyar Vahabzadə küçəsi ev 38 ünvanında yerləşən mənzilə olan 1/7 hissədə paylarını X15 bağışlamışdırlar. İş materiallarına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********41-10301 nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil 1/7 hissədə İddiaçı, 1/7 hissədə X8, 4/7 hissədə X11 və 1/7 hissədə açıq saxlanılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1793/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/239 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 338 saylı fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiyya planına görə mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılması mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələrinin bir ailənin yaşaması üçün nəzərdə tutulmasına (mətbəx, dəhliz, və s.) görə həyətayanı sahədə əlavə tikililərin olmasına görə paylara uyğun yaşayış və köməkçi sahələrin olmamasına görə İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.A., 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, mülki iş üzrə ilkin olaraq ekspertiza təyin edilərkən mübahisəli mənzilə hər bir payçının payı 1/7 hissədə müəyyən edilmişdir. Lakin son olaraq məhkəmə təqdim edilmiş olan reyestr çıxarışından görünür ki, payçılar dəyişmiş və pay kütləsi 1/7 hissəsi İddiaçı, 1/7 hissəsi X17, 4/7 hissədə X20, 1/7 hissədə açıq saxlanılmaqla paylar müəyyən edilmişdir. Bu səbəbdən də qeyd edilən paylar əsasında mübahisəli mənzilin texniki cəhətdən bölgüsünün mümkün olub-olmaması halı araşdırılması üçün Şirvan şəhər Məhkəməsinin 2(032)- 88/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18 avqust 2023-cü il tarixli 10/4472 saylı ekspert rəyindən görünür ki, Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 38 saylı fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələrinin bir ailənin yaşaması üçün nəzərdə tutulmasına (mətbəx, dəhliz, və s.) görə, həyətyanı sahədə əlavə tikililərin olmasına görə, paylara uyğun yaşayış və köməkçi sahələrin olmamasına görə İnşaat Norma və Qaydalarının 2.08.01.89“-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyanın və qanularının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında verilmiş şərhə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (maddə 220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil 1/7 hissədə İddiaçı, 1/7 hissədə X10, 1/7 hissədə X4, 1/7 hissədə X5, 1/7 hissədə X11, 1/7 hissədə X8 və 1/7 hissədə açıq saxlanılmışdır. İddiaçının tələbi üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 38 saylı fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələrinin bir ailənin yaşaması üçün nəzərdə tutulmasına (mətbəx, dəhliz, və s.) görə, həyətyanı sahədə əlavə tikililərin olmasına görə, paylara uyğun yaşayış və köməkçi sahələrin olmamasına görə İnşaat Norma və Qaydalarının 2.08.01.89“-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin olaraq ekspertiza təyin edilərkən mübahisəli mənzilə hər bir payçının payı 1/7 hissədə müəyyən edilmişdir. Lakin sonradan X12, X13, X2 şəhəri Bəxtiyar Vahabzadə küçəsi ev 38 ünvanında yerləşən mənzilə olan 1/7 hissədə paylarını X15 bağışlamış və nəticə olaraq məhkəməyə təqdim edilmiş olan reyestr çıxarışında payçılar dəyişmiş və pay kütləsi 1/7 hissəsi İddiaçı, 1/7 hissəsi X17, 4/7 hissədə X20, 1/7 hissədə açıq saxlanılmaqla paylar müəyyən edilmişdir. Bu səbəbdən də qeyd edilən paylar əsasında mübahisəli mənzilin texniki cəhətdən bölgüsünün mümkün olub-olmaması halı araşdırılması üçün Şirvan şəhər Məhkəməsinin 2(032)- 88/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18 avqust 2023-cü il tarixli 10/4472 saylı ekspert rəyi ilə Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 38 saylı fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələrinin bir ailənin yaşaması üçün nəzərdə tutulmasına (mətbəx, dəhliz, və s.) görə, həyətyanı sahədə əlavə tikililərin olmasına görə, paylara uyğun yaşayış və köməkçi sahələrin olmamasına görə İnşaat Norma və Qaydalarının 2.08.01.89“-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi tələbindən göründüyü kimi paylı mülkiyyətin istənilən mülkiyyətçisi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması hüququna malik olmaqla yanaşı, bunun üsulu və şərtləri haqqında digər mülkiyyətçilərlə razılığa gələ bilmədikdə həmin məsələnin məhkəmə qaydasında həll edilməsini tələb edə bilər. Lakin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən göründüyü kimi Şirvan şəhəri, B.Vahabzadə küçəsi ev 38 nömrəli fərdi yaşayış evinin naturada təcrid sahələr şəklində ayrılması texniki cəhətdən mümkün deyildir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında qərarında görünüdüyü kimi Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh4, X15 və X9 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki ona məxsus payın naturada 1/7 ayrılması, yaxud satılaraq payına münasib pulun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutulmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh4, X15 və X9 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki ona məxsus payın naturada 1/7 ayrılması, yaxud satılaraq payına münasib pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X14, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-88/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-88/2023
06.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver