Məhkəmə qərarları › İş №2(032)-896/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-896/2023

19.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-896/2023 19.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Ş.Şükürov küçəsi ev 8B ünvanında yerləşən fərdi yaşayış evinə iradəsi ziddinə daxil olunaraq orada müxtəlif tikinti-söküntü işlərinin aparılmasının, eyni zamanda həyətyanı sahəsində yerləşən yardımçı tikilinin (dam) sökülməsinə və eyni ərazidə hasarlama (çəpərləmə) işləri aparmağına maneəçilik törədən hərəkətlərin cavabdehlərə qadağan olunması və ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin cavabdehlərdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ərizə ilə müraciət edərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədilər. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş (qəbz nömrəsi 29525, terminal nömrəsi 1371, xx.xx.2023-cü il tarixli) 100 manat dövlət rüsumu İddiaçı dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar