Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-896/2025 23.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan Şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 9800 manat pulun və ödənilmiş 118 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi 2012-ci ildən tanıyır. Həyat yoldaşı tərəfdən qohumluğu olduğu üçün onunla daha yaxın münasibətlər qurmuşdur. 2023-cü ilin avqust ayında cavabdeh ondan 11.500 manat borc almış, həmin borcdan 1470 manat ödəmiş, qalan məbləğ olan 10030 manat sonuncu tərəfindən indiyə kimi ödənilməmişdir. Bu barədə cavabdeh tərəfindən 27 oktyabr 2024-cü il tarixli əlyazma almışdır. Cavabdeh 10.300 manat borcundan hər ay 2024-cü ilin noyabr ayından başlayaraq hər ay 250 manat ödəniş etməyə söz vermişdir. Pulu olduqda əlavə ödənişdə verməyi etiraf etmişdir. Bundan sonra 2024-cü ilin noyabr ayında cavabdeh ondan Şirvan şəhər Polis Şöbəsinə şikayət vermişdir. Araşdırma zamanı cavabdeh izahat verərək ona 10.300 manat borcunun olduğunu etiraf etmişdir. Cavabdehdən pulunu ala bilmir. Cavabdehə xəbərdarlıq göndərdikdən sona onun tərəfindən 2025-ci ilin fevral ayında 500 manat ödəniş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 9280 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, həmin məbləğdən 230 manat, 300 manat məbləğində ödəniş etmiş, yerdə qalan 9280 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan, həmçinin cavabdehin tərəfindən iddianın etirafı qəbul edildiyindən iddia təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Cavabdeh Şirvan şəhər Polis Şöbəsində vermiş olduğu izahatında bildirmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. 2017-ci ildə dərman firmasında işlədiyi zaman Salyan rayonuna gündəlik getməyi ilə əlaqədar Salyan rayonunun avtovağzalında dönərçi Mehman adlı şəxslə tanış olmuş, sonradan Mehmanla aralarında dostluq münasibətləri yaranmışdır. Mehmanın atası Musa da, avtovağzalda işlədiyindən onunlada münasibətləri yaxşı olmuşdur. Musa ilə 2020-ci ildə lotereya oyunu oynamış, bir neçə dəfə borc pul lazım olan zaman Mehman digər şəxslərdən faizlə pul götürərək, ona köməklik etmişdir. O, da bir neçə dəfə Mehmana borc pul verərək, ona köməklik etmiş, 2023-cü ilin avqust ayında Mehmandan 11500 manat borc almış, sonra isə borcdan 1470 manat ödəmiş, lakin qalan məbləği yəni 10030 manatı isə ödəyə bilməmişdir. Bildirir ki, hazırda İddiaçı 10030 manat borcu qalmış, gələcək həmin borcu ödəyəcəkdir. Həmin vaxtdan bəri Musa və oğlu Mehman dəfələrlə zəng vuraraq, onu ölümlə hədələyərək, pul tələb etmişlər. Bu səbəbdən də, o Şirvan şəhər PŞ-yə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh tərəfindən yazılması və imzalanması kimi göstərilmiş qəbzdə, İddiaçı 2023-cü ilin avqust ayında 11300 manat borc pul aldığını, həmin vaxtdan bəri maddi sıxıntılarının olması səbəbindən borcundan 1470 manat ödədiyini, hazırda 10030 manat borcunun qaldığını, hər ay 2024-cü ilin noyabr ayından İddiaçı 230 manat ödəniş edəyəcəyinə, artıq pulu olduğu təqdirdə artıq ödənişlər edəcəyinə dair söz vermişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmənin mövqeyi: İş üzrə məhkəmə tərəfindən araşdırılmış materiallardan və tərəflərin izahatlarından aydın olmuşdur ki, Cavabdeh İddiaçı 2023-cü ilin avqust ayında 11.500 manat məbləğində borc pul almış, həmin borcdan 1470 manat, daha sonra isə 2025-ci ilin fevralında əlavə 500 manat ödəmişdir. Borcun qalığı üzrə – 9280 manat – cavabdeh tərəfindən yazılı formada, həmçinin Şirvan ŞPŞ-də verdiyi izahatla etiraf edilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli əlyazma sənədində, cavabdeh borcun mövcudluğunu təsdiqləməklə yanaşı, hər ay 230 manat ödəməyi, əlavə pulu olduqda artıq ödənişlər etməyi öhdəsinə götürmüşdür. Bu sənəd AR Mülki Məcəlləsinin 882.1-ci maddəsinə uyğun olaraq yazılı borc etirafı kimi hüquqi qüvvəyə malikdir. Eyni zamanda, cavabdeh Şirvan ŞPŞ-yə verdiyi izahatda borcu tam həcmdə (10.030 manat) etiraf etmiş, yalnız sonradan təzyiq və ya təhdid iddiası ilə hüquq-mühafizə orqanına müraciət etmişdir. Lakin xx.xx.2024-cü il tarixli qərarla bu şikayət üzrə cinayət işinin başlanması rədd edilmiş, beləliklə, cavabdehin hədə-qorxu ilə ödəniş etdiyi iddiası sübut olunmamışdır. Məhkəmə bu halda AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə – borclunun öhdəlik üzrə pul ödəməli olduğu; 449.1-ci maddəsinə – pul vəsaitini əsassız olaraq saxlayan şəxsin kreditorun tələbi əsasında vəsaiti və gecikmə faizlərini ödəməli olduğu; 882.1-ci maddəsinə – borcun yazılı etirafının hüquqi qüvvəsi olduğuna əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən borc öhdəliyi yaranmış, etiraf edilmiş və icra olunmamışdır. Bundan başqa, cavabdeh özü məhkəməyə təqdim etdiyi ərizədə iddianı tam etiraf etdiyini bildirmiş, bu isə Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə uyğun olaraq məhkəmənin iddianı əlavə araşdırmasız təmin etməsinə imkan verir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehin iştirak etmədiyi şəraitdə belə, onun iddianı etiraf etməsi və borcun mövcudluğunun sübutlarla təsdiq olunması səbəbindən məhkəmə iddia tələbinin tam təmin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 118 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 9280 (doqquz min iki yüz səksən) manat və dövlət rüsumu kimi ödənilmiş 118 (bir yüz on səkkiz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-896/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-896/2025
23.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver