Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-9/2023 19.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Heydərov Fərrux Fəttah oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh tərəfindən kommunal xidmətlərə görə hesablanmış 1080 manat borcun silinməsi və ünvan 1 ünvanına dəyəri 700 manat olan işıq, su və qaz sayğaclarının cavabdehin hesabına quraşdırılması və cavabdehlə aralarında bağlanmış 11 avqust 2008-ci il tarixli müqavilənin şərtlərinə riayət etmədiyi üçün artıq ödənilmiş 4800 ABŞ dolları (8160 manat) pulun cavabdehdən alınması tələbinə dair mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh tərəfindən kommunal xidmətlərə görə hesablanmış 1080 manat borcun silinməsi və ünvan 1 ünvanına dəyəri 700 manat olan işıq, su və qaz sayğaclarının cavabdehin hesabına quraşdırılması və cavabdehlə aralarında bağlanmış 11 avqust 2008-ci il tarixli müqavilənin şərtlərinə riayət etmədiyi üçün artıq ödənilmiş 4800 ABŞ dolları (8160 manat) pulun cavabdehdən alınması tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Tərəflər 19 yanvar 2023-cü il tarixdə saat 11:15-ə təyin edilmiş məhkəmənin hazırlıq iclası barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinin tələbinə görə işə onların iştirakları olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 saylı qərarının 5.1-ci bəndində göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, tərəflər məhkəmənin hazırlıq iclasına gəlmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh tərəfindən kommunal xidmətlərə görə hesablanmış 1080 manat borcun silinməsi və ünvan 1 ünvanına dəyəri 700 manat olan işıq, su və qaz sayğaclarının cavabdehin hesabına quraşdırılması və cavabdehlə aralarında bağlanmış 11 avqust 2008-ci il tarixli müqavilənin şərtlərinə riayət etmədiyi üçün artıq ödənilmiş 4800 ABŞ dolları (8160 manat) pulun cavabdehdən alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada iddia ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ödənilmiş 120 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-9/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-9/2023
19.01.2023 · Sair mülki iş - Digər - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver