Məhkəmə qərarları › İş №2(032)-905/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-905/2023

03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-905/2023 03.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair iddia ərizəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işin aidiyyəti üzrə Şəmkir rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etmədi. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Şəmkir rayon Məhkəməsinə göndərilməlidir. İşdə olan EMİS portaldan çıxarışdan görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Şəmkir rayonu, Dəllər kəndində anadan olmuş və hazırda rəsmi olaraq Şəmkir rayonu, Dəllər qəsəbə ərazi dairəsi, Dəllər qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa hakim işi aidiyyəti üzrə göndərməlidir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Beləliklə işin faktiki halları ilə müəyyən olundu ki, iddiaçının rəsmi ünvanı Şəmkir rayonu, Dəllər kəndidir, iddia tələbinin predmeti - nikahın ləğvidir, iddiaçının yanında xx.xx.2007-ci il təvəllüdlü və xx.xx.2008-ci il təvəllüdlü olmaqla iki yetkinlik yaşına çatmayan övladları var, iddiaçı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Şəmkir rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə, yuxarıda sadalanan qanun normalarını rəhbər tutub, tərəfin mövqeyini, işin faktiki halları ilə birlikdə nəzərə alıb belə qənaətə gəlir ki, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəmkir rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair iddiası üzrə 2(032)-905/2023 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəmkir rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar