Məhkəmə qərarları › İş №2(032)-906/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-906/2023

01.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-906/2023 01.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə birgə nikah dövündə adına daşınmaz əmlaklarda ½ pay hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən MH seriyası ******* saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış qeyri-yaşayış binası və ünvan 1 ünvanında yerləşən ********** qeydiyyat nömrəli yaşayış evinin üzərində onun ½ pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ilə 1997-ci il tarixdə nikahlarını rəsmi qaydada rəsmiləşdirməklə ailə qurmuş, sonradan münasibətləri pisləşmişdir. 23 yanvar 2023-cü il tarixdə pozulmuşdur. Cavabdehlə birgə nikahda olarkən 28 dekabr 2007-ci tarixdə Şirvan şəhəri Leytenant İbrahimov küçəsində yerləşən MH seriyalı ******* saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış qeyri-yaşayış binası və 21 oktyabr 2020-ci ildə isə ünvan 2 ünvanında ********** qeydiyyat nömrəli yaşayış evini almışlar. Həmin daşınmaz əmlaklara xərclənən pul onların birgə nikahları dövründə birgə büdcələrindən xərclənmişdir. Hesab edir ki, həmin payların ½ hissəsi mülkiyyət hüququ ona məxsusdur. Məhkəmə iclasında nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu Masazır qəsbəsində Yeni Bakı yaşayış kompleksi ev 24 mənzil 4 saylı ümumi sahəsi 38.10 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Əli Bayramlı (indiki Şirvan) şəhəri L.İbrahimov küçəsində icarəsində olan 0.0030 ha torpaq sahəsində yerləşən 5/10T nömrəli 1 girişli, 24.6 kv.m ümumi, 24.6 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiiyyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-38/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında olan Bakı şəhər Səadət Sarayında 09 sentyabr 1997-ci il tarixli, 1336 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X1 Cavabdeh himayəsində saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli qarşılıqlı iddia ərizəsi verildiyi gündən yəni, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.1978-ci ildə anadan olmuş və Bakı şəhəri, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsində yaşayan ilkin iddia üzrə İddiaçı hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə iddiaçı və cavabdeh 09 sentyabr 1997-ci il tarixdə nikaha daxil olmuşlar. Onların arasında bağlanmış olan nikah qeydi Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahda olduqları müddətə ərzində Abşeron rayonu Masazır qəsbəsində Yeni Bakı yaşayış kompleksi ev 24 mənzil 4 saylı ümumi sahəsi 38.10 kv.m olan mənzil və Şirvan şəhəri (köhnə Əli Bayramlı) şəhəri L.İbrahimov küçəsində icarəsində olan 0.0030 ha torpaq sahəsində yerləşən 5/10T nömrəli 1 girişli, 24.6 kv.m ümumi, 24.6 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) əldə edilmişdir. Hər iki əmlaka İddiaçı mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. Hazırda İddiaçı birgə nikah dövründə əldə edilmiş olan əmlaklara ½ hissədə paylarının müəyyən edilməsini xahiş edir. Mülki və ailə qanunvericiliyin tələblərinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyəti hesab edilir və bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə hesab edir ki, hazırkı iddianın predmeti olan əmlaklar tərəflərin birgə nikah dövründə əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaklara dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklarda onların hər birinin payı bərabər hesab edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şirvan şəhəri Leytenant İbrahimov küçəsində yerləşən 0,0030 ha. torpaq sahəsində yerləşən 5/10T nömrəli 1 girişli, 24,6 m2 ümumi, 24,6 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının (mağaza) və Abşeron rayonu Masazır kəndi Yeni Bakı yaşayış kompleksi 24 saylı evin 4 saylı mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Şirvan şəhəri Leytenant İbrahimov küçəsində yerləşən 0,0030 ha. torpaq sahəsində yerləşən 5/10T nömrəli 1 girişli, 24,6 m2 ümumi, 24,6 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının (mağaza) və Abşeron rayonu Masazır kəndi Yeni Bakı yaşayış kompleksi 24 saylı evin 4 saylı mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar