Məhkəmə qərarları › İş №2(032)-91/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-91/2025

11.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-91/2025 11.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Şirvan şəhər Bələdiyyəsinin Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şirvan şəhər Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvan AZ 1801 Şirvan şəhəri, Əliş Ləmbəranski küçəsi 31) yerləşən 0.047 ha torpaq sahəsinin Cavabdeh adına pay hüquqi ilə Daşınmaz Əmlakın Dövlət reyestrinin 43 nömrəli reyestr kitabında 28 nömrəli vərəqində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması, zəbt olunmuş torpaq sahəsinin bələdiyyə mülkiyyətinə geri qaytarılması təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Prokuorluğundan daxil olmuş 01 avqust 2022-ci il tarixli, ********* nömrəli məktubda Şirvan şəhər sakini X3 anasından miras qalmış evin qardaşı tərəfindən saxta sənədlər əsasında Şirvan şəhər sakini X1 barədə Respublika Baş Prokurorluğuna ünvanladığı şikayət ərizəsi ilə bağlı toplanmış material əsasında şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 308 və 313-cü maddələri ********* nömrəli cinayət işi başlanaraq istintaq aparıldığı bildirilir. Şirvan şəhər Prokurorluğunun araşdırmasına görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət Hüquqların Dövlət haqqında daşınmaz əmlakın Dövlət reyestrində verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, (********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şirvar şəhər Xəqani küçəsi 276-da (Yeni qaydalarla AZ 1801 Şırvan şəhər, Əliş Ləmbəranski kuçəsi 31) yerləşən xüsusi mülkiyyətdə olan yaşayış məntəqəsinə aid 0.047 hektar torpaq sahəsi Cavabdeh adına tam pay huququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestri kitabında 28 nömrəli vərəqində qeydiyyata alınması göstərilir. Şirvan şəhər Prokurorluğunun 01 avqust 2022-ci il tarixli ********* nömrəli məktubunun hüquqi nəticələrini nəzərə alaraq, ünvan 3 ünvan AZ 1801 ünvan 4 Cavabdeh adına tam pay hüququ ilə Daşınmaz əmlakın dovlət reyestrində 43 nömrəli reyestr kitabında 28 nömrəli vərəqində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız olunması, zəbt olunmuş torpaq sahəsinin bələdiyyə mülkiyyətinə geri qaytarılması üçün bələdiyyənin aidiyyəti üzrə məhkəməyə müraciət etməsi və görülmüş tədbirlərin nəticəsi barədə şəhər prokurorluğuna ətraflı məlumat verilməklə zəruri sənədlərin surətlərinin təqdim olunması xahiş olunur. Sözügedən məsələ ilə bağlı İddiaçı xx.xx.2022-ci il tarixli 14 nömrəli iclasının gündəlik məsələlərindən biri Şirvan şəhər Prokurorluğunun 01 avqust 2022-ci il tarixli ********* nömrəli məktubun müzakirəsi aparılmış, məsələ ilə bağlı yekdil qərar qəbul olunmuşdur. Habelə bu məsələ ilə bağlı Şirvan şəhər İddiaçındə xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş, aktın huquqi nəticələri xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvi ilə bağlı vətəndaş Cavabdeh ətraflı izah olunmuşdur. Məhkəmə iclasında iddiaçı Şirvan şəhəri İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında iddianı müdafiə edib, iddianın əsaslandırıldığı hallara uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 07 yanvar 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmədə izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci Cavabdeh adına olan çıxarış Şirvan şəhəri Xəqani küçəsi 276 (yeni qaydalarla: AZ1801, Şirvan şəhəri, Əliş Ləmbəranski küçəsi 31 ünvanında yerləşən torpaq sahəsi Şirvan şəhər Bələdiyyəsinin tərtib etdiyi qərar və sənədlər əsasında qanunvericiliyə əsasən verilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şirvan şəhəri Xəqani küçəsi 276-da (Yeni qaydalarla AZ 1801 Şirvan şəhəri, Əliş Ləmbəranski küçəsi 31) yerləşən xüsusi mülkiyyətdə olan yaşayış məntəqəsinə aid 0,047 hektar torpaq sahəsi Cavabdeh adına tam pay hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reystr kitabında 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şirvan şəhər Prokurorluğunun Şirvan şəhər Bələdiyyəsinə ünvanlanmış olduğu 01 avqust 2022-ci il tarixli, ********* nömrəli məktubunda göstərilmişdir ki, Şirvan şəhər sakini X3 anasından miras qalmış evin qardaşı tərəfindən saxta sənədlər əsasında Şirvan şəhər sakini X1 barədə Baş Prokurorluğuna ünvanladığı şikayət ərizəsi ilə bağlı toplanmış material əsasında şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılır. ünvan 8 ünvan AZ1801 ünvan 4 Cavabdeh adına tam pay hüquqi ilə Daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabında 28 nömrəli vərəqində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız olunması, zəbt olunmuş torpaq sahəsinin bələdiyyə mülkiyyətinə geri qaytarılması üçün bələdiyyənin aidiyyəti üzrə məhkəməyə müraciət edə bilmək hüququnun olması və görülmüş tədbirləri nəficəsi barədə şəhər prokurorluğuna ətraflı məlumat verilməklə zəruri sənədlərin surətlərinin təqdim olunması xahiş olunur. İş materiallarında olan Şirvan şəhəri İddiaçı 18 avqust 2022-ci il tarixli iclasının 02 nömrəli iclasının protokolundan çıxarışdan görünür ki, Şirvan şəhər Prokurorluğundan İddiaçınə daxil olmuş 01 avqust 2022-ci il tarixli ********* nömrəli məktubu, Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının İddiaçınə ünvanladığı 08 avqust 2022-ci il tarixli 400 saylı məktubu və İddiaçı hüquq məsələləri daimi komissiyasının məsələ üzrə qəbul etdiyi qərar nəzərə alınması, Şirvan (Əli-Bayramlı) Bələdiyyəsinin 30 iyul 2007-ci il tarixli 07 saylı iclas qərarının şəhər sakini İ.Qayıbov küçəsi dalan 1, ev 23-də yaşayan Cavabdeh adına Şirvan şəhəri, Xəqani küçəsində 0.047 ha torpaq sahəsinin ayrılmasına dair hissəsi etibarsız hesab olunaraq ləğv edilməsi, vətəndaş Hüseynov X16 iclasının qərarı ilə tanış edilməsi, qərarın ləğvi barədə məsələ ona tam izah olunması və vətəndaşın iştirakı ilə müvafiq akt tərtib olunması, Bələdiyyənin hüquqşünası Nümayəndə1 Bələdiyyə mülkiyyətinə məxsus 0.047 ha torpaq sahəsinin Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız sayılaraq ləğv edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi, Bələdiyyənin Torpaq, Təmir-Tikinti şöbəsinə Şirvan şəhəri, Xəqani küçəsi 276 ünvanındaki 0.047 ha torpaq sahəsinə dair çıxarış ləğv edildikdən və həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətinə məxsus olduğu üçün vətəndaş Cavabdeh Bələdiyyənin ehtiyat fonduna geri təhvil alınması qərara alınmışdır. İş materiallarında olan Şirvan şəhər Prokurorluğunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında 05 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, mərhum X13 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə tövsif edilməsi, X26 barəsində amnistiya tətbiq olunaraq Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən cınayət təqibinə xitam verilməsi, İddiaçındə Torpaq Təmir Tikinti Şöbəsinin müdiri vəzifəsində işləyən X2 barəsində Azərbaycan Respublikası CMnin 313-cü maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşları X17, X14, X6, X27, X28, X7, X4, X15, X18, X19, X8 və əvvəllər həmin idarədə işləmiş X9, X29, X32, X30 və X10 barələrində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, İddiaçı tərəfindən Cavabdeh Şirvan şəhəri, Xəqani küçəsində yerləşən fərdi ev tikintisi üçün ayrılmış 0.047 ha torpaq sahəsi ilə bağlı xx.xx.2007-ci il tarixli, 07 saylı iclas qərarının Cavabdeh aid hissəsinin bələdiyyənin xx.xx.2022-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsi, qərarın ləğvi ilə bağlı məsələ vətəndaş Cavabdeh qanunamüvafiq surətdə izah olunması, eləcə də ona Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvi ilə bağlı Bələdiyyə tərəfindən məhkəməyə müraciət ediləcəyi ətraflı izah olunması, Cavabdeh ona verilmiş izahatla razılaşması, İddiaçındən xx.xx.2022-ci il tarixli, 03/345 nömrəli məktubla daxil olmuş ünvan 11 ünvan AZ1801 Şirvan şəhəri, Əliş Ləmbəranski küçəsi 31) yerləşən 0,047 ha torpaq sahəsinin Cavabdeh adına pay hüququ ilə Daşınmaz Əmlakın dövlət reyestrinin 43 nömrəli reyestr kitabında 28 nömrəli vərəqində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması, zəbt olunmuş torpaq sahəsinin bələdiyyə mülkiyyətinə geri qaytarılmasının təmin olunmasına dair Şirvan şəhər Məhkəməsində iddia qaldırılması nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Konstituisyasının 145-ci maddəsinə İ hissəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyə statusu haqqında Azərbaycan Respublikası Qanununun 48.4-cü maddəsinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 30 iyul 2007-ci il tarixli 07 saylı iclas qərarı ilə Cavabdeh fərdi yaşayış evinin tikintisi məqsədilə 0,47 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Sözügedən bələdiyyə qərarı əsasında ayrılmış olan torpaq sahəsinə Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fakta görə Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddəsi ilə cinayət işi başlanmış və nəticə olaraq xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraata xitam verilmişdir. Şirvan şəhər prokurorluğunun cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Şirvan şəhəri, Xəqani küçəsində yerləşən fərdi ev tikintisi üçün ayrılmış 0.047 ha torpaq sahəsi ilə bağlı xx.xx.2007-ci il tarixli, 07 saylı iclas qərarının Cavabdeh aid hissəsinin bələdiyyənin xx.xx.2022-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsi, qərarın ləğvi ilə bağlı məsələ vətəndaş Cavabdeh qanuna müvafiq surətdə izah olunması, eləcə də ona Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvi ilə bağlı Bələdiyyə tərəfindən məhkəməyə müraciət ediləcəyi ətraflı izah olunması, Cavabdeh ona verilmiş izahatla razılaşması, İddiaçındən xx.xx.2022-ci il tarixli, 03/345 nömrəli məktubla daxil olmuş ünvan 11 ünvan AZ1801 Şirvan şəhəri, Əliş Ləmbəranski küçəsi 31) yerləşən 0,047 ha torpaq sahəsinin Cavabdeh adına pay hüququ ilə Daşınmaz Əmlakın dövlət reyestrinin 43 nömrəli reyestr kitabında 28 nömrəli vərəqində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması, zəbt olunmuş torpaq sahəsinin bələdiyyə mülkiyyətinə geri qaytarılmasının təmin olunmasına dair Şirvan şəhər Məhkəməsində iddia qaldırılması nəzərə alınması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi hazırkı mülki iş üzrə cavabdehə torpaq sahəsi məhz bələdiyyənin qərarı əsasında ayrılmışdır. Bələdiyyə statusu haqqında Azərbaycan Respublikası Qanununun tələblərindən göründüyü kimi bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv olununur. Hazırkı hala münasibətdə torpaq sahəsinin ayrılması ilə bağlı qərarın ləğvi də məhz bələdiyyənin səlahiyyətinə aiddir və özü tərəfindən həyata keçirilməlidir. İddiaçının iddia tələbinin ünvan 1 ünvan AZ 1801 Şirvan şəhəri, Əliş Ləmbəranski küçəsi 31) yerləşən 0.047 ha torpaq sahəsinin Cavabdeh adına pay hüququ ilə Daşınmaz Əmlakın Dövlət reyestrinin 43 nömrəli reyestr kitabında 28 nömrəli vərəqində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarında qeyd edilimişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Məhkəmə xatırladır ki, işin faktiki hallarından göründüyü kimi hazırkı mülki iş üzrə cavabdehə torpaq sahəsi məhz bələdiyyənin qərarı əsasında ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərfindən isə həmin qərar əsasında qeydiyyat aparılmaqla torpaq sahəsinə dair müvafiq çıxarış verilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən plenum qərarından da göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Hazırkı halda inzibati akt məhz bələdiyyənin qərarı çıxış etdiyindən İddiaçı müvafiq qərara münasibətdə özü qərarı ləğv etmək səlahiyyətinə malik olduğundan qərar ləğv edilməli və bununla bağlı müvafiq qeydiyyatın aparılması ilə bağlı daşınmaz əmakın dövlət reyestrinə müraciət etməlidir. İnzibati orqan (müvafiq qeydiyyatı aparan) tərəfindən müvafiq qeydiyyatın aparılmasından imtina edildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəmədə bu halı mübahisələndirmək hüququna malikdir. Məhkəmə qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə iş məhkəmə icraatı qaydasında baxılmalı olmadığından İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə qeyd edir ki, qərardadın əsaslandırıcı hissəsində qeyd edildiyi kimi iddiaçı ilkin olaraq qəbul etmiş olduğu qərarı ləğv etməli və müvafiq qeydiyyatın aparılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etməli, sonuncu inzibati orqan tərəfindən müvafiq qeydiyyat aparılmadığı və ya aparılmasından imtina edildiyi təqdirdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Hazırkı halda qeydiyyatı aparılmalı olan inzibati orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi olması və ərazi yurizdiksiyası üzrə Şirvan İnzibati Məhkəməsinin yurizdiksiyasında olması nəzərə alınmaqla Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması iddiaçıya izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Şirvan şəhəri İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, zəbt olunmuş torpaq sahəsinin bələdiyyə mülkiyyətinə geri qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir, tələblə əlaqədar qərardadın əsaslandırıcı hissəsində qeyd edilən inzibati orqana və aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar