Məhkəmə qərarları › İş №2(032)-911/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-911/2023

05.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-911/2023 05.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı Maraqlı şəxs iştirakı ilə, İddiaçı Maraqlı şəxs cavabdehlər X5, X2, X6, X4, İddiaçı1 və İddiaçı2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Maraqlı şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X5, X2, X6, X4, İddiaçı1 və İddiaçı2 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şirvan şəhər Məhkəməsinin icraatında iddiaçılar X1, İddiaçı2 cavabdeh Şirvan şəhər 1 saylı Notariat Kontoruna və Maraqlı şəxs qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(032)-911/2023 saylı mülki iş mövcüddur. Həmin iş üzrə iddiaçılar X3, İddiaçı2 cavabdehlər Şirvan şəhər 1 saylı Notariat Kontoruna və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.6 kv.m, yaşayış sahəsi 48.4 kv.m, yardımçı sahəsi 37.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi Şirvan şəhəri 1 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Maraqlı şəxs mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədi. İş üzrə cavabdehlər X5, X2, X6, X4, İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, iddiaçı Maraqlı şəxs cavabdehlər X5, X2, X6, X4, İddiaçı1 və İddiaçı2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan iddiaçılar X1, İddiaçı2 cavabdeh Şirvan şəhər 1 saylı Notariat Kontoruna və Maraqlı şəxs qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsasında olan digər mülki işin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçılar X1, İddiaçı2 cavabdeh Şirvan şəhər 1 saylı Notariat Kontoruna və Maraqlı şəxs qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(032)-911/2023 saylı mülki iş, iddiaçı Maraqlı şəxs cavabdehlər X5, X2, X6, X4, İddiaçı1 və İddiaçı2 qarşı mənzildən çıxarılma tələbinə dair 2(032)-339/2023 saylı mülki işlə bir icraatda birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar X1, İddiaçı2 cavabdeh Şirvan şəhər 1 saylı Notariat Kontoruna və Maraqlı şəxs qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(032)-911/2023 saylı mülki iş, iddiaçı Maraqlı şəxs cavabdehlər X5, X2, X6, X4, İddiaçı1 və İddiaçı2 qarşı mənzildən çıxarılma tələbinə dair 2(032)-339/2023 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar