Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-912/2025 15.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakıları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18690 (on səkkiz min altı yüz doxsan) manat pulun və ödənilmiş 147 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. 2022-ci ilin əvvəllərində ona müraciət edərək özü üçün şəxsi biznes qurmaq istədiyini və bununla əlaqədar ona pul lazım olduğunu bildirmişdir. 2022-ci ilin may ayında o, cavabdehə 3400 manat, həmin ilin sentyabr ayında 3000 manat, 2023-cü ildə 12600 manat, 2024-cü ilin yanvar ayında isə 200 manat pul vermişdir. Cavabdeh ondan aldığı pulu bir müddət sonra qaytaracağını bildirsə də, ona indiyə qədər cəmi 510 manat pul qaytarmışdır. Hal-hazırda cavabdehin ona 18690 (on səkkiz min altı yüz doxsan) manat borcu vardır. Cavabdehin ondan aldığı pulu qaytarmaması səbəbindən dəfələrlə ona müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, İddiaçı 18690 manat məbləğində pul almamışdır. İddiaçı 6700 manat sələmə pul almış, ona 38000 manata yaxın pul qaytarmışdır. Onun İddiaçı borcu qalmamışdır. İddiaçı telefonda ona hədə qorxu gəlməsinə görə o, Şirvan şəhər Polis Şöbəsinə şikayət etmişdir. Bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin ərizəsini, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-13-111/2-13712/25 saylı Şirvan şəhər Polis Şöbəsinin məktubundan görünür ki, İddiaçı Rafael oğlu xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng Mərkəzinə tanışı Cavabdeh borc qismində verdiyi 200 manat pulu geri ala bilmədiyi barədə müraciətlər etmişdir. Bununla bağlı tərəflərindən araşdırılma aparılmış, vətəndaş İddiaçı Rafael oğluna aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah olunmuş və bu barədə rəsmi məktubla cavab verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Rafael oğlunun müraciəti əsasında toplanmış materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli izahatından görünür ki, əvvəlcədən tanıdığı Ramil adlı şəxsə özünə xırda biznes qurması üçün iki dəfə ümumilikdə 200 manat pul vermişdir. Borcunu qaytarmağı qısa müddətə vəd versə də, geri qaytarmamışdır. Pulunun geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Rafael oğlunun müraciəti əsasında toplanmış materiala əlavə edilmiş Cavabdeh xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, İddiaçı noyabr-dekabr aylarında aldığı 200 manat pulu Şirvan dayanacağında gecə saat təxminən 1-in yarısı gətirib vermişdir. Yanvar ayında İddiaçı ondan o pulun üstündə əlavə olaraq 50 manat sələm almışdır. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli Şirvan Şəhər Prokurorluğunun İddiaçı Rafael oğluna ünvanlandığı məktubdan görünür ki, material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən şəhər prokuroru tərəfindən öyrənilərkən Şirvan şəhər X2 Bölməsinin sabiq baş təhqiqatçısı Vüqar Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ramil Qurbanzadə ilə aralarında yaranmış mübahisə mülki xarakterli olmaqla həlli məhkəmə orqanlarının səlahiyyətlərinə aid olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli Şirvan şəhər Polis Şöbəsinin cinayət işinin rədd olunması haqqında qərarının surətindən görünür ki, İddiaçı izahatında göstərmişdir ki, təxminən 2 il bundan əvvəl tanıdığı Ramil Qurbanzadə yaxınlaşıb kiçik biznes qurduğunu və həmin biznesdən gəlir əldə edilməsi üçün pul lazım olduğunu bildirmişdir. Ramil Qurbanzadənin dedikləri onun fikrini cəlb etmis və Ramilə biznesi barədə ətraflı məlumat verməsini bildirmişdir. Ramil ona faberlicdən ətriyyat aldığını və onları sataraq gəlir əldə edəcəyini geyd etmiş, o, Ramilin sözlərinə inanmış və Ramil ilə birlikdə biznesə qoşulmuşdur. Sonra Ramilə 300 və 500 manat pul vermiş, Ramil onun verdiyi pulların hesabda qalacağını və qazanc olaraq 80 manat verəcəyini bildirmiş, bir müddət keçdikdən sonra Ramil ona 80 manat pul vermişdir. Ramil ilə işə başladığı bu günə kimi 20000 manat pul xərcləmiş, təxminən 2000 manat pul əldə etmişdir. xx.xx.2022ci il tarixdə Ramil ona zəng edərək 20000 manat borcu qaytarmaq üçün Bakı şəhərinə işləməyə getdiyini bildirmiş, o, Ramildən pulu nə vaxt qaytaracağını soruşmuş, Ramil ona xx.xx.2022-ci il tarixdə Şirvan şəhərinə gələrək 8000 manat pul verəcəyini və qalan pulla isə biznesi davam etdirəcəklərini bildirmişdir. Həmin vaxtdan Ramildən heç bir məlumat əldə edə bilməmiş və Ramil ona olan 20000 manat borcu ödəməmişdir. Ramilə verdiyi 20000 manat pulun 5000 manatını keçmiş arvadı Vüsalə İsayevadan borc aldığını qeyd etmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmədə iddiaçı tərəfindən təqdim edilmiş özündə iddiaçı ilə cavabdehlər arasında olan telefon danışıqlarını özündə əks etdirən Fləş karta baxış keçirilmişdir. Səs yazılarına baxış keçirilən zaman müəyyən edilir ki, Cavabdeh “bu ay 15-ində 200 verəcəm, bir də ayın axırı 200 verəcəm, bu 400 manat temasını bağlayaq, gələn aydan, sentyabrdan həftədə bir dəfə görüşək 100 manat verim sənə” deməsinə cavab olaraq İddiaçı “Ramil, 3 ildir bu yolu gedirik, yayda kərpic zavoda gəldin 20 dənə yüzlük saydım, 1400 də bir vermişəm. Ramil, ayı 500 manatdan 19000 manat pul 4 ilə gedib çıxır” deyə bildirir. Cavabdeh da “bilirəm sən yığmağı bacarırsan, mən bacarmıram” deyə cavab verir. İddiaçı “Ramil, imkanın olsa təzə ildən o pulu biraz qaldırarsan” deməsinə cavab olaraq Cavabdeh “hə də onu təzə ildən edərik, bir dənə bu 5-6 ayı 300 manat ödəyim” deyə bildirir. İşin faktiki hallarından və İddiaçı müraciəti əsasında Şirvan şəhər Polis Şöbəsində toplanmış materiala əlavə olunmuş izahatlardan da görünür ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 18690 manat məbləğində borc pul verməsinə istinad etsə də, istinad etdiyi halı təsdiq edən sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmə Cavabdeh İddiaçı 6700 manat məbləğində borc pulun almasını məhkəməyə təqdim etdiyi ərizəsində yazılı qaydada etiraf etməsini, cavabdeh tərəfindən borcun qaytarılmasını təsdiq edən sübutun təqdim edilməməsini nəzərə alıb, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 6700 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 147 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərclərinin 36 faizi cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6700 (altı min yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərclərinin 36 faizi cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 147 manat pulun 36 faizi-52 manat 92 qəpik alınaraq iddiaçı alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-912/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-912/2025
15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver