Məhkəmə qərarları › İş №2(032)-944/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-944/2024

13.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-944/2024 13.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh borclu olduğu 7200 (yeddi min iki yüz) manat məbləğində və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qohumudur. O, 2006-cı il tarixində ona müraciət edərək avtomobil alğı-satqısı məqsədi ilə ondan 8000 (səkkiz min) manat məbləğində borc pul istəmiş və bildirmişdir ki, həmin pul ilə Gürcüstandan avtomobil alıb Azərbaycan Respublikasında dərhal sataraq qazanc əldə edəcək, sonra pulu ona geri qaytaracaqdır. O, cavabdehi yaxından tanıdığından və qohumluq münasibəti olduğundan ona 8000 (səkkiz min) manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin puldan ona hissə-hissə qaytarmış, hazırda ona 7200 (yeddi min iki yüz) manat borcu qalmışdır. Cavabdeh razılaşmaya əsasən ondan aldığı 8000 (səkkiz min) manat məbləğində pulu az vaxt ərzində, Gürcüstandan aldığı avtomobili gətirən kimi satdıqdan sonra qaytarmağı öhdəsinə götürmüş olsa da, vədinə əməl etməyərək bu günə kimi pulu qaytarmamışdır. O, cavabdehə müraciət edərək borclu olduğu pulu qaytarmasını dəfələrlə xahiş etmiş, lakin o, hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Yaxın qohumluq münasibətinə görə keçən müddət ərzində cavabdehin vədləri ilə razılaşmışdır. Güman etmişdir ki, cavabdeh yaxın qohum olduğundan onu aldatmaz və o da bir qohum kimi ona kömək etməyə çalışmışdır. Lakin cavabdeh yaxın günlərdə ona qəti olaraq pulu qaytarmayacağını bildirmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası DİN-nin “102’' xidmətinə şikayət etmək məcburiyyətində qalmışdır. Şikayəti Şirvan şəhər Polis Şöbəsində araşdırılaraq toplanmış materialda cinayət tərkibinin olmaması və mübahisə ilə bağlı məhkəməyə müraciət olunması bildirilmişdir. Göründüyü kimi mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə dəfələrlə cəhd etmişdir. Lakin cavabdehin günahı ucbatından mübahisələri hal-hazırda da davam edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Cavabdeh Gürcüstandan yük avtomobili gətirib, satıb xeyiri bölmək məqsədilə qardaşı Sahəddindən 8000 manat pul alıb, 500 manatını qaytarmışdır. Lakin qalan 7500 manatını hələ də ala bilməmişlər. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı ona pul verməyib. İddiaçı qardaşı ilə onlar şərikli qaydada xaricdən avtomobil gətirib satmaq qərarına gəlmişlər. Buna görə də İddiaçı qardaşı evlərindən 17000 manat pulu götürüb ona vermişdir. Onlar xaricdən avtomobili 17000 manata almış, gömrük xərcləri ilə bağlı 12000 manat xərci və avtomobilin təmiri üçün lazım olan xərcləri isə o, özü ödəmişdir. Lakin onlar avtomobili satıb xeyir əldə edə bilməmişlər. Onun iddiaçıya borcu yoxdur. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş İddiaçı müraciəti əsasında toplanmış materiala əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı Şirvan şəhər Polis Şöbəsinə etmiş olduğu müraciəti tərəflərindən hərtərəfli araşdırılmış və məlum olmuşdur ki, ünvanlanan müraciət mülki xarakterlidir. İş materiallarına əlavə edilmiş İddiaçı müraciəti əsasında toplanmış materiala əlavə edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixli izahatından görünür ki, onun İddiaçı yox, qardaşı Sahəddinə 8000 manat borcu olduğunu, həmin puldan 7000 manat pulu qaytardığını, övladının toy mərasimi olduğunu, toy mərasimi bitdikdən sonra Xalidənin gələrək ondan və qohumlarından pulu tələb etdiyini, sonradan polis şöbəsinə bu barədə məlumat verdiyini, əslində isə həmin şəxslərin ona 1000 manat borcu qaldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində Cavabdeh 7200 manat borclu olduğunu və həmin pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmiş, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin ona 7200 manat pulun borclu olmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq İddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 7200 manat məbləğində pul borclu olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa İddiaçı 8000 manat məbləğində pulu Cavabdeh verməsinə dair məhkəmə onu da qeyd edir ki, onlar arasında mülki qanunvericiliyinin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğundan borc müqaviləsi yazılı formada bağlanmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilmiş müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. «Azərbaycan Respublikası Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Hazırki iş üzrə isə tərəflər arasında borc münasibətləri müəyyən edilməmiş, bu növ müqavilə üçün Mülki Məcəllədə yazılı formada bağlanması tələbinə riayət edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından İddiaçı Cavabdeh qarşı “7200 (yeddi min iki yüz) manat məbləğində pul tələbi”nə dair iddiası təmin olunmamalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 92 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, Məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 7200 (yeddi min iki yüz) manat məbləğində pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar