Məhkəmə qərarları › İş №2(032)-956/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-956/2024

24.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-956/2024 24.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı icra məmuru (probasiya üzrə) X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidməti İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidməti İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respubluikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2277.40 manat pulun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şirvan şəhər Məhkəməsinin 1(032)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhər Məhkəməsinin 1(032)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə məhkum Cavabdeh bir ədəd “Attenti” markalı 078CE07657 seriya nömrəli sadə elektron qolbaq, bir ədəd “Attenti” markalı 35650181 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Həmçinin Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir. Habelə məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, bu barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokola məhkum və icra məmuru (probasiya üzrə) tərəfindən imza edilmişdir. Cəza müddəti başa çatdığı üçün məhkuma tətbiq edilən elektron nəzarət vasitələri onun üzərindən açılaraq götürülmüş Probasiya Xidməti Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. “Attenti” markalı 35650181 seriya nömrəli mobil nəzarət qurğusunun "xxxx" QSC-nin mühəndisləri tərəfindən aparılan yoxlama zamanı mobil nəzarət qurğusunun plastik qapaqlarına yapışdırıcı vurulduğu, qurğunu açmağın mümkün olmadığı, istifadəyə tam yararsız olduğu bildirilmiş, bu barədə ED 000476 nömrəli texniki rəy verilmişdir. Belə olan halda cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş, onlara maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsi tərəfindən təqdim edilmiş cədvəldə sadə elektron qolbağın və digər nəzarət avadanlıqlarının xüsusi proqram təminatı ilə birlikdə dəyərinin ƏDV daxil edilməklə 2277.40 manat təşkil etdiyi bildirilmişdir. Məhkəmə iclasında İddiaçı icra məmuru (probasiya üzrə) X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, həmin mobil nəzarət qurğusu açılmış, onun plastik qapaqlarına yapışdırıcı vurmuş, bu barədə Ədliyyə Nazirliyi probasiya Xidməti İddiaçınə şifahi məlumat vermişdir. Lakin bununla bağlı heç bir rəsmi müraciəti olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 1(032)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, M.Əzizbəyov küçəsi 23 A saylı evi hər gün saat 23:00-dan saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən İddiaçı iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki, Cavabdeh “attenti” markalı 35650181 saylı, 1 ədəd mobil qurğu, 1 ədəd 078CE07657 saylı elektron qolbaq və 1 ədəd enerji doldurmaq üçün tam işlək vəziyyətdə təhvil verildi. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli, ED 000476 nömrəli rəyin surətindən görünür ki, attenti V6 mobil qurğusuna baxış keçirilən zaman plastik qapaqlara yapışdırıcı vurulduğu, qurğunu açmaq mümkün olmadığı, istifadəyə tam yarasız olduğu aşkar edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, ED-M-№96-21 nömrəli məktubundan görünür ki, nəzarət subyektinə təhkim olunmuş sadə elektron qolbağın və digər nəzarət avadanlıqlarının xüsusi proqram təminatı ilə birlikdə dəyərinin ƏDV daxil edilməklə 2277.40 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şirvan şəhər Məhkəməsinin 1(032)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhər Məhkəməsinin 1(032)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünun icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə məhkum Cavabdeh bir ədəd “Attenti” markalı 35650181 saylı, 1 ədəd mobil qurğu, 1 ədəd 078CE07657 saylı qolbaq və 1 ədəd enerji doldurmaq üçün adaptor tam işlək vəziyyətdə təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Həmçinin Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir. Habelə məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, bu barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokola məhkum və icra məmuru (probasiya üzrə) əməkdaşı tərəfindən imza edilmişdir. Göründüyü kimi qeyd edilən qurğunun tam işlək vəziyyətdə saxlamaq hazırkı mülki iş üzrə cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Lakin həmin qurğu cavabdeh tərəfindən işlək vəziyyətdə saxlamamış və bunla da, iddiaçı məxsus olan əmlakın zədələnməsi nəticəsində iddiaçıya zərər dəymişdir. Hazırda iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini xahiş edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə dəymiş zərərə görə 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsait tutumalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurulmuş zərərə görə 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsait tutlaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar