Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-976/2025 10.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhəri, Səməd Vurğun küçəsi, ev 28, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 19,73 m2 hissəsini qardaşı X12 alqı-satqı yolu ilə sataraq əldə etdiyi 4000 manatın və bu məbləği ona ödəməyi gecikdirməsi ilə bağlı 800 manat məbləğində faiz pulunun, eləcədə tərəfindən ödənilmiş 68 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi, ev 28,Yeni qaydalarla AZ1801, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 59,2 kv/m olan qeyri-yaşayış sahəsi məhkəmə qətnaməsi əsasında ona, X22 və cavabdehin atası İmanov Allahşükürə məxsus idi. Sovetlər dönəmində həmin qeyri-yaşayış sahəsindən mağazanın anbarı kimi istifadə olunurdu. Sonralar özəlləşdirmə ilə bağlı olaraq həmin sahə ona, Nelyaya və cavabdehin atası İmanov Allahşükürə birgə mülkiyyət kimi verilmişdiur. Uzun müddət Allahşükür həmin obyekti işlədib qazancını da özünə götürürdü. Odur ki, obyektin onların paylarına çatan hissəsinin qiymətini onlara ödəməsini dəfələrlə tələb etsə də, Allahşükür bunu etmədi, sanki elə obyekt onunmuş kimi davranmışdır . Odur ki, onlar məhkəməyə müraciət edib obyektdən onlara çatan paylarının paylara uyğun bölünməsini və yaxud qiymətinin Allahşükür tərəfindən onlara ödənilməsini tələb etmişlər. Məhkəmədə 2016-cı il mütəxəssis qiymətləndirilməsi ilə obyektin ümumi dəyərindən hər birilərinə 7000 (yeddi min) manat pul düşmüşdür. Qətnamənin tələbi icra olunsun deyə məhkəmə Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə İcra vərəqəsi göndərmişdir. İcra məmuru hər dəfə icranı tələb edərkən Allahşükür deyirdi obyekti satıb pullarını verəcəkdir. Allahşükür həmin obyekti kafeyə çevirmişdi, adını da “Kral” kafesi qoymuşdur. Məhkəmə sona çatdıqdan sonra Allahşükür həmin kafedə işini dayandırdı. Qapısının üstünədə yazmışdı obyekt satılır, telefon sayı da yazmışdı. Tələb edəndə də onlara deyirdi obyekt satılsın pulunuzu verəcəm. 2018-ci ilə qədər çox get-gəldən sonra Allahşükür az-az ona 3700 manat məbləğində pul ödədi. Ondan sonra mütamadi tələb etsə də heç bir ödəmə etmədi. 2021-ci ildə Allahşükür ona demişdir ki, “xəstə adamam, yaşlıyam ölə bilərəm gəl oğlum Elçinə notarial qaydada etibarnamə ver, mən ölsəm qoy o, obyekti satıb sənə qalan borcu ödəsin.” Dedi ki,sənin iştirakın olmadan ora satıla bilməz. Nə vaxt satılsa, həmin vaxt da sənə qalan pul veriləcəkdir. O da ona inanıb 9 mart 2021-ci il tarixdə Şirvan şəhər 1 saylı notariat kontorunda Cavabdeh 241048 saylı etibarnaməni vermişdir. Həmin etibarnamə ilə harada olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün hallarda əqdləri o cümlədən almaq,satmaq, bağışlamağı və digər çoxsaylı hərəkətləri etməyi, həmçinin notariusa müraciət etmək, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi ona etibar etmişdir . Əslində isə heç etibarnaməni oxumamışdır, elə tərtib etmişlər o da imzalamışdır. Heç ona etibarnamənin surətini də verməmişlər. Şifahi olaraq əsas şərtləri isə o olmuşdur ki,qeyri- yaşayış sahəsi olan yuxarıda qeyd etdikləri bu birgə mülkiyyəti nə vaxtsa satılandan sonra ona çatası qalıq pul ona ödənilsin. Aradan illər keçmiş obyekt satılmamışdır. Hərdən gedib baxırmış ki, elə üzərində “obyekt satılır” və telefon mömrəsi göstərilən elan var. Hərdən bir də Allahşükürə, oğluna zəng edirmiş,deyirmişlər hələ satılmayıb, yaxud müştəri var tezliklə satacaqlar və s. Təxminən 3-4 ay bundan öncə yenə getmiş görsün obyekt nə satılıbmı. Görmüşdür ki, obyekti işlədilir. Maraqlanmış, görmüşdür ki, ingilis dili kursu kimi fəaliyyət göstərir. Həmin vaxtlarda Allahşükür də dünyasını dəyişmişdir. Ondan bir-iki gün sonra cavabdehi “OBA” marketdə görmüşdür. Demişdir ki, ay Elçin getdim gördüm,obyekti satmısınız, bəs onun pulunu niyə vermirsən. Elçin demişdir ki, “mənlik deyil , pulunu get qardaşım Əvəzdən al.” Ona demişdir ki, axı etibarnaməni ona vermişdir. Bundan sonra Əvəzin telefonunu öyrənib, Əvəzə zəng etmiş, cavabında demişdir ki, “mənim pulum zadım yoxdur sənə verəm,dərdini get kimə deyirsən de.” Bu ilin fevral ayının sonlarında Şirvan şəhər 1 saylı Notariat kontoruna ərizə verib etibarnamənin və obyektlə bağlı alqı-satqı müqaviləsinin surətini almışdır . AN-1 № ******* saylı 10 sentyabr 2021-ci il tarixli müqavilədən aydın olmuşdur ki, satıcılar o və Rzayeva Nelya X8na obyektin paylarına düşən 39,46 kv/m hissəsini 8000 (səkkiz min) manata satmışlar. 4000 min manat onun payına,4000 manat da Nelyanın payına aid edilib. Müqavilədən aydın olur ki, sadələşdirilmiş qaydada ondan 532,71 manat vergi tutulmuşdur. Eyni məbləğ Rzayeva Nelyadan da tutulmuşdur. İmanov Allahşükür və oğlu Elçin onu sözü gedən obyekti satıb, satan kimi də dərhal pulunu ona verəcəkləri ilə inandırıb cavabdehin adına ondan notarial qaydada etibarnamə alandan sonra, Cavabdeh öncə 13 saylı Əİ tərəfindən xx.xx.2021 tarixdə X26 və ona verilmiş 11000006-05101- 083015 reyester saylı, ********** qeydiyyat saylı dövlət reyesterindən çıxarış alıb, ondan 9 gün sonra, yəni 10 sentyabr 2021-ci il tarixdə qardaşı X13 obyekti satmışdır. Cavabdeh obyekti satmasını ondan gizlətmiş, deməmişdir. Eyni zamanda onun atası və obyekti satdığı qardaşı da bu faktı gizlətmişlər. Elçin obyekti qardaşına satdıqdan sonra son bir neçə aya qədər də obyektin üzərindəki satılır elanı yerində qalırdı. Yəni obyekt ötən müddətlərdə işlədilməmiş, elə bağlı da qalmışdır. O da buna görə gözləmişdir ki, obyekti satarlar, pulumu verərlər. Görünən odur ki,Allahşükür və oğlu Elçin onu özlərinə inandırıb Elçinin adına ondan etibarnamə alandan sonra, bu oyunbazlığı qurmuşlar. Sözügedən obyektin hazırkı sahibinə (İngilis dili kursunun) satılma tarixini və hansı məbləğə satıldığını bilmir. Şübhəsiz ki,30 min manatdan yuxarı olar ki, aşağı olmaz. Bu fakt təsdiq edir ki,cavabdeh və qardaşı obyekti satarkən böyük məbləğdə pul əldə ediblər,ancaq ona çatası pulu ona verməkdən imtina edirlər. Sözügedən obyektin satılması ilə bağlı cavabdeh, eləcə də atası, qardaşı bu haqda onu məlumatlandırmamışlar. Qardaşlar öz aralarında bu alqı-satqını notarial qaydada edərkəndə nə onlar, nə də bu müqavilənin bağlandığı 1 saylı Notariat kontoru onu məlumatlandırmamışlar. O, obyektin satılmasından yuxarıda qeyd etdiyi kimi təxminən 3-4 ay olar ki, xəbər tutmuşdur. Odur ki, məhkəməyə müraciət edib sözügedən obyekti cavabdehin öz qardaşı Əvəzə rəsmi alqı-satqı yolu ilə satdığı və bunun haqqı olaraq ondan aldığı 4000 min manatı ona ödəməsi haqqında qətnamə çıxarılması qərarına gəlmişdir. Həmçmin bu 4000 manat 4 ildən artıqdır ki, ona ödəmədiyi üçün ona ziyan vurmuşdur. O, həmin pulu dövriyyədə istifadə etsə idi ötən 4 il ərzində xeyli məbləğdə pul vəsaiti və yaxud digər qazanc əldə edə bilərdi.Odur ki, cavabdehdən bu pulu vaxtında ona ödəməyərək özündə saxladığı və gecikdirdiyi hər il üçün qanuna uyğun olaraq 5 faizinin xeyrinə tutulmasını məhkəmədən tələb etməkdə haqlıdır. 4000 manatın illik 5 faizini 4 ilə vuranda 800 manat etdiyi aydın olur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. İddiaçı ona etibarnaməni nə üçün verməsini bilmişdir. Belə ki, iddiaçı ilə onların aralarında heç bir müqavilə, borc olmamışdır. İddiaçı ilə atası arasında danışıq olmuş, o sadəcə vasitəçi olmuş, atası ona bildirmişdir ki, qardaşı Əvəzin adına obyekti keçirə bilsinlər deyə hər üç payçı onun adına etibarnamə versinlər. O da atası ilə razılaşmış, ona etibarnamə verilmiş və həmin etibarnamə əsasında obyekt qardaşına bağışlanmışdır. Hazırda həmin obyekt qardaşı tərəfindən satılmışdır. Həmçinin, obyektdə olan payına uyğun dəyəri iddiaçıya ödənilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil, iddia əsassızdır. Cavabdehin atası ilə iddiaçının arasında məhkəmə mübahisələri olmasına baxmayaraq necə ola bilər ki, iddiaçı sadə bir yolla ona etibar edərək etibarnamə vermişdir. Həmin etibarnamədə iddiaçı tərəfindən cavabdehə məxsus bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyətləri cavabdehə verilmiş, əmlakın satışından əldə olunmuş pulun qaytarılması ilə bağlı hər hansı öhdəlik nəzərdə tutulmamışdır. Bu baxımdan hazırda belə bir tələbi əsassızdır. Məhkəmə baxış iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçı özü də obyektin satışında iştirak etmiş, ona düşən payın dəyəri 4000 (dörd min) manat ona ödənilmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X25 bildirdi ki, iddia tələbindən məlumatı var. Belə ki, o, iddiaçının həyat yoldaşıdır. İddiaçı obyektin payçısıdır. Allahşükür və Əvəz onların evinə gələrək bildirmişlər ki, “kağıza qol çəkin, pulunuz veriləcək.” Onlar gəldiyi günün səhəri Elçin də onların evinə gəlmişdir. Onlar razılaşaraq imza etmək üçün getmişlər, oxumadan kağıza imza etmişlər. Sonradan onlara məlum olmuşdur ki, obyekt satılmışdır, yoldaşı Əvəzdən obyektin pulunu istəsə də, Əvəz “get dərdini kimə deyirsən de” deyə cavab vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndə məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, şahidin ifadəsini, vəkilin çıxışını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki : Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-241/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şirvan şəhər məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli, 2(032)-836/2014 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X14 qarşı paylı mülkiyyətin yaranması dövründəki təyinatın bərpası, onun mülkiyyətçilərindən birinin digərlərinin paylarına qanunsuz sahibliyinə son qoyulması, bundan sonra paylı mülkiyyətin mülkiyyətçiləri arasında oğlu bərabər bölünməsi və yaxud naturada bölünməsi məqsədəuyğun olmazsa həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 3 ünvanda yerləşən 4/2 saylı qeyri-yaşayış sahəsi açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti həmin qeyriyaşayış sahəsinin mülkiyyətçiləri arasında onların paylarına uyğun mütənasib şəkildə bölüşdürülməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli AR-İİ № 241048 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq ,satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və digər s. hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilib. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur; Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş reyestrdə 4Ə-900 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X23 və İddiaçı əvəzində etibarnamə əsasında nümayəndələri İmanov X16 şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, ünvan 4 ünvanda ümumi sahəsi 59.2 kv/m qeyri-yaşayış sahəsinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən satıcılar X30 və İddiaçı (39.46 kv/m) alıcı X1. Alıcı X4 X30 və İddiaçı satdığı (19.73 kv/m) ondan 4000 (dörd min) manat 00 qəpik (dörd min manat sıfır qəpik) qiymətinə aldı. Alıcı X4 X30 və İddiaçı satdığı (19.73 kv/m) ondan 4000 (dörd min) manat 00 qəpik (dörd min manat sıfır qəpik) qiymətinə aldı; Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, Şirvan şəhəri Səməd Vurğun küçəsi giriş 24 A saylı qeyri-yaşayış sahəsi (59.2 kv/m) ümumi birgə mülkiyyət hüququ üzrə X10 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır ; Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsininin surətindən görünür ki, hədiyyə verən X10 əvəzində əvəzində etibarnamə əsasında nümayəndəsi İmanov X16 şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, ünvan 4 ünvanda ümumi sahəsi 59.2 kv/m qeyri-yaşayış sahəsinin (19.73 kv/m) hissəsini hədiyyə alan X13 bağışlamışdır. X21 həmin bağışlanan payı qəbul etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, Şirvan şəhəri Səməd Vurğun küçəsi giriş 24 A saylı qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə X11 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 77 nömrəli vərəqəində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır ; Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Sabirabad regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş reyestrdə 4Ə-1106 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X6 şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, ünvan 4 ünvanda ümumi sahəsi 59.2 kv/m qeyri-yaşayış sahəsini tam hissədə alıcı X5, alıcı X7 X2 tam hissəni (59.2 kv/m) ondan 49000 00 qəpik (qırx doqquz min manat sıfır qəpik) aldı; Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, Şirvan şəhəri Səməd Vurğun küçəsi giriş 24 A saylı qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə X15 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 77 nömrəli vərəqəində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Beləliklə iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Şirvan şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, ünvan 4 ünvanda ümumi sahəsi 59.2 kv/m qeyri-yaşayış sahəsinin birgə mülkiyyət üzrə ona məxsus hissəsinin (19.73 kv/m) satılmasını Cavabdeh tapşırmış və bu məqsədlə xx.xx.2021-ci il tarixdə Cavabdeh AR-İİ № 241048 nömrəli etibarnamə vermişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ümumi birgə mülkiyyətdə olan əmlakın İddiaçı məxsus hissəsini (19.73 kv/m) 4000 (dörd min) manata qardaşı X3. Lakin əmlakın ona məxsus hissəsinin alqı-satqısından əldə olunmuş vəsaiti iddiaçıya verməmişdir. Hazırda iddiaçı əmlakın ona məxsus hissəsinin dəyərinin ona ödənilməsini tələb edir. Əmlakın iddiaçıya məxsus hissəsinin satışından əldə olunmuş vəsaitin iddiaçıya verilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə özünün yalnız vasitəçi olduğunu, alqı-satqının mərhum atası ilə iddiaçı arasında əldə olunmuş razılaşma əsasında ediliyini, həmçinin əmlakın dəyərinin iddiaçıya ödənilməsini bildirsə də, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir . Belə olan halda iddiaçının Cavabdeh qarşı pul tələbi əsaslı hesab edilməlidir. O ki, qaldı iddia tələbinin Şirvan şəhəri, Səməd Vurğun küçəsi, ev 28, yeni qaydalarla ünvan 5 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 19,73 m2 hissəsini qardaşı X12 alqısatqı yolu ilə sataraq əldə etdiyi 4000 manat məbləği ona ödəməyi gecikdirməsi ilə bağlı 800 manat məbləğində faiz pulunun cavabdehdən alınaraq ona verilməsi tələbinə məhkəmə hesab edir ki , bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki , Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, ünvan 4 ünvanda ümumi sahəsi 59.2 kv/m qeyri-yaşayış sahəsinin birgə mülkiyyət üzrə ona məxsus hissəsinin (19.73 kv/m) satılmasını Cavabdeh tapşırmış və bu məqsədlə xx.xx.2021-ci il tarixdə Cavabdeh AR-İİ № 241048 nömrəli etibarnamə vermişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ümumi birgə mülkiyyətdə olan əmlakın İddiaçı məxsus hissəsini (19.73 kv/m) 4000 (dörd min) manata qardaşı X3. Lakin əmlakın ona məxsus hissəsinin alqı-satqısından əldə olunmuş vəsaiti iddiaçıya verməmişdir . Məhkəmə qeyd edilənləri, o cümlədən xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanmasını, tələbetmə anının da həmin taixdən yarandığını iddiaçıya heç bir ödəniş edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, öhdəliyin icrasının gecikdirilməsinə görə 2021-ci ilin oktyabr, noyabr, dekabr ayaları üçün 82 gün, 2022, 2023, 2024-cü illər üçün 1095 gün, 2025-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün 105 gün, ümumlikdə 1282 gün gecikdirilmiş vaxt üçün illik 5 faizinin həcmində faiz hesablanmalıdır ki, bu məbləğ 705 (yeddi yüz beş) manat edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli , Cavabdeh 4000 (dörd min) manat və gecikdirilmiş vaxt üçün 705 (yeddi yüz beş) manat , cəmi 4705 (dörd min yeddi yüz beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumu kimi 68 (altmış səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat və gecikdirilmiş vaxt üçün 705 (yeddi yüz beş) manat , cəmi 4705 (dörd min yeddi yüz beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin . Cavabdeh ödənilmiş dövlət rüsumu kimi 68 (altmış səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-976/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-976/2025
10.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver