Məhkəmə qərarları › İş №2(032)-989/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-989/2023

02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-989/2023 02.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2950 manat borc pulun və 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünə məxsus Vaz 2106 markalı maşını var. Maşınının matoru xarab olduğuna görə 2022-ci ilin sentyabr ayında “Güvən” market mağazasının yaxınlığında olan maşın düzəltmə sexində maşınının matorunu yığıdırırdı. Onunla bir yerdə Mercedes markalı maşınının sürücüsü Cavabdeh Əlivan oğlu da maşınının motorunu yığdırırdı. Ustanın göstərişi ilə onun maşınımın motorunu yığmaq üçün bəzi ehtiyat hissələr lazım oldu. O, 1000 manat kredit götürüb maşının matorunun bəzi hissələrini alıb ustaya verdi. Həmin vaxt Cavabdeh onun bankdan pul götürdüyünü bildi. O, da ondan xahiş etdi ki, Mercedes maşınının matorunu yığdırmaq üçün, onun üçün də 3000 manat pul götürsün. O, maşınının matorunu yığdırdıqdan sonra maşınını satıb bir ay müddətinə onun 3000 manat pulunu artıqlaması ilə verəcək. Həmin vaxt Cavabdeha inanmış və Cavabdeh Əlivan oğlu, X2 02 sentyabr 2022-ci il tarixdə “Bank of Baku” bankına gəlmişlər. Həmin vaxt bankdan 4000 manat pul götürmüşdür. Həmin puldan 1000 manatını özünə götürmüş və 3000 manat pulu X1 yanında Cavabdeh Əlivan oğluna vermiş və bu barədə Cavabdeh ona 3000 manat pul verməyi barədə qəbz almışdır. Sonradan eşitmişdir ki, Cavabdeh saxta pul üstə tutublar. Aradan üç ay keçəndən sonra onu buraxdılar, o, həbsdən gələndən sonra Aydından ona borc verdiyi 3000 manat pulu istədi. O, demişdir ki, “darıxma verəcəm”. Artıq 9 ay keçməsinə baxmayaraq o, puldan cəmi ona 50 manat pul verib. Hal-hazırda banka hər ay 186 manat pul ödəyir. Artıq banka 1674 manat pul ödəmişdir. Cavabdeh Əlivan oğluna verdiyi pulu ödəməyinə məcbur olmuşdur. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 3000 manatdan, ayrı-ayı vaxtlarda ödəməklə ümumilikdə 405 manat ödəniş etdiyini, hazırda ona qalıq borcu 2595 manat təşkil etdiyini, qeyd edilənlələrə əsasən Cavabdeh 2595 manat və ödənilmiş 50 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçını bir şəhər sakini kimi tanıyır. İddiaçı onun heç bir borcu yoxdur. Onunla heç bir müqavilə və ya əqd bağlamamışdır. Məhkəməyə müraciət edən şəxslər istinad etdiyi halları sübüt etməlidir. İddiaçının qeyd etdiyinə görə ona pulu guya 2022-ci ilin sentyabr ayında verib. Mövcud qanunvericiliyə əsasən 3000 manat və daha yüksək məbləğli borc müavilələri notarial qaydada bağlanır. İddiaçı iddia əraizəsinə heç bir sübüt və ya sənəd əlavə etməmişdir. Məhkəmədən ona qarşı olan iddianın rədd olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yazılı qəbzdən görünür ki, İddiaçı və X1 iştirakı ilə İddiaçı 3000 manat pulu Cavabdeh 8 ay müddətinə borc vermişdir. Adları qeyd edilən şəxslər qəbzin doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci müqaviləsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. İddiaçının məhkəmə iclasında vermiş olduğu izahatından və iddia ərizəsinin məzmunundan da görünür ki, cavabdeh tərəfindən aralarında bağlanmış razılaşma üzrə 2595 manat borc ödənilməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2595 (iki min beş yüz doxsan beş) manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar