Məhkəmə qərarları › İş №2(033)-1025/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1025/2021

27.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1025/2021 27.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Zaqatala Rayon Qeydiyyat Şöbəsinə qarşı sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydləri kitabında 20 iyul 1995-ci il tarixdə 61 nömrə ilə Zaqatala rayonu Aşağı Tala kənd icra nümayəndəliyində aparılmış qeyddə soyadının Əmrah əvəzinə səhvən Qazilov kimi qeyd edilməsinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 20 iyul 1995-ci il tarixli 61 nömrəli doğum haqqında akt qeydinin ona məxsus olmasına dair gərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Zaqatala Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, o, Ərizəçi xx xxxx 1995-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində doğulmuşdur. Onun doğumu barədə doğum haqqında akt qeydləri kitabında 20 iyul 1995ci il tarixdə 61 nömrə ilə Zaqatala rayonu Aşağı Tala kənd icra nümayəndəliyində qeyd edilmişdir və həmin tarixdə Zaqatala rayonu Aşağı Tala kənd soveti tərəfindən ona AZE 10138504 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Ona 1995-ci ildə verilmiş ilkin doğum haqqında şəhadətnamədə soyadı Əmrah, adı Ramazan, ata adı Valeh kimi qeyd edilmişdir. Onun bütün sənədlərində soyadı Əmrah kimi qeyd edilmişdir. O, 1995-ci il tarixdə verilmiş ilkin doğum haqqında şəhadətnaməni təkrar almaq üçün Zaqatala Rayon Qeydiyyat Şöbəsinə 10.08.2021-ci il tarixdə müraciət etmişdir. X7 verilən 19.08.2021-ci il tarixdə verilən imtina məktubunda ona bildirilmişdir ki, müraciəti araşdırılarkən doğum aktı qeydində onun soyadında ziddiyyət aşkar edilmişdir. Həmin doğum aktı qeydində onun soyadı Əmrah əvəzinə Qazilov kimi qeyd edilmişdir. Həmin ziddiyyətin aradan qaldırılması qeydiyyat şöbəsində mümkün deyildir. Həmçinin məktubda bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Halbuki bugünə qədər ona verilmiş bütün sənədlərində soyadı Əmrah kimi qeyd edilmişdir. Bunu məhkəməyə təqdim etdiyi bütün sənədləri təsdiq edir. Qeyd olunan problem məhkəmə qaydasında həll olunmalıdır. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarını araşdırıb, ərizəçini dinləyib, işdə olan sənədləri tədqiq edib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan Aşağı Tala kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 20 iyul 1995-ci il tarixli 61 nömrəli doğum haqqında akt qeydindən görünür ki, xx xxxx 1995-ci il tarixdə anadan olmuş atası X4, anası X2 olan kişi cinsli uşağın adı Ramazan ata adı Valeh familiyası isə Qazilov kimi qeyd edilmişdir. İşdə olan 20.07.1995-ci il tarixdə Zaqatala Rayon Aşağı Tala kənd icra nümayəndəliyi tərəfindən verilmiş ЖГ seriyalı 294640 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1995-ci il tarixdə anadan olmuş Ərizəçi atası X5, anası X1r. İşdə olan Zaqatala Rayon İHB-nın Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 29 oktyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ nömrəli 327242 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1995-ci il tarixdə anadan olmuş Ərizəçi ilə X9 29.10.2019-cu il tarixdə nikaha daxil olmuşdur. İşdə olan 11.08.2020-ci il tarixdə Zaqatala Rayon İHB-nın Aşağı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı 472821 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 31.07.2020-ci il tarixdə anadan olmuş X6 atası Ərizəçi, anası X14r. İşdə olan AA seriyalı 048894 nömrəli X11 və Texnologiya Kolleci tərəfindən verilmiş 24 iyun 2014-cü il tarixli diplomun surətindən görünür ki Ərizəçi aqrar təsərrüfatının təşkili ixtisası üzrə subbakalavr dərəcəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialı tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən 2021/2022-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universiteti Zaqatala filialının Zaqatala İqtisad Məktəbinin qiyabi təhsil forması üzrə Biznesin idarə edilməsi ixtisasının bakalavr pilləsinin İİİ kurs tələbəsidir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsi tərəfindən 11.08.2021-ci il tarixdə verilmiş 1097 nömrəli arayışdan görünür ki, 1995-ci il təvəllüdlü Ərizəçi 05.07.2014-cü il tarixdən 01.01.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.Əsas: Qeydiyyat kartası. İşdə AA******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, X15 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsinin 19 avqust 2021-ci il tarixli 05/Q-451/15 nömrəli məktubundan görünür ki, müraciət əsasında doğum haqqında akt qeydi aşkarlanmış, lakin akt qeydində müraciət edən vətəndaşın soyadında ziddiyyət aşkar edilmişdir. Belə ki, doğum haqqında akt qeydində Ərizəçi soyadı X10 qeyd edilmişdir. Həmin ziddiyyətin aradan qaldırılması üçün təqdim edilmiş sənədlər kifayət etmədiyindən Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinə düzəliş etmək mümkün olmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Zaqatala rayon Aşağı Tala kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 20 iyul 1995-ci il tarixli 61 nömrəli doğum haqqında akt qeydində qeyd edilən “Qazilov” familiyası (soyadı) Ərizəçi məxsus AA******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsində, 20.07.1995-ci il tarixdə Zaqatala Rayon Aşağı Tala kənd icra nümayəndəliyi tərəfindən verilmiş ЖГ seriyalı 294640 nömrəli doğum haqqında şəhadətnamədə, AB seriyalı 732695 nömrəli sürücülük vəsiqəsində, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsi tərəfindən 11.08.2021-ci il tarixdə verilmiş 1097 nömrəli arayışda, AA seriyalı 048894 nömrəli X11 və Texnologiya Kolleci tərəfindən verilmiş 24 iyun 2014-cü il tarixli diplomda qeyd edilən “Əmrah” soyadı ilə düz gəlmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Aşağı Tala kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 20 iyul 1995-ci il tarixli 61 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat hissəsinin “familiyası” qrafasının qarşısında qeyd edilən “Qazilov” soyadı “Əmrah” kimi nəzərə alınmaqla həmin sənədin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Tələb etmədiyinə görə ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Zaqatala rayon Aşağı Tala kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 20 iyul 1995-ci il tarixli 61 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat hissəsinin “familiyası” qrafasının qarşısında qeyd edilən “Qazilov” soyadı “Əmrah” kimi nəzərə alınmaqla həmin sənədin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar