Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-111/2022 12.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi İddiaçı böyük icra məmuru (Probasiya üzrə) X2 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Bəhmətli kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh mobil nəzarət qurğusunun qalan dəyəri olan 1346 manat 3 qəpik vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı böyük icra məmuru (Probasiya üzrə) X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Hacıyev X3 Rayon Məhkəməsinin 01.07.2020-ci tarixli, 7(033)-19/2020 saylı qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin qərarına əsasən onun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 23:00-dan 07:00dək yaşayış yerini tərk etməmək, Balakən-Zaqatala-Qax rayonlarının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Qərar İddiaçı icraatına 28.07.2020-ci il tarixdə daxil olmuşdur. Məhkum Cavabdeh 18.08.2020-ci il tarixdə şöbənin qeydiyyatına götürülmüş və ona məhkəmə qərarının tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmənin hökmünün icrası ilə əlaqədar məhkuma 24.08.2020-ci il tarixdə 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd sadə elektron qolbaq və 03 ədəd ev siqnal ötürücüləri olmaqla elektron nəzarət vasitələri tətbiq edilmiş və nəticəsi barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh uzun müddət ərzində izlənmə məlumatları gəlmədiyindən məhkuma təhvil verilmiş elektron nəzarət vasitəsi dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Elektron nəzarət dəstinin vəziyyəti haqqında verilən texniki rəydən görünür ki, nəzarət subyektinə təhkim edilmiş mobil qurğunun ekranı sındırılmış və təmiri mümkün olmamışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi ilə elektron nəzarət cihazının zədələnməsi hallarında maddi məsuliyyət cihazı zədələyən məhkumun üzərinə qoyulmuşdur. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 01.07.2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı probatoru tərəfindən cəzanın icrası məqsədi ilə o qeydiyyata alınmış və ayağına elektron nəzarət cihazı bağlanmaqla həmin cihaza nəzarət edilməsi üçün mobil qurğu ona verilmişdir. Elektron nəzarət cihazına qulluq göstərilməsi və işlək vəziyyətdə saxlamalı olduğuna dair məlumat ona Probasiya üzrə böyük icra məmuru tərəfindən verilmişdir. Həmin cihazları zədələdiyi halda dəymiş zərərin ondan tutulacağına dair xəbərdar edilmişdir. Lakin, onun səhlənkarlığı səbəbindən ona təhkim edilmiş elektron nəzarət qurğusu əlindən düşərək yararsız vəziyyətə düşmüşdür. Dəymiş ziyanı hissəhissə ödəyəcəkdir. İddia tələbinin təmin edilməsinə etiraz etmir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 7(033)-19/2020 nömrəli 01.07.2020-ci il tarixli qərarından görünür ki, təqdimat verən şəxs Zaqatala rаyоn İcrа və Probasiya Şöbəsinin böyük icrа məmuru X5 оğlunun təqdimatı təmin edilərək, məhkum Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 1(033)-58/2019 nömrəli hökmü ilə təyin edilmiş 2000 (iki min) manat miqdarında cərimə cəzası 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 1(033)-58/2019 nömrəli hökmü ilə ona əsas cəza kimi təyin edilmiş 02 (iki) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından onun tərəfindən çəkilməmiş 01 (bir) il 10 (on) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən hazırki qərarla təyin edilən cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq 02 (iki) il 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum Cavabdeh ona təyin edilmiş 02 (iki) il 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə üzərinə axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, Balakən-Zaqatala-Qax rayonları ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İşdə olan İddiaçı 28 iyul 2020-ci il tarixli 51 nömrəli məlumatından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 7(033)-19/2020 nömrəli 01.07.2020-ci il tarixli qərarının surəti İddiaçı icraatına götürülmüşdür. İşdə olan Cavabdeh Zaqatala Rayon İcra və Probaiya Şöbəsində verdiyi izahatından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 7(033)-19/2020 nömrəli 01.07.2020-ci il tarixli qərarın icrası ilə əlaqədar N.Kərimov tərəfindən onunla profilaktiki söhbət aparılıb, cəzanın çəkilməsi qaydası və şərtləri izah olunmuşdur. Cəzanın icra qaydalarını pozduğu və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyi hallarda cəzanın daha ağır cəza növü ilə əvəz ediləcəyinə dair məlumatlandırılmışdır. İşdə olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə 18.08.2020-ci il tarixli protokoldan görünür ki, “İdrak" şirkətinin istehsalı olan (nömrəsi 00000000-4289C2 olan 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq, 3 ədəd ev siqnal ötürücüsü məhkum Cavabdeh təhvil verilərək, elektron qolbaq onun ayağına taxılmışdır. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İşdə olan İlkin fərdi söhbətin aparılmasına dair 18.08.2020-ci il tarixli protokoldan görünür ki, Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi ona taxıldıqdan sonra onu daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Protokol onu tərtib edən şəxs və Cavabdeh ttərəfindən imzalanmışdır. İşdə olan 24.08.2020-ci il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə protokoldan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 7(033)- 19/2020 nömrəli 01.07.2020-ci il tarixli qərarının icrası ilə əlaqədar Cavabdeh yaşadığı Zaqatala rayonu Bazar kəndində yerləşən ünvanda baxış keçirilmiş, vasitələrin işlək vəziyyətdə olması müşahidə olunmuşdur İşdə olan Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, İD nömrəsi 428 olan, Nəzarət subyekti Cavabdeh təhvil verilmiş elektron nəzarət dəsti “Mobil qurğu”ya baxış nəticəsində nəzarət subyektinə təhkim edilmiş mobil qurğunun ekranının sındırılması müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Probasiya Xidməti tərəfindən verilmiş 02.11.2018-ci il tarixli 21/3-1717 nömrəli məktubdan görünür ki, 1 ədəd mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə qiyməti 1346,03 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 7(033)-19/2020 nömrəli 01.07.2020-ci il tarixli qərarı ilə məhkum Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 1(033)-58/2019 nömrəli hökmü ilə təyin edilmiş 2000 (iki min) manat miqdarında cərimə cəzası 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 1(033)-58/2019 nömrəli hökmü ilə ona əsas cəza kimi təyin edilmiş 02 (iki) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından onun tərəfindən çəkilməmiş 01 (bir) il 10 (on) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki qərarla təyin edilən cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq 02 (iki) il 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin qərara əsasən məhkumun üzərinə bir sıra vəzifələrlə yanaşı elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. 18.08.2020-ci il tarixli protokoldan görünür ki, “İdrak" şirkətinin istehsalı olan (nömrəsi 00000000-4289C2 olan 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq, 3 ədəd ev siqnal ötürücüsü 18.08.2020-ci il tarixdə məhkum Cavabdeh təhvil verilərək, elektron qolbaq onun ayağına taxılmışdır və bu barədə cəzanın icrasına nəzarət edən İddiaçı böyük icra məmuru (Probasiya üzrə) Natiq Kərimov tərəfindən müvafiq protokol tərtib edilmiş, o və məhkum olan cavabdeh tərəfindən həmin protokol imzalanmışdır. Həmin protokoldan görünür ki, elektron nəzarət vasitəsi tətbiq edilərkən cavabdehə həmin vasitəni hər hansı üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. 24.08.2020-ci il tarixdə Cavabdeh tərəfindən cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsi yoxlanılmış və ona təhkim edilmiş avadanlıqların işlək vəziyyətdə olması müşahidə edilmişdir. Cavabdeh təhkim edilmiş elektron nəzarət cihazlarından uzun müddət ərzində izləmə məlumatları daxil olmadığından cihazlar yenisi ilə əvəz edilmişdir. Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, nəzarət subyekti Cavabdeh təhvil verilmiş elektron nəzarət dəsti “Mobil qurğu”-nun ekranı sındırılmışdır. Elektron nəzarət vasitəsinin tərkib hissəsi olan 1 ədəd mobil nəzarət qurğusununun xüsusi proqram təminatı ilə qiyməti 1346,03 manat təşkil edir. İddiaçı həmin məbləğin cavabdehdən tutularaq Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməsini xahiş edir. Cavabdeh iddianın təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə belə qənaətə gəlir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, Cavabdeh təhkim edilmiş mobil nəzarət qurğusu yararsız hala düşmüş, Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyə əsasən “Mobil qurğu”ya baxış nəticəsində nəzarət subyektinə təhkim edilmiş mobil qurğunun ekranının sındırılması müəyyən edilmişdir. Elektron nəzarət cihazına qulluq göstərilməsi və işlək vəziyyətdə saxlamalı olduğuna dair məlumat Cavabdeh Probasiya üzrə böyük icra məmuru tərəfindən verilmişdir. Həmin cihazları zədələdiyi halda dəymiş zərərin ondan tutulacağına dair xəbərdar edilmişdir. Lakin, onun səhlənkarlığı səbəbindən ona təhkim edilmiş elektron nəzarət qurğusu əlindən düşərək yararsız vəziyyətə düşmüşdür. Bu halları cavabdeh də təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində İddiaçı tərəfindən Cavabdeh tətbiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məxsus “İdrak" şirkətinin istehsalı olan (nömrəsi 00000000-4289C2 olan 1 ədəd mobil nəzarət qurğusunun ekranının sındırılması nəticəsində iddiaçıya 1346,03 manat maddi zərər dəyməsi tam təsdiq olunduğundan və iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğundan, cavabdeh isə vurduğu zərərin əvəzini ödəməyə borclu olduğundan, dəymiş zərərin əvəzi cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaya baxılması ilə əlaqədar 33,47 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227 və 233-cü maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Zaqatala rayonu Bəhmətli kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh “Mobil nəzarət qurğusu”-nun dəyəri olan 1346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat pul vəsaiti alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 33,47 (otuz üç manat qırx yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-111/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-111/2022
12.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver