Məhkəmə qərarları › İş №2(033)-12/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-12/2021

22.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-12/2021 22.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından çıxarılma tələbinə tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı idarəsi tərəfindən verilmiş 08.07.2005-ci il tarixli, 72 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 4-də yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binası, yeməkxana, məişət binası, qazanxana binasına və MH seriyalı ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m. ümumi, 85 kv.m. əsas, 414 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinə (mağaza) olan istifadə hüququna xitam verilməsi və cavabdehin həmin binalardan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-692/2019 nömrəli 31 iyul 2019-cu il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılacaq qətnamə (qərar) qanuni qüvvəsini alanadək hazırda Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-692/2019 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-953/2019 nömrəli 24 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması və iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) çıxarılması barədə qətnamə qəbul edilməsini, işin dayandırılmasına səbəb olmuş halların aradan qalxmasını nəzərə alaraq məhkəmənin icraatında olan 2(033)-30/2020 nömrəli mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-30/2020 nömrəli 10 sentyabr 2020-ci il tarixli qərardadına əsasən Zaqatala Rayon Məhkəməsinin mülki iş üzrə icraatın dayandırılması haqqında 31 iyul 2019-cu il tarixli qərardadı ləğv edilmiş və mülki iş üzrə icraat təzələnərək, mülki işə mahiyyəti üzrə baxılması təyin edilmişdir. İddiaçı məhkəməyə iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 iyul 2005-ci il tarixli, 72 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri yaşayış binasına (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) yekun məhkəmə qərarı qəbul olunanadək daxil olmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-30/2020 nömrəli 18 sentyabr 2020-ci il tarixli qərardadı iddianı təmin etmə tədbirinin görülməsinə dair İddiaçı ərizəsi təmin edilərək hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh ünvan 4-də yerləşən qeyri yaşayış binasına (hamam binası, yeməkxana, məişət binası, qazanxana binası) daxil olması qadağan edilmişdir. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binasının təyinatının dəyişdirilməsi üçün binanın daxilində və xaricində aparılmış təmir-bərpa işləri və yenidən qurma işləri üçün xərclədiyi 34688,5 manat məbləğində pulun və həmin hamam binasının istifadəsində olan torpaq sahəsinin alınmasına çəkdiyi 1106 manat pulun, cəmi 35794,50 manat maddi ziyanın və banka ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ünvan 4-də yerləşən faydalı sahəsi 465 kv.m olan hamam binası, yeməkxana, məişət xidməti, qazanxana binasını və İ.Şamil küçəsi ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi, 85 kv.m əsas, 414 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini (Mağaza) 10 ildən çoxdur ki, Cavabdeh razılaşmaya əsasən istifadə etmək üçün vermişdir. Həmin binaların onun mülkiyyətində olmasını sübut edən Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 08.07.2005-ci il tarixli, 72 nömrəli Qeydiyyat vəsiqəsi və MH seriyalı ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış vardır. Bir müddətdən sonra cavabdeh icarəyə götürdüyü obyektlərin icarəsini ödəməməyə başladı və indiyədək həmin obyektlərdən istifadə edir. O dəfələrlə ona icarə haqqını ödəməyi, əks halda obyektləri boşaltmağı barədə xəbərdarlıq etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək icarə haqqını ödəməkdən və obyektləri boşaltmaqdan boyun qaçırır. Mövcud şəraitdə o nə pulunu ala bilmir, nə özü istifadə edə bilmir, nə də həmin obyektləri başqasına icarəyə verə bilmir. Bu hal gələcəkdə arzuolunmaz nəticələrin baş verməsinə səbəb ola bilər. Hal-hazırki iddia tələbi cavabdehin ona məxsus hamam binası, yeməkxana, məişət xidməti, qazanxana binasından və əmlak kompleksindən (Mağaza) istifadə hüququna xitam verməklə həmin binalardan çıxarılmasıdır. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilərək Cavabdeh. İddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) çıxarılması barədə qətnamə qəbul edilməsini, eyni zamanda qarşılıqlı iddia əsassız olduğundan qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddiasında göstərdiyi ünvan 4 ünvanında yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binasını onlar öz aralarında olan şifahi razılaşmaya əsasən Nazim adlı şəxslə birlikdə almışlar. Lakin, Nazim Rusiya vətəndaşı olduğuna görə həmin daşınmaz əmlak İddiaçı adına rəsmiləşdirilmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 29 may 2004-cü il tarixli sərəncamına əsasən ünvan 4 ünvanında yerləşən özəlləşdirilmiş hamam binasının funksional təyinatının dəyişdirilməsinə razılıq verilmişdir. Qeyd etmək istəyir ki, həmin hamam binasının təyinatının dəyişdirilməsi üçün binanın daxilində və xaricində bir çox təmir-bərpa işləri və yenidən qurma işləri aparmışdır. Belə ki, hamam binasının funksional təyinatını dəyişərək orada yeməkxana, məişət xidməti və pullu ayaqyolu sahələrini inşa etdirmiş və bu məqsədlə 34688,5 manat məbləğində pul xərcləmişdir. Xərclərə dair smeta iddia ərizəsinə əlavə olunmuşdur. Bundan əlavə, 2004-cü ildə hamam binasının istifadəsində olan 1844 kv.m. torpaq sahəsini həmin dövrdə fəaliyyət göstərən X6 Komitəsinin Zaqatala rayon şöbəsində torpaqların alıq-satqısına dair akt tərtib etməklə həmin dövrün pulu olan ******* AZM manata almışdır. Həmin torpaq sahəsini də İddiaçı adına rəsmiləşdirmişdir. 2004-cü ildə həmin torpaq sahəsini alarkən ödədiyinə dair ödəniş qəbzi də var. Bundan başqa, bildirir ki, hamam binasını, onun istifadəsində olan torpaq sahəsini alarkən bütün sənədləşmələr İddiaçı adına aparılsa da, müvafiq inzibati orqanlara təqdim etdiyi ərizələr həmin orqanlarla İddiaçı arasında bağlanmış müqavilələr, alqı-satqı aktları və pul ödəniş sənədlərindəki İddiaçı adının qarşısında olan imzaları o icra etmişdir. Nazim adlı şəxslə aldıqları daşınmaz əmlaklara dair aralarında olan şifahi razılaşmaya əsasən həmin hamam binası və digər binalarda tikinti quraşdırılma işləri onun tərəfindən aparılmalı, həmin obyekti sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yararlı sahələrə çevirməli, bundan sonra həmin daşınmaz əmlakı iki hissəyə bölərək onun qoyduğu vəsaitə görə bir hissəsindən sahibkarlıqla məşğul olaraq o istifadə etməli, digər hissələrini isə icarəyə verərək icarədən toplanan pulları Nazim götürməli idi. 2004-cü ildən bugünədək Nazim ilə aralarında apardıqları yuxarıda qeyd etdiyi razılaşma əsasında işləmişlər və hamam binasının bir hissəsindən o istifadə etmişdir, digər hissələrindən isə icarə haqqı İddiaçı tərəfindən yığılaraq Nazimə göndərilmişdir. Hazırda Nazim, İddiaçı vasitəsilə onu qurub yaratdığı daşınmaz əmlakdan çıxarmaq istəyir. Belə olan halda, onun həmin əmlaka qoyduğu vəsait İddiaçı alınaraq ona qaytarılmalıdır. Mübahisə predmeti olan daşınmaz əmlakın alınmasında, onun yararlı vəziyyətə gətirilməsində, onu sahibkarlıq obyektlərinə çevrilməsində onun böyük rolu olmuşdur və əmlakın mülkiyyətçisi olmasa da, əmlak daxilində aparılmış yaxşılaşdırmaya dair işlərin sahibi kimi hüquqları vardır. Ona görə də, 35794,50 manat məbləğində pul İddiaçı alınıb ona ödənilməlidir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilərək ünvan 4 ünvanında yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binasının təyinatının dəyişdirilməsi üçün binanın daxilində və xaricində aparılmış təmirbərpa işləri və yenidən qurma işləri üçün xərclədiyi 34688,5 manat məbləğində pulun və həmin hamam binasının istifadəsində olan torpaq sahəsinin alınmasına çəkdiyi 1106 manat pulun, cəmi 35794,50 manat maddi ziyanın və banka ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını, eyni zamanda ilk iddia əsassız olduğundan ilk iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh vəkili Vəkil çıxış edərək ilk iddia əsassız olduğundan ilk iddianın rədd edilməsini, qarşılıqlı iddia isə qanuni və əsaslı olduğundan qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, əvvəllər usta kimi fəaliyyət göstərmişdir. Belə ki, ünvan 4 ünvanında yerləşən hamam binasında təmir-bərpa işləri görülməsi üçün həmin obyekdə usta kimi işləmişdir. Onu həmin obyektdə usta kimi Cavabdeh işlətmişdir. Haqqını da Cavabdeh vermişdir. Həmin binanın kimə məxsus olması barədə məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən şahid qismində dindirilmiş X7 şahid X3 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 72 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2-də yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binası İddiaçı mülkiyyətinə verilmiş və 08 iyul 2005-ci il tarixdə 02 nömrəli reyestr kitabının 25-ci səhifəsində 107 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İnventar nömrəsi 406. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 2-də yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binası İddiaçı xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İddiaçı Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan qeyri yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) çıxarılmasını, eyni zamanda cavabdeh qarşılıqlı iddia verərək iddiaçıdan həmin qeyri yaşayış binasına çəkdiyi xərcin əvəzi olan 35794,50 manat məbləğində pulun alınıb ona verilməsini tələb edir. Məhkəmə ilk öncə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, İddiaçı ünvan 2-də yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binasının mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2-də yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binasından Cavabdeh çıxmaması, qeyri-yaşayış binasını boşaltmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan qeyri yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin qeyri yaşayış binasından çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2-də yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binası üzərində cavabdeh hər hansı hüquqa malik olmadığı halda, həmin qeyri-yaşayış binasından istifadə edir, iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə daha sonra qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Göründüyü kimi, ünvan 2-də yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binası İddiaçı xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 08 iyul 2005-ci il tarixdə qeydə alınmışdır. Cavabdeh isə iddia edir ki, həmin qeyri-yaşayış binası ilə bağlı Nazim adlı şəxslə aralarında razılaşma olmuş, Nazim adlı şəxs onun həmin qeyri-yaşayış binasından istifadəsinə razılıq vermiş, eyni zamanda o da, buna görə həmin qeyri-yaşayış binasında təmir bərpa işləri və yenidən qurma işləri görmüşdür. İş materiallarında isə cavabdehin Nazim adlı şəxslə aralarında razılaşma olmasını təsdiq edəcək hər hansı sübut yoxdur. Bundan başqa, həmin qeyri-yaşayış binası Nazimin deyil, İddiaçı adına qeydə alınıb, onun mülkiyyətinə verilmişdir. Ona görə də, İddiaçı cavabdehin tələb etdiyi pul vəsaitinin tutulub ona ödənilməsi tələbi təmin edilə bilməz. Ona görə ki, bununla bağlı tərəflər arasında hər hansı yazılı və ya şifahi razılaşma olmamış, bununla bağlı hər hansı öhdəlik götürməmişlər. Məhkəmə cavabdeh İmran Mustavayevin iddiasında qeyd etdiyi “mübahisəli qeyriyaşayış binasına uzun illər onun tərəfindən qulluq olunması, ünvan 4 ünvanında yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binasının təyinatının dəyişdirilməsi üçün binanın daxilində və xaricində aparılmış təmir-bərpa işləri və yenidən qurma işləri üçün xərclələrə görə ona vurulmuş zərərin ödənilməsi” dəlili ilə bağlı bildirir ki, o, şəraitinin yaxşılaşdırılması üçün qeyri-yaşayış binasını təmir edərək istifadə etmiş, illər ərzində qanunsuz olaraq iddiaçının mülkiyyətinə verilmiş qeyri-yaşayış binasından gəlir əldə etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında qeyriyaşayış binasının istifadəyə verilməsi, habelə vurulmuş zərərin ödənilməsi barədə heç bir razılaşma olmamışdır. Ona görə də, qarşılıqlı iddia üzrə cavabdeh hər hansı bir zərərin ödənilməsinə görə mülki məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı həqiqətən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona hər hansı ziyan dəyməsini və cavabdeh tərəfin əsassız varlanmasını sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Bu əsaslarla məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) çıxarılmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Cavabdehin qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 30 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia tələbi təmin edilmədiyinə görə cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İlk iddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) çıxarılsın. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat və Cavabdeh dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu xərci onların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar