Məhkəmə qərarları › İş №2(033)-12/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-12/2022

17.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-12/2022 17.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X6 katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair iddia ərizəsi və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun bərpası və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində qeydiyyatda olan Cavabdeh1 55 manat torpağa ödənilmiş vergi, suvarma üçün su idarəsinə ödənilmiş 60 manat, torpaq sahəsinin qorunması və çəpərlənməsi üçün 4400 manat, torpaq sahəsinin kol-kosdan təmizlənməsi, suvarma arxlarının çəkilməsi, boruların qoyulması üçün çəkilmiş xərclər 1900 manat, qoyulmuş 3 ədəd borunun dəyəri 450 manat, bağın salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərc 3423 manat, bağda əkilmiş 20 ədəd alma ağacının dəyəri 400 manat və torpaq sahəsi alınarkən ödənilmiş 1200 ABŞ dolları olmaqla, cəmi 10688 (on min altı yüz səksən səkkiz) manat, 1200 (bir min iki yüz) ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiada göstərilən 1200 ABŞ dolları tələbinə dair hissəsini dəqiqləşdirərək 2001-ci ildə verdiyi 1200 ABŞ dollarının bugünə olan indeksasiya ilə ödənilməsinə və iddia ərizəsində qeyd edilən torpaq sahəsinin mülkiyyətçiləri olan Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsus 0,6464 ha torpaq sahəsindən İddiaçı çıxarılması və mülkiyyət hüququnun bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-651/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsində 2(033)-651/2021 nömrə ilə qeydiyyata alınmış icraatda olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun bərpası və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin 2(033)-108/2021 nömrə ilə qeydiyyata alınmış icraatda olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi yəni, 2(033)-108/2021 qeydiyyat nömrəsi verilməklə baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Abdulla oğlu iddia ərizəsinin və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o cavabdehə və onun ailəsinə məxsus Yuxarı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsini 1200 ABŞ dollarına almışdır. Həmin alqı-satqı onların arasında 2001-ci ildə baş tutmuşdur. Bu fakt Zaqatala rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli 2(033)-625/2020 saylı qətnaməsi ilə də təsdiq olunur. O alqı-satqı maqaviləsinin bağlanması tələbi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia rədd edilmişdir. 2001-ci ildən indiyə qədər dəfələrlə alqı-satqı müqaviləsini bağlamağı təklif etsə də, müxtəlif bəhanələrlə alqı-satqı müqaviləsini bağlamaqdan yayınmışlar. 2014-cü ilin oktyabr ayında qardaşı Ramazan Mustafayev avtomobil qəzasında vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra onun həyat yoldaşı Cavabdeh1 torpaq sahəsini satmadıqlarını, onun torpağı geri qaytarmalı olduğunu deyərək torpağın alqı-satqısını rəsmiləşdirməkdən boyun qaçırmışdır. Ona görə də o məcbur qalaraq torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsi iddianı təmin etməmişdir. Belə olan halda onun həmin torpaq sahəsinə çəkdiyi xərclər və torpaq sahəsinin alqı-satqısı zamanı verdiyi pullar geri qaytarılmalıdır. Həmin vaxtdan yəni 2001ci ildən torpaq sahəsi onun istifadəsindədir. Həmin torpağın vergilərini o ödəmişdir. Bu illər ərzində torpağın vergi pulu cəmi 55 manat təşkil edir. Bundan başqa suvarma xərcləri üçün suya ödənilən pul 60 manat təşkil edir. Bundan başqa 2001-ci ildən bu ilədək hər il torpaq sahəsinin qorunması üçün 120 manat olmaqla və onun ətrafının çəpərlənməsi üçün hər il 100 manat olmaqla, cəmi 4400 manat xərc çəkmişdir. Bundan əlavə olaraq kolkosun təmizlənməsi, akasiya ağac diblərindən təmizlənməsi, arxın çəkilməsi, borunun qoyulması və s. məqsədi ilə 1900 manat xərc çəkmişdir. Qoyulmuş boruların sayı 3 ədəddir, boruların qoyulması üçün çəkilmiş xərc 450 manatdır. Həmin torpaq sahəsində ailəsi ilə birlikdə böyük zəhmət hesabına münbitləşdirmə işləri aparmışdır, daş-kəsəkdən, kol-kosdan təmizləyərək torpağı göz oxşayan bağa çevirmişdir. 2001-ci ildən bəri həmin torpaq sahəsində apardığı abadlıq işlərinin qiymətləndirilməsi barədə vəkili vasitəsi ilə Kənd Təsəsrrüfatı Nazirliyinin X15 İnkişaf Mərkəzinə müraciət edilmiş və 22.09.2020-ci il tarixli 110 nömrəli rəy verilmişdir. 30 topa fındıq kolunun hər birinin qiyməti 80-90 manat arasındadır, 1 ədəd məhsula düşmüş kolun qiyməti 30 manat, 1 ədəd yeni salınmış kolun qiyməti isə 10 manatdır. Beləliklə, cəmi fındıq kollarının təxmini bazar qiyməti 2520 manat təşkil edir. Fındıq kollarının hər biri üçün salınmasına 0,50 qəpik, cəmi 15 manat, tinglərin isə hər birinə 15 qəpik bazar qiyməti ilə xərc çəkilmişdir. 30 topa fındığın tingləri 120 ədəd x 0,15 qəpik =18 manat təşkil edir. 32 ədəd fındığın basdırılmasına isə 16 manat xərc çəkilmişdir. 2001-ci ildən 2008-ci ilə qədər aqronomik normaya uyğun olaraq hər topaya 0,5 kq azot gübrəsi vermişdir. 8 ildə bu da 120 kq təşkil edir. Bu da hesablandıqda 120 kq x 0,24 qəpik =24 manat olur. 2008-ci ildən 2020-ci ilə qədər hər topaya 240 kq azot və 240 kq nitrofoska gübrəsi aqrotexniki normalara uyğun vermişdir. Azot gübrəsinin dəyəri 240 kq x 0,24 qəpik =58 manat, nitrofoskanın dəyəri isə 240 x 0,30 qəpik= 72 manat təşkil edir. Bağa xidmət göstərilməsi üçün təqribən hər il üzrə 30 manat xərc çəkmişdir. Bu da 20 ilə 600 manat təşkil edir. Bağın salınması zamanı 0,42 ha sahədə şumun aparılmasına 20 manat, hamarlanmasına 10 manat xərc çəkmişdir. Beləliklə bağ üçün 2001-ci ildən 2020-ci ilin sentyabrına qədər bağın salınması üçün 2590 manat, qulluq üçün isə 833 manat, cəmi 3423 manat xərc çəkmişdir. Rəydə qeyd olunmayan 20 ədəd alma ağacın hər birinin xərci üçün 20 manat olmaqla, cəmi 400 manat xərc çəkmişdir. Bundan başqa həmin torpaq sahəsinin alqı-satqısı zamanı o 1200 ABŞ dollar pul vermişdir. Əgər bu günkü gündə torpaq sahəsini cavabdeh tələb edirsə torpaq sahəsinə çəkilmiş xərclər əsassız varlanmaya aid edildiyindən ondan alınaraq qaytarılmalıdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Eyni zamanda iş üzrə indeksasiya ilə bağlı ekspert rəyi və qiymətləndirmə ilə bağlı X7 də rəyi alınmışdır. Həmin rəylərlə tanış olmuşdur. Həmin rəylərdə göstərilənlər onun ərizəsində göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinin və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin təmin edilməsini xahiş edir. O cavabdehin ona qarşı verdiyi iddia ərizəsini qəbul edir və ona dəymi zərər ödənildiyi təqdirdə cavabdehin iddia ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddiaçının verdiyi izahata uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 İddiaçı ona və digər cavabdehlərə qarşı olan iddia tələbini qismən, istifadə etdiyi 0,42 ha torpaq sahəsi üçün 2001-ci ildə ödənilmiş 1200 ABŞ dollarının geri qaytarılması hissəsində qəbul edir, iddia tələbinin qalan hissədə rədd edilməsini xahiş etdi. Eyni zamanda anası Cavabdeh1 verdiyi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclaslarında iştirak edən Cavabdeh1 İddiaçı iddiasını qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə mərhum əri Ramazan Mustafayev qardaşdır. 2001-ci ildə pula ehtiyacları olduğundan İddiaçı qardaşı Ramazan Mustafayev pul götürmüş və əvəzində onlara məxsus Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən torpaq sahəsini iddiaçının istifadəsinə vermişdir. Bir müddət sonra torpaq sahəsi iddiaçıdan geri tələb olunarkən o torpaq sahəsini qaytarmaqdan və verdiyi pulu geri almaqdan imtina etmişdir. Hazırda iddiaçıdan aldıqları 1200 ABŞ dollarını qaytarmağa hazırdır. Torpaq sahəsi iddiaçının istifadəsinə veriləndə onun ölçüləri barədə onların məlumatı olmamışdır. Sonradan torpaq sahəsinə dair sənədlər hazırlanan zaman onun 0,6464 ha olduğu müəyyən edilmişdir. Onu da qeyd etdi ki, 2001-ci il tarixdən hazıradək İddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, orada bağ salmış və gəlir əldə etmişdir. Həmin müddət ərzində yəni, 2001-ci il tarixdən hazıradək həmin torpaq sahəsindən nə o, nə də ailə üzvləri istifadə etməmiş, hər hansı ağac əkməmiş, gəlir götürməmişlər. İddiaçı iddia ərizəsinin rədd edilməsini xahiş edir. Eyni zamanda onun və ailə üzvlərinin mülkiyyətində olar torpaq sahəsi İddiaçı tərəfindən zəbt edildiyindən sonuncunun həmin torpaq sahəsindən çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 cavabdeh tərəfindən verilmiş iddia ərizəsinin məzmununa uyğun çıxış edərək göstərdi ki, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh1 ailə üzvlərinə məxsus 0,6464 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Zaqatala rayonu, Yuxarı Çardaxlar kənd sakini İddiaçı tərəfindən zəbt olunmuşdur. İddiaçı Zaqatala rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 qarşı Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən ailə üzvlərinə məxsus zəbt etmiş torpaq sahəsindən 0.42 ha torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 2(033)-625/2020 saylı 06.08.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin olunmamışdır. Cavabdeh uzun illərdir ki, dəfələrlə torpaq sahəsinin boşaldılması və qeyri-qanuni sahibliyinə son qoyulması məqsədi ilə müraciət etmələrinə baxmayaraq İddiaçı qanunsuz hərəkətlərinə son qoymamış, Cavabdeh1 ailə üzvlərinə məxsus torpağı zəbt etmişdir. Cavabdeh1 verdiyi iddia tələbinin təmin edilməsini, İddiaçı iddiasının 1200 ABŞ dolları pulun qaytarılması hissəsində təmin, qalan hissələrdə rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclaslarında iştirak edən Cavabdeh4 İddiaçı onlara qarşı olan iddia ərizəsi üzrə tələbi qəbul etmədiklərini bildirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Zaqatala rayonu Muxax kənd sakini X10 tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş məlumatdan görünür ki, 2007-ci ildə İddiaçı ona 0,15 ha torpaq sahəsinin təmizlənməsi üçün 300 manat vermişdir. Həmin torpaq sahəsinə 800 metr arx çəkilməsi üçün o 5 metrlik 150 dm. Dəmir boru qoymuş və metri 1 manatdan arx çəkmişdir. 2016-cı ildə İddiaçı xahişi ilə o arxa iki ədəd 150 dm azbes boru qoymaqla arxı 800 manat qarşılığında yeniləmişdir. 800x2=1600 man, 300 man. İş materiallarında olan Dövlət torpaq kadastrı kitabında 20.06.2013-cü il tarixdə 18 nömrə ilə uçota alınmış A seriyalı 457057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X2 verilmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-625/2020 nömrəli 06.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Mustafayev Yusı̇ f Abdulqədı̇ r oğlu ilə Cavabdeh1 Kərı̇ m qızı arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27.11.2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən reyestr nömrəsi **********63 olan 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh3, X3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni tarixdə AA seriyalı 569337 nömrəli torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək çıxarışa əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X4 Dayaq Məntəqəsi tərəfindən verilmiş rəyindən görünür ki, X12 aqronomu Rəşad İbrahimov tərəfindən Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən Cavabdeh3 məxsus (daşınmaz əmlakın reyestr nömrəsi **********63) 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsindəki əraziyə baxış zamanı həmin torpaqda yerləşən 2007-2020-ci illər ərzində əkilmiş ağaclara baxış keçirilmiş və torpaq sahəsinə baxış zamanı həmin sahədə 32 ədəd fındiq ağacı olduğu müəyyən edilmişdir. 32 ədəd fındıq ağacının hər birinin qiyməti təqribi 50-60 (əlli-altmış) manat məbləğində müəyyən edilmişdir. Əraziyə baxış zamanı 20 ədəd alma ağacının olduğu müəyyən edilib. Hər bir alma ağacının qiyməti isə təqribi 10-12 (on-on iki) manat məbləğində olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.04.2021-ci il tarixli 9/5838 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsindən göstərilənlərə əsasən İddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh1 tələb edilən və sonuncunun həyat yoldaşına 2001-ci ildə verildiyi bildirilən 1200 (bir min iki yüz) ABŞ dolları pul məbləğinin indeksasiyası hazırda 3.596,85 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.04.2021-ci il tarixli Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan “Müstəqil Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.12.2021-ci il tarixli 506 nömrəli ekspert rəyindən görünür ki, fındıq ağaclarının (kollarının) hər birinin orta hesabla əkilməsi, onlara aqrotexniki qulluq işlərinin göstərilən müddətdə aparılması 85 (80-90) manat təşkil edir. 32 ədəd x 85 manat = 2720 manat, Bağa xidmət ildə 30 manat təşkil edir. 30 manat x 9 il = 270 manat. Ağaclar məhsuldar olduğundan hər koldan ildə təqribən 17.5 (15-20) kq məhsul götürülməsi müəyyən edilir. 17.5 kq x 32 ədəd x 3.5 manat = 1960 manat. Qeyd olunan xüsusatlara əsasən 32 ədəd fındıq ağaclarının 2021-ci il üçün satış qiyməti 4950 (2720 + 270 + 1960) manat müəyyən edilir. 1 ədəd alma ağacının əkilməsi və ona qulluq işlərinin dəyəri 20 manat təşkil edir. 20 ədəd x 20 manat = 400 manat. Beləliklə, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.6464 ha torpaq sahəsinin 0.42 ha hissəsində salınmış bağ sahəsinə əkilmiş 32 ədəd fındıq ağacı (kolu) və 20 ədəd alma ağaclarının orta bazar qiymətlərinə uyğun olaraq 2021-ci ildə satış qiyməti təxminən 5350 (2720 + 270 + 1960 + 400) manat müəyyən edilir. Qeyd: 9 illik fındıq ağacları (kolları) bazarlarda satılmadığına (belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün deyil) görə, 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 9,50 manat qiymətləndirilməklə, 9 yaşı olan fındıq topasının orta bazar qiyməti təxminən 85,00 manat qiymətləndirilmişdir. Respublika daşınmaz əmlak (o cümlədən fındıq bağı salınmış torpaq sahəsi) bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, ağacların yaşından, məhsuldarlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sisteminə yaxınlığından və sairədən asılı olaraq, torpağın və torpaq üstündə olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. Ağacların vizual görünüşünə əsasən fındıq ağacları (kolları) müxtəlif illərdə əkilmişdir. Təxmini hesablamalara görə fındıq ağacları 9 il (8-10) illik bitkilərdir. Alma ağacları isə 4.5 (4-5) illik əkinlərdir. İş materiallarında olan “Müstəqil Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.12.2021-ci il tarixli Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X2 verilmişdir. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında 27.11.2020-ci il tarixdə Cavabdeh3, X3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd edilən torpaq sahəsinin 0,42 ha hissəsindən 2001-ci il tarixdən İddiaçı istifadə edir və həmin torpaq sahəsində bağ salmış və abadlaşdırmışdır. İddiaçı 2001-ci ildə qeyd edilən torpaq sahəsini alqı-satqısı məqsədi ilə Cavabdeh1 və mərhum qardaşı X2 verdiyi 1200 ABŞ dollarını bu günə olan indeksasiya ilə, eyni zamanda torpaq sahəsinin qorunması və çəpərlənməsi üçün, suvarma kanalı ilə təchiz edilməsi üçün, bağın salınması və bağda əkilmiş ağaclara aqrotexniki qulluq göstərilməsi üçün çəkilmiş xərclərin, torpaq sahəsi üçün ödənilmiş torpaq vergisinin, suvarma üçün ödənilmiş su pulunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər iddia tələbini qismən, yəni iddiaçı tərəfindən 2001-ci ildə torpaq sahəsi üçün ödənilmiş 1200 ABŞ dollarının bugünə olan indeksasiya ilə iddiaçıya ödənilməsi hissəsində qəbul edir və iddia tələbinin qalan hissədə rədd edilməsini xahiş edir. Cavabdeh1 iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsus 0,6464 ha torpaq sahəsindən İddiaçı çıxarılması və mülkiyyət hüququnun bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş edir. İddiaçı iddianı qəbul edir, onun iddiası ilə eyni vaxtda icra olunmasını xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.04.2021-ci il tarixli 9/5838 nömrəli ekspert rəyinə əsasən 2001-ci ildə verildiyi bildirilən 1200 (bir min iki yüz) ABŞ dolları pul məbləğinin indeksasiyası hazırda 3.596,85 manat təşkil etməsi müəyyən edilir. “Müstəqil Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.12.2021-ci il tarixli 506 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, fındıq ağaclarının (kollarının) hər birinin orta hesabla əkilməsi, onlara aqrotexniki qulluq işlərinin göstərilən müddətdə aparılması 85 (80-90) manat təşkil edir. 32 ədəd x 85 manat = 2720 manat, Bağa xidmət ildə 30 manat təşkil edir. 30 manat x 9 il = 270 manat. Ağaclar məhsuldar olduğundan hər koldan ildə təqribən 17.5 (15-20) kq məhsul götürülməsi müəyyən edilir. 17.5 kq x 32 ədəd x 3.5 manat = 1960 manat. Qeyd olunan xüsusatlara əsasən 32 ədəd fındıq ağaclarının 2021-ci il üçün satış qiyməti 4950 (2720 + 270 + 1960) manat müəyyən edilir. 1 ədəd alma ağacının əkilməsi və ona qulluq işlərinin dəyəri 20 manat təşkil edir 20 ədəd x 20 manat = 400 manat. Beləliklə, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.6464 ha torpaq sahəsinin 0.42 ha hissəsində salınmış bağ sahəsinə əkilmiş 32 ədəd fındıq ağacı (kolu) və 20 ədəd alma ağaclarının orta bazar qiymətlərinə uyğun olaraq 2021-ci ildə satış qiyməti təxminən 5350 (2720 + 270 + 1960 + 400) manat müəyyən edilir. Eyni zamanda ağacların vizual görünüşünə əsasən fındıq ağacları (kolları) müxtəlif illərdə əkilmişdir. Təxmini hesablamalara görə fındıq ağacları 9 il (8-10) illik bitkilərdir. Alma ağacları isə 4.5 (4-5) illik əkinlər olduğu qeyd edilir. Məhkəmə ilk öncə Cavabdeh1 İddiaçı qarşı mülkiyyət hüququnun bərpası və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1 mülkiyyətindədir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh İddiaçı tərəfindən zəbt edilərək istifadə edilmiş 0,42 ha hissəsindən İddiaçı çıxmaması, iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin torpaq sahəsinin zəbt etdiyi 0,42 ha hissəsindən çıxarılmalıdır. Məhkəmə İddiaçı Abdulla oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair iddia ərizəsinə münasibət bildirərək hesab edir ki, həmin iddia tələbi də qismən təmin edilməlidir. Məhkəmə İddiaçı iddia tələbinin bağın salınması, aqrotexniki qulluq göstərilməsi üçün çəkilmiş xərclərin, torpaq sahəsinin çəpərlənməsi, kol kosdan azad edilməsi, suvarılması üçün çəkilmiş xərclərin ödənilməsi və 20 ədəd alma ağacının dəyərinin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bağın salınması, aqrotexniki qulluq göstərilməsi üçün çəkilmiş xərclərin, torpaq sahəsinin çəpərlənməsi, kol kosdan azad edilməsi, suvarılması üçün çəkilmiş xərclərin ödənilməsi hissəsində qismən, 20 ədəd alma ağaclarının dəyərinin ödənilməsi hissəsində tam təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, qeyd edilən daşınmaz əmlakla bağlı tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun hər hansı bir notarial qaydada əqd bağlanılmasa da, torpaq sahəsi iddiaçının istifadəsində olmuş və bu razılıq əsasında iddiaçı tərəfindən ona verilmiş torpaq sahəsindən özününki zənn edərək 21 il istifadə etdiyi həmin torpağın keyfiyyətinin artırılması üçün orada özü tərəfindən əkilmiş 32 ədəd (biri 85 manat olmaqla) fındıq ağacı və 20 ədəd alma ağacı becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə gətirilmiş və nəticədə fındıq ağacları üçün 2720 manat və alma ağacları üçün 400 manat vəsait sərf etmişdir. Qeyd olunan hal "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinin rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, 21 il ərzində iddiaçının istifadəsində olmuş torpaq sahəsində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılaraq ağaclara qulluq olunması və fındıq ağaclarının dəyərinin 2720 manat, alma ağaclarınının dəyərinin 400 manat dəyərinə çatdırılmasının əsassız və şişirdilmiş olması cavabdeh tərəfindən mübahisələndirilsə də, işin bu halını təkzib edən hər hansı bir mötəbər sübut işə baxılarkən cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, 21 il ərzində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılması, 32 ədəd (biri 85 manat olmaqla) fındıq ağacının becərilməsi və nəticədə fındıq ağaclarının 2720 manat dəyərinə çatdırılması və 20 ədəd (biri 20 manat olmaqla) alma ağaclarının becərilməsi və nəticədə dəyərinin 400 manata çatdırılması ağlabatan olmaqla mövcud olmuş xərcləri tam əhatə edir. Məhkəmə qeyd edir ki, fındıq kollarına (topalarına) aqrotexniki qulluq işlərinə, fındıq bağı salınacaq torpaq sahəsinin ağac əkininə hazırlanmasından (torpağın hamarlanması, sahə ətrafının bərkidilməsi, şitillərin alınması və çalaların qazılması) və şitillərin torpağa basdırıldığı gündən başlanır və davam etdirilir. Fındıq topalarına tələb olunan aqrotexniki qulluğa, hər il yaz ayından başlayaraq topaların diblərinin və sahənin kol-kosdon təmizlənməsi, bitkilərin üzvü gübrələrlə (peyin) gübrələnməsi, vaxtlı-vaxtında suvarılması, hər il qurumuş və məhsul gətirməyən budaqların budanmasından ibarətdir. Şitillərin torpağa basdırılması bir dəfə həyata keçirildiyi halda, digər aqrotexniki qulluq hər il aparılmalıdır. "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinin ekspertləri tərəfindən mübahisələndirilən torpaq sahəsinə baxış keçirilən zaman isə torpaq sahəsində 32 ədəd 8-10 illik, orta hesabla 9 yaşı olan fındıq topası və 20 ədəd 4-5 illik alma ağacları aşkar olunmuşdur. Ekspert baxışına təqdim edilmiş 32 topa fındıq ağacının yaşı təxminən 9 olması, bu ağaclara mütəmadi olaraq 9 il aqrotexniki qulluq edilməsini göstərir. Cavabdeh özü də etiraf edir ki, 2001-ci il tarixdən hazıradək İddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, orada bağ salmış və gəlir əldə etmişdir. Həmin müddət ərzində yəni, 2001-ci il tarixdən hazıradək həmin torpaq sahəsindən nə o, nə də ailə üzvləri istifadə etməmiş, hər hansı ağac əkməmiş, gəlir götürməmişlər. "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinin ekspert rəyi ilə müəyyən edilir ki, bağa xidmət ildə 30 manat təşkil etmiş və 9 il ərzində bağa xidmət üçün sərf edilən vəsaitin 270 manat olması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ - əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ - əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, əgər iddiaçı tərəf öz xərci hesabına becərdiyi, 21 il razılıq əsasında qulluq edərək özününkü zənn etdiyi fındıq kollarından və alma ağaclarından indidən sonra bəhər, gəlir götürmədiyi bir halda, həmin kolların və ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Göründüyü kimi, cavabdehlərin mülkiyyətində olan 0.6464 ha torpaq sahəsinin 0,42 ha hissəsində iddiaçı tərəfindən fındıq ağaclarının əkilməsi və ona aqrotexniki qulluq göstərilməsi üçün 2720 manat, bağa baxılması üçün 270 manat, 20 ədəd alma ağacının əkilməsi və ona qulluq göstərilməsi üçün 400 manat vəsait sərf olunmuşdur. İddiaçı tərəfindən tələb edilən bağın baxılması və aqro-texniki qulluq üçün çəkilmiş 3423 manat vəsaitin, suvarma üçün sərf edilmiş 60 manat vəsaitin, torpaq sahəsinin qorunması və çəpərlənməsi üçün xərclənmiş 4400 manat vəsaitin torpaq sahəsinin təmizlənməsi üçün çəkilmiş xərclərin ekspert rəyinə uyğun olaraq 2990 manat hissəsinin və 20 ədəd alma ağacların əkilməsi və ona qulluğa görə çəkilmiş xərclər olan 400 manat vəsaitin cavabdehlərdən iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi üzrə iddia tələbinin suvarma arxlarının çəkilməsi və boruların qoyulması üçün çəkilmiş 1900 manat xərcin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissəsində də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Zaqatala rayonu Muxax kənd sakini X10 tərəfindən verilmiş məlumatla təsdiq edilir ki, o İddiaçı istifadəsində olan torpaq sahəsinə onun tapşırığı ilə 2008-ci ildə metri 1 manat olmaqla 800 metr uzunluğunda (800 manat) arx çəkmiş və 2016-cı ildə 800 manat qarşılığında həmin arxa azbes borular qoymaqla arxı yeniləmişdir. Məhkəmə, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,6464 ha torpaq sahəsinin 2001-ci ildən iddiaçının istifadəsində olmuş 0,42 ha hissəsində salınmış bağın suvarılması üçün iddiaçının hesabına çəkilmiş su kanalı (arx) cavabdehlərin istifadəsində qaldığından bu halın da cavabdehlərin əsassız varlanması kimi qiymətləndirilə biləcəyini nəzərə alaraq hesab edir ki, həmin kanalın (arxın) çəkilməsi üçün sərf edilmiş ümumilikdə 1600 manat vəsait, cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə daha sonra iddia tələbinin “torpağın alınması üçün verilmiş 1200 ABŞ dolları pulun indeksasiya edilərək ödənilməsi” hissəsi ilə bağlı dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə araşdırmasında müəyyən edildi ki, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsinin İddiaçı verilməsi qarşılığında 1200 ABŞ dolları vəsait Cavabdeh1 və onun vəfat etmiş həyat yoldaşı X3 tərəfindən alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia tələbi iddiaçının cavabdehə torpağını almaq üçün ödəmiş olduğu 1200 ABŞ dollarının indeksasiyasına uyğun ödənilməsi hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.04.2021-ci il tarixli rəyinə uyğun olaraq təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh1 və onun vəfat etmiş həyat yoldaşı X1 İddiaçı 1200 ABŞ dolları pulu alması və həmin pulu qaytarmaması digər sübutlarla yanaşı Zaqatala Rayon Məhkəməsinin 2(033)-625/2020 nömrəli 06.08.2020-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin torpağa görə ödənilmiş verginin cavabdehlərdən alınaraq ona verilməsi hissəsində rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən 2001-ci, 2002-ci, 2003-cü, 2004-cü, 2005-ci, 2011-ci və 2013-cü il ərzində X1 torpaq vergisinin ödənilməsinə dair qəbzlərin surətləri təqdim edilsə də, həmin ödənişlərin iddiaçı tərəfindən həyata keçirilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 300 manat aparılmış ekspertiza tədqiqatının dəyəri də cavabdehlərdən müştərək qaydada alınaraq "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən ilkin iddia üzrə iddiaçının dövlətə büdcəsinə ödədiyi 15 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İlkin iddia ərizəsi üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu onun tərəfindən tələb edilmədiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 torpaq sahəsinin alqı-satqısı zamanı ödənilmiş 1200 (bir min iki yüz) ABŞ dollarının indeksasiyası olan 3596,85 (üç min beş yüz doxsan altı manat səksən beş qəpik) manat, fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2990 (iki min doqquz yüz doxsan) manat, 20 ədəd alma ağacının dəyəri olan 400 (dörd) manat və su kanalının (arxın) çəkilməsi üçün sərf edilən vəsait 1600 (bir min altı yüz) manat ümumilikdə 8586,85 (səkkiz min beş yüz səksən altı manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İlkin iddia üzrə iddiaçının dövlətə büdcəsinə ödədiyi 15 (on beş) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. 15 (on beş) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İlkin iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsi təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun bərpası və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçının mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən reyestr nömrəsi **********63 olan 27.11.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsindən çıxarılaraq həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ bərpa edilsin. Sonrakı iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsi təmin edilməsin. İddia tələbləri eyni vaxtda icra edilsin. İlkin İddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X9 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000********. İlkin İddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 300 (üç yüz) manat ekspertiza xərci alınaraq "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinin , Kapitalbank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB400900C**********208 hesabına köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar