Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-1248/2021 20.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, İddiaçı cavabdeh X1 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin Seriya MA nömrəsi ******* olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,0582 ha torpaq sahəsində, onun zirzəmisində və 162,2 kv.m. sahəsi olan 1 mərtəbəli fərdi yaşayış evində onun 1/7 hissəsinin, ona aid olan giriş-çıxış qapısını da naturada özünün istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsi rəhbər tutularaq iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin Seriya MA nömrəsi ******* olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,0582 ha torpaq sahəsində, onun zirzəmisində və 162,2 kv.m. sahəsi olan 1 mərtəbəli fərdi yaşayış evində onun 1/7 hissəsinin naturada özünün istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1133/2021 nömrəli, 07 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələr üzrə sair tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmə baxışı 20.10.2021-ci il il tarixə saat 12:15 təyin edilmişdir Buna görə də, İddiaçı hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, ərizə (ərizəyə əlavə olunmuş sənəd yoxdur) ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh X1 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad iddiaçıya rəsmi qaydada verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-1248/2021
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-1248/2021
20.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver