Məhkəmə qərarları › İş №2(033)-1286/2021

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-1286/2021

05.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-1286/2021 05.11.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, iddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsində payların naturada ayrılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçılar İddiaçı1 və X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olan və Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən daşınmaz əmlakın dövlət reyestri çıxarışında göstərilmiş 0,20 ha torpaq sahəsindən onların paylarını birləşdirmək yolu ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 düşən paydan naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilir. Müəyyən etdim ki, iddiaçılar İddiaçı1 və X1 iddia ərizəsinə cavabdehin sayına görə iddia ərizəsinin surətləri əlavə edilməmiş, həmçinin iddia ərizəsi ərizəyə əlavə edilən sənədlərin siyahısında da göstərilməmişdir. Buna görə də, iddiaçılar İddiaçı1 və X1 iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçılar İddiaçı1 və X2 göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsində payların naturada ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar