Məhkəmə qərarları › İş №2(033)-144/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-144/2025

06.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-144/2025 06.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Zaqatala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 49500 (qırx doqquz min beş yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmiş, iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etsə də, o məhkəmə iclasına gəlməməyinin səbəblərini bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 68.1-ci maddəsinə əsasən iş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. 68.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.4-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 185.6-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. İddiaçı onu məhkəmə təmsil edəcək nümayəndəsi yoxdur. İş üzrə məhkəmə hazırlıq iclası ilk dəfə xx.xx.2024-cü il tarixə saat 10:40-a təyin edilmişdir. Həmin iclasda iddiaçı özü və cavabdeh iştirak etməmişlər. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxslə yeni müqavilə bağladığını, bu səbəbdən işlə tanış olması və iddia tələbinin əsası kimi sübutların məhkəməyə təqdim olunması üçün hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Ərizə nəzərə alınaraq, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 10:20-ə təxirə salınsa da, işdə iştirak edən şəxslər, eləcədə onların nümayəndələri və vəkilləri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hazırlıq iclası həmin səbəbdən xx.xx.2024-cü il tarixə, saat 15:30-a təyin edilmişdir. İşdə iştirak edən şəxslər, eləcədə onların nümayəndələri və vəkilləri yenə məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili ərizə ilə müraciət edərək, həmin gün saat 11:30-da Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində iştirak etməli oduğunu bildirmiş, iclasın iştirakı olmadan keçirilməsini, məhkəmə iclasını baxışa təyin edilməsinə etirazının olmadığını bildirmişidir. Məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə saat 12:00-a təyin edilmişdir. İşdə iştirak edən şəxslər, eləcədə onların nümayəndələri və vəkilləri bu məhkəmə iclasına da gəlməmişlər. İddiaçının vəkili Vəkil xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, həmin gün Bakı şəhərində 4 məhkəmə iclası olduğunu və onları təxirə sala bilmədiyini bildirmiş, üzürlü sayılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehlə aralarında olan pul tələbinə dair onun şikayəti üzrə Bakı şəhəri Nəsimi RPİ-nin 19 PŞ-də araştırma aparılmış və həmin araştırma zamanı cavabdeh borcunu etiraf etmiştir. Bu səbəbdən barəsində cinayət təqibi həyata keçirilməmiş və ona bildirilmişdir ki, cavabdeh borcunu etiraf edir, bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarından görünür ki, cavabdehdən 49500 manat pul tələb etməkdə haqlıdır, buna dair işdə mötəbər dəlillər var, qeyd olunanlara əsaslanaraq iddia tələbinini təmin edilməsini, qeyd olunanları onun izahatı və çıxışı kimi qəbul edilməsini xahiş edir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, iddiaçının vəkili Vəkil məhkəməyə ünvanladığı ərizəsində həmin gün Bakı şəhərində 4 məhkəmə iclasının olduğunu qeyd etsə də, bu barədə sübutları təqdim etməmişdir. Onun məhkəmə gəlməməyinin səbəblərinin üzürlü olması təsdiq edilməmişdir. Bundan başqa, qanunun yuxarıda qeyd edilən imperativ normalarının tələbinə əsasən iddiaçının vəkilinin həmin gün Bakı şəhərində 4 məhkəmə iclasının olması halının təsdiq olunması, mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilməsinə əsas ola bilməz. Belə ki, Vəkil İddiaçı yalnız vəkilidir, səlahiyyəti müvafiq qaydada müəyyən edilmiş nümayəndəsi deyil, o, yalnız iş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda iddiaçıya ixtisaslı hüquqi yardım göstərməlidir. Vəkilin şifahi və yazılı izahatları isə mübahisənin həllində istinad edilməli olan sübut da sayılmır. Yəni məhkəmə iclasında iddiaçı özü və ya nümayəndəsi iştirak etməlidir, işin halları barədə izahatlar da, sonuncular tərəfindən verilməlidir. Vəkil nümayəndə səlahiyyətləri, o cümlədən iddia tələbini müdafiə etmək, işin cavabdehin və özünün iştirakı olmadan mahiyyəti üzrə həll edilməsini tələb etmək səlahiyyəti yoxdur. Bundan başqa, işdə iştirak edən şəxsin vəkilinin olub-olmaması, gəlib-gəlməməsi işə baxılmasına mane deyil. Hakim yalnız işdə iştirak edən şəxsin vəsatəti ilə onun vəkilinin (prosesin digər iştirakçısı) üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Yəni vəkilin (prosesin digər iştirakçısı) üzürlü səbəbdən gəlmədiyi hal, mübahisənin mahiyyəti üzrə həll edilməsinə əsas ola bilməz. Mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün işdə iştirak edən şəxsin özünün (nümayəndəsi olduğu halda, özünün izahat verməsi zəruri olduğu hal istisna olmaqla, nümayəndəsinin) məhkəməyə gəlməsi, gəlmədiyi halda isə gəlməməsinin səbəbinin və ya mümkünsüzlüyünün səbəblərinin üzürlü olması barədə sübutları təqdim etməsi zəruridir. Göründüyü kimi, prosesin digər iştirakçılarından fərqli olaraq işdə iştirak edən şəxslər (nümayəndəsi olduğu halda, özünün izahat verməsi zəruri olduğu hal istisna olmaqla, nümayəndəsi), məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borclu olsalar da, tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş, bu səbəblərin üzürlü olması barədə sübutları təqdim etməmişlər. Eyni zamanda, İddiaçı, vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə salınması barədə vəsatət də verməmişdir. Belə olan halda da işdə iştirak edən şəxs deyil, prosesin digər iştirakçısı olan vəkilin gəlməməsinin səbəbi və ya mümkünsüzlüyü üzürlü səbəblərdən olmuş olsa belə, işdə iştirak edən şəxslər gəlmədiyindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.5, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ödənilmiş 239.40 (iki yüz otuz doqquz manat qırx qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Məhkəmə tərəflərin vəsatəti üzrə, onların məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etmələri halında, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar