Məhkəmə qərarları › İş №2(033)-207/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-207/2022

29.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-207/2022 29.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X7 katibliyi, İddiaçı və onun vəkili X8 iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə içlasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21.500 manat maddi zərərin və 10.000 manat mənəvi zərərin əvəzinin, ümumilikdə 31.500 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onları aldadaraq 47.450 manat pullarını ələ keçirmişdir. Belə ki, Cavabdeh müəllim vəzifəsinə düzəldəcəyini yalandan vəd edərək ondan oğlu Avtandil İmanova görə 5.000 manat, Turgut Ağazadəyə görə 3.000 manat, Aygün Ağayevaya görə 4.000 manat, Cahangir Cangirova görə 3.500 manat, Anar Qəfərova görə 4.500 manat pul almışdır. Bundan başqa, Cavabdeh yenə həmin məqsədlə ondan Sirus Cəlilliyə görə 3.500 manat, Samirə Əlizadəyə görə 6.000 manat, Raliq İbayevin direktor vəzifəsinə təyini üçün 2.600 manat pul almışdır. Qeyd olunan məbləğ 32.100 manat təşkil edir. Həmin məbləğləri o vermişdir. Bundan başqa, Cavabdeh yenə həmin məqsədlə ondan Tunar Məhərrəmova görə 4.000 manat (zərərçəkmiş şəxs Xalid Haqverdiyev), Aygün Rəhmanovaya görə 5.200 manat (zərərçəkmiş şəxs Vüsal Rəhmanov), Lamiyə Abbasovaya görə 6.200 manat (zərərçəkmiş şəxs Qismət Ağayev) pul almışdır. Lakin, cavabdeh onları aldatdı, vədinə əməl etmədi, heç kəsi işə düzəltmədi, onların tələblərindən sonra o, həmin 47.450 manat puldan 4.000 manatını ödədi. Onun 43.450 manat borcu qalmışdır. Cavabdeh hamin pulu ödəmədiyi üçün Nəsimi rayon Polis idarəsinə müraciət etmişlər. Nəsimi RPİ-nin İŞ-də Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə cinayət işi başlandı, o şübhəli şəxs qismində saxlanıldı, sonra təqsirləndirilən şəxs qismində məhkəmə məsuliyyətinə verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli hökmü ilə Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd edir ki, Cavabdeh 43.450 manat puldan 4.500 manat istintaq dövründə, 9.300 manat pulu isə məhkəmədə ödəmişdir. Məhkəmədə ödənilmiş 9.300 manat pulun 6.200 manat pul zərərçəkmiş Qismət Ağayevə ödənilmiş, onun maddi zərəri tam bağlanmışdır. 9.300 manatın 3.000 manatı isə Xalid Haqverdiyevə ödənilmişdir, onların da maddi zərəri tam bağlanmışdır. 100 manatı isə o götürmüşdür. Göründüyü kimi, digər zərərçəkmişlərin maddi zərəri tam ödənilmişdir. Ancaq, ona vurulmuş maddi zərər tam ödənilməmişdir. Qeyd etdiyi kimi ümumilikdə alınmış 47450 manat pulun 32.100 manatı onun pulu olub, cavabdeh onun pulundan ona istintaqdan öncə 4.000 manat, istintaqda 4.500 manat, məhkəmədə 100 manat, məhkəmədən sonra isə 2.000 manat, ümumilikdə 10.600 manat ödəmişdir, cavabdehin ona 21.500 manat borcu qalıb. Cavabdeh hazırda həmin pulu ödəmir. Cavabdeh ona və qeyrilərinə qarşı cinayət törədib, onun bu hərəkətləri nəticəsində o banklardan faizlə kredit götürmüş, evini satmışdır. Əmlakından məhrum olmuşdur. Cavabdeh ona qarşı cinayət etməklə ona mənəvi zərər vurmuşdur, vurduğu zərəri 10.000 manat qiymətləndirir. Odur ki, cavabdehin ona vurduğu 21.500 manat maddi və 10.000 manat mənəvi zərər ondan tutulmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, ona qarşı İddiaçı tərəfindən göndərilən iddia ərizəsini yanvar ayının 6-da almış, oxuyub tanış olmuşdur. Qeyd edir ki, İddiaçı ödədiyi pulu düzgün qeyd etmir, o Nəsimi Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli qətnaməsini tam şəkildə məktuba əlavə edir. Eyni zamanda istintaqın arayışını təqdim edir. İş üzrə maddi ziyan 35900 manatdır, ondan 4500 manatı ödənilmişdir. Məhkəmə dövründə isə İ.Fizuliyə 9300 manat, zərərçəkmiş şəxs Q.A.Ağayevə vurulmuş ziyan tamamilə, yəni 6200 manatı ödəmişdir. Məhkəmə qərarında ödədiyi məbləğ cəmi 20 min manat olmuşdur.15.07.2021-ci il tarixdə keçirilən, qərar qəbul olunan günü məhkəmə binasında İ.Fizuliyə bacanağı Məmmədhəsənov İlqar S. oğlunun şahidliyi ilə 300 manat, 31.07.2021-ci il tarixində isə bu artıq məhkəmə qərarından sonra o yenə də İ.Fizuliyə 3000 manat yenə də bacanağı M.İlqar S. oğlunun şahidliyi ilə Sumqayıt yolunda görüşərək vermişdir. Pulu verdiyinə dair onların imzaladığı vərəqi təqdim edir. Dövlətin və Məhkəmənin qanunlarına çox böyük hörmətlə yanaşır və icra etməyə hazırdır. 35900 manatın o 23300 manatını ödəmişdir. Qalan qalıq 12600 manatı hissə-hissə ödəməyə hazırdır. O ki, qala onların təzminat davasına görə ondan tələb etdiyi bu iddia ilə razı deyildir. O heç kimi məcburi bu işə cəlb etməyib. Onların bu işdə nə qədər şəxsi maraqları olub, özləri bilir. Bütün bu olanlara görə çox peşmandır, çox xəcalət çəkir. Ümidvardır ki onun bu iddialara münasibəti nəzərə alınaraq qətnamə qəbul edilər. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, Cavabdeh tərəfindən mənimsənilən onun tərəfindən cavabdehə verilən 47450 manat puldan 23300 manat hissəsi cavabdeh tərəfindən ona geri qaytarılmışdır. Cavabdehin ona hazırda 24150 manat verəcəyi qalmışdır.. İddiaçı vəkili Vəkil çıxış edərək bildirdi ki, iddianın əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilib. Nəsimi Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli hökmündən cavabdeh tərəfindən vurulmuş maddi zərər görünür. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə xəbərdar edilmələrinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-194/2021 nömrəli 15.07.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 12 dekabr 2020-ci il tarixdən 14 dekabr 2020-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh İddiaçı oğlu Aftandil İmanovu Sumqayıt şəhəri ərazisində yerləşən Qubadlı rayon orta məktəbinə ix müəllimi vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən favorit» kafesinin qarşısında 5000 (beş min) manat pulunu, İddiaçı tanışı X11 oğlu X20 şəhər 2 saylı orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə düzəldəcəyinə dair İddiaçı yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının əvəllərində ünvan 2 ünvanında yerləşən “Favorit» kafesinin qarşısında 3000 (üç min) manat pulunu, İddiaçı tanışı X3 qohumu Tunar Məhərrəmovu Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayner fakültəsinə daxil olması üçün verməli olduğu qabiliyyət imtahanından keçirdəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən «Favorit» kafesinin qarşısında Xaliq Haqverdiyevin ona verilməsi üçün İddiaçı verdiyi 4500 (dörd min beş yüz) manat pulunu, İddiaçı tanışı X9 arvadı X23 rayon Perimbel kənd orta məktəbinə riyaziyyat müəlliməsi vəzifəsinə düzəldəcəyinə dair İddiaçı yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən «Favorit» kafesinin qarşısında 4000 (dörd min) manat pulunu, İddiaçı tanışı X12 arvadı X27 rayonu ərazisində yerləşən orta məktəblərin birinə Azərbaycan dili və ədəbiyyatı müəlliməsi vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının ortalarında ünvan 2 ünvanında yerləşən «Favorit» kafesinin qarşısında Vüsal Rəhmanovun ona verilməsi üçün İddiaçı verdiyi 5200 (beş min iki yüz) manat pulunu, İddiaçı tanışı X6 oğlu X13 rayonu Əfcədulan kənd orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının ortalarında ünvan 2 ünvanında yerləşən “Favorit” kafesinin qarşısında İddiaçı 3500 (üç min beş yüz) manat pulunu, İddiaçınun tanışı X22 arvadı Lamiyə Abbasovanı Sumqayıt şəhəri 21 saylı tam orta məktəbinə riyaziyyat müəlliməsi vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının sonlarında ünvan 3 ünvanında yerləşən «Favorit» kafesinin qarşısında Qismət Ağayevin ona verilməsi üçün İddiaçı verdiyi 6200 (altı min iki yüz) manat pulunu, İddiaçı tanışı X18 Yardımlı rayonu Mamurqan kənd orta məktəbinə direktor vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının sonlarında ünvan 2 ünvanında yerləşən «Favorit» kafesinin qarşısında İddiaçı 4500 (dörd min beş yüz) manat pulunu alıb. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə Cavabdeh cəza təyin edərkən özünü təqsirli bilməsini, məhkumluğunun olmamasını, qadın olmasını, məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxslərə 4500 manat, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs İddiaçı qismən, yəni 9300 manat, digər zərərçəkmiş şəxs Q.A.Ağayevə vurulmuş ziyanı tamamilə, yəni 6200 manat ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Həmin hökmdən görünür ki, cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs İddiaçı məhkəməyə verdiyi ərizəyə əsasən ona təqsirləndirilən şəxs Cavabdeh tərəfindən vurulmuş ziyandan 9300 (doqquz min üç yüz) manat məbləğində pul ödənilmişdir. Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Murad Mustafayev tərəfindən tərtib edilmiş arayışdan görünür ki, iş üzrə maddi ziyan 35900 manatdır, 4500 manatı ödənilmişdir. Sadə yazılı formada tərtib edilmiş İddiaçı, Məmmədhəsənov İ., Cavabdeh qeydləri edilməklə imzalanmış 31.07.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı bacanağı X2 şahidliyi ilə ona pul borclu olan Cavabdeh ona olan borcunu 3000 manatı 31.07.2021-ci il tarixdə Ceyranbatan bağları ərazisində almışdır. X22 23.11.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh məhkəmə istintaqı zamanı ödənilmiş 9300 manat maddi ziyanın 6200 manat hissəsini ona ödəmişdir. X4 23.11.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh tərəfindən məhkəmə istintaqı zamanı ödənilmiş 9300 manat maddi ziyanın 3000 manat hissəsi ona ödənilmişdir. İddiaçı sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş Cavabdeh tərəfindən 19 iyul 2019-cu il tarixdə yazılmış və cinayət işinə əlavə edilmiş iltizamın surətindən görünür ki, 2019-cu ilin iyun iyul aylarında İddiaçı 47450 manat pul almışdır. Pulu almaqda məqsədi Fizuli müəllimin oğlunu tanışlarının köməyi ilə işə düzəltmək olub. Bu pulun 4500 manatını qaytarmışdır. İşə düzəldə bilmədiyindən pulu 2020-ci ilin mart ayınadək qaytarmağı söz verir. Pulu qaytara bilmədiyi halda Zaqatala rayonunda olan evini satıb qaytarmağı söz verir. Bu iltizamı heç kimin təsiri olmadan yazır. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 rayonu Saray qəsəbəsində yerləşən öz mülkiyyətində olan 0,05 ha torpaq sahəsini 15000 manata X1. 31.10.2019 tarixli GTKR 15844452A175 saylı kredit müqaviləsinə əlavədən görünür ki, X25 ilə Kapital Bank ASC-nin Yardımlı rayon Filialı arasında 36 ay müddətinə 25.4 faiz dərəcəsi ilə 10000 manat kredit məbləğinin verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 7.0.36-cı maddəsinə görə zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır; 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 87.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. 8-ci bədinə əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 10-cu bəndinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmənin mövqeyi Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh 2019-cu ilin iyun iyul aylarında İddiaçı onun tanışı olduğu şəxsləri işə düzəltməyə vəd edərək ümumilikdə 47450 manat pul almış, həmin pulu almasına dair iltizam yazmış, 2020-ci ilin mart ayınadək qaytarmağı söz vermişdir. İddiaçı qeyd edilən məbləğin 32100 manatının onun şəxsi pulu, digər məbləğin isə onun tanışlarının pulu olmaqla onun tərəfindən cavabdehə verildiyini bildirir. Cavabdeh vədini yerinə yetirməmiş və iddiaçıdan aldığı məbləği ona geri qaytarmamışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-194/2021 nömrəli 15.07.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş və iddiaçı və digərləri qeyd edilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin hökmlə müəyyən edilir ki, Cavabdeh törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 35900 manat maddi zərər olmaqla İddiaçı ümumilikdə 20000 manat, Xalid Haqverdiyevə 4500 manat, X16 5200 manat, X26 6200 manat maddi zərər vurulmuşdur. Eyni zamanda həmin hökmdə Cavabdeh tərəfindən ibtidai istintaq dövründə zərərçəkmiş şəxslərə 4500 manat, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs İddiaçı 9300 manat, digər zərərçəkmiş şəxs Q.A.Ağayevə vurulmuş ziyanın tamamilə ödənilməsi qeyd edilmişdir. İddiaçı iddia ərizəsində ibtidai istintaq zamanı Cavabdeh tərəfindən ona 4500 manat, məhkəmə istintaqı zamanı 100 manat, məhkəmə istintaqından sonra 2000 manatı, ibtidai istintaqa qədər 4000 manat ödənildiyini qeyd etmiş, məhkəmə çıxışı zamanı hökm elan edildikdən sonra cavabdehdən 300 manatda daxil olmaqla ümumilikdə cavabdeh tərəfindən ona və tanışlarına 23300 manatın ödənildiyini bildirmişdir. İddiaçı hazırda cavabdeh Cavabdeh 21500 manat maddi və 10000 manat mənəvi zərərin ödənilməsini tələb edir. Cavabdeh isə onun iddiaçıya 12600 manat borcunun olduğunu qeyd edərək iddiaya münasibətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iddia tələbin maddi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki tələb qeyd edilən hissədə əsaslıdır. İşin faktiki hallarından, eləcə də yuxarıda sadalanan hüquq normalarından görünür ki, tərəflər arasında olan mübahisəli pul məbləği ilə bağlı cavabdeh tərəf, iddiaçının tanışlarını işə düzəltmək üçün öhdəlik götürdüyündən onlar arasında yaranmış münasibət də məhz öhdəlik hüquq münasibətlərinin yaranmasının əsası kimi qəbul edilməli və iddiaçının tələbi də məhz razılaşma əsasında nəzərdə tutulan işin icrası ilə əlaqədar öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Buradan da göründüyü kimi, iddiaçı tərəf 47450 manatı Cavabdeh borc kimi deyil, məhz tanışlarını işə düzəltmək üçün vermiş, cavabdeh də həmin pulun müqabilində iş icra etməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh tanışlarını işə düzəltmək üçün 47450 manat pul vermiş, həmin pulun 35900 manat hissəsini Cavabdeh özünün aldığını etiraf edir, lakin iddiaçıdan aldığı puldan 23300 manatını qaytarmış, onun iddiaçıya 12600 manat borcu qalmışdır. İddiaçı isə cavabdehin 47450 manat puldan 23300 manatının həqiqətən ödənildiyini, cavabdehin ona 24150 manat verəcəyinin olduğunu, lakin məhkəməyə iddia verərkən 21500 manat yazdığından sonuncu məbləği tələb edir. Cavabdeh isə iddianı bu şəkildə qəbul etmir. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitinin almasına dair hüququndan istifadə etmiş, üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə dair vəzifəsini isə icra etməmişdir. Odur ki, iddiaçı pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlıdır Məhkəmə daha sonra qeyd edir ki, iltizam əsasında cavabdehin qaytarmalı olduğu 47450 manat pul vəsaiti ümumiyyətlə cəm şəklində iddiaçının cavabdehə verdiyi pul məbləğləridir. Belə ki, cavabdeh özü də bununla bağlı iltizamda qeyd etmişdir. Həmçinin işdə olan hökmdən də görünür ki, iddiaçı həm özünün, həm də tanışlarının pul vəsaitlərini cavabdehə vermiş, cavabdeh də həmin pulu ondan almışdır. Göründüyü kimi, iddiaçının cavabdehə 47450 manat pulu verməsinə və cavabdehin həmin pulu alması və qaytaracağına dair cinayət işi materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən 19 iyul 2019-cu il tarixdə yazılmış iltizamdan görünür ki, o, İddiaçı 47450 manat pul almış, həmin pul İddiaçı və başqa şəxslərə məxsus olmuşdur. Cavabdehin məhkəməyə göndərdiyi ərizədən görünür ki, cavabdeh onun iddiaçıya 35900 manat borcunun olduğunu bildirmiş, həmin borcundan iddiaçıya 23300 manatını ödədiyini, qalıq borcun isə 12600 manat olduğunu qeyd edərək həmin borcun hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı özü də həqiqətən cavabdehin ona olan borcundan 23300 manatını ödədiyini etiraf etmiş, lakin borcun 35900 manat olmadığını, 47450 manat olduğunu bildirmişdir. Ona görə də, cavabdehin ona 24150 manat borcunun olduğunu qeyd etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-194/2021 nömrəli 15.07.2021-ci il tarixli hökmü ilə və işdə olan sübutlarla müəyyən edilir ki, cavabdeh tərəfindən həqiqətən iddiaçıya 23300 manat ödənilmişdir. Belə ki, cavabdeh iddiaçıya, həmçinin onun tanışlarına cəmi ibtidai istintaq zamanı 4500 manat, məhkəmə istintaqı zamanı 9300 və 6200 manat, Cavabdeh barəsində ittihamedici hökm çıxarıldıqdan sonra 3300 manat ödənilmişdir. Bu halı iddiaçı özü də təsdiq edir. Beləliklə mübahisələndirilməyən işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 23300 manat pul ödənilmişdir. Lakin iddiaçı iltizama əsaslanaraq cavabdehə 47450 manat pul verdiyini, cavabdeh isə hər hansı mötəbər sübuta əsaslanmadan iddıaçıdan 35900 manat pul aldığını qeyd edir. Məhkəmə araşdırması ilə də müəyyən olundu ki, Cavabdeh müqavilədə (iltizamda) göstərilən şərtlərə əməl etməmiş, iddiaçıdan aldığı pulu tam şəkildə ödəməmişdir. Bundan başqa, məhkəmə cavabdehin izahatını digər sübutlarla birgə qiymətləndirərək qeyd edir ki, cavabdehin 47450 manat pulu almaması barədə izahatı inandırıcı və ağlabatan deyil. Ona görə ki, o, pulu almamış olsa idi, 47450 manat pulu almasını və qaytaracağını öz imzası ilə təsdiq etməzdi. Hansı ki, həmin iltizamın yazılaraq imzalanmasına da onu heç kim məcbur etməmişdir. Həmçinin, cavabdeh iddiaçıdan 35900 manat aldığını bildirir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin həqiqətən iddiaçıdan 47450 manat pulu almamasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bunu sübut edə bilməmişdir. Məhkəmə iclası zamanı da bunu sübuta yetirə bilməmiş, bunu yalnız öz formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın 12600 manat hissəsi üzrə təmin edilməli olması barədə cavabdehin dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Göründüyü kimi, iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı qalıq qalmış pulu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə də nəzərə almaqla hesab edir ki, nə qədər ki, iddiaçı cavabdehdən 21500 manat pul vəsaitini tələb edir, ona görə də iddia tələbi də məhz o həcmdə təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh tələb etdiyi 21500 manat maddi zərər təmin edilməli, həmin pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 10000 manat mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdehin cinayət törətməsi nəticəsində ona mənəvi zərər dəydiyini qeyd etsə də, məhz cavabdehin qanunsuz hərəkətlərinin onun şüurunda müəyyən psixi reaksiyaya səbəb olmasına və ya sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsinə dair əsaslı sübutlar təqdim edə bilməmişdir və cavabdehin qanunsuz hərəkəti ilə iddiaçı ona dəymiş olduğunu qeyd etdiyi mənəvi zərər arasında səbəbli əlaqənin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı qeyd edir ki, cavabdeh ona və qeyrilərinə qarşı cinayət törədib, onun bu hərəkətləri nəticəsində o banklardan faizlə kredit götürmüş, evini satmışdır. Əmlakından məhrum olmuşdur. Lakin, iddiaçı qeyd olunanların həqiqətən cavabdehin hərəkətləri nəticəsində baş verməsini, nəticədə onun mənəvi zərər çəkməsinə əsas olan sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə öz növbəsində onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özüözlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qeyd olunanlara əsasən də məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən onun ödədiyi 186 (bir yüz səksən altı) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 21500 (iyirmi bir min beş yüz) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 186 (bir yüz səksən altı) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar