Məhkəmə qərarları › İş №2(033)-215/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-215/2022

24.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-215/2022 24.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh3 və Cavabdeh4 qarşı "xxxx" Şirkətinin ümumi yığıncağının 25 iyul 2017-ci il tarixli qərarının, bölgü sxeminin və torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 27 iyul 2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 114 saylı reyestr kitabının 32-ci səhifəsində Zaqatala şəhəri, F.Əmirov küçəsi-3A ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın; 26 iyul 2017-ci il tarixli bölgü sxeminin və Murad" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının qərarının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1 məhkəmə baxışı iclasına gəlməmişlər. İdarənin rəisi və Notariat Ofisinin xüsusi notariusu məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, İddiaçı təsisçisi olduğu "xxxx" şirkətinin mülkiyyətində Zaqatala şəhəri, F.Əmirov küçəsi-3 ünvanında 0,7020 ha torpaq sahəsi və ümumi sahəsi 1087,89 m2 qeyri-yaşayış binası olmuşdur. Qeyd olunan torpaq sahəsinin 0,53 ha hissəsi və qeyri-yaşayış binası təsisçilər arasında bərabər bölünmüş, yerdə qalan 0,1720 ha torpaq sahəsi isə "xxxx" şirkətinin adında saxlanılmışdır. Son dövrdə İddiaçı belə bir məlumat daxil olmuşdur ki, "xxxx" şirkətinin mülkiyyətində olan Zaqatala şəhəri, F.Əmirov küçəsi-3 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi qeyri-qanuni yolla şirkətin təsisçisi Cavabdeh3 mülkiyyətinə keçmişdir. Halbuki, "xxxx" şirkəti ilə Cavabdeh3 arasında heç vaxt belə bir notarial müqavilə bağlanmamışdır. Onun özünün verdiyi vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi 18 oktyabr 2021-ci il tarixli, 2118 nömrəli məktubla bildirmişdir ki, həqiqətən də "xxxx" şirkətinin mülkiyyətində olan 0,1720 ha torpaq sahəsi üzərində "xxxx" şirkətinin 25 iyul 2017-ci il tarixli, 01 saylı iclas protokoluna və bölgü sxeminə əsasən Cavabdeh3 mülkiyyət hüquq dövlət qeydiyyatına alınmışdır. Sual yaranır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin "xxxx" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının protokolu və bölgü sxemi əsasında Zaqatala şəhəri, F,Əmirov küçəsi-3A ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 hüquqlarını dövlət qeydiyyatına ala bilərdimi və bu qanunidirmi? Qanunvericiliyin tələblərindən də müəyyən edilir ki, nə "xxxx" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının protokolu, nə də bölgü sxemi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi qanunsuz olaraq "xxxx" şirkətinin mülkiyyətində olan 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən Cavabdeh3 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvinə nail olmaq istəyir. Bu məqsədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək, "xxxx" şirkətinin mülkiyyətində olan Zaqatala şəhəri, F.Əmirov küçəsi-3 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində qanunsuz olaraq Cavabdeh3 adına aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. İddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı qardaşıdır və o, Murad Şirkəti adından müraciət etmişdir. Mübahisələndirilən əmlak iddiaçının deyil, "xxxx" Şirkəti adlı hüquqi şəxsin mülkiyyətində olmuşdur. Belə olan halda, iddia tələbini irəli sürən iddiaçının qeyd edilən iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. Hüquqi şəxsin mülkiyyət hüququnun pozulması ilə bağlı bir mübahisə yaranırsa hüquqi şəxs özü iddiaçı qismində çıxış etməlidir. İddiaçı tərəfinin subyektiv hüququ olduğu halda belə onun iddia tələbi ilə müraciət etməli olduğu müddət keçmişdir. 2017-2019-cu il illər ərzində Murad Şirkətinin təsisçiləri olaraq İddiaçılə Cavabdeh3 2 dəfə Murad Şirkətinin mülkiyyətində olan qeyri-yaşayış sahəsi və torpaq sahəsini şirkətin balansından ayıraraq şəxsi mülkiyyətə verilməsi barədə qərar qəbul etmişlər. 2017-ci il 25 iyul tarixində Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 7020 kv.m. (və ya 0.70 ha) torpaq sahəsindən Azərbaycan Respublikası OMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin hazırladığı və notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 aid 1720 kv.m (və ya 0.1720 ha) hissəsinin ayrılaraq Cavabdeh3 mülkiyyətinə verilməsi barədə Ümumi Yığıncağın qərarı və notarial qaydada təsdiq edilmiş bölgü sxemi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edilmiş və 27 iyul 2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 114 saylı reyestr kitabının 32-ci səhifəsində Zaqatala şəhəri, F.Əmirov küçəsi-3A ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına qeydiyyat aparılmışdır və ******* nömrəli çıxarış əldə edilmişdir. İddiaçı 1720 kv.m torpaq sahəsinin Cavabdeh3 mülkiyyətinə keçməsindən xəbəri olmadığını və yeni məlumatı olduğunu bildirmişdir. Halbuki, istər 2017-ci il, istərsə də 2019-cu il tarixlərində qeydiyyatlar zamanı, həm İddiaçı, həm də onun həyat yoldaşı müvafiq olaraq etibarnamələr təqdim etmiş və bütün qanuni prosedurlara eyni qaydada riayət edilərək notarial sənədləşmələr aparılmışdır. İddiaçının 2017-ci ilin sövdələşməsini qeyri-qanuni, 2019-cu ilin sövdələşməsini qanuni hesab etməsi iddiaçının ziddiyyətli və qərəzli olmasını xəbər verir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi yığıncaqının 01 nömrəli protokolundan görünür ki, Cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 7020 kv.m. torpaq sahəsindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin hazırladığı və notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 aid 1720 kv.m hissəsi ayrılaraq Cavabdeh3 xüsusi (şəxsi) mülkiyyətinə verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 26 iyul 2017-ci il tarixli bölgü sxemindən görünür ki, X4 (Cavabdeh3 əvəzinə) və Cavabdeh4 (İddiaçı oğlnun əvəzinə) Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 7020 kv.m. torpaq sahəsinin bölgüsü ilə razıdırlar, etirazı və əlavəsi yoxdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 114 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********74 nömrəli ünvan 3 ünvanında yerləşən 0,1720 ha yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyinatlı torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Şirkətinin xx.xx.2019-cu il tarixli Ümumi yığıncağının protokolundan görünür ki, Cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 0,53 ha torpaq sahəsindən notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 aid 0,265 ha hissəsi ayrılaraq Cavabdeh3 xüsusi (şəxsi) mülkiyyətinə, İddiaçı aid 0,265 ha hissəsi ayrılaraq İddiaçı xüsusi (şəxsi) mülkiyyətinə verilməsi, Cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 0,53 ha torpaq sahəsi üzərində yerləşən 1087,89 kvadratmetr sahəyə məxsus daşınmaz əmlak notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 və İddiaçı xüsusi mülkiyyətinə verilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə əlaqədar zəruri məsələlərin həll edilməsi, müraciətlərin, məktubların, sorğuların, bəyanatların, ərizələrin imzalanması, təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən çıxarışların və digər hazır sənədlərin götürülməsi və qeydiyyat prosesi ilə əlaqədar qanunvericiliklə tələb olunan bütün digər hərəkətlərin edilməsi səlahiyyəti (imzalamaq da daxil olmaqla), eyni zamanda hazırki maddədə sadalanan bütün məsələlərlə bağlı üçüncü şəxslərə etibarnamələr vermək səlahiyyəti Cəmiyyətin rəhbəri (qanuni təmsilçi) İddiaçı Mehdi oğluna verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********75-06301 nömrəli ünvan 3 ünvanında yerləşən 0,1087,89 ha yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyinatlı torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binası paylı mülkiyyət hüququ əsasında Cavabdeh3 (qeyri-yaşayış binasının 352,7 kv.m hissəsi və 0,265 ha torpaq sahəsi), Cavabdeh3 (qeyri-yaşayış binasının 735,1 kv.m hissəsi və 0,265 ha torpaq sahəsi), adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, xx.xx.1998ci il tarixdə 9/82 (sonra **********) dövlət qeydiyyatı nömrəsi ilə "Murad” Şirkəti Azərbaycan Respublikasının Vergilər Nazilim 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatı alınmışdır. Hüquqi ünvanı ünvan 4i təmsilçisi İddiaçı və hazırki qanuni təmsilçisi Cavabdeh4dur.Təsisçilər və Nizamnamə kapitalında mayalarının miqdarı İddiaçı 35 faiz, Cavabdeh3 65 faiz. İş materiallarında olan 27 iyul 2017-ci il tarixli Zaqatala rayon 2 saylı dövlət Notariat Kontorunun xüsusi notariusu Gözəl İsgəndərova reyestrə 3M-84 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş "xxxx"Şirkətin təsisçisi İddiaçı adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 ilə Cavabdeh3 adından onun etibarnamə üzrə nümayəndəsi X10 arasında bağlanmış "xxxx" Şirkətində payın Bağışlanması Müqaviləsindən görünür ki, “Murad" Şirkətinin təsisçisi Cavabdeh3 şirkətin Nizamnamə əsasən nizamnamə kapitalındakı özünə məxsus 65 faizin-in 50 faizini özündə saxlamaqla 15 faizini İddiaçı bağışlamış və İddiaçı hədiyyəni qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxlərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsinin müdiri Rəhim Ağamalıyev tərəfindən 21 noyabr 2006-cı il tarixdə və "xxxx" şirkətinin təsisçiləri tərəfindən 15 noyabr 2006-cu il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala Bölgə şöbəsi tərəfindən 02 mart 1998-ci il tarixdə 9/82 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Şirkətinin nizamnaməsinə dəyişiklikdən görünür ki, nizamnamənin 1.4-cü maddəsi aşağıdakı redaksiyada verilmişdir:Müəssisənin təsisçisi və əmlakın mülkiyyətçisi aşağıdakı vətəndaşdır: İddiaçı. İş materiallarında olan 20 fevral 2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsinin rəisi Turac Mahmudov və “Murad şirkətinin təsisçiləri tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi HŞ DQ üzrə Zaqatala Bölgə şöbəsi tərəfindən 9/82 saylı şəhadətnamə ilə 02 mart 1998-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" Şirkətinin nizamnaməsinə 02 nömrəli dəyişiklikdən görünür ki, nizamnamənin 1.4-cü maddəsi aşağıdakı redaksiyada verilmişdir: Cəmiyyətin təsisçisi aşağıdakı vətəndaşlardır: İddiaçı və Cavabdeh3. İş materiallarında olan 26 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsinin rəisi X11 və ”Murad” şirkətinin təsisçiləri tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi HŞ DQ üzrə Zaqatala Bölgə şöbəsi tərəfindən 9/82 saylı şəhadətnamə ilə 02 mart 1998-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" Şirkətinin nizamnaməsinə 03 nömrəli dəyişiklikdən görünür ki, nizamnamənin 1.4-cü maddəsi aşağıdakı redaksiyada verilmişdir: Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimidir; Murad Cavabdeh4 oğlu-65 faiz, İddiaçı Mehdi oğlu 35 faiz. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin yüklülük barədə arayışından görünür ki, "xxxx" Şirkətinin nizamnamə kapitalına və təsisçilərin paylarına münasibətdə kommersiya qurumlarının dövlət reyestrində heç bir yüklülük qeydə alınmamışdır. İş materiallarında olan X5 reyestrdə 7E-7026 nömrə ilə qeyd edilmiş ərizəsindən görünür ki, həyat yoldaşı Murad Cavabdeh4 oğlunun təsisçisi olduğu şirkətdə nizamnamə payının və ya şirkətin mülkiyyətində olan daşınar və ya daşınmaz əmlakın bütövlükdə və ya hissə-hissə özgəninkiləşdirilməsinə etiraz etmir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat Şöbəsi 06 aprel 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 839987 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X8 06 aprel 2013-cü il tarixdə nikahlarını bağlamışdırlar. Nikah bağlandıqdan sonra ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat şöbəsinin 25 may 2017-ci il tarixli 129 nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1954-cü ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. X2, anası X6r. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)- 449/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı (üçüncü şəxs: Cavabdeh3) “xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 114 saylı reyestr kitabının 32-ci səhifəsində ünvan 5 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, digər kommersiya təşkilatı olan "xxxx" şirkəti xx.xx.1998-ci il tarixdə 9/82 qeydiyyat nömrəsi ilə Hüquqi şəxslərin dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Sonradan ona ********** qeydiyyat nömrəsi verilmişdir. xx.xx.2017-ci il tarixə həmin Şirkətin təsisçiləri İddiaçı və Cavabdeh3 olmuşdur. Onların Şirkətin nizamnamə kapitalında mayalarının miqdarı Cavabdeh3 65 faiz, İddiaçı 35 faiz olmuşdur. "xxxx" şirkətinin hüquqi ünvanı ünvan 6 ha torpaq sahəsi və üzərində yerləşən 1087,89 ha torpaq sahəsi "xxxx" Şirkətinin mülkiyyətində olmuşdur. "xxxx" Şirkətinin 25 iyul 2017-ci il tarixdə keçirilmiş Ümumi yığıncağında Cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 7020 kv.m. torpaq sahəsindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin hazırladığı və notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 aid 1720 kv.m hissəsi ayrılaraq Cavabdeh3 xüsusi (şəxsi) mülkiyyətinə verilməsi qərara alınmışdır. 27 iyul 2017-ci il tarixdə "xxxx"Şirkətin təsisçisi İddiaçı adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 ilə Cavabdeh3 adından onun etibarnamə üzrə nümayəndəsi X10 arasında bağlanmış "xxxx"Şirkətində payın Bağışlanması Müqaviləsinə əsasən Şirkətin təsisçisi olan Cavabdeh3 şirkətin nizamnamə kapitalındakı özünə məxsus 65 faizin 50 faizini özündə saxlamaqla 15 faizini İddiaçı bağışlanmış, İddiaçı hədiyyəni qəbul etmişdir. Müqavilə Zaqatala Rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-84 qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Müqavilə bağlandığı zaman "xxxx" Şirkətinin nizamnamə kapitalına və təsisçilərin paylarına münasibətdə kommersiya qurumlarının dövlət reyestrində heç bir yüklülük qeydə alınmamış və bağışlayan Cavabdeh3 ilə 06 aprel 2013-cü il tarixdə nikaha daxil olmuş Mehdiyeva (Hacıyeva) Aynur Tahir qızı həyat yoldaşı Murad Cavabdeh4 oğlunun təsisçisi olduğu şirkətdə nizamnamə payının və ya şirkətin mülkiyyətində olan daşınar və ya daşınmaz əmlakın bütövlükdə və ya hissə-hissə özgəninkiləşdirilməsinə etiraz etmədiyinə dair ərizəsi 7E-7026 nömrə ilə reyestrə qeyd edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 114 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********74 nömrəli ünvan 3 ünvanında yerləşən 0,1720 ha yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyinatlı torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır və həmin qeydiyyat RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra "xxxx" Şirkətinin xx.xx.2019-cu il tarixdə keçirilmiş Ümumi yığıncağında Cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 0,53 ha torpaq sahəsindən notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 aid 0,265 ha hissəsi ayrılaraq Cavabdeh3 xüsusi (şəxsi) mülkiyyətinə, İddiaçı aid 0,265 ha hissəsi ayrılaraq İddiaçı xüsusi (şəxsi) mülkiyyətinə verilməsi, Cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 0,53 ha torpaq sahəsi üzərində yerləşən 1087,89 kvadratmetr sahəyə məxsus daşınmaz əmlak notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 və İddiaçı xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********75-06301 nömrəli ünvan 7 ünvanında yerləşən 1087,89 ha yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyinatlı torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binası paylı mülkiyyət hüququ əsasında Cavabdeh3 (qeyri-yaşayış binasının 352,7 kv.m hissəsi və 0,265 ha torpaq sahəsi), Cavabdeh3 (qeyri-yaşayış binasının 735,1 kv.m hissəsi və 0,265 ha torpaq sahəsi), adına qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı 25 iyul 2017-ci il tarixli Murad Şirkətinin ümumi yığıncağının qərarının, 26 iyul 2017-ci il tarixli bölgü sxeminin və 27 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasında iddia tələbinin təmin edilməməsini xahiş etmiş, digər Cavabdeh3 isə iddia tələbinə etirazla müraciət edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab edir ki, mübahisələndirilən bölgü sxemi və ümumi yığıncağın qərarı (müqavilə) iddia edildiyi kimi aldadılma nəticəsində ("xxxx" şirkətinin mülkiyyətində olan Zaqatala şəhəri, F.Əmirov küçəsi-3 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi qeyri-qanuni yolla şirkətin təsisçisi Cavabdeh3 mülkiyyətinə keçmişdir. Halbuki, "xxxx" şirkəti ilə Cavabdeh3 arasında heç vaxt belə bir notarial müqavilə bağlanmamışdır.) bağlanmış əqd hesab edilə bilməz. İşdə əqdin aldadılma nəticəsində bağlanmasına əsas verən hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 339.1-cu maddəsinin tələbinə görə isə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 339.3-cu maddəsini tələblərinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Yenə Müllki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən onu əsas götürmüşdür ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin "xxxx" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının protokolu və bölgü sxemi əsasında Zaqatala şəhəri, F,Əmirov küçəsi-3A ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 hüquqlarını dövlət qeydiyyatına ala bilərdimi və bu qanunidirmi? Qanunvericiliyin tələblərindən də müəyyən edilir ki, nə "xxxx" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının protokolu, nə də bölgü sxemi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi qanunsuz olaraq "xxxx" şirkətinin mülkiyyətində olan 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır.” Lakin, iddiaçı çıxarışın verilməsinə əsas olmuş "xxxx" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının protokolunun və 26 iyul 2017-ci il tarixli bölgü sxeminin hansı əsaslarla etibarsız olmalı olduğunu öz iddiasında əsaslandırmamışdır. Həmçinin məhkəmə iclasında da qeyd olunan Ümumi Yığıncağın protokolunun və bölgü sxeminin etibarsız hesab olunmasına əsas olan hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunanlarla razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notariat təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə, notariat hərəkətlərinin aparılması qaydaları bu qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin qanunun 45-ci maddəsində göstərilir ki, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. Həmin qanunun 35-ci maddəsində göstərilir ki, notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən əmlakın bölgüsü haqqında sazişin (müqavilənin)) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İşin faktiki hallarından aydın olur ki, mübahisələndirilən əmlakın bölgüsü haqqında saziş (bölgü sxemi) bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamış, əksinə iddiaçı aldadılma yolu ilə iddia etdiyi mübahisəli torpaq sahəsinin bölgü planına əsasən bölünməsi üçün öz iradəsi ilə (nümayəndə vasitəsilə) notariat kontoruna getmiş və əmlakın bölgüsü haqqında saziş bağlamışdır. Həmçinin iddiaçının aldadılma yolu ilə belə bir müqavilə bağlaması həqiqətə uyğun deyil. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş, əmlakın bölgüsü haqqında saziş Məcəllədə göstərilmiş qaydada notariat qaydasında təsdiqlənmişdir. İddia tələbində qeyd olunan hallar isə mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməzdi. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi dəlillər mübahisələndirilən torpaq sahəsinə dair “Murad" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının qərarının, 26 iyul 2017-ci il tarixli bölgü sxeminin və onların əsasında verilmiş 27 iyul 2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 114 saylı reyestr kitabının 32-ci səhifəsində Zaqatala şəhəri, F.Əmirov küçəsi-3A ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması üçün əsas ola bilməz. Göründüyü kimi, tələbin ikinci hissəsi ilk tələbdən dоğаn törəmə tələbdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsаydı, tələbin bu hissəsi də əsаslı оlа bilərdi. Qeyd оlunаn çıxarış verilərkən Mülki Məcəllənin, həmçinin digər qаnunvericilik аktlаrının tələbləri pоzulmаmışdır. Оnа görə də, bu müqаvilə nə pis niyyətlə bаğlаnmış, nə də uydurmа əqd hesаb оlunа bilməz. İddiаçının dəlilləri bütünlüklə əsаssızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Onu da, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin xüsusi formal prosedurunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır. Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə iddianın təmin edilməsi üçün yetərli deyil. İddiaçıların izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh3 və Cavabdeh4 qarşı "xxxx" Şirkətinin ümumi yığıncağının 25 iyul 2017-ci il tarixli qərarının, bölgü sxeminin və torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh3 və Cavabdeh4 qarşı "xxxx" Şirkətinin ümumi yığıncağının 25 iyul 2017-ci il tarixli qərarının, 26 iyul 2017-ci il tarixli bölgü sxeminin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 27 iyul 2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 114 saylı reyestr kitabının 32-ci səhifəsində Zaqatala şəhəri, F.Əmirov küçəsi-3A ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar