Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-217/2022 03.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, İddiaçı1 və Cavabdeh iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reystrindən verilmiş ********** qeydiyyat nömrəli, 27 sentyabr 2021 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0,3997 ha torpaq sahəsi üzərində hər birinin payının bərabər olması, yəni hər birinin payının 1/3 hissə olmasının müəyyən edilməsinə, mediatora ödənilmiş 50 manat, banka ödənilmiş 50 manat, cəmi 100 manat pulun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməməsi və çəkilən xərcin iddiaçıya aid olması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddia ərizəsini müdafiə edərək göstərdi ki, onların birgə mülkiyyətlərində torpaq sahələri vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən ********** qeydiyyat nömrəli, 27 sentyabr 2021 qeydiyyat tarixli çıxarış da verilmişdir. Onunla cavabdeh keçmiş ər-arvad olmuşdur. Onların nikahları pozulmuş və ayrı yaşayırlar. Digər iddiaçı isə onların qızıdır. Lakin ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdeh özü istifadə edir. Torpaq sahəsi üzərində paylar məlum olmadığından hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşlar. Məqsədləri torpaq üzərində payları müəyyən etdirdikdən sonra naturada böldürməkdir. İddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddia ərizəsində göstərilənləri qəbul etməyərək göstərdi ki, qeyd edilən torpaq sahəsinin iddiaçılara heç bir aidiyyəti yoxdur. Torpaq sahəsi ona və bacısına verilmişdir. Qeyd olunan çıxarış reyestr xidməti tərəfindən düzgün tərtib olunmamışdır. İddiaçıların həmin torpaq sahəsində hər hansı payları olmadığından iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 223 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********68 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Muğanlı kəndində yerləşən 0,3997 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2 və Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Muğanlı kəndində yerləşən 0,3997 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında mülki iş üzrə tərəflərin adına qeydiyyata alınmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçılar İddiaçı1 və Hüseynli X2 rayonu Muğanlı kəndində yerləşən 0,3997 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəlləsinin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmənin qənaətinə görə qeyd edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, daşınar və ya daşınmaz əşyaya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir və birgə mülkiyyət iştirakçılarının razılaşması olmadıqda məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 223 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********68 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Muğanlı kəndində yerləşən 0,3997 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 hissədən ibarət olmaqla payları müəyyən edilməlidir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərc və 50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227 və 233-cü maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 223 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********68 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Muğanlı kəndində yerləşən 0,3997 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 hissədən ibarət olmaqla payları müəyyən edilsin. İddiaçı1 dövlətə büdcəsinə ödədiyi 50 (əlli) manat dövlət rüsumu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-217/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-217/2022
03.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver