Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-22/2024 07.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1998-ci ildə Zaqatala rayonunun Muxax kəndində aparılan İslahatlar Aparılan zaman İslahat Komissiyasının o, cavabdehlər və mərhum anasına verilmiş, hər birinə 0,24 sot, X1 bir pay artıq olmaqla ailə üzvlərinə ümumilikdə 1,44 ha torpaq sahəsilərinə ƏMDK DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02 avqust 2019-cu il tarixli, qeydiyyat nömrəsi **********, 02 avqust 2019-cu il tarixli, qeydiyyat nömrəsi **********, 02 avqust 2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** və 02 avqust 2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən Çıxarışlarda qeyd edilmiş 0,4872 ha, 0,8059 ha, 0,0999 ha və 0,0499 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahlərinin cavabdehlər arasında naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə baxış iclasında iştirak etməmələrinin səbəbləri barədə məlumatı məhkəməyə verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək göstərdi ki, hal-hazırda mülkiyyətində olan torpaq sahələri üzrə yeni çıxarışlar alındığını, bu səbəbdən torpaq sahələrinin naturada bölünməsi ilə bağlı iddia ərizəsinin baxılmamış saxlanılmasını və geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 da məhkəməyə ərizə təqdim edərək göstərdi ki, İddiaçı ilə torpaq sahələri ilə bağlı öz aralarında özlərinə düşən paylarla bağlı bağışlama etdiklərini, həmin torpaq sahələri ilə bağlı yeni çıxarışlar alınması üçün müraciət edəcəklərini, bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizələri nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh hazırki işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçı 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-22/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-22/2024
07.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver