Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-24/2023 02.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun torpaq sahəsinin sərhəd boyu ona məxsus olan ərazidə yerləşən əsaslı tikintinin sökülməsini, onun torpaq sahəsindən çıxarılaraq tikinti şərtlərinə uyğun olaraq sərhəd məsafəsi saxlanaraq tikilməsi, 100 manat dövlət rüsumunun ödənilməsi və onun torpaq sahəsindən istifadə hüququna qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Zaqatala şəhəri Şimal-qərb yaşayış massivi ərazisində 0.04 ha torpaq sahəsi vardır. Ona həmin torpaq sahəsi ev tikmək üçün verilmişdir. Cavabdeh onun torpaq sahəsinin yaxınlığında torpaq sahəsi vardır. Cavabdeh ona məxsus olan torpaq sahəsinin sərhədini pozaraq sərhəd boyu 1 metrə olmaqla ərazisində əsaslı tikinti ilə ev tikmişdir. Belə ki cavabdeh ona məxsus olan torpaq sahəsinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq nəinki sərhəddini pozmuş və tikinti şərtlərinə görə nəzərdə tutulmuş sərhəd boyu ara məsafəni saxlamamışdır. Belə olan halda o, məhkəməyə müraciət etməli olmuşdur. O, məhkəməyə müraciət edərək torpaq sahəsinin sərhəd boyu onun ərazisində yerləşən əsaslı tikintinin sökülməsini, onun torpaq sahəsindən çıxarılaraq tikinti şərtlərinə uyğun olaraq sərhəd məsafəsi saxlanaraq tikilməsi, məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunu tələb edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Şimal-qərb yaşayış massivində yerləşən, reyestr nömrəsi **********13 nömrəli 0,04 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 109 nömrəli vərəqində İddiaçı mülkiyyəti kimi rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Şimal-qərb yaşayış massivində yerləşən, reyestr nömrəsi **********27 nömrəli 0,04 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində Cavabdeh mülkiyyəti kimi rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 18 saylı Zaqatala Ərazi İdarəsinin 28 oktyabr 2022-ci il tarixli **********99 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0.04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən səthi hamarlanmış beton örtüyünün 4 kv.m hissəsi, fərdi yaşayış evinin 4 kv.m hissəsi və köməkçi tikilinin 4 kv.m hissəsi istifadə olunur. Cavabdeh tərəfindən istifadə olunan səthi hamarlanmış beton örtüyün, fərdi yaşayış evinin və köməkçi tikilinin ölçüləri yerləşmə vəziyyəti, koordinatları tərtib edilmiş yerquruluşu planı 1-də göstərilmişdir. İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş tikililərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində səthi hamarlanmış beton örtüyünün 4 kv.m hissəsi, fərdi yaşayış evinin 4 kv.m hissəsi və köməkçi tikilinin 4 kv.m hissəsi yerləşir. Cavabdehin inşa etdiyi tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşən hissələrinin koordinatları, ölçüləri tərtib edilmiş yerquruluşu planı 1-də və yerquruluşu planı 2-də göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 dekabr 2022-ci il tarixli 10/6488 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0.04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən səthi hamarlanmış beton örtüyünün 4 kv.m hissəsi, fərdi yaşayış evinin 4 kv.m hissəsi və köməkçi tikilinin 4 kv.m hissəsi istifadə olunur. Cavabdeh tərəfindən istifadə olunan səthi hamarlanmış beton örtüyü, fərdi yaşayış evinin və köməkçi tikilinin ölçüləri, yerləşmə vəziyyəti, koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1-də göstərilmişdir. İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş tikililərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində səthi hamarlanmış beton örtüyünün 4 kv.m hissəsi, fərdi yaşayış evinin 4 kv.m hissəsi və köməkçi tikilinin 4 kv.m hissəsi yerləşir. Cavabdehin inşa etdiyi tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşən hissələrinin koordinatları və ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1 və 2-də göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 dekabr 2022-ci il tarixli 10/6488 nömrəli bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, reyestr nömrəsi **********013 olan Zaqatala şəhəri Şimal-qərb yaşayış massivində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 109 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində xx.xx.2017-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış reyestr nömrəsi **********27 olan Zaqatala rayonu Şimal-qərb massivində yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə həmsərhəddir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin sərhəd boyu iddiaçıya məxsus ərazidə yerləşən əsaslı tikintinin sökülməsini, cavabdehin torpaq sahəsindən çıxarılaraq tikinti şərtlərinə uyğun olaraq sərhəd məsafəsi saxlanaraq tikilinin tikilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətini bildirməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 dekabr 2022-ci il tarixli 10/6488 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0.04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən səthi hamarlanmış beton örtüyünün 4 kv.m hissəsi, fərdi yaşayış evinin 4 kv.m hissəsi və köməkçi tikilinin 4 kv.m hissəsi istifadə olunur. Cavabdeh tərəfindən inşa edilmiş tikililərin İddiaçı adına qeydiyyata alınmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində səthi hamarlanmış beton örtüyünün 4 kv.m hissəsi, fərdi yaşayış evinin 4 kv.m hissəsi və köməkçi tikilinin 4 kv.m hissəsi yerləşir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçı Zaqatala şəhəri Şimal-qərb yaşayış massivində yerləşən 0,04 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etmiş və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində səthi hamarlanmış beton örtüyünün 4 kv.m hissəsi, fərdi yaşayış evinin 4 kv.m hissəsi və köməkçi tikilinin 4 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur. Cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2022-ci il tarixli 10/6488 nömrəli ekspert rəyində qeyd edilən hissəsindən çıxarılmalı, həmin torpaq sahəsinin üzərində yerləşən və cavabdeh tərəfindən inşa edilərək istifadə olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2022-ci il tarixli 10/6488 nömrəli ekspert rəyinə əlavə olunmuş 1 nömrəli planda göstərilmiş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilinə düşən beton örtüyün 4 kv.m hissəsi, fərdi yaşayış evinin 4 kv.m hissəsi və köməkçi tikilinin 4 kv.m hissəsi sökülməlidir. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh hazırda həmin torpaq sahəsinə heç bir hüquqları yoxdur. Qeyd olunanlar mütəxəssis və ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin tikililərin cavabdeh tərəfindən tikinti şərtlərinə uyğun olaraq sərhəd məsafəsi saxlanılaraq tikilməsi tələbinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Zaqatala şəhəri Şimal-qərb massivində yerləşən reyestr nömrəsi **********27 olan 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və onun öz əmlakına istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ var. Bu hüquqlarından istifadə etməsində heç bir şəxsə, o cümlədən, cavabdehə məhdudiyyət və ya qadağa qoyula bilməz. Məhkəmənin qənaətinə görə cavabdehin üzərinə mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı tikilinin tikilməsi vəzifəsinin qoyulması onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. İddia qismən təmin edildiyindən və İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edildiyindən məhkəmə hesab edir ki, həmin dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0.04 ha həyətyanı torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi hissəsindən çıxarılsın, cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin həmin hissəsindən istifadəsinə qadağa qoyulsun. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində inşa edilmiş səthi hamarlanmış beton örtüyünün 4 kv.m hissəsi, fərdi yaşayış evinin 4 kv.m hissəsi və köməkçi tikilinin 4 kv.m hissəsi sökülsün. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2(033)-24/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-24/2023
02.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver