Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-305/2021 28.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun vəkili X3, cavabdehlər Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil, İsrafı̇ lova Sürəyya Qərı̇ b qızının, İsrəfı̇ lov Həmzə Vəli oğlu̇nun və İsrafı̇ lov Ələddı̇ n Vəlı̇ oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər İsrafı̇ lov Vəlı̇ İsrafı̇ l oğlu, İsrafı̇ lova Sürəyya Qərı̇ b qızı, İsrəfı̇ lov Həmzə Vəli oğlu, Cavabdeh4 və İsrafı̇ lov Ələddı̇ n Vəlı̇ oğluna qarşı maddi zərər tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İsrafı̇ lov Vəlı̇ İsrafı̇ l oğlu, İsrafı̇ lova Sürəyya Qərı̇ b qızı, İsrəfı̇ lov Həmzə Vəli oğlu̇, Cavabdeh4 və İsrafı̇ lov Ələddı̇ n Vəlı̇ oğlundan onun xeyrinə, hazırda mübahisə predmeti olan və sonuncuların mülkiyyətindəki Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun tərəfindən əkilmiş 119 ədəd fındıq kolunun və 120 ədəd çinar ağacının əkilməsi, qulluq göstərilməsinə və s. çəkilmiş xərclərin əvəzi olan 16710 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mübahisə predmeti olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2006-cı il tarixdən istifadə edir. Həmin torpaq sahəsini 14 ildir ki, öz mülkiyyəti zənn edərək istifadə edir. Belə ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli 17/19 nömrəli qərarına əsasən qeyd olunan torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilsə də, 2018-ci ildə aparılmış çölölçmə işləri zamanı həmin torpaq əmisi-Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsini 2007-ci il tarixdən 2018-ci ilə kimi o, istifadə etmişdir. Qeyd olunan torpaq sahəsinin vergilərini bu günədək ödəmiş, orada 119 ədəd fındıq kolu, 120 ədəd çinar ağacı əkmiş, o cümlədən 14 il ərzində həmin ağaclara qulluq göstərmişdir. Hər bir fındıq kolu üçün sərf etdiyi vəsaitin miqdarı ortalama 80-100, çinar ağacına sərf etdiyi vəsaitin miqdarı isə 50 manatdır. Həmçinin cavabdehlər onun əkdiyi fındıq kollarını kəsib məhv etmişlər. Bütün bu qeyd olunanlar nəticəsində isə ona 16710 manat maddi zərər dəymişdir. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı vəkili X6 çıxış edərək iddianın təmin edilərək cavabdehlər İsrafı̇ lov Vəlı̇ İsrafı̇ l oğlu, İsrafı̇ lova Sürəyya Qərı̇ b qızı, İsrəfı̇ lov Həmzə Vəli oğlu̇, Cavabdeh4 və İsrafı̇ lov Ələddı̇ n Vəlı̇ oğlundan iddiaçının xeyrinə, hazırda mübahisə predmeti olan və cavabdehlərin mülkiyyətindəki Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı tərəfindən əkilmiş 119 ədəd fındıq kolunun və 120 ədəd çinar ağacının əkilməsi, qulluq göstərilməsinə və s. çəkilmiş xərclərin əvəzi olan 16710 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh İsrafı̇ lov Vəlı̇ İsrafı̇ l oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki, onların ümumi birgə mülkiyyətlərində Zaqatala rayonu Əliabad qəsəbsində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq 01.05.2018-ci il tarixdə dövlət reyestrindən çıxarış da verilmişdir. Həmin torpaq sahəsi onlara islahat zamanı 1996-cı il tarixdə X4 Qanuna əsasən verilmişdir. Həmin torpaq sahəsində əkilmiş fındıq ağacları da olmuşdur. 1996-cı il tarixdən 2007-ci ilə kimi torpaq sahəsindən o və ailə üzvləri istifadə etmiş, 2007-ci ildən 2018-ci ilə kimi isə iddiaçı həmin torpaq sahəsindən istifadə etmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunaraq istifadə olunmuş və onların mülkiyyət hüququ cavabdeh tərəfindən qanunsuz olaraq pozulmuşdur. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək torpaqdan çıxmamışdır. Zaqatala Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı mübahisələndirilən torpaq sahəsindən çıxarılması qət edilmişdir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı cavabdehlər İsrafı̇ lova Sürəyya Qərı̇ b qızı, İsrəfı̇ lov Həmzə Vəli oğlu̇, İsrafı̇ lov Ələddı̇ n Vəlı̇ oğlu və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatlarında Cavabdeh1 göstərdiyi xüsusatları təsdiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən 01 may 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahəsi İsrafı̇ lov Vəlı̇ İsrafı̇ l oğlu, İsrafı̇ lova Sürəyya Qərı̇ b qızı, İsrəfı̇ lov Həmzə Vəli oğlu̇, Cavabdeh4 və İsrafı̇ lov Ələddı̇ n Vəlı̇ oğlunun ümumi birgə mülkiyyətləri kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan torpağın mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 4586 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbə sakini İsrafı̇ lov Vəlı̇ İsrafı̇ l oğlunun mülkiyyətinə Zaqatala rayon İcra Hakimiyyəti yerli islahat komissiyasının qərarı ilə 1,79 ha torpaq sahəsi verilmiş,rayon torpaq şöbəsində, dövlət qeydiyyat kitabında 31 mart 1997-ci il tarixdə 4586 sayda qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-9/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçılar İsrafı̇ lov Vəlı̇ İsrafı̇ l oğlu, İsrafı̇ lova Sürəyya Qərı̇ b qızı, İsrəfı̇ lov Həmzə Vəli oğlu, Cavabdeh4 və İsrafı̇ lov Ələddı̇ n Vəlı̇ oğlunun mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 1,50 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi qət edilmişdir. İşdə olan Zaqatala rayonu Əliabad bələdiyyəsi tərəfindən 03 oktyabr 2018-ci il tarixdə verilmiş 1852 nömrəli arayışdan görünür ki, Əliabad qəsəbə sakini təsərrüfat nömrəsi 338 olan X2 və ailəsinə 1996-cı il tarixdə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahıda 0,26, 033 ha bağ və 1,12 ha əkin pay İİ keyfiyyət qrupu torpaq sahəsi verilmişdirdi. Qəsəbədə islahat başa çatmadığına görə ona dövlət aktı təhkim edilməmişdir. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İsrafı̇ lov Vəlı̇ İsrafı̇ l oğlu, İsrafı̇ lova Sürəyya Qərı̇ b qızı, İsrəfı̇ lov Həmzə Vəli oğlu, Cavabdeh4 və İsrafı̇ lov Ələddı̇ n Vəlı̇ oğlunun ümumi birgə mülkiyyətlərində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq 01.05.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi 1996-cı il tarixdən 2007-ci il tarixədək cavabdehlər tərəfindən, 2007-ci il tarixdən 2018-ci il tarixədək İddiaçı tərəfindən istifadə edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)- 9/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlərin mülkiyyətində olan 1,50 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin torpaq sahəsində əkilmiş fındıq ağaclarını hər iki tərəfin iddia etdiyinə görə onlar tərəfindən əkilmişdir. İddiaçı onun tərəfindən əkilmiş ağacların əkilib-becərilməsinə xərclənmiş 16710 manat pulun cavabdehlərdən alınıb ona verilməsini tələb edir. Cavabdehlər isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsi qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından da görünür ki, iddiaçı zəbt etdiyi torpaq sahəsini yüksək məhsul götürülməsi üçün münbitləşdirmiş, özünün qeyd etdiyi kimi 2007-2018-ci illər ərzində həmin fındıq kollarından məhsul götürmüşdür. Göründüyü kimi o, əldə etdiyi gəlilərdən öz maddi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə etmiş, illər ərzində zəbt etdiyi torpaq sahəsinə çəkdiyi xərcləri ödəmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında torpağın istifadəyə verilməsi, habelə vurulmuş zərərin ödənilməsi barədə heç bir razılaşma olmamışdır. Ona görə də cavabdehlər İddiaçı qarşısında hər hansı bir zərərin ödənilməsinə görə mülki məsuliyyət daşıya bilməz. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Bütövlükdə qeyd olunanlar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə iclasında iddiaçı tərəf həqiqətən cavabdeh tərəfindən ona maddi zərər dəyməsini sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 30 (otuz) manat iddia ərizəsi rədd edildiyinə görə onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər İsrafı̇ lov Vəlı̇ İsrafı̇ l oğlu, İsrafı̇ lova Sürəyya Qərı̇ b qızı, İsrəfı̇ lov Həmzə Vəli oğlu, Cavabdeh4 və İsrafı̇ lov Ələddı̇ n Vəlı̇ oğluna qarşı maddi zərər tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər İsrafı̇ lov Vəlı̇ İsrafı̇ l oğlu, İsrafı̇ lova Sürəyya Qərı̇ b qızı, İsrəfı̇ lov Həmzə Vəli oğlu, Cavabdeh4 və İsrafı̇ lov Ələddı̇ n Vəlı̇ oğluna qarşı maddi zərər tələbinə dair iddiası rədd edilsin. İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №2(033)-305/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-305/2021
28.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver