Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-31/2022 17.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair ilk, ilkin iddia ərizəsi üzrə cavabdehlər qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı yaşayış evindən payın naturada ayrılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3-də yerləşən ümumi paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin paylarının ona düşən payın 2/6 hissəsinin, Cavabdeh2 düşən payın 2/6 hissəsinin, Cavabdeh3 düşən payın 1/6 hissəsinin, Cavabdeh3 düşən payın 1/6 hissəsinin ayrılıb naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə ümumi paylı mülkiyyətlərində ünvan 3-də yerləşən fərdi yaşayış evləri vardır. Torpaq sahəsinin tam mülkiyyətçisi anası Yüzbaşova Leyla Məmmədqulu qızı xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Paylı mülkiyyətlərində olan daşınmaz əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən xx.xx.2020-ci il tarixdə Çıxarış verilmişdir. Həmin Çıxarışa əsasən fərdi yaşayış evinin 2/6 hissəsi onun, 2/6 hissəsi Cavabdeh2, 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi Cavabdeh3 ümumi paylı mülkiyyətinə verilmişdir. Torpaq sahəsi tam olaraq mərhum anası Yüzbaşova Leyla Məmmədqulu qızının xüsusi mülkiyyətinə verilmişdir. Halhazırda o, cavabdehlərlə ümumi paylı mülkiyyətində olan ünvan 3-də yerləşən fərdi yaşayış evinin paylarının naturada ayrılmasını istəyir. Cavabdehlərlə aralarında razılaşma əldə edə bilmirlər. Ona görə də məhkəməyə müraciət edir. Cavabdeh-iddiaçılar Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən 3/6 hissədən ibarət olmaqla, paylarının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı oğiu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyətlərində olan evdən 2/6 hissədən ibarət payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. ünvan 2 ünvanda yerləşən həmin evin ikinci mərtəbəsində onlar, birinci mərtəbəsində isə İddiaçı və digər cavabdeh Yüzbaşov Rasim oğlu yaşayırlar. Hal-hazıradək mübahisə predmeti olan evin bütün kommunal xərcləri onlar tərəfindən ödənilir. Cavabdehlər əvvəldən evin birinci mərtəbəsində yaşamışlar. Hal-hazırda isə boşdur, yaşayan yoxdur. Evin bütün xərclərini onlar qarşılayır. Evin ikincı mərtəbəsində onlara məxsus əmlaklar yerləşir. Hazırda evin 3/6 hissəsinin mülkiyyətçisi kimi onlar da paylarının naturada ayrılmasını istəyirlər. Ona görə də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. İddia tələbinə qarşı etirazın dəlilləri İlkin və qarşılıqlı iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, Cavabdeh1 və cavabdeh-iddiaçılar Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun nümayəndəsi və vəkili X5 isə çıxış edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh2 nümayəndəsi X4 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********97-10301 olan ünvan 3 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Yüzbaşova Leyla Məmmədqulu qızına, torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 2/6 hissəsi Cavabdeh2, 2/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh1 və 1/6 hissəsi Cavabdeh3 Rasim oğluna məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4447 nömrəli rəyindən görünür ki, Zaqatala şəhəri, Azərbaycan prospekti 27 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki olaraq 2 mərtəbədən ibarət olduğu, 1-ci mərtəbədə 6 tikili yerləşməklə sahəsi 172,0 kv.metr təşkil etdiyi, 2-ci mərtəbədə 9 tikili yerləşməklə sahəsi 179,9 kv.metr təşkil etdiyi, fərdi yaşayış evinin ümumi sahəsinin 351,9 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Tədqiq olunan fərdi yaşayış evindən İddiaçı məxsus 2/6 hissənin, Cavabdeh2 və Cavabdeh3 məxsus 3/6 hissənin digər paylardan ayrılmaqla naturada bölünməsinin texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 1,2,3,4,5 saylı tikililər və 6 saylı tikilinin 11,15 kv.metr hissəsi 2/6 payın mülkiyyətçisinə (İddiaçı), yaşayış evinin 2-ci mərtəbəsində yerləşən tikililər isə 3/6 payın mülkiyyətçilərinə (Cavabdeh2 və Cavabdeh3) verilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 0/447 nömrəliekspertiza xərclərinə dair bildirişdən görünür ki, qaparılmış məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-ci maddəsinə əsasən İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 64.2-ci maddəsinə əsasən Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə tam təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, ünvan 3 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Yüzbaşova Leyla Məmmədqulu qızına, torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 2/6 hissəsi Cavabdeh2, 2/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh1 və 1/6 hissəsi Cavabdeh3 Rasim oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İlkin iddia ərizəsi üzrə İddiaçı paylı mülkiyyətdə olan fərdi yaşayış evində özünün 2/6 hissədə payının, Cavabdeh2 2/6 hissədə payının, Cavabdeh1 1/6 hissədə payının və Cavabdeh3 1/6 hissədə payının ayrılıb naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 da müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində 3/6 hissəsədən ibarət olmaqla paylarının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 0/447 nömrəli ekspert rəyinə əsasən tədqiq olunan fərdi yaşayış evindən İddiaçı məxsus 2/6 hissənin, Cavabdeh2 və Cavabdeh3 məxsus 3/6 hissənin digər paylardan ayrılmaqla naturada bölünməsinin texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 1,2,3,4,5 saylı tikililər və 6 saylı tikilinin 11,15 kv.metr hissəsi 2/6 payın mülkiyyətçisinə (İddiaçı), yaşayış evinin 2-ci mərtəbəsində yerləşən tikililər isə 3/6 payın mülkiyyətçilərinə (Cavabdeh2 və Cavabdeh3) verilə bilər. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4447 nömrəli rəyini sübut növü kimi qiymətləndirir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə İddiaçı fərdi yaşayış evinin naturada bölündüyü təqdirdə ikinci mərtəbənin onun istifadəsinə verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki vəziyyətdə ekspert tərəfindən tədqiq olunan yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 1,2,3,4,5 saylı tikililər və 6 saylı tikilinin 11,15 kv.metr hissəsi 2/6 payın mülkiyyətçisinə (İddiaçı), yaşayış evinin 2-ci mərtəbəsində yerləşən tikililər isə 3/6 payın mülkiyyətçilərinə (Cavabdeh2 və Cavabdeh3) verilə bilməsi göstərilmiş, həmçinin məhkəmə tərəfindən də həmin fərdi yaşayış evində yerində müayinə zamanı da müəyyən olunmuşdur ki, evin həm birinci mərtəbəsi, həm də ikinci mərtəbəsi yaşayış üçün yararlı deyildir. Evin ikinci mərtəbəsində Cavabdeh2 məxsus olan əmlaklar vardır. Həmçinin Cavabdeh2 ailə üzvləri ilə birlikdə fərdi yaşayış evinin ikinci mərtəbəsində yaşamışlar, mübahisələndirilən evin bütün xərcləri də sonuncu tərəfindən qarşılanır. Hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Ona görə də, cavabdehin etirazının dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə daha sonra ilkin iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, ilkin iddia ərizəsi üzrə iddia tələbi qismən təmin olunmalı, mülki iş üzrə tərəflərin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evinin 2/6 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4447 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq digər paylardan ayrılması təmin edilməli, həmin fərdi yaşayış evinin ekspert rəyinə uyğun olaraq həmin hissəsi İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsini, yəni yalnız öz payının ayrılmasını tələb edə bilər və buna görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi ünvan 3 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evinin digər mülkiyyətçisi olan Cavabdeh1 həmin daşınmaz əmlakda olan payının ayrılması hissəsində təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia tələbi təmin olunmalı, mülki iş üzrə tərəflərin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evinin 3/6 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4447 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq digər paylardan ayrılması təmin edilməli, fərdi yaşayış evinin ekspert rəyinə uyğun olaraq həmin hissəsi ilkin iddia ərizəsi üzrə cavabdehlər qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia ərizəsi üzrə iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumunu, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 isə 20 manat dövlət rüsumunu tələb etmədiyinə görə, dövlət rüsumu xərci onların özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İlk iddia ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışda qeyd edilmiş reyestr nömrəsi **********97-10301 olan ünvan 3 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evinin İddiaçı aid 2/6 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4447 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılsın. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlətreyestrində 52 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışda qeyd edilmiş reyestr nömrəsi **********97-10301 olan ünvan 3 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evinin qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 aid 3/6 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4447 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılsın. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə bağlı ödədikləri 20 (iyirmi) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-31/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-31/2022
17.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver