Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-310/2021 09.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili X6 və Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakları ilə, iddiaçı X1 Cavabdeh qarşı nikahın pozulması, uşağın himayəsində saxlanması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 16 dekabr 2019-cu il tarixdə Zaqatala RİHB-nın Danaçı kənd İ.Ə.D. üzrə nümayəndəliyində rəsmiləşdirilən nikahın pozulması, 27 sentyabr 2020-ci il təvəllüdlü X8 onun himayəsində qalması, əvvəli ərizənin məhkəməyə daxil olduğu gündən hesablanmaqla yetkinlik yaşına çatmayan X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay bir uşaq üçün 200 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə uyğun olaraq da onun saxlanması üçün hər ay 200 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı, Cavabdeh ilə nikahlarını 16 dekabr 2019-cu il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 27 sentyabr 2020-ci il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. Hal-hazırda uzun müddətdir ki, onlar ayrı yaşayırlar. İddiaçı atası evində yaşayır. Onun uşağı da atası evində dünyaya gəlmişdir. İddiaçı bildirmişdir ki, bundan sonra onların ər-arvad kimi yaşamaları qeyri mümkündür. Ailə qurduqdan sonra birgə yaşasalar da, sonradan ər-arvad münasibətləri tamamilə pozulmuşdur. İddiaçını barışmaq fikri yoxdur. Hazırda onların arasında olan nikah formal xarakter daşıyır. Yaranmış bu vəziyyətdə onların birgə yaşamaları və ailənin saxlanması qeyri-mümkündür. Ona görə də iddiaçı istəyir ki, aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulsun. Uşaq iddiaçının himayəsindədir. Uşağı ilə birlikdə yaşayır. Uşağına təkbaşına baxır. Qeyd olunanlara əsasən məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə tərəfindən onlara 3 ay vaxt verilməsinə ehtiyac yoxdur. Aralarında bağlanmış nikah pozulmalı və nikahları pozularkən azyaşlı uşağın iddiaçının yanında saxlanılmasını xahiş edir. Uşağın həm maddi, həm də mənəvi ehtiyacları iddiaçı tərəfindən qarşılanır. Cavabdeh də bir valideyn kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun təhsilinə və digər ehtiyaclarına maddi cəhətdən köməklik etməyə borcludur. İddiaçı, birgə nikah dövründə anadan olmuş övladının saxlanılması üçün və iddiaçı özünün saxlanması üçün cavabdehdən aliment də tələb edir. İddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X12 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərdi ki, cavabdeh, iddiaçı X5 ilə nikahlarını 16 dekabr 2019-cu il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 27 sentyabr 2020-ci il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. Hazırda onlar faktiki olaraq ayrı yaşayırlar. İddiaçının aliment tələbi ilə razılaşmır. Belə ki, cavabdeh müharibə iştirakçısı olmuşdur, bununla bağlı hazırda müalicə alır. Məhkəməyə ərizə təqdim edərək cavabdehlə iddiaçının aralarında bağlanmış nikahın barışıq üçün vaxt verilmədən pozulmasına razı olduğunu, birgə nikahlarından anadan olmuş uşağın iddiaçının yanında saxlanılmasına razı olduğunu, uşağın saxlanması üçün isə iddiaçıya hər ay uşaq üçün 100 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı çatdığını bildirir. İddianın qismən təmin olunmasını xahiş edir. Eyni zamanda iddia tələbinin “iddiaçının özünün saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi” hissəsinin rədd edilməsini məhkəmədən xahiş edir. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 02 mart 2021-ci il tarixdə verilmiş 05/Q-322/69 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə X5 16 dekabr 2019-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 41 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Əhmədov”, arvad isə “Əhmədova” soyadını qəbul etmişlər. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 02 mart 2021-ci il tarixdə verilmiş 05/Q-323/69 nömrəli arayışdan görünür ki, 27 sentyabr 2020-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası isə X2r. Məhkəmə iclasında tərəflərin izahatlarının, onların təqdim etdiyi sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı X5 ilə Cavabdeh 16 dekabr 2019-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onların 27 sentyabr 2020-ci il tarixdə Fərid adlı uşaqları anadan olmuşdur. Tərəflər münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar və hal-hazırda ayrı yaşayırlar. Azyaşlı uşaq iddiaçının yanındadır. İddiaçı aralarında bağlanmış nikahın formal xarakter daşıdığını əsas göstərərək aralarında bağlanmış nikahın pozulması, uşağın himayəsinə verilməsi və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçı ilə aralarında olan nikah qeydinin pozulmasına razı olduğunu, uşağın iddiaçının yanında saxlanmasını və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq üçün 100 manat aliment ödəməyə maddi imkanı çatdığını bildirir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Həmin Məcəlləninin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. İşdən görünür ki, iddiaçı nikahın pozulmasına razıdır. Tərəflər faktiki olaraq ayrı yaşayırlar. Keçən müddət ərzində də tərəflər barışmamışlar. Eyni zamanda iddiaçı tərəf cavabdehlə barışmadığını bildirərək aralarında bağlanmış nikahın pozulmasını təkidlə tələb edir. Cavabdeh isə iddianı bu hissədə qəbul edir. Məhkəmə tərəfindən iddiaçı ilə cavabdehin birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü müəyyən edildi. Məhkəmə həmçinin qeyd edir ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair “ 29 iyul 2019cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağına toxunduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Uşаq hüquqlаrı hаqqındа» Konvensiyаnın 3-cü mаddəsinə görə sosiаl təminаt məsələləri ilə məşğul olаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti orqаnlаr, yаxud qаnunvericilik orqаnlаrı tərəfindən həyаtа keçirilib keçirilməməsindən аsılı olmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. Avropа dəyərləri müstəvisində uşаqlаrın sаxlаnmаsı ilə bаğlı аtаnın və аnаnın hüquqlаrı fərdi mаrаq, uşаqlаrın hüquqlаrı isə dаhа üstün dəyər olаn ictimаi mаrаq kimi qiymətləndirilir. Əgər uşаqlаrın sаxlаnmаsı ilə bаğlı vаlideynlər аrаsındа fikir аyrılığı yаrаnırsа dövlət uşаqlаrın hüquqlаrını ictimаi mаrаq kimi qiymətləndirərək uşаqlаrın tərəfindən mübаhisəyə qаrışır. İnsan hüquqları üzrə Avropа Məhkəməsinin Elsholzun işi ilə bağlı qərarında qeyd etmişdir ki, “uşаğın mаrаqlаrı ilə vаlideynlərin mаrаqlаrı аrаsındа ədаlətli tаrаzlıq yаrаtmаq zəruridir. Məhkəmə belə qərаrа gələrkən uşаğın mаrаqlаrınа xüsusi əhəmiyyət verir. Çünki uşаğın mаrаqlаrı öz təbiətinə və əhəmiyyətinə görə vаlideynlərin mаrаqlаrındаn üstündür. Azərbаycаn Respublikаsı «Uşаq Hüquqlаrı» hаqqındа qаnunun 5-ci mаddəsinə əsasən dövlət orqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, onlаrın hüquqlаrının təmin olunmаsınа şərаit yаrаtmаlıdırlаr. Həmin Qаnunun 8-ci mаddəsinə görə hər bir uşаğın yаşаmаq, normаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. İnsаn Hüquqlаrı üzrə Avropа Konvensiyаsının tələbinə görə Uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bu şərtlə ki, bu, ən yaxşı halda uşağın mənafelərinə zidd olmasın. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalması məsələsini uşaqların hüquq və mənafelərini, onların istəyini, valideynlərdən hər birinə olan bağlılığını, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətlərini, uşaqların yaşını, onların inkişafı və tərbiyəsi üçün şərait yaradılmasını nəzərə almaqla həll edir. Uşağın mənafeyi ictimai maraq kəsb edir və valideynlərin hüququndan daha üstündür. Məhkəmə 27 sentyabr 2020-ci il təvəllüdlü X8 valideynlərindən hansının yanında qalması məsələsini müzakirə edərkən həmin uşağın hal-hazırda azyaşlı olmaqla ana nəvazişinə ehtiyacı olmasını, uşağın yaşını, uşağın mənafeyini, iddiaçının uşağının onun yanında qalmasını tələb etməsini, cavabdehin buna etirazının olmamasını nəzərə alaraq belə hesab edir ki, həmin uşağın anasının yanında qalması məqsədə müvafiqdir. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı Prinsipində müəyyən olunur ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, «Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, X1 uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 27 sentyabr 2020-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X1 xeyrinə aliment tutulmalıdır. Cavabdehin qazancı barədə məhkəməyə heç bir sənəd təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh X1 xeyrinə hər ay uşaq üçün sabit pul məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi iddiaçı X5 və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Məhkəmə sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini və tərəflərin ərizələrini nəzərə alaraq belə qənaətə gəlir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği hər ay uşaq üçün 150 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə uyğun olaraq iddiaçının saxlanması üçün hər ay 200 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, tərəflər ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Qanunvericiliyin tələbinə əsasən iddiaçının tələb etdiyi “cavabdehin ona maddi cəhətdən kömək edilməsi üçün alimentin tutulması”nı sübut etmə vəzifəsi, yəni həqiqətən də cavabdehin zəruri vəsaitə malik olmasını sübut etmək iddiaçının üzərinə düşür. Ancaq iddiaçının bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi həmin xüsusat üzrə onun tələbini sübut edə bilməməsini göstərir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı X5 ilə Cavabdeh arasında Zaqatala rayon Danaçı kənd İƏD-də qeyd edilmiş 16 dekabr 2019-cu il tarixli 41 nömrəli nikah pozulmalı, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməli, tərəflərin uşaqları olan-27 sentyabr 2020-ci il təvəllüdlü X11 anası X1 himayəsində saxlanılmalı, 27 sentyabr 2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün sabit pul məbləğində 150 manat aliment tutularaq X3 ödənilməli, alimentin tutulmasının əvvəli iddiaçı X1 iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 02 fevral 2021-ci il tarixdən hesablanmalı, iddia tələbinin qalan hissəsi təmin edilməməli, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı X5 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 20 (iyirmi) manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı X5 ilə Cavabdeh arasında Zaqatala rayon Danaçı kənd İƏD-də qeyd edilmiş 16 dekabr 2019-cu il tarixli 41 nömrəli nikah pozulsun. Nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Tərəflərin uşaqları olan-27 sentyabr 2020-ci il təvəllüdlü X11 anası X1 himayəsində saxlanılsın. İddiaçı X1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manat özünə aid edilsin. 27 sentyabr 2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq X3 ödənilsin. Aliment tutulmasının əvvəli 02 fevral 2021-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrli̇ k edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-310/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-310/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver