Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-41/2022 12.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Subaru İmpreza" markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ziyana görə "xxxx" ASC tərəfindən ödənilmiş 3500 (üç min beş yüz) manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək şəkildə tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş iddiaçının nümayəndəsi Şəfahət Xudiyevin məhkəməyə ünvanladığı vəsatətindən görünür ki, o, mülki işə onun iştirakı olmadan baxılıb, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə vəziyyətdə məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini üzrlü hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "VAZ-21061" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 21.04.2015-ci il tarixdən 20.04.2016-cı il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" haqqında AD 146898 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh1 Abduihəmid oğlu spirtli içki qəbul edərək sürücülük hüququ olmadan, idarə etdiyi "VAZ-21061" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edarə edib, 21.03.2016-cı il tarixdə saat 15:00 radələrində Zaqatala şəhəri Azərbaycan prospektində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, "Subaru İmpreza" markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə Zaqatala RPŞ-də qeydə alınmış, araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 aprel 2016-cı il tarixli qərar qəbul edilmişdir. Aparılmış araşdırma nəticəsində cavabdehin hadisəni törədərkən spirtkli içki qəbul etməsi və sürücülük hüququnun olmaması müəyən edilmişdir. Cavabdeh1 spirtki içki qəbul etməsi "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə" aktla və araşdırma zamanı cavabdehin verdiyi izahatla öz təsdiqini tapmışdır. Cavabdeh1 və avtomobilin sahibi Cavabdeh2 barəsində İXM-nin 327.2, 332.2, 334.1 və 335.1-ci maddələri ilə inzibati tənbehin görülməsi üçün qərarın surəti Zaqatala RPŞ-nə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 02.04.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 500 manat inzibati cərimə edilmişdir. "xxxx" ASC tərəfindən "SUBARU İMPREZA" markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 3500 manat məbləğində müəyyən edilərək sığorta ödənişi kimi həmin avtomobilin sahibinə ödəmişdir. Cavabdeh spirtkli içki qəbul edərək, sürücülük hüququ olmadan avtomobili idarə edib yol-nəqliyyat hadisəsi törədərək üçüncü şəxsin əmlakına, avtomobilinə vurduğu zərərə görə ödənilmiş 3500 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq "Azsiğorta” ASC-yə verilməlidir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh X8 iddia tələbini qəbul etməyərək bildirdi ki, “VAZ2106 ” markalı **-BE-*** qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Cavabdeh1 onun oğludur və 21.03.2016-cı il tarixdə Əli ondan da icazə alaraq ona məxsus avtomobili sürücülük hüququ olmadan içkili vəziyyətdə idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən hadisənin törənməsində onun təqsiri yoxdur və yol nəqliyyat hadisəsi zamanı “Subaru İmpreza ”markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi Cavabdeh1 tərəfindən ödənilməlidir. İddianın ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılmasına dair məlumatdan görünür ki, “VAZ-21061” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində PAZ********** saylı sığorta müqaviləsinə əsasən 20.04.2015-ci il tarixdən 20.04.2016-cı il tarixədək sığorta edilmişdir. İş materiallarında olan 7E-2702 nömrə ilə reyestrdə qeyd edilmiş Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-V seriyalı 180038 nömrəli Etibarnamədən görünür ki, X1 Zərnişan Şaban qızına VAZ21061 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməsi, bağışlaması, ipoteka qoyması, onun üzərində sərəncam verməsi, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, digər hərəkətləri 02.03.2017-ci il tarixədək etibar etmişdir. İş materiallarında olan 12 may 2016-cı il tarixli 2833 nömrəli ödəniş tapşırığından görünür ki, 3500 manat vəsait Azsığorta ASC tərəfindən X6 ödənmişdir. İş materiallarında olan 02 aprel 2016-cı il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən edilmiş hallardan görünür ki, 21.03.2016-cı il tarixdə saat 15 radələrində Zaqatala şəhəri Azərbaycan prospekti ilə “VAZ- 21061” minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomaşın yüksək sürətlə Zaqatala şəhəri Qazangül qəsəbəsinə tərəf hərəkət edən zaman, eyni istiqamət üzrə həmin vaxt onun qarşısında aşağı sürətlə hərəkətdə olan “Subaru İmpreza” markalı ** BE *** dövlət nömrə nişanlı avtomaşını ötüb keçmək üçün düz xətti tapdalayaraq, yolun soluna yəni, qarşı yola çıxmaqla ötmə əməliyyatını həyata keçirmək istəyəndə, əks istiqamət üzrə hərəkətdə olan avtomaşın qarşısına çıxmışdır. Bununla da o yenidən öz yoluna qayıtmaq istəyəndə sözügedən “Subaru İmpreza” markalı avtomaşınla yan ara məsafəsini düzgün seçə bilməmiş və nəticədə idarə etdiyi avtomaşının qabaq sağ qanadı “Subaru İmpreza” markalı avtomaşının sol arxa qapısından toqquşaraq, yol nəqliyyat hadisəsini törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “VAZ 21061” markalı ** BE *** dövlət nömrə nişanlı avtomaşın bir neçə dəfə aşaraq toqquşma nöqtəsindən 79 metr aralıda yolun solunda körpünün qurtaracağında ağzı yuxarı aşmış vəziyyətdə dayanmışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin - girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq, 3-cü bəndinin - qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir, həmin maddənin Vİİ hissəsinin - qarşılıqlı keçmə çətinləşən hallarda - hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir - tələblərini pozaraq qarşısında eyni istiqamətdə hərəkətdə olan Zaqatala şəhər Saleh Qocayev küçəsi, ev 8-də yaşayan X9 Zaqatala şəhər Azərbaycan prospekti ilə üzü Zaqatala şəhər Qazangül qəsəbəsinə doğru idarə etdiyi "SUBARU İMPREZA” markalı, AZ ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili, arxasınca eyni istiqamət üzrə yüksək sürətlə sürücülük hüququ olmadan baş etibarnamə ilə anası Cavabdeh2 məxsus olan VAZ 1106 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 ötüb keçmək üçün düz xətti tapdalayaraq yolun soluna yəni, qarşı yola çıxmaqla ötmə əməliyyatını həyata keçirmək istəmişdir. Ancaq həmin vaxt o, qarşı yolda əks istiqamət üzrə hərəkətdə olan ağ rəngli dövlət qeydiyyat nişanını yadda saxlamadığı avtomaşınla qarşılaşmış və ona görə də məcbur qalaraq yenidən öz yoluna qayıtmaq istəmişdir. Bununla da o sağ yanında artıq onunla paralel şəkildə eyni istiqamət üzrə hərəkətdə olan sözügedən “Subaru İmpreza” markalı avtomaşınla yan ara məsafəsini düzgün seçə bilməmiş və nəticədə onun idarə etdiyi avtomaşının qabaq sağ qanadı Subaru markalı avtomaşının sol arxa qapısından toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin qərarla müəyyən edilmiş hallardan görünür ki, X11 03.11.2011-ci il tarixdə Şəki 08 saylı RQİB-i tərəfindən AB seriyalı 685114nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. AB seriyalı 048051 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "SUBARU İMPREZA” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayon mkr.Dağıstan küçəsi ev 57 mənzil 51-də yaşayan X10 məxsusdur. Zaqatala rayon 1 saylı dövlət notarial kontorunun dövlət notariusu N.R.Məmmədova tərəfindən verilmiş ƏN seriyalı 283917 №-li etibarnamənin surətindən görünür ki. X13 tərəfindən 31 mart 2011-ci il tarixdən 21 yanvar 2029-cu il tarixədək X2 "SUBARU İMPREZA" markalı, AZ ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə baş etibarnamə verilmişdir. İş materiallarında olan 12 may 2016-cı il tarixli 1350/FQ/CML-1257-2016 nömrəli Sığorta Aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X15 arasında 21.04.2015ci il tarixdə sığorta müqaviləsi bağlanmış “VAZ-21061” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq 21.04.2015 – 20.04.2016-cı il tarixə sığorta müddətində sığorta təminatı almışdır. “VAZ-21061” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi üzrə 21 mart 2016-cı il tarixdə baş vermiş sığorta hadisəsində zərərçəkən X10 məxsus “Subaru İmpreza” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3500 manat məbləğində müəyyən olunmuş və müvafiq olaraq X10 hesablanan sığorta ödənişi 3500 manat miqdarında olmuşdur. İş materiallarında olan AD seriyalı 146898 nömrəli avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, X12 məxsus ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil 21.04.2015-ci il tarixdən 20.04.2016-cı il tarixədək sığortalanmışdır. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli 3(033)-101/2016 nömrəli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat inzibati cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş Dəymiş zərərin hesabatından görünür ki, “Subaru İmpreza” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı 2007-ci il istehsalı avtomobilə 3500 manat zərər dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nzirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli 9/6137-8/2106 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin 10.05.2016-cı il tarixli və “Avtomobillərə texniki xidmət sexinin 28.03.2016-cı il tarixli qüsur aktında məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla-2007-ci il buraxılışlı “Subaru İmpreza” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3500,0 manat müəyyən edilir. Qeyd edilir ki, nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilərkən, konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd olunur ki, baxış zamanı nəqliyyat vasitələrinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nzirliyi Məhkəmə Ekspertiza Mərkəzininekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarından müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X15 arasında 21.04.2015-ci il tarixdə sığorta müqaviləsi bağlanmış “VAZ-21061” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq 21.04.2015 – 20.04.2016-cı il sığorta müddətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-V seriyalı 180038 nömrəli Etibarnaməyə əsasən X7 tərəfindən “VAZ-21061” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməsi, bağışlaması, ipoteka qoyması, onun üzərində sərəncam verməsi, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, digər hərəkətləri etməyi Cavabdeh2 02.03.2017-ci il tarixədək etibar etmişdir. Cavabdeh1 21 mart 2016-cı il tarixdə saat 15 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 51-ci maddəsinin 1-ci və 3-cü bəndlərinin, həmin maddənin 7-ci hissəsinin tələblərini pozmaqla idarə etdiyi “VAZ-21061” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Subaru İmpreza” markalı AZ **-BE-*** minik avtomobilinə ziyan vurmuşdur. “Subaru İmpreza” markalı AZ **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər Azsığorta ASC tərəfindən 3500 manat həcmində qiymətləndirilmiş və həmin məbləğ 12 may 2016-cı il tarixli ödəniş tapşırığına əsasən həmin avtomobili baş etibarnamə əsasında idarə edilməsi etibar edilən X6 ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nzirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli 9/6137-8/2106 nömrəli ekspert rəyi ilə də “Subaru İmpreza” markalı AZ **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3500 manat həddində qiymətləndirilmişdir. İddiaçı iddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 isə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaya münasibət bildirməmişdir. Digər Cavabdeh2 isə iddianın ona aid hissədə təmin edilməməsini xahiş edir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1, 13.2 və 13.3-cü maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırarsa subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən, tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçmişdir və ona görə də, dəymiş zərər həddində iddia tələbi təmin edilməlidir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını sadalanan qanunvericilik normaları baxımından təhlil edərək, belə nəticəyə gəlir ki, Cavabdeh1 spirtli içki qəbul edərək sürücülük hüququ olmadan 21 mart 2016-cü il tarixdə saat 15 radələrində Zaqatala şəhər Azərbaycan prospekti ilə hərəkətdə olarkən yüksək sürətlə idarə etdiyi “VAZ- 21061” minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomaşınla Zaqatala şəhəri Qazangül qəsəbəsinə tərəf hərəkət edən zaman, eyni istiqamət üzrə həmin vaxt onun qarşısında aşağı sürətlə hərəkətdə olan “Subaru İmpreza” markalı ** BE *** dövlət nömrə nişanlı avtomaşını ötüb keçmək üçün düz xətti tapdalayaraq, yolun soluna yəni, qarşı yola çıxmaqla ötmə əməliyyatını həyata keçirmək istəyəndə, əks istiqamət üzrə hərəkətdə olan avtomaşın qarşısına çıxmışdır. Bununla da o yenidən öz yoluna qayıtmaq istəyəndə sözügedən “Subaru İmpreza” markalı avtomaşınla yan ara məsafəsini düzgün seçə bilməmiş və nəticədə idarə etdiyi avtomaşının qabaq sağ qanadı “Subaru İmpreza” markalı avtomaşının sol arxa qapısından toqquşaraq, yol nəqliyyat hadisəsini törətmişdir. Həmin hadisə nəticəsində “Subaru İmpreza” markalı ** BE *** dövlət nömrə nişanlı avtomaşına 3500 manat zərər dəymiş və yol nəqliyyat hadisəsinə (sığorta hadisəsinə) görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sığortaçı) tərəfindən zərərçəkmiş şəxsə ödənilən (sığorta məbləği) 3500 manat məbləğində sığorta ödənişinin cavabdehlərdən tutulması qanuni və əsaslıdır. Göründüyü kimi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3500 manat sığorta ödənişini «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən Cavabdeh1 və «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, yəni məlumatı olduğu halda avtomobili sürücülük hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə idarə etmək üçün vermiş Cavabdeh2 tələb etməkdə haqlıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3500 manat sığorta ödənişi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3500 (üç min beş yüz) manat sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu, cəmi 3530 (üç min beş yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X5 kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-41/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-41/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver