Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-416/2021 15.11.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala rayon İcra Hakimiyyətinə qarşı fərdi yaşayış evində açılmış pəncərələrin bağlanması, yağış sularının qarşısını almaq məqsədi ilə novun cavabdehin hesabına quraşdırılması, fərdi yaşayış evinin divarına bitişik su kranının yerinin cavabdehin hesabına dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə doğru açılmış 4 (dörd) ədəd pəncərənin cavabdehin hesabına çölü şəffaf olaraq göstərməyən xüsusi şüşələr ilə təchiz edilməsi və pəncərələrin mülkiyyətində olan əmlaka doğru açılmaması üçün birdəfəlik bağlanılması, cavabdehin evinin damından axan yağış sularının həyətinə tökülməsinin qarşısının alınması üçün cavabdehin hesabına novun quraşdırılması və mülkiyyətində olan torpaq sahəsində yerləşən yararsız halda olan fərdi yaşayış evinin divarına bitişik su kranının cavabdehin hesabına yerinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəməyə ərizələr və barşıq sazişi təqdim edərək aralarında olan mübahisəyə barışıqla son vermək məqsədi ilə aralarında barışıq sazişi bağladıqlarını, məhkəməyə təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlayırlar:
1. "İddiaçı" və "Cavabdeh" aralarında olan razılaşmaya əsasən Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-416/2021 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar;
2. Razılaşmaya əsasən "İddiaçı", "Cavabdeh" tərəfindən sonuncuya məxsus Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi-53 ünvanında yerləşən fərdi yaşayış evindən "İddiaçı"nın mülkiyyətində olan Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi-51 ünvanında yerləşən fərdi yaşayış evinə doğru açılmış 4 (dörd) ədəd pəncərənin "Cavabdeh"in hesabına çölü şəffaf olaraq göstərməyən xüsusi şüşələr ilə təchiz edilməsi və pəncərələrin mülkiyyətində olan əmlaka doğru açılmaması üçün birdəfəlik bağlanılması müqabilində hazırki iddialarından əl çəkir.
3. "Cavabdeh", "İddiaçı" tərəfindən hazırki iş üzrə iddialarından əl çəkməsi müqabilində, mülkiyyətində olan Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi-53 ünvanında yerləşən fərdi yaşayış evindən "İddiaçı”nın mülkiyyətində olan Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi-51 ünvanmda yerləşən fərdi yaşayış evinə doğru açılmış 4 (dörd) ədəd pəncərənin öz hesabına çölü şəffaf olaraq göstərməyən xüsusi şüşələr ilə təchiz edilməsini və pəncərələrin "İddiaçı”nın mülkiyyətində olan H.Z.Tağıyev küçəsi-53 ünvanında yerləşən fərdi yaşayış evinə doğru açılmaması üçün birdəfəlik bağlanılmasını öhdəsinə götürür.
4. "İddiaçı"-ya və "Cavabdeh"-ə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) o cümlədən, həmin Məcəllənin 261.0.2-ci və 261.0.5-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir) maddələrinin tələbləri aydındır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, sazişin şərtləri qanunun tələblərinə zidd deyil və tərəflər arasında mübahisənin həllinə kömək etməklə digərlərinin hüquqlarını pozmur. Hazırkı mərhələdə tərəflər barışıq sazişi ilə bağlı izahat verərək sazişin nəzərə alınmasını məhkəmədən xahiş edirlər. Məhkəmənin qənətincə tərəflərin barışıq sazişi ilə bağlı hərəkətlərində hər hansı qanunsuz hal aşkar edilmir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 262.4, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala rayon İcra Hakimiyyətinə qarşı fərdi yaşayış evində açılmış pəncərələrin bağlanması, yağış sularının qarşısını almaq məqsədi ilə novun cavabdehin hesabına quraşdırılması, fərdi yaşayış evinin divarına bitişik su kranının yerinin cavabdehin hesabına dəyişdirilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. "İddiaçı" və "Cavabdeh" aralarında olan razılaşmaya əsasən Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-416/2021 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar;
2. Razılaşmaya əsasən "İddiaçı", "Cavabdeh" tərəfindən sonuncuya məxsus Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi-53 ünvanında yerləşən fərdi yaşayış evindən "İddiaçı"nın mülkiyyətində olan Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi-51 ünvanında yerləşən fərdi yaşayış evinə doğru açılmış 4 (dörd) ədəd pəncərənin "Cavabdeh"in hesabına çölü şəffaf olaraq göstərməyən xüsusi şüşələr ilə təchiz edilməsi və pəncərələrin mülkiyyətində olan əmlaka doğru açılmaması üçün birdəfəlik bağlanılması müqabilində hazırki iddialarından əl çəkir.
3. "Cavabdeh", "İddiaçı" tərəfindən hazırki iş üzrə iddialarından əl çəkməsi müqabilində, mülkiyyətində olan Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi-53 ünvanında yerləşən fərdi yaşayış evindən "İddiaçı”nın mülkiyyətində olan Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi-51 ünvanmda yerləşən fərdi yaşayış evinə doğru açılmış 4 (dörd) ədəd pəncərənin öz hesabına çölü şəffaf olaraq göstərməyən xüsusi şüşələr ilə təchiz edilməsini və pəncərələrin "İddiaçı”nın mülkiyyətində olan H.Z.Tağıyev küçəsi-53 ünvanında yerləşən fərdi yaşayış evinə doğru açılmaması üçün birdəfəlik bağlanılmasını öhdəsinə götürür.
4. "İddiaçı"-ya və "Cavabdeh"-ə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) o cümlədən, həmin Məcəllənin 261.0.2-ci və 261.0.5-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir) maddələrinin tələbləri aydındır.
İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala rayon İcra Hakimiyyətinə qarşı fərdi yaşayış evində açılmış pəncərələrin bağlanması, yağış sularının qarşısını almaq məqsədi ilə novun cavabdehin hesabına quraşdırılması, fərdi yaşayış evinin divarına bitişik su kranının yerinin cavabdehin hesabına dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər.
Sədrlik edən Tural Həsənov hakimi Elçin Mehdiyev