Məhkəmə qərarları › İş №2(033)-42/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-42/2022

29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-42/2022 29.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 İddiaçı Həsənsulatan oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak, olmadıqda onların dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12232,50 manat pulun, əldən çıxmış faydanın əvəzi olaraq 5000 manatın və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 manat dəyərində 1 ədəd yarımkürələr xəritəsi, 20 manat dəyərində 1 ədəd Azərbaycan xəritəsi, 7 manat dəyərində 11 ədəd ingilis dili dərs vəsaiti, 8,5 manat dəyərində 11 ədəd abuturiyentlər üçün ingilis dilindən dərs vəsaiti, 30 manat dəyərində 1 ədəd qol saatı, 25 manat dəyərində 1 ədəd divar saatı, 45 manat dəyərində 1 ədəd sərinkeş, 5 manat dəyərində 20 ədəd dibçək, 15 manat dəyərində 1 ədəd pərgar üçün lövhə, 1 manat dəyərində 10 dəst boşqab, 0,60 manat dəyərində 10 dəst xörək qaşığı, 16 manat dəyərində 1 ədəd lövhə üçün transporter, 170 manat dəyərində 1 ədəd reklam lövhəsi, 280 manat dəyərində 1 ədəd qeydiyyat stolu, 550 manat dəyərində 1 ədəd ofis mebel dəsti, 21 manat dəyərində 6 ədəd dəri stul, 80 manat dəyərində 10 dəst mebel stolu, 25 manat dəyərində 30 dəst stul, 32 manat dəyərində 36 dəst parta, 42 manat dəyərində 4 ədəd parta, 550 manat dəyərində 1 ədəd A3 surətçıxarma aparatı, 170 manat dəyərində 1 ədəd hava telefonu, 14 manat dəyərində 1 dəst telefon aparatı, 40 manat dəyərində 1 ədəd Wifi modem, 20 manat dəyərində 350 ədəd qadın çəkmələrinin, olmadıqda həmin əmlakların dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırlmışdır ki, iş üzrə Cavabdeh iddiaçıya məxsus 12232,50 manat dəyərindəki əşyaları qanunsuz olaraq satmışdır. O bununla bağlı Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmişdir. Zaqatala RPŞ-nin 18 fevral 2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında"qərara əsasən ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən 12232,50 manat pul və əldən çıxmış faydanın əvəzi olaraq 5000 manat alınaraq ona ödənilməlidir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Həsənsulatan oğlu iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, ZİYA-E MMC-nin təsisçisi və rəhbəridir. 2013-cü ildən Ali məktəblərə Hazırlıq kursu açıb işlədir və fəaliyyəti Mingəçevir və Şəki şəhərində olmuşdur. 28 may 2017-ci ildə o, Zaqatala şəhərində İ.Şamil 5 ünvanında qeyri yaşayış binasını icarəyə götürüb hazırlıq kursu açmışdır. O, həmin binanı Cavabdeh icarəyə götürmüşdür. İcarəyə götürdükdə 700 manat icarə haqqı verməyə razılaşmışdır. Lakin o, 500 manat icarə haqqı vermişdir. Çünki binanın bir hissəsini başqa bir Əli adlı şəxs icarəyə götürmüşdür. Təxminən 5-6 ay sonra həmin Əli adı şəxs ordan çıxmış və Şahin ondan 700 manat icarə pulunu istəməyə başlamışdır. Lakin o, 500 manat icarə haqqı vermişdir. 2019-cu ilin dekabr ayının 29-na kimi o, işləmişdir. Həmin vaxta kimi onun Şahinə 1800 manat borcu qalmışdır. O, Şahindən pulu ödəmək üçün vaxt istəmiş, lakin sonuncu ona vaxt verməmişdir. Şahin ondan binanın açarlarını götürmüşdür. O, həmin binadan sadəcə A4 kserokopiya aparatını, bir ədəd noutbooku, bir nəfər şagirdə aid medal və sənədlərini götürmüşdür. Digər ona məxsus olan 1 ədəd reseption stolu, 1 ədəd ofis mebel dəsti, 6 ədəd kojalı ağ qara stul, 10 ədəd mebel stolları, 30 ədəd döşək altı stulları, 36 ədəd parta, 4 ədəd plastik lövhə, 1 ədəd A3 kserokopiya, 1 ədəd hava telefonu, 1 ədəd ev telefonu aparatı, 1 ədəd vayfay aparatı, kursun skladında saxlanılan 350 ədəd qadın çəkmələri, çöl reklamı, 10 ədəd dibçək orada qalmışdır. 08.02.2020-ci il tarixdə o, Cavabdeh orada olan inventarlarını satdığını öyrənmişdir. Onun ümumi 12000 manat dəyərində invertarları orada qalmışdır. Belə olanda o, DİN-in “102" xidmətinə zəng vurub məlumat vermişdir. O, tələbinin ona məxsus invertarların qaytarılması olduğunu bildirmişdir. Zaqatala Rayon Polis Şöbəsinin 18 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda cavabdehdən əldən çıxmış faydanın əvəzi olaraq 5000 manat pul tələb edir. İddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbinə münasibət bildirərək göstərdi ki, 2 il əvvəl Elnur adlı şəxsə ünvan 2 ünvanında yerləşən binanı icarəyə vermişdir. O, Elnurla ilkin olaraq ilk iki ayda 500 manat, digər aylarda isə 700 manat icarə haqqı verməyə razılaşmışlar. Lakin Elnur ona 500 manatdan artıq pul verməmişdir. Bundan əlavə o, bildirmişdir ki, Elnur icarə pulunu gah bu aydan digər aya keçirmiş, gah da aylıq ödənişi verməyib borclu qalmışdır. O, Elnura dəfələrlə icarə müqaviləsi bağlamağı təklif etsə də, Elnur razılaşmamışdır. Elnur binada təmir işləri aparmış və pulu icarə pulundan tutmuşdur. O, Elnurun ona 2300 manat borcu qaldığını qeyd etmişdir. O, Elnurdan pulu istədikdə Elnur hər dəfə müxtəlif yalanlarla onun pulunu verməmişdir. Sonuncu dəfə Elnur çoxlu sayda qadın çəkmələri gətirib onun binasında boşaltmışdır. Elnur ona həmin çəkmələri satıb pulunu qaytaracağını demişdir. Lakin həmin çəkmələr satılmamış və Elnur onun pulunu qaytarmamışdır. Hal-hazırda da həmin çəkmələr binadadır və əlavə yer tutur. O, Elnur pulu vermədiyi üçün binada olan iddiada göstərilən invertarları Qax rayonunda kurs işlədən Anar adlı şəxsə icarəyə vermişdir. Elnur pulu qaytaran kimi inventarları geri qaytaracaqdır. Binadakı invertarları üçüncü bir şəxsə versə də, Elnurun gətirdikləri qadın çəkmələri hələ də yer tutaraq ona məxsus binada qalmışdır. Elnurla əgər pulu qaytarmadığı təqdirdə əşyalarını satacağı ilə aralarında razılaşma olmuşdur. Lakin Elnur sonra DİN-in 102 nömrəsinə zəng vuraraq ondan şikayət etmişdir. O da öz növbəsində Elnura gəlib əşyalarını götürməyi təklif etmişdir. Ərizədə qeyd etdiyi qadın çəkmələri bu günədək də ondadır və iddiaçıya həmin əşyaları qaytarmağa hazırdır. Digər əşyaları isə ona pul ödəndikdən sonra qaytaracaqdır. Məhkəmə iddiaçı, cavabdehin izahatlarını və çıxışlarını, dinləyib mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işdə olan “Kristal MM” Məhdud Məulliyətli Cəmiyyətin 19 iyun 2020-ci il tarixli rəyindən görünür ki, Kristal MM şirkətinin ekspertləri tərəfindən İddiaçı vurulmuş maddi ziyanı müəyyən etmək üçün qiymətləndirmə işləri həyata keçirilmişdir. Qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislər tərəfindən İddiaçı ilə söhbət aparılmış, ərizəyə əlavə edilmiş foto materiallar araşdırılmış, vəziyyəti xarakterizə edən operativ məlumatlardan istifadə olunmaqla hal-hazırki dövr üçün zərərin dəyəri müəyyən olunmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, dəymiş zərərin 19 iyun 2020-ci il tarixinə olan təqribi dəyəri aşağıdakı kimidir: 25 manat dəyərində 1 ədəd yarımkürələr xəritəsi, 20 manat dəyərində 1 ədəd Azərbaycan xəritəsi, hər biri 7 manat olmaqla cəmi 77 manat dəyərində 11 ədəd ingilis dili dərs vəsaiti, hər biri 8,5 manat olmaqla cəmi 93,50 manat dəyərində 11 ədəd abuturiyentlər üçün ingilis dilindən dərs vəsaiti, 30 manat dəyərində 1 ədəd qol saatı, 25 manat dəyərində 1 ədəd divar saatı, 45 manat dəyərində 1 ədəd sərinkeş, hər biri 5 manat olmaqla cəmi 100 manat dəyərində 20 ədəd dibçək, 15 manat dəyərində 1 dəst pərgar üçün lövhə, hər biri 1 manat olmaqla cəmi 10 manat dəyərində 10 dəst boşqab, hər biri 0,60 manat olmaqla cəmi 6 manat dəyərində 10 dəst xörək qaşığı, 16 manat dəyərində 1 ədəd lövhə üçün transporter, 170 manat dəyərində 1 ədəd reklam lövhəsi, 280 manat dəyərində 1 ədəd qeydiyyat stolu, 550 manat dəyərində 1 ədəd ofis mebel dəsti, hər biri 21 manat olmaqla cəmi 126 manat dəyərində 6 ədəd dəri stul, hər biri 80 manat olmaqla cəmi 800 manat dəyərində 10 dəst mebel stolu, hər biri 25 manat olmaqla cəmi 750 manat dəyərində 30 dəst stul, hər biri 32 manat olmaqla cəmi 1152 manat dəyərində 36 dəst parta, hər biri 42 manat olmaqla cəmi 168 manat dəyərində 4 ədəd plastik lövhə, 550 manat dəyərində 1 ədəd A3 surətçıxarma aparatı, 170 manat dəyərində 1 ədəd hava telefonu, 14 manat dəyərində 1 dəst telefon aparatı, 40 manat dəyərində 1 ədəd Wifi modem, hər biri 20 manat olmaqla cəmi 7000 manat dəyərində 350 ədəd qadın çəkmələri. İş materiallarında olan Zaqatala Rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı X5 tərəfindən 18 fevral 2020-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı DİN-in 102 xidmətinə və Zaqatala RPŞ-yə müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ona məxsus inventarların Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı Zaqatala Rayon Məhkəməsinə müraciət edə bilməh hüququ izah edilmişdir. Həmin qərarda araşdırma zamanı müəyyən edilmiş hallardan görünür ki, 2017-ci ilin may ayında Şəki şəhər sakini Camalov X1 şəhəri İ.Şamil küçəsi 5 ünvanında yerləşən Cavabdeh məxsus qeyri yaşayış binasını icarəyə götürərək orada “ZİYA-E” adlı hazırlıq kursu açmışdır. İddiaçı 700 manat icarə haqqı verməyə razılaşsa da hər ay 500 manatdan artıq icarə pulu verməmişdir. İddiaçı digər aylarda da icarə pulunu verməyərək Cavabdeh borclu qalmışdır. Cavabdeh İddiaçı tərəfindən ona qalan borcunu ödəmədiyi üçün binada olan invertarları sonuncu tərəfindən borcu qaytarılana kimi İstiqlal tədris mərkəzinin Qax rayon filialının müdiri X4 vermişdir. Cavabdeh binada olan digər invertarları versə də İddiaçı tərəfindən müraciətində göstərdiyi 7000 manat dəyərində olan qadın çəkmələrini verməmiş binada qalmışdır. İş materiallarında olan X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 fevral 2022-ci il tarixli 636 nömrəli qiymətləndirmə rəyindən görünür ki, 25 adda əşyanın qiymətləndirilməsi aparılmış və aparılmış tədqiqatlar nəticəsində qərardadda qeyd olunan əşyaların 2020-ci il üçün orta bazar qiyməti - 11781 manat, 2021-ci il üçün isə 12570.33 manat müəyyən edilmişdir. O cümlədən: Qeyd 1: Ekspertizaya təqdim edilmiş siyahıda sadalanan əmlakın bir qisminin konkret istehsal yeri, modeli, istismar müddəti, istifadəyə yararlıq dərəcəsi barədə və bəzi əşyalara dair fotoşəkillər olmadığına görə onların 2020-ci il tarixinə mövcud olmuş bazar qiyməti nəzəri və təxmini hesablama yolu ilə şərti müəyyən edilir.Qeyd 2: Dövlət Statistika Komitəsinin 2020-ci il ile 2021-ci il arasında İstehlak qiymətləri indeksinin 6.7% artım olduğu müəyyən olunmuşdur. Həmin artımı nəzərə alaraq 2020-2021-ci illər arasındakı qiymətlərdə müəyyən edilmiş fərq cədvəldə öz əksini tapmışdır. İş materiallarında olan X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin Ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, iddiaçı Camalov X1 şəhəri İ. Şamil küçəsi 5 ünvanında yerləşən Cavabdeh məxsus qeyri yaşayış binasını 2017-ci ildə icarəyə götürərək orada hazırlıq kursu açmışdır. O 2019-cu ilin dekabr ayının 29-na kimi Cavabdeh məxsus qeyri yaşayış binasında fəaliyyət göstərmiş və o tarixə iddiaçının cavabdehə icarə haqqını mütəmadi ödəmədiyinə görə borcu qalmışdır. İddiaçı həmin binadan çıxdıqdan sonra ona məxsus 25 adda müxtəlif əşyalar da Cavabdeh məxsus qeyri yaşayış binasında qalmışdır. İddiaçı hazırda iddia ərizəsi ilə müraciət edərək 1 ədəd yarımkürələr xəritəsi, 20 manat dəyərində 1 ədəd Azərbaycan xəritəsi, 7 manat dəyərində 11 ədəd ingilis dili dərs vəsaiti, 8,5 manat dəyərində 11 ədəd abituriyentlər üçün ingilis dilindən dərs vəsaiti, 30 manat dəyərində 1 ədəd qol saatı, 25 manat dəyərində 1 ədəd divar saatı, 45 manat dəyərində 1 ədəd sərinkeş, 5 manat dəyərində 20 ədəd dibçək, 15 manat dəyərində 1 ədəd pərgar üçün lövhə, 1 manat dəyərində 10 dəst boşqab, 0,60 manat dəyərində 10 dəst xörək qaşığı, 16 manat dəyərində 1 ədəd lövhə üçün transporter, 170 manat dəyərində 1 ədəd reklam lövhəsi, 280 manat dəyərində 1 ədəd qeydiyyat stolu, 550 manat dəyərində 1 ədəd ofis mebel dəsti, 21 manat dəyərində 6 ədəd dəri stul, 80 manat dəyərində 10 dəst mebel stolu, 25 manat dəyərində 30 dəst stul, 32 manat dəyərində 36 dəst parta, 42 manat dəyərində 4 ədəd parta, 550 manat dəyərində 1 ədəd A3 surətçıxarma aparatı, 170 manat dəyərində 1 ədəd hava telefonu, 14 manat dəyərində 1 dəst telefon aparatı, 40 manat dəyərində 1 ədəd Wifi modem, 20 manat dəyərində 350 ədəd qadın çəkmələrinin, olmadıqda həmin əmlakların dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh həmin əşyaların onda olduğunu bildirmiş və iddiaçıya onları təhvil verməyə hazır olduğunu qeyd etmişdir. İddia ərizəsində qeyd edilən iddiaçıya məxsus cavabdehdə olan əşyalarının dəyərini müəyyən etmək məqsədi ilə qiymətləndirilmə həyata keçirilmiş və X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 fevral 2022-ci il tarixli 636 nömrəli qiymətləndirmə rəyinə əsasən 25 adda əşyanın qiymətləndirilməsi aparılmış və aparılmış tədqiqatlar nəticəsində qərardadda qeyd olunan əşyaların 2020-ci il üçün orta bazar qiyməti - 11781 manat, 2021ci il üçün isə 12570.33 manat müəyyən edilmişdir. Əşyaların adları və dəyəri qiymətləndiricinin rəyində olan müvafiq cədvəldə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən maddəsinin tələblərinə əsasən müvafiq olaraq mülkiyyətçi öz əmlakını özgənin qanunsuz istifadəsindən geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinin tələbinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və 164.2-ci maddələri nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı mübahisə edilən əşyaların həqiqətən də cavabdehə məxsus qeyri yaşayış binasında qalması tərəflərin izahatları ilə yanaşı mülki iş materiallarında olan digər sənədlərlə də sübuta yetirilir və ona görə də, iddia tələbi həmin əşyalar naturada mövcud olduqda əşyaların, əşyalar mövcud olmadığı halda əşyaların dəyərinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində təmin edilməlidir. İş materiallarından da görünür ki, iddiaçının tələb etdiyi əmlaklar ona məxsus olmuşdur. Məhkəmə sübutların tədqiqi nəticəsində də müəyyən etdi ki, həmin əmlaklar Cavabdeh qanunsuz sahibliyindədir. İşin bu halları isə tərəflər tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin ona icarə haqqı adı altında dəymiş maddi zərər barədə aidiyyətı üzrə müraciət etmək hüququ vardır. Hansı ki, etirazında göstərir ki, Elnur ona olan borc pulu vermədiyi üçün binada olan iddiada göstərilən invertarları Qax rayonunda kurs işlədən Anar adlı şəxsə icarəyə vermişdir. Elnur pulu qaytaran kimi inventarları geri qaytaracaqdır. Göründüyü kimi, iddiaçı mübahisələndirilən əmlakların mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan 25 adda əmlakın cavabdehdə olması və həmin əmlaklardan cavabdehin istifadə etməsi iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının özünə məxsus olan əmlaklardan sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehin qanunsuz sahibliyində olan iddia ərizəsində göstərilən əmlaklar alınaraq İddiaçı Həsəlsultan oğluna qaytarılmalıdır. Eyni zamanda Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyi reallığa daha uyğun olduğundan və tərəflər tərəfindən mübahisələndirilmədiyindən mübahisələndirilən əmlakların dəyərinin həmin rəyə uyğun müəyyən edilməsi daha məqsədə müvafiqdir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın əvəzinin Cavabdeh alınaraq iddiaçıya verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Şərh edilən normaların məzmunundan görünür ki zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması başa düşülür. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən əldən çıxmış faydanın məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona məxsus əşyaların saxlaması və qaytarılmaması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia tələbi bu hissədə rədd edilməlidir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi “əldən çıxmış faydanın əvəzi olan 5000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə şərh olunanların yekunu kimi belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, məhkəmə iclasında mövcudluğu və iddiaçıya məxsus olması sübut edilmiş İddiaçı Həsəlsultan oğluna məxsus 21,34 manat dəyərində 1 ədəd yarımkürələr xəritəsi, 16,01 manat dəyərində 1 ədəd Azərbaycan xəritəsi, 82,16 manat dəyərində 11 ədəd ingilis dili dərs vəsaiti, 82,16 manat dəyərində 11 ədəd abuturiyentlər üçün ingilis dilindən dərs vəsaiti, 21,34 manat dəyərində 1 ədəd qol saatı, 26,68 manat dəyərində 1 ədəd divar saatı, 37,35 manat dəyərində 1 ədəd sərinkeş, 106,70 manat dəyərində 20 ədəd dibçək, 16,01 manat dəyərində 1 ədəd pərgar üçün lövhə, 7,47 manat dəyərində 10 dəst boşqab, 5,34 manat dəyərində 10 dəst xörək qaşığı, 16,01 manat dəyərində 1 ədəd lövhə üçün transporter, 170,72 manat dəyərində 1 ədəd reklam lövhəsi, 288,09 manat dəyərində 1 ədəd qeydiyyat stolu, 533,50 manat dəyərində 1 ədəd ofis mebel dəsti, 128,04 manat dəyərində 6 ədəd dəri stul, 800,25 manat dəyərində 10 dəst mebel stolu, 800,25 manat dəyərində 30 dəst stul, 1152,36 manat dəyərində 36 dəst parta, 128,04 manat dəyərində 4 ədəd parta, 533,50 manat dəyərində 1 ədəd A3 surətçıxarma aparatı, 85,36 manat dəyərində 1 ədəd hava telefonu, 10,67 manat dəyərində 1 dəst telefon aparatı, 32,01 manat dəyərində 1 ədəd Wifi modem, 7469 manat dəyərində 350 ədəd qadın çəkmələri naturada, bu mümkün olmadığı halda onların dəyərini təşkil edən 12570,36 manat pul cavabdehdən alınaraq, iddiaçıya qaytarılmalı, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 15 manat dövlət rüsumu tutularaq İddiaçı Həsən oğluna ödənilməli, 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçı Həsən oğlu və Cavabdeh müştərək qaydada alınaraq Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin, Kapitalbank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB400900C**********208 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Həsəlsultan oğluna məxsus 21,34 (iyirmi bir manat otuz dörd qəpik) manat dəyərində 1 ədəd yarımkürələr xəritəsi, 16,01 (on altı manat bir qəpik) manat dəyərində 1 ədəd Azərbaycan xəritəsi, 82,16 (səksən iki manat on altı qəpik) manat dəyərində 11 ədəd ingilis dili dərs vəsaiti, 82,16 (səksən iki manat on altı qəpik) manat dəyərində 11 ədəd abuturiyentlər üçün ingilis dilindən dərs vəsaiti, 21,34 (iyirmi bir manat otuz dörd qəpik) manat dəyərində 1 ədəd qol saatı, 26,68 (iyirmi altı manat altmış səkkiz qəpik) manat dəyərində 1 ədəd divar saatı, 37,35 (otuz yeddi manat otuz beş qəpik) manat dəyərində 1 ədəd sərinkeş, 106,70 (bir yüz altı manat yetmiş qəpik) manat dəyərində 20 ədəd dibçək, 16,01 (on altı manat bir qəpik) manat dəyərində 1 ədəd pərgar üçün lövhə, 7,47 (yeddi manat qırx yeddi qəpik) manat dəyərində 10 dəst boşqab, 5,34 (beş manat otuz dörd qəpik) manat dəyərində 10 dəst xörək qaşığı, 16,01 (on altı manat bir qəpik) manat dəyərində 1 ədəd lövhə üçün transporter, 170,72 (bir yüz yetmiş manat yetmiş iki qəpik) manat dəyərində 1 ədəd reklam lövhəsi, 288,09 (iki yüz səksən səkkiz manat doqquz qəpik) manat dəyərində 1 ədəd qeydiyyat stolu, 533,50 (beş yüz otuz üç manat əlli qəpik) manat dəyərində 1 ədəd ofis mebel dəsti, 128,04 (bir yüz iyirmi səkkiz manat dörd qəpik) manat dəyərində 6 ədəd dəri stul, 800,25 (səkkiz yüz manat iyirmi beş qəpik) manat dəyərində 10 dəst mebel stolu, 800,25 (səkkiz yüz manat iyirmi beş qəpik) manat dəyərində 30 dəst stul, 1152,36 (bir min bir yüz əlli iki manat otuz altı qəpik) manat dəyərində 36 dəst parta, 128,04 (bir yüz iyirmi səkkiz manat dörd qəpik) manat dəyərində 4 ədəd parta, 533,50 (beş yüz otuz üç manat əlli qəpik) manat dəyərində 1 ədəd A3 surətçıxarma aparatı, 85,36 (səksən beş manat otuz altı qəpik) manat dəyərində 1 ədəd hava telefonu, 10,67 (on manat altmış yeddi qəpik) manat dəyərində 1 dəst telefon aparatı, 32,01 (otuz iki manat bir qəpik) manat dəyərində 1 ədəd Wifi modem, 7469 (yeddi min dörd yüz altmış doqquz) manat dəyərində 350 ədəd qadın çəkmələri naturada, bu mümkün olmadığı halda onların dəyərini təşkil edən 12570,36 (on iki min beş yüz yetmiş manat otuz altı qəpik) manat pul vəsaiti alınaraq iddiaçıya qaytarılsın. Cavabdeh 15 (on beş) manat dövlət rüsumu tutularaq İddiaçı Həsən oğluna ödənilsin. 15 (on beş) manat dövlət rüsumu İddiaçı Həsən oğlunun özünə aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat İddiaçı Həsən oğlundan və Cavabdeh müştərək qaydada alınaraq Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin, Kapitalbank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB400900C**********208 hesabına köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar