Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-48/2021 01.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, İddiaçı5, onun vəkili X5, Cavabdeh6 və onun vəkili X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı “torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, “Daşınmaz əmlakın alqı-satqı müqavilələri”nin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin etibarsız sayılması, Zaqatala rayonu, Bəhmətli kəndində 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və Zaqatala rayonu, Bəhmətli kəndində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 2018-ci il tarixdə tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız sayılması, iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri"nin etibarsız sayılması (hesab edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu məhkəməyə məktub göndərərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmiş, digər şəxslər isə gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasən digər iddiaçılar ilə ümumi birgə mülkiyyətlərinə Zaqatala rayonu, Bəhmətli kəndində 3,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində hüquqları JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh6 onları məhkəməyə verdikdən sonra məlum olmuşdur ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş və üzərində hüquqları JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə rəsmiləşdirilmiş Zaqatala rayonu, Bəhmətli kəndində 3,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,81 ha hissəsi üzərində iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 İbrahimxəli oğlunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş və bundan sonra həmin torpaq sahəsi iş üzrə Cavabdeh6 satılmışdır. Halbuki, qeyd etdiyi kimi, cavabdehlərin aralarında alqı-satqı əməliyyatını həyata keçirdikləri Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 2,0 ha torpaq sahəsinin 1,81 ha hissəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş və JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə rəsmiləşdirilmişdir. Həm Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı, həm də JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" hal-hazıradək də qüvvədədir və heç bir dövlət orqanı və yaxud məhkəmə tərəfindən ləğv edilməmişdir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməklərinin səbəbi - iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin etibarsız sayılmasını (hesab edilməsini); Zaqatala rayonu, Bəhmətli kəndində 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və Zaqatala rayonu, Bəhmətli kəndində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 2018-ci il tarixdə tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız sayılmasını (hesab edilməsini); iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşmmaz əmlakm alqı-satqı müqavilələri"nin etibarsız hesab edilməsini məhkəmədən xahiş etməkdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı5 vəkili X8 İddiaçı5 izahatına və iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh6 iddia ərizəsi qəbul etmədiyini iddiaçılara ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan 1996-cı il tarixdə ayrılmış torpaq sahəsinin ona məxsus torpaq sahəsindən daha yuxarı ərazidə yerləşdiyini bildirdi, həmçinin göstərdi ki, onunla iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələr qanunvericiliyə uyğun olaraq bağlanmışdır. İddia ərizəsinin rədd edilməsini xahiş edir. Cavabdeh6 vəkili X4 hüquqlarını müdafiə etdiyi cavabdehin izahatına uyğun çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Zaqatala Rayon Məhkəməsinin 2(033)-48/2021 nömrəli 01 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı verdiyi iddia tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin etibarsız sayılması, Zaqatala rayonu, Bəhmətli kəndində 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və Zaqatala rayonu, Bəhmətli kəndində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 2018-ci il tarixdə tarixdə daşmmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız sayılması” hissəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsi rədd olunmalıdır. Belə ki, işdə olan Cavabdeh2 adına verilmiş A seriyalı 435086 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə ona Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 5000 kv.m. kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. X10 kitabında 12 aprel 2013-cü il tarixdə 465 nömrə ilə uçota alınmışdır. İşdə olan Cavabdeh2 adına verilmiş A seriyalı 435086 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə ona Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 15000 kv.m. kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. X10 kitabında 12 aprel 2013-cü il tarixdə 466 nömrə ilə uçota alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində torpaq sahəsinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində torpaq sahəsinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 18.02.2018-ci il tarixdə reyestrdə 4Ə-269 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Musayeva X7 rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1500 manata Cavabdeh6 satmışlar. İşdə olan Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 18.02.2018-ci il tarixdə reyestrdə 4Ə-268 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Musayeva X7 rayonu Bəhmətli kəndində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2000 manata Cavabdeh6 satmışlar. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-317 KOD 40203018 saylı dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, X6, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Zaqatala rayonu Aqrar İslahatı Komissiyasının 18 iyul 1996-cı il tarixli 38 nömrəli qərarı ilə 3,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC tərəfindən 428 nömrəli, 23 oktyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, mülki işə əlavə edilmiş sullarla bağlı Zaqatala rayonu Bəhmətli kəndi ərazisində yerləşən İddiaçı1 və digərlərinin JN-317 dövlət aktı ilə mülkiyyətlərinə verilən 3,26 ha torpaq sahəsinin 317 saylı plan üzrə 1,8188 ha torpaq sahəsi əsasında istifadə etdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları qeydə alınmışdır. Qeydə alınan koordinatların hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində, eləcə də X3 materialında və ortofotoplan üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır. Belə ki, ərazinin ümumi xəritəsində iddiaçıların istifadəsində olduğu torpaq sahəsi ilə DƏDRX tərəfindən cavabdehlərin mülkiyyətinə verilən A seriyalı 246177 nömrəli və A seriyalı 435087 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən naturada torpaq sahələrinin konturları üst-üstə düşür. Üst-üstə düşən mübahisəli torpaq sahələri ArcMap və Autocad proqramı vasitəsilə hazırlanan ortofotoplanda aydın şəkildə göstərilmişdir. Rəyə ortofotoplan və baxış aktı əlavə olunur. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə araşdırmaları nəticəsində aydın oldu ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 18.02.2018-ci il tarixdə reyestrdə 4Ə-269 və 4Ə-268 nömrələr ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli və AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Musayeva X7 rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini Cavabdeh6 satmışlar. İddiaçı məhkəməyə müraciət edərək, bağlanmış alqı-satqı müqavilələrnin etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Məhkəmə işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab edir ki, mübahisələndirilən müqavilə iddia edildiyi kimi etibarsız əqd hesab edilə bilməz. İşdə əqdin etibarsız hesab olunmasına əsas verən hallar mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Qanunvericiliyin tələblərinə əsasən hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notariat təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə, notariat hərəkətlərinin aparılması qaydaları bu qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. «Notariat haqqında» qanuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdləri təsdiq edərkən, digər vəzifələrlə yanaşı, notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; əmlakın özgəninkiləşdirən şəxsə məxsus olmasını yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17,38,46 və 49-cu bəndlər). Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmununun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Məhkəmə həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki ümumiyyətlə sözügedən mübahisəli torpaq sahələrinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iş materiallarından görünür ki, mübahisəli torpaq sahələri dövlət reyestrindən çıxarışa əsasən cavabdehlərin mülkiyyətində olmuş, cavabdehlər isə mülkiyyətlərində olan torpaq sahələrini Cavabdeh6 satmışdır. Məhkəmə sonda iddiaçı tərəfin mübahisələndirdiyi “ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların qeyri-qanuni” olmasına da münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ərarvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. İşin faktiki hallarından aydın olur ki, mübahisələndirilən alqı-satqı bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamış, əksinə iddiaçı etibarsız hesab edilməsini iddia etdiyi mübahisəli torpaq sahələrinin satılması üçün torpaq sahəsinin mülkiyyətçiləri öz iradəsi ilə notariat kontoruna getmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş, alqı-satqı müqaviləsi Məcəllədə göstərilmiş qaydada notariat qaydasında təsdiqlənmişdir. Konstitusiya Məhkəməsinin daha öncə xatırlanan hüquqi mövqeyinə görə iddia tələbində qeyd olunan hallar mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməzdi. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsаssız оlduğundаn iddiа tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsinin təmin edilməsi üçün əsаs оlа bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı iddiа tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Məhkəmə hesab edir ki, iddia ərizəsi rədd edildiyinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat iddiaçılardan tutularaq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia tələbi təmin edilmədiyindən İddiaçı5 dövlətə ödədiyi 10 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı iddiа tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsi rədd edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-48/2021 nömrəli 01 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı verdiyi iddia tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin etibarsız sayılması, Zaqatala rayonu, Bəhmətli kəndində 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və Zaqatala rayonu, Bəhmətli kəndində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 2018-ci il tarixdə tarixdə daşmmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız sayılması” hissəsi üzrə mülki işin icraatına xitam verilməsi nəzərə alınsın. 10 (on) manat dövlət rüsumu İddiaçı5 özünə aid edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müştərək qaydada 300 (üç yüz) manat ekspertiza xərci alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-48/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-48/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver