Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-49/2022 23.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Nümayəndə Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı3, iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhər 06 saylı hüquq məsləhətxanasının vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünərək ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünərək ayrılması” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ilə paylı mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 2339,55 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon Əliabad qəsəbəsində ümumi sahəsi 2339,55 kv.m-dən ibarət olan daşınmaz əmlakın 3/6 hissəsi X4, 1/6 hissəsi İddiaçı3, 1/6 hissəsi X1 olmaqla əmlakın ümumilikdə 5/6 hissəsi iddiaçıların, 1/6 hissəsi isə cavabdehin mülkiyyətindədir. İddiaçılar paylı mülkiyyətlərində olan bu əmlak kompleksindən cavabdeh səbəbindən birgə istifadə mümkünsüz hala gəldiyindən onun naturada bölünməsi zərurəti yaranmışdır. Lakin, cavabdeh paylı mülkiyyətlərində olan əmlakın bölgüsünə razılıq vermir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 və iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 01 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, iddiaçıların nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 oktyabr 2019-cu il olan Çıxarışın və inventar nömrəsi 705 olan Əmlak kompleksinin Texniki pasportunun surətindən görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində 1,127585 ha torpaq sahəsində yerləşən 2339,55 kvm sahədən ibarət əmlak kompleksi paylı mülkiyyət hüququ üzrə payı 3/6 hissə olmaqla İddiaçı1, payı 1/6 hissə olmaqla Cavabdeh, payı 1/6 hissə olmaqla İddiaçı3 və payı 1/6 hissə olmaqla X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Yerində müayinə nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4911 saylı 22 dekabr 2021-ci il tarixli rəyindən aydın olmuşdur ki, mübahisə predmeti olan tikili, tərəzi binası, idarə binası, yeməkxana və yanacaq binası, istehsal binası və 2 anbardan ibarət olmaqla ümumi sahəsi 2339.55 kvm olan əmlak kompleksidir. Tədqiq olunan əmlak kompleksində ölçü işləri aparılan zaman tikilinin ölçülərinin mülk iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilən **********83-12301 reyestr nömrəli Texniki Pasport sənədində qeyd olunan ölçülərlə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Ekspert tərəfindən qeyd olunur ki, məhkəmə tikinti-X6 Metodlarında göstərilənlərə görə qeyriyaşayış sahələrinin tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında paylara uyğun sahələr üzrə tikililər və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 2339.55 kvm olan qeyri-yaşayış sahəsinin tərəflər (mülkiyyətçilər) üzrə payları aşağıdakı kimi müəyyən olunur: İddiaçı1 - 1169.7 m2 (2339.55 x 3/6), Cavabdeh - 389.9 kvm (2339.55 x 1/6), İddiaçı3 - 389.9 kvm (2339.55 x 1/6), X3 - 389.9 kvm (2339.55 x 1/6). Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində inşa edilmiş, ümumi sahəsi 2339.55 kvm olan əmlak kompleksinin paylara uyğun şəkildə bölünməsi Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Belə ki, mübahisə predmeti olan əmlak kompleksinin bölgüsü zamanı təyinatı üzrə ayrı-ayrılıqda istifadəsi mümkün deyildir. Beləliklə mübahisə predmeti olan Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 2339.55 kvm olan əmlak kompleksinin tərəflər (mülkiyyətçilər) arasında naturada bölgüsü texniki cəhətdən mümkün deyildir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin üçüncü hissəsində təsbit edilmişdir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməlindən biri hesab edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1ci maddəsinə görə mülkiyyət hüququ mülkiyyətçiyə ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinin tələbinə görə isə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 oktyabr 2019-cu il olan Çıxarışa əsasən Zaqatala rayonunun Əliabad qəsəbəsində 1,127585 ha torpaq sahəsində yerləşən 2339,55 kvm sahədən ibarət əmlak kompleksi paylı mülkiyyət hüququ üzrə payı 3/6 hissə olmaqla İddiaçı1, payı 1/6 hissə olmaqla Cavabdeh, payı 1/6 hissə olmaqla İddiaçı3 və payı 1/6 hissə olmaqla X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Barəsində mübahisə gedən əmlak kompleksinin paylı mülkiyyətçiləri olan iddiaçılar paylarının ayrılması üsulu və şərtləri haqqında cavabdehlə razılığa gələ bilmədiklərindən onlar öz paylarının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmənin 01 sentyabr 2021-ci il tarixli 2(033)-769/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4911 saylı 22 dekabr 2021-ci il tarixli ekspert rəyi alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4911 saylı 22 dekabr 2021-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, belə qənaətə gəlir ki, barəsində mübahisə gedən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 2339,55 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin paylı mülkiyyətçilərinin paylarına münasib olaraq naturada bölünməsi mümkün deyildir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinin tələbinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı sonuncu ilə paylı mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 2339,55 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin paylara uyğun naturada bölünərək ayrılması tələbinə dair iddiaları təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri olan 20 manat dövlət rüsumu iddiaçılara aid edilməli, 50 manat ekspertiza xərci iddiaçılardan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı sonuncu ilə paylı mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 2339,55 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin paylara uyğun naturada bölünərək ayrılması tələbinə dair iddiaları təmin edilməsin. Dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat iddiaçılara aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 (əlli) manat iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nümayəndə
Məhkəmə qərarları › İş №2(033)-49/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-49/2022
23.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver