Məhkəmə qərarları › İş №2(033)-561/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-561/2021

15.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-561/2021 15.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ona məxsus əmlakların həbsdən azad olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-869/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qərardadı ilə ona məxsus olmuş xalçaların üzərinə qoyulmuş həbsin götürülməsinə və ona məxsus həmin əmlakların həbsdən azad olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, üçüncü şəxs qismində cəlb edilmiş X5 və Zaqatala rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, neçə illərdir Zaqatala rayonunda mağazalarda xalça satışı ilə məşğul olur. Bununla bağlı adına illər əvvəldən VÖEN də açdırmış və müvafiq vergilərini vaxtında ödəyir. Cavabdeh onun atasıdır. Atası yaşlı adam olduğundan və heç bir yerdə işləmədiyindən atası mağazada xalçaların satılmasında ona sadəcə işçi kimi kömək etmişdir. Bir müddət əvvəl atası ilə arasında atasının başqa şəxslə arasında olan pul söhbətinə görə mübahisəsi yaranmışdır. Belə ki, ona məlum olmuşdur ki, həmin pul məsələsinə görə atasına qarşı məhkəmədə iddia qaldırılmış və həmin məhkəmə işi zamanı ona məxsus xalçaların üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)- 869/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh fəaliyyət göstərdiyi, Zaqatala rayonu 2 saylı bazarda yerləşən mağazalarda olan 51900 (əlli bir min doqquz yüz) manat dəyərində xalçalar üzərinə həbs qoyulması qərara alınmışdır. Halbuki Cavabdeh həmin mağazalarda yalnız ata kimi ona kömək etmişdir. Həmin xalçaların məhz onun tərəfindən gətirilməsi, ona məxsus olması müvafiq qaimələrlə də öz təsdiqini tapır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-869/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh fəaliyyət göstərdiyi, Zaqatala rayonu 2 saylı bazarda yerləşən mağazalarda olan 51900 (əlli bir min doqquz yüz) manat dəyərində xalçalar üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin xalçalar ona məxsus deyil, oğlu olan-İddiaçı məxsusdur. Məhkəmə qətnamələri ondan 51900 (əlli bir min doqquz yüz) manat borcun tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Həmin borcun xalçalara yönəldilməsini istəmir, borcunu ödəyəcəkdir. Ona görə də iddianın təmin edilərək xalçaların üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)- 869/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh fəaliyyət göstərdiyi, Zaqatala rayonu 2 saylı bazarda yerləşən mağazalarda olan 51900 (əlli bir min doqquz yüz) manat dəyərində xalçalar üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-44/2020 nömrəli, 03 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək Cavabdeh 51900 (əlli bir min doqquz yüz) manat borcun tutularaq iddiaçı X3 ödənilməsi, 30 (otuz) manat dövlət rüsumunun əvəzi olaraq ödənilmiş vəsaitin Cavabdeh tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi, Cavabdeh 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli, 2(107)-1205/2020 nömrəli qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(107)-862/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1205/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən oldu ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-869/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qərardadı ilə xalçaların üzərinə həbs qoyulan zaman Cavabdeh həmin xalçaların ona məxsus olduğunu bildirmiş, bunun da nəticəsi olaraq qeyd olunan qərardaddan şikayət verməmiş, həmin qərardadı mübahisələndirməmişdir. İddiaçı isə hazırda üzərinə həbs qoyulmuş xalçaların ona məxsus olduğunu bildirir, həmin vaxtdan iki il keçdikdən sonra həmin əmlakların üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. İş materiallarından da görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-869/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş xalçaların ona məxsus olmasını sübut edə bilməmiş, məhkəməyə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə qanuni qüvvəsini almış qərardad və qətnamələrlə üzərinə həbs qoyulmuş xalçaların Cavabdeh məxsus olması öz təsdiqini tapmışdır. Bundan başqa, iddiaçı mübahisələndirilən əmlakları həbsdən azad etməklə qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 2(033)-44/2020 nömrəli, 03 fevral 2020ci il tarixli qətnaməsi ilə qət edilmiş pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsini təmin etməkdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı ona məxsus əmlakların həbsdən azad olunması tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı ona məxsus əmlakların həbsdən azad olunması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar