Məhkəmə qərarları › İş №2(033)-7/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-7/2022

30.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-7/2022 30.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qarayev Timur Abdulməcidoviçin katibliyi, İddiaçı1 və onun vəkili Şərifov Samir Cuma oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı sökülmüş hasarın bərpası və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizıəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən, AR ƏMDK-sı yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin verdiyi xx.xx.2020-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0.10 ha torpaq sahəsində cavabdeh tərəfindən sökülmüş hasarın bərpa edilməsinə və dəymiş ziyan olaraq 490 manat maddi zərər, ödədikləri dövlət rüsumu 20 manat olmaqla, cəmi 510 manat məbləğində pulun cavabdehdən alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 sonradan iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində göstərilmiş 490 manat maddi zərərin iddia ərizəsindən çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə ilə müraciət edərək Zaqatala rayonu, Üçüncü Tala kəndində yerləşən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0,10 ha torpaq sahəsində yerləşən və Cavabdeh tərəfindən sökülmüş hasarın cavabdehin hesabına bərpa edilməsi, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 311 manat pulun, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi, o cümlədən ekspertiza xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı2, İddiaçı3 və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 məhkəməyə ərizə təqdim edərək mülki işlə bağlı əlavə araşdırma zərurəti yarandığından iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı sökülmüş hasarın bərpası və pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar