Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-71/2022 25.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Zaqatala rayonu X19 və Cavabdeh2 qarşı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən 06 may 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar 18 may 2021ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Aşağı Tala kənd bələdiyyəsinin mülkiyyətində olan 7,74 ha torpaq sahəsi 06 may 2021-ci il tarixdə keçirilmiş hərracda Cavabdeh2 7,74 ha torpaq sahəsinin qalibi olmuşdur. Hərrac keçirildikdən sonra sözügedən torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh2 49 illiyə icarəyə verilmişdir. 18 may 2021-ci il tarixdə həmin şəxsə icarə müqaviləsi əsasında torpaq sahəsinin verilməsinə baxmayaraq sözügedən torpaq sahəsindən hazırki vaxtadək özü istifadə etmişdir. Həmin torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir və həmin torpaq sahəsindən hazırda da istifadə edir. Lakin hərrac keçirilən zaman torpaq sahəsindən daim istifadə edən şəxs hərraca dəvət edilmədən, həmin torpaq sahəsi Cavabdeh2 icarəyə verilmişdir. Qanunvericilik normalarından da görünür ki, hərracın keçirilməsi barədə alqı-satqı predmeti olan əşyanın hərraca çıxarılması barədə məlumat hərrac keçirilməzdən 30 gün əvvəl bildirilməli idi. Lakin ona bu barədə heç bir məlumat verilməmişdir. Hesab edir ki, hərracın nəticələrinə dair protokol qanunsuz olduğundan ləğv edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, istifadə etdiyi torpaq sahəsinin 50 illik icarəyə götürülməsi üçün Zaqatala rayon X19 müraciət etmiş və ona hələ torpaq sahəsinin müsabiqəyə çıxarılmadığı bildirilmişdir. Ona görə də, bundan sonra həmin torpaq sahəsindən istifadə etməyə davam etmişdir. Onun torpaq sahəsindən istifadə etməsi ilə bağlı ona hər hansı orqan tərəfindən irad bildirilməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o Zaqatala rayonu X15 sifarişi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən təşkil edilmiş 06 may 2021-ci il tarixli hərracda qalib gələrək Zaqatala rayonu X15 mülkiyyətində olan 7,74 ha torpaq sahəsini 49 il müddətinə icarəyə götürmək hüququ qazanmışdır. 06 may 2021-ci il tarixli 53 nömrəli müsabiqənin nəticələrinə dair protokol tərtib edilmiş və şəhadətnamə verilmişdir. Həmin sənədlər əsasında onunla Zaqatala rayonu X15 sədri arasında icarə müqaviləsi bağlanmışdır və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Qeyd edilən torpaq sahəsindən o uzun illərdir ki, istifadə edir və həmin torpaq sahəsinin ona icarəyə verilməsi üçün o dəfələrlə şifahi və yazılı şəkildə Zaqatala rayonu X19 müraciət etmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir və o öz mülkiyyətində olan torpaqla yanaşı ətrafda yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən də istifadə etmişdir, lakin həmin torpaq sahələri ona icarəyə verilmiş torpaq sahəsinin daxilində deyil, qonşuluğunda yerləşir. İddiaçı 1 il onun istifadəsində olan-hərrac vasitəsilə aldığı torpaq sahəsinin bir hissəsini əkmiş və həmin il ona iradını bildirmiş, lakin aralarında narazılıq olmaması və əkilmiş məhsula zərər vurmaq istəmədiyindən həmin il iddiaçını o torpaqdan çıxmağa məcbur etməmişdir. İddia ərizəsi məhkəmənin icraatında olduğu zaman da iddiaçı həmin torpaq sahəsini əkmişdir. Bununla bağlı o, polis şöbəsinə müraciət etmiş, şöbədə aparılan araşdırılma zamanı ona dəymiş ziyan ödənildiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddia tələbi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X18 izahat verərək göstərmişdir ki, Zaqatala rayonu X15 mülkiyyətində olan 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi üçün hərrac təşkil olunmuşdur. Hərrac bələdiyyə tərəfindən təqdim edilmiş sənədlər əsasında və elan yerləşdirilməklə təşkil edilmiş və Zaqatala rayonu X15 mülkiyyətində olan torpaq sahəsi hərracın nəticələrinə əsasən Cavabdeh2 icarəyə verilmişdir. Onların keçirdikləri hərrac qanuni olmuş, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verməmişlər. Ona görə də, hesab edir ki, iddia tələbi əsassızdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Zaqatala rayonu X15 nümayəndəsi X4 izahat verərək göstərmişdir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri X15 mülkiyyətindədir. Həmin torpaq sahəsi hərrac keçirilməklə Cavabdeh2 icarəyə verilmişdir. Həmin torpaq sahəsinin 2 ha sahəsi uzun illərdir ki, İddiaçı istifadəsində olmuş, o, həmin əraziyə tütün əkmişdir. Həmçinin İddiaçı hazırda mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda özünə məxsus torpaq sahəsi də yerləşir. İddiaçı həmin mübahisələndirilən torpaq sahəsinin daxilində yerləşən torpaq sahəsini istifadə etdiyindən 2019-cu il tarixdə bələdiyyəyə rəsmi olaraq ərizə ilə müraciət etmişdir ki, həmin torpaq sahəsini onun icarəsinə versin. Lakin hərrac keçirilən zaman ona məlumat verilməmişdir. İddia tələbinə münasibət bildirərək qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, Zaqatala rayonu X15 mülkiyyətində olan və hazırda Cavabdeh2 icarəyə verilmiş torpaq sahəsinin 6 ha hissəsi 2012-2013-cü illərdən atası mülki iş üzrə iddiaçı tərəfindən istifadə olunmuş, 1 hektarı isə onun tərəfindən örüş yeri kimi istifadə edilmiş və iddiaçının istifadəsində olan həmin torpaq sahəsində müxtəlif illərdə taxıl və tütün əkilmişdir. Əkin bitdikdən sonra həmin torpaq sahəsi də onun tərəfindən örüş yeri kimi istifadə edilib. İstifadə etdikləri torpaq sahəsinin 50 illik icarəyə götürülməsi üçün atasına Zaqatala rayon X19 müraciət etməyi təklif etmiş və atası müraciət etdikdə ona hələ torpaq sahəsinin müsabiqəyə çıxarılmadığı bildirilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, o uzun illərdir ki, traktor və kombayn kimi texnikanı idarə edir və rayonun hər bir kəndində əkin və biçin mövsümlərində icarəyə götürdüyü texnika ilə kəndli və fermerlərin istifadəsində olan torpaq sahələrində onların sifarişi ilə iş görür. Cavabdeh2 2015-ci ildən tanıyır. Həmin ildə ilk dəfə Cavabdeh2 ona özünə məxsus torpaq sahəsində əkilmiş məhsulun yığılması üçün müraciət etmişdir. Həmin torpaq sahəsi Zaqatala rayonu Aşağı Tala kəndində Filman calğalar deyilən ərazidə 200 metr içəridə yerləşir. O qeyd edilən torpaq sahəsində yetişən məhsulu 2015-ci ildə kombayn vasitəsi ilə yığarkən həmin torpaq sahəsinin daşlı və nahamar olduğunu müşahidə etmiş və Elxana torpaq sahəsinin düzgün əkilib malalanmadığını bildirmişdir. Torpaq sahəsində görülmüş işin dəyəri torpaq sahəsinin həcmindən asılı olduğundan onunla Elxan arasında ödəniləcək məbləğə görə fikir ayrılığı olmuşdur. Bu səbəbdən o işlədiyi torpaq sahəsinin koordinatlarını müəyyən etmək məqsədi ilə orada GPS vasitəsi ilə ölçmə işləri aparmış və torpaq sahəsinin 17,57 ha olduğunu Cavabdeh2 bildirmişdir. O İddiaçı da kənd təsərrüfatı ilə məşğul olan bir şəxs kimi tanıyır və onun öz mülkiyyətində olan torpaq sahəsində onun sifarişi ilə əvvəllər iş görmüşdür. Bildiyinə görə İddiaçı istifadə etdiyi torpaq sahəsi, Cavabdeh2 torpağından kənarda yerləşir. O, 2015-ci ildən Cavabdeh2 sifarişi ilə əkmişdir və həmin torpaq sahəsinin qeyd etdiyi tarixdən Elxanın istifadəsində olduğunu bilir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, 2020-ci ilədək Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Elxan Xammədovu kənd sakini və fermer kimi tanıyır. X21 rayonu X19 məxsus torpaq sahələrində taxıl əkini ilə məşğul olmuş, son illərədək kənd sakinlərə boş qalmış ərazilərdə əkin işləri ilə məşğul olmaları tövsiyyə edilmişdir. Elxan Xammədov da həmin tövsiyyələr əsasında 15 ha torpaq sahəsində əkin işləri aparmışdır. Həmin torpaq sahəsinin dəqiq yerini bilmir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi tam mülkiyyət hüququ əsasında Zaqatala rayon X15 adına daşınmaz əmlakın dövlət reyestrində 181 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə **********0 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Zaqatala rayonu X19 ünvanlanmış və 243 nömrə ilə xx.xx.2019cu il tarixdə qeydiyyata alınmış müraciətdən görünür ki, Muğanlı yolunun günçıxan istiqamətində uzun müddət onun istifadəsində olan 7 hektara yaxın torpaq sahəsində taxılçılıq və tütün əkini ilə məşğul olurlar. Həmçinin həmin torpaq sahəsində münbidləşdirmə və yaxşılaşdırma işləri aparmış, hesab edir ki, sözügedən torpaq sahəsi onun icarəsinə verilməlidir. Qeyd edilənləri nəzərə alaraq həmin torpaq sahəsinin onun icarəsinə verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh2 tərəfindən Zaqatala rayonu X19 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Zaqatala rayonu X19 məxsus olan Muğanlı yol ərazisində yerləşən 15 ha torpaq sahəsinə dair onlarla 50 illik icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Zaqatala rayonu X15 28 oktyabr 2020-ci il tarixli 19 saylı iclasının protokolundan çıxarışdan görünür ki, X15 mülkiyyətində olan kateqoriyası kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü kənd təsərrüfatı məhsulları istehsalı olan, o cümlədən hər bir hektar torpaq sahəsinin icarə haqqının ilkin qiyməti 150 (bir yüz əlli ) manat olmaqla 7,74 ha torpaq sahəsinin icarə haqqının ilkin qiyməti 1161 (bir min bir yüz altmış bir) manat olmaqla növbəti 49 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün icarəyə verməkdən ötrü müsabiqəyə çıxarılması qərara alınmışdır. Müsabiqə hərracda iştirak etmək üçün ərizədən görünür ki, Zaqatala rayonu X15 mülkiyyətində olan 77400,0 kv.metr və ya 7,74 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X22 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin edilməsi üçün Cavabdeh2 05 may 2021-ci il tarixdə müraciət etmişdir. Müsabiqə hərracda iştirak etmək üçün ərizədən görünür ki, Zaqatala rayonu X15 mülkiyyətində olan 77400,0 kv.metr və ya 7,74 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X22 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin edilməsi üçün X10 05 may 2021-ci il tarixdə müraciət etmişdir. Müsabiqə hərracda iştirak etmək üçün ərizədən görünür ki, Zaqatala rayonu X15 mülkiyyətində olan 77400,0 kv.metr və ya 7,74 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X22 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin edilməsi üçün X7 05 may 2021-ci il tarixdə müraciət etmişdir. Cavabdeh2 tərəfindən 05 may 2021-ci il tarixdə verilmiş təklifdən görünür ki, o, Zaqatala rayonu X15 mülkiyyətində olan 77400,0 kv.metr və ya 7,74 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 1161 (bir min bir yüz altmış bir) manat olan ilkin icarə qiymətinə qarşı 1280 (bir min iki yüz səksən) manat təklif etmişdir. X10 tərəfindən 05 may 2021-ci il tarixdə verilmiş təklifdən görünür ki, o, Zaqatala rayonu X15 mülkiyyətində olan 77400,0 kv.metr və ya 7,74 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 1161 (bir min bir yüz altmış bir) manat olan ilkin icarə qiymətinə qarşı 1238 (bir min iki yüz otuz səkkiz) manat təklif etmişdir. X7 tərəfindən 05 may 2021-ci il tarixdə verilmiş təklifdən görünür ki, o, Zaqatala rayonu X15 mülkiyyətində olan 77400,0 kv.metr və ya 7,74 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 1161 (bir min bir yüz altmış bir) manat olan ilkin icarə qiymətinə qarşı 1170 (bir min bir yüz yetmiş) manat təklif etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 06 may 2021-ci il tarixi 53 nömrəli iclas protokolundan görünür ki, "Komissiya” tərəfindən Zaqatala rayon ərazisində yerləşən X15 mülkiyyətinə aid 77400,0,0 kv.metr və ya 7,74 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 06 may 2021-ci il tarixdə keçirilən müsabiqədə iştirak edən şəxslərin siyahısı təsdiq edilmiş, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasında açılmışdır. Müsabiqədə 1280,0 (bir min iki yüz səksən) manat ən yüksək təklif vermiş Cavabdeh2 - Zaqatala rayonu Aşağı Tala kəndi eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanuna müvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. AM seriyalı 12523 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin şəhadətnaməsindən görünür ki, Xəmmədov X11 rayonu X15 mülkiyyətində olan 77400,0 kv.m və ya 7,74 ha olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 06 may 2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir. İşdə olan Zaqatala rayonu X15 16 may 2021-ci il tarixli 14 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmlak məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X22 ərazi torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən 06 may 2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuş Cavabdeh2 ilə 06 may 2021-ci il tarixli 12523 nömrəli hərracın qalibi şəhadətnaməsinə uyğun olaraq notariat müqavilə bağlanması qərara alınmışdır. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Zaqatala rayonu X15 sədri X1 rayonu Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 7,74 ha olan torpaq sahəsini Zaqatala rayonu X15 xx.xx.2020-ci il tarixli iclasın 19 saylı protokolundan çıxarışa əsasən və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X22 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə 53 nömrəli protokoluna əsasən xx.xx.2070-ci il tarixədək illik 1280 manat icarə haqqı müəyyən edilməklə Cavabdeh2 icarəyə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Zaqatala rayon X15 mülkiyyətində olan 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-xx.xx.2070-ci illər ərzində 49 il müddətinə Cavabdeh2 xeyrinə xx.xx.2021-ci il tarixli 3M-181 saylı icarə müqaviləsinə əsasən illik icarə haqqı 1280 manat olmaqla yüklü edilmişdir. Zaqatala RİHB-nın Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 17 aprel 2020-ci il tarixli 732 nömrəli arayışından görünür ki, Xəmmədov X11 rayonu Aşağı Tala kəndində 15 ha sahəsi son 10 ildə kənd təsərrüfatı məhsulları əkib becərir. Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 03 nömrəli 11 aprel 2022ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquq müeyyənedici sənədlər əsasında naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən və Zaqatala rayonu, X15 mülkiyyətində olan 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin konkret ölçüləri, sərhədləri və koordinatları müəyyən edilmişdir. Müəyyənləşdirilən torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. Tədqiqat nəticəsində İddiaçı istifadəsində olan torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən və Zaqatala rayonu, X15 mülkiyyətində olan 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində tam həcmdə yerləşməsi müəyyən olunmuşdur. Yeni, mübahisələndirilən 7.74 ha torpaq sahəsi faktiki olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan çıxarışla icarəyə verilmişdir. İddiaçı istifadə etdiyi torpaq sahəsinə baxış zamanı orada çay bitkisinə rast gəlinmədiyi üçün bu sahədə tədqiqat aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 10/5516 nömrəli ekspert rəyindən görünür ki, hüquqmüəyyənedici sənədlər əsasında naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən və Zaqatala rayonu, X15 mülkiyyətində olan 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin konkret ölçüləri, sərhədləri və koordinatları müəyyən edilmişdir. Müəyyənləşdirilən torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə gösterilmişdir. Tədqiqat nəticəsində İddiaçı istifadəsində olan torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən və Zaqatala rayonu, X15 mülkiyyətində olan 7.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində tam həcmdə yerləşməsi müəyyən olunmuşdur. Yəni mübahisələndirilən 7.74 ha torpaq sahəsi faktiki olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan çıxarışla verilmişdir. İddiaçının əkdiyi çay bitkisinin əkilməsinin hansı illərlə təsadüf etməsi məsələsinin müəyyən edilməsi, məhkəmə tikintitexniki ekspertinin səlahiyyətlərinə aid olmadığı üçün həmin sual üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 10/5516 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizanın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon polis şöbəsinin 23 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK- 1/554 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 06 may 2021-ci ildə Aşağı Tala bələdiyyəsi “Hacıbulaq” adlanan çöl sahəsindəki 7.74 ha bələdiyyə torpağını uzun müddətli müqavilə ilə istifadəyə verilməsi üçün hərraca çıxarmışdır. Hərracda Zaqatala rayonu Aşağı Tala kənd sakini Cavabdeh2 qalib olmuş və torpaq sahəsini uzun müddətli müqavilə ilə icarəyə götürmüşdür. Cavabdeh2 icarəyə götürdüyü “Hacıbulaq” adlanan çöl sahəsindəki 7.74 ha bələdiyyə torpağının 0.2 ha hissəsi 20 ildir ki, İddiaçı istifadəsindədir və 2022-ci ildə İddiaçı həmin 2 ha sahəyə tütün əkmişdir. Tütün əkdikdən sonra İddiaçı həmin sahənin hərraca çıxarıldığını bilmiş və istifadəsində olmasına baxmayaraq hərrac barədə ona məlumat verilmədiyi, hərraca dəvət olunmadığı üçün hərracın nəticələrinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 14-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. 16-cı maddəsinin 2-ci bəndinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 51-ci maddəsinin 6-cı bəndinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.7-ci maddəsinə əsasən bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu 9-cu maddəsinin 5-ci abzasına əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına. Torpaq İcarəsi haqqında Qanun 10-cu maddəsinə əsasən bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. Torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını araşdırıb iddiaçının və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən 7,74 ha torpaq sahəsi Zaqatala Rayon X15 mülkiyyətindədir və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 181 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində bələdiyyə mülkiyyəti kimi Zaqatala rayonu X15 adına rəsmiləşdirilmişdir. Zaqatala Rayon X19 məxsus torpaq sahəsi uzun illər İddiaçı istifadəsində olmuş və həmin torpaq sahəsinin ona icarəyə verilməsi üçün Zaqatala Rayonu X19 müraciət etmiş və müraciəti sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bələdiyyənin mülkiyyətində olan- 7,74 ha torpaq sahəsi illik ilkin icarə qiymətini 1161 manat müəyyən edərək 49 il müddətinə icarəyə verilməsi ilə bağlı bələdiyyə tərəfindən hərrac komissiyasına müraciət olunmuşdur. Həmin torpaq sahəsi hərraca çıxarılmış, 7,74 ha torpaq sahəsi ilə bağlı 06 may 2021-ci il tarixdə hərrac keçirilmiş, hərracın qalibi Cavabdeh2 olmuş, ona bu barədə şəhadətnamə verilmiş, 18 may 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala bələdiyyəsi ilə Cavabdeh2 arasında 49 il müddətinə icarə müqaviləsi bağlanmış, 26 may 2021-ci il tarixdə həmin torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müstəqil Məhkəmə Ekspertizası MMC-nin mütəxəssis rəyi əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 10/5516 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən və Zaqatala rayonu. X15 mülkiyyətində olan 7.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində tam həcmdə yerləşməsi müəyyən olunmuşdur. Yəni mübahisələndirilən 7.74 ha torpaq sahəsi faktiki olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan çıxarışla verilmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, bələdiyyə torpaqlarının satışı zamanı üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı istehsalçılarına verilir. Hazırki iddia tələbi üzrə mübahisə predmetinə aid olan torpaq sahəsi də icarəyə verilmək üçün hərraca çıxarılmışdır. Eyni zamanda, hazırki iş üzrə iddiaçının bələdiyyə torpaqlarının satışında nəzərdə tutulan üstünlük hüququ da mövcuddur. İddiaçı həmin torpaq sahəsinun əvvəlki istifadəçisi olmuşdur. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, iddiaçı Zaqatala rayonu Aşağı Tala kənd sakini olmaqla mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsindən də istifadə edir. Qeyd olunan hallar Zaqatala rayon polis şöbəsinin 23 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 10/5516 nömrəli ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Tərəflər bu sonuncu halı da mübahisələndirmirlər. Həmçinin, iddiaçı Zaqatala rayon X15 əhatə etdiyi ərazidə daimi yaşayan şəxsdir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı qanunla nəzərə alınan üstünlük hüquqlarından - icarəyə verilən torpaq sahəsinin əvvəlki istifadəçisi olması iddiaçıya şamil edilir. Bundan başqa, İddiaçı tərəfindən Zaqatala rayonu X19 ünvanlanmış və sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış müraciətdən görünür ki, onun istifadəsində olan Muğanlı yolunun gün çıxan hissəsində yerləşən 7 hektara yaxın torpaq sahəsində taxılçılıq və tütünçülüklə məşğul olduğunu və həmin torpaq sahəsində münbitləşdirmə və yaxşılaşdırma işlərini aparmasını nəzərə alaraq həmin torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı təkidlə bildirir ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan sakin kimi məlumatlandırılmamış və hərrac gizli şəkildə keçirilmişdir. İş materiallarından da görünür ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar hər hansı qəzetdə elan verilməsinə dair sübut təqdim edilməmiş, eləcə də bu elanın verilməməsi X15 ərazisində yaşayan şəxslərin həmin ərazidə yerləşən torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı birmənalı olaraq məlumatlandırılması kimi qiymətləndirilməməlidir. Məhkəmə iclasında da, cavabdeh-bələdiyyənin nümayəndəsinə Zaqatala rayonu X15 mülkiyyətində olan torpaq sahəsinin hərraca çıxarılmasına dair elanın bələdiyyənin ərazisində yayılmasını təsdiq edən sübutların təqdim olunması təklif olunmuşdur. Bələdiyyənin nümayəndəsi tərəfindən belə bir sübutun olmaması bildirilmiş və təqdim edilməmişdir. Halbuki, bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-ci maddəsinə uyğun olaraq ərazidə yaşayan sakinləri bilavasitə olaraq məlumatlandırmağa borclu idi. Ona görə ki, həmin maddənin tələblərinə görə bələdiyyələr satışa çıxarılan torpaq sahələrini və bu torpaqların ölçülərini, təyinatını, qiymətini, olduğu yeri göstərməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatı seçicilərə çatdırırlar. Məhkəmənin qənaətinə görə, mübahisələndirilən torpaq sahəsi ilə bağlı baş tutmuş hərracın keçirilməsi qanunsuz olmuş, onun keçirilməsi üçün müəyyən olunmuş meyarlara zidd qaydalarla həyata keçirilmişdir. Belə ki, hərracın keçirilməsinə dair sənədlərdən görünür ki, 7,74 ha torpaq sahəsi ilə bağlı hərraca hazırlıqla bağlı komissiyanın iclası 06 may 2021-ci il tarixdə keçirildiyi halda, hərrac da eyni tarixdə, yəni 06 may 2021-ci il tarixdə keçirilmişdir. Eyni zamanda torpaq müsabiqəsinin keçirilməsinə hazırlıq protokolu ilə müsabiqənin nəticələri barədə protokolun nömrələri də eyni göstərilmişdir. Bundan başqa, 7,74 ha torpaq sahəsi ilə bağlı hərraca hazırlıqla bağlı komissiyanın 06 may 2021-ci il tarixdə keçirildiyi iclasında Komissiya tərəfindən Zaqatala rayon ərazisində yerləşən X15 mülkiyyətinə aid 77400,0,0 kv.metr və ya 7,74 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 06 may 2021-ci il tarixdə keçirilən müsabiqədə iştirak edən şəxslərin siyahısı təsdiq edilmişdir. Halbuki 7,74 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə müsabiqədə iştirak edən şəxslər isə təkliflərini 05 may 2021-ci il tarixdə yazmışdır. Bundan başqa, təkliflərdəki məbləğlər bir-birindən cüzi şəkildə fərqlənir. Eyni zamanda torpaq müsabiqəsinin keçirilməsinə hazırlıq protokolu və müsabiqənin nəticələri barədə protokol komissiyanın bir üzvü X8 tərəfindən imzalanmamışdır. Göründüyü kimi, yuxarıda göstərilən hallar Zaqatala rayonu, X19 məxsus 7,74 ha torpaq sahəsi ilə bağlı 53 nömrəli 06 may 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolunun etibarsız hesab edilməsinə yetərincə əsas verir. Bütün bu qeyd olunanlar isə hərracın formal keçirildiyini bir daha təsdiq edir. Həmçinin, Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 06 may 2021-ci il tarixi 53 nömrəli iclas protokolunun əsasında verilmişdir. Etibarlı olmayan torpaq müsabiqəsinin nəticələri barədə 06 may 2021-ci il tarixi 53 nömrəli iclas protokolu əsasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi də qanuni sənəd hesab edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Zaqatala rayonu, X19 məxsus 7,74 ha torpaq sahəsi ilə bağlı 53 nömrəli 06 may 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu etibarsız hesab edilməli və Cavabdeh2 ilə Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsi arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-181 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 18 may 2021-ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdehlər də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat müştərək qaydada cavabdehlərdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Zaqalala rayonu, X19 məxsus 7,74 ha torpaq sahəsi ilə bağlı 53 nömrəli 06 may 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu etibarsız hesab edilsin. Cavabdeh2 ilə Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsi arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-181 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 18 may 2021-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilsin. Cavabdehlərdən müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X6 kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-71/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-71/2022
25.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver